Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-184/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-184/2019) Bakı şəhəri 23 yanvar 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin və kili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1976/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) xxxx-cü ildə Naxçıvan MR, Babək rayonunun Qahab kəndində anadan olmuş dur, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsi) İddiaçı 12.10.1984-cü ildən əmək fəaliyyətinə başlamış, 20.12.1994-cü il tarixdən 15.02.2000-ci il tarixədək N saylı hərbi hissədə tibb bacısı işləmişdir və hal-hazırda 1 saylı şəhər Klinik xəstəxanasında anesteziologiya - reanimotologiya və intensiv terapiya şöbəsində tibb bacısı vəzifəsində işləyir. (ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası, AO seriyalı, 028134 nömrəli hərbi bilet) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Bakı şəhər Yasamal rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdehin 12.01.2018-ci il tarixli 12/77 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının 25 il ümumi sosial sığort a stajı olsa da, 10 il güzəştli sığorta stajı olmadığından onun ərizəsi təmin edilə bilməz. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 saylı AD ******* nömrəli qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02.06.1993-cü il tarixli, 191 saylı əmrinə əsasən 1 (bir) iş günü 3 (üç) iş günü kimi hesablanmaqla cavabdehin üzərinə ona pensiyanın hesablanması vəzifəsinin qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1462/2018 saylı, 01.03.2018-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavab deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsi ilə əvəz edilmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni 28.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1462/2018 saylı, 08.05.2018-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12.09.1984-cü il tarixində ilk dəfə Babək qoyunçuluq Sovxozunda 3 nömrəli b riqadada fəhlə vəzifəsində işləmişdir. 13.10.1986-cı il tarixində texnikuma qəbul olunması ilə əlaqədar öz ərizəsi əsasında işdən azad edilmişdir. 22.08.1986-cı il tarixdə Naxçıvan Şəhər Sovxoz Texnikumunda əyani olaraq “aqronom” fakültəsinə daxil olmuş, 1989-cu il tarixdə texnikumu bitirmişdir. 18.05.1989-cu il tarixində Babək Qoyunçuluq Sovxozunda aqronom, melorator və yerquruluşçusu vəzifəsinə təyin olunmuşdur. 02.04.1990-cı il tarixində vəzifəsi ixtisara düşdüyündən tutduğu vəzifədən azad edilərək 3 nömrəli briqadaya fəhlə vəzifəsinə keçirilmiş, 12.02.1991-ci il tarixdən tutduğu vəzifədən öz ərizəsi əsasında azad edilmişdir. İddiaçı 01.02.1991-ci il tarixdə Araz Elmi İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfat işlər müdiri, 04.03.1991-ci il tarixdə Araz Elmi İstehsalat Birliyinin meyvəçilik-tərəvəzçilik şöbəsinə aqrotexnik vəzifəsinə təyin olunmuş, 08.02.1992-ci il tarixdə ərizəsi əsasında işdən azad edilmişdir. 15.01.1993-cü il tarixindən 04.04.1994-cü il tarixədək işsizlik statusu almışdır. 01.04.1994-cü il tarixdə üzümçülük üzrə aqronom vəzifəsinə təyin edilmiş, 16.01.1995-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 23.11.1994-cü il tarixdə N saylı hərbi hissəyə dəri zöhrəvi xəstəliklər şöbəsinə tibb bacısı vəzifəsinə təyin olunmuş, 01.12.1994-cü il tarixində reanimasiya şöbəsinə tibb bacısı anistezitka vəzifəsinə keçirilmiş, 22.12.1994-cü il tarixində N saylı Hərbi Hissənin sərəncamına göndərilmişdir. 20.12.1994-cü il tarixində N saylı Hərbi Hissənin tibb tağımına kiçik tibb bacısı vəzifəsinə təyin edilmişdir. 01.08.1995-ci il tarixində N saylı Hərbi Hiss ə komandirinin 49 saylı əmri ilə tibb bacısı vəzifəsinə təyin edilmişdir. 20.06.1999-cu il tarixində N saylı Hərbi Hissənin tibb bölüyünə əməliyyat bacısı vəzifəsinə təyin edilmiş, 15.02.2000-ci il tarixdən ehtiyata buraxılmışdır. 01.05.2000-ci il tarixdə Nəriman Nərimanov adına Naxçıvan Şəhər Xəstəxanasında analıq məzuniyyəti yerinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. 09.06.2003-cü il tarixdən ərizəsi əsasında işdən çıxmışdır. 25.06.2003-cü il tarixidən 1 saylı Bakı Şəhər Klinik Xəstəxanasına yoluxucu reanimasiya şöbəsinə tibb bacısı vəzifəsinə təyin olunmuşdur və bu günədək tibb bacısı vəzifəsində işləyir. Bu müddət ərzində xəstəxanada sadəcə vəzifələri dəyişilmişdir. İddiaçı ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə müsbət cavab verilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli 2-1(81)1462/2018 saylı qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 52 yaşdan, yəni 28.03.2016-cl il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina edilməsi üçün ca vabdehin irəli sürdüyü faktiki şərtlər hüquqi əsasa söykənməmiş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1967/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli 2-1(81)-1462/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından kassasiya şikayəti verərək Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1967/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaş görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmişdir. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən i ş stajına dair Səhiyyə Nazirliyinin Tibb Mərkəzi tərəfindən verilmiş 26.01.2018-ci il tarixli 20 saylı arayışda 1 nömrəli şəhər klinik xəstəxanasının müxtəlif şöbələrində hal-hazıradək tibb bacısı vəzifələrində işləməsi qeyd edilir. Arayışda göstərilən və güzəştli iş stajlarına daxil edilən (anesteziologiya, reanimasiya, kardiologiya şöbələrində tibb bacısı) peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının XİX “Səhiyyə və sosial təminat idarələri” bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının 52 yaşının tam olduğu 28 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kas sasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1967/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçı vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işləmiş olduğu xüsusi əmək stajı verən vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd olunduğunu, iddiaçının azı 20 il sığorta stajı, o cümlədən 10 ildən artıq xüsusi əmək stajı olduğunu nəzərə alaraq, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Re spublikası Qanununun tələbləri əsasında iddiaçının tələbini təmin edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən işin hallarını tam araşdırmamış, konkret olaraq iddiaçının işlədiyi hansı dövrlərin zərərli iş stajı kimi nəzərə alındığını müəyyən etməmiş, ümumi olaraq iddiaçının 10 ildən artıq zərərli sahədə iş stajı olduğunu bildirməklə kifayətlənərək bu barədə ətraflı araşdırma aparmamışdır. Halbuki, cavabdehin etirazının və şikayətinin əsas dəlili də iddiaçının tələb olunan 10 il güzəştli (xüsusi) sığorta stajının çatışmaması ilə bağlı olmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 20.12.1994-cü il tarixdən 15.02.2000-ci il tarixədək N saylı hərbi his sədə, 25.06.2003-cü il tarixdən 14.12.2005-ci il tarixədək 1 saylı şəhər Klinik xəstəxanasında, 15.12.2005-ci il tarixdən hazırkı vaxtadək isə Klinik Tibbi Mərkəzdə tibb bacısı vəzifəsində işləyir. Klinik Tibbi Mərkəz tərəfindən verilmiş 20 nömrəli 26.01.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı 25.06.2003-cü il tarixdən 1 saylı şəhər Klinik Xəstəxanasına yoluxucu reanimasiya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, 14.12.2005-ci il tarixli əmrlə (xəstəxananın ləğvi ilə əlaqədar) tutduğu vəzifədən azad edilmişdir. 1 saylı şəhər Klinik Xəstəxanasının və M.Nağıyev adına TTTY Xəstəxanasının ləğvi ilə əlaqədar BŞBSİ-nin 13.12.2005-ci il tarixli 49 nömrəli əmri ilə Klinik Tibbi Mərkəz yaradılmışdır. İddiaçı 15.12.2005-ci il tarixli əmrə əsasən Klinik Tibbi Mərkəzin yoluxucu reanima sıya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmişdir. O, 09.02.2006-cı ildən anestesiologiya şöbəsində, 24.08.2009-cu il tarixdən cərrahi reanimasiya şöbəsində, 31.07.2012-ci il tarixdən kardiologiya şöbəsində, 10.04.2017-ci il tarixdən hazırkı vaxtadək anesteziologiyareanimasiya və intensiv terapiya şöbəsində tibb bacısı vəzifəsində işləmişdir və zərərliyə görə əmək haqqının 15 faizi məbləğində əlavə alır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 19-cu bəndinin “a” yarımbölməsinə əsasən, onun işlədiyi illər güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş Səhiyyə sahəsinə aid olan qulluqç u vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən, xəstələrə qulluq edən kiçik tibb bacısı kiçik tibb heyətinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndan görünür ki, Siyahının səhiyyə və sosial təminat idarələri üzrə 19-cu bəndinin “a” yarımbölməsində (arayışda bu bölməyə istinad edilmişdir) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən edilmişdir. Belə olduğu təqdirdə, ilk növbədə iddiaçının vərəm və infeksion idarədə( bölmə və yaxud k abinetdə) işlədiyi iş stajının nə qədər olmasını araşdırmaq lazımdır. Çünki siyahıdan göründüyü kimi, kiçik tibb heyətinin istənilən sahədəki fəaliyyəti deyil, yalniz vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərindəki fəaliyyəti güzəştli sığorta stajı kimi nəzərə alınır. İş materiallarından isə görünür ki, iddiaçı daimi olaraq vərəm və infeksion bölmədə işləməyib. Belə ki, Klinik Tibbi Mərkəz tərəfindən verilən arayışdan görünür ki, iddiaçı 25.06.2003-09.02.2006-cı illərdə yoluxucu reanimasiya şöbəsində tibb bacısı işləsə də, sonradan vərəm və infeksion bölmə sayılmayan anesteziologiya, cərrahi reanimasiya, kardiologiya və anesteziologiya-reanimasiya və intensiv terapiya şöbələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrə li qərarı ilə təsdiq edilmiş Siyahıda isə həmin bölmələrdə işləyən orta və kiçik tibb heyətinin fəaliyyəti güzəştli sığorta stajı kimi nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı ərizəsində 20.12.1994-cü il tarixdən 15.02.2000-ci il tarixədək hərbi hissədə tibb bacısı vəzifəsində işlədiyini qeyd etsə də, məhkəmə tərəfindən onun həmin müddətdə Siyahıda qeyd edilən, güzəştli iş stajı sayılan sahələrdə işləyib işləməməsi araşdırılmamışdır. Odur ki, işə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının işlədiyi sahələrin hər biri ayrı-ayrılıqda Siyahı üzrə yoxlanılmaqla qiymət verilməli, zərurət yarandığı təqdirdə iddiaçının hazırda işlədiyi xəstəxanaya təkrar sorğu verilməklə güzəştli iş stajı barədə ətraflı arayış tələb olunmalı və yalnız bundan sonra iddia tələbinə hüquqi qiymət verilm əlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(12.1) Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.(12.2) Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə il ə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Bu Məcəllənin 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 12.1, 58.7, 64.1-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-nin inzibati apellyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apellyasiya inst ansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-nin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş s übutlar (sübutetmə vasitələri)və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan halları ilə bağlı ətraflı araşdırma aparmamış, bununla da maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də cavabdehin kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd edilən halların araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1967/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-184/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-184/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver