Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-184/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; kameral yoxlama; qərarın ləğv edilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC ) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə B akı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1435/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən 2020-ci ilin mart ayında "xxxx" MMC şirkətindən EBAİ 267424 saylı e-qaimə-faktura üzrə 86000,00 manat əsas, 15480,09 manat ƏDV və aprel ayında EBAJ 028126 saylı e-qaimə faktura üzrə 30000,0 manat əsas, 5400,0 manat ƏDV məbləği ilə mallar əldə edilmişdir.
2. Cavabdeh "xxxx" MMC şirkəti tərəfindən həmin malların istehsal edilmədiyinə, həmçinin idxal olunmadığına və digər şəxslərdən alınmadığına, eyni zamanda malqalığında da olmadığına istinad edərək, vergi ödəyicisi tərəfindən (iddiaçı) əmtəəsi z mal alışının həyata keçirildiyini hesab etmişdir.
3. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və kameral vergi yoxlaması ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2020-ci il tarixli qərarla 2020-ci ilin mart ayının ƏDV üzrə 15.300,05 manat, 09.07.2020-ci il tarixli qərarla isə 2020-ci ilin aprel ayının ƏDV üzrə 5400,05 manat əlavə vergi məbləğləri hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqla rının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli və 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı müxtəlif avadanlıqların sifariş əsasında istehsalını həyata keçirir. Müəssisə daha çox müxtəlif dövlət təşkilatlarının sifarişləri əsasında işləyir. "xxxx" QSC ilə bağlanmış 09.04.2019-cu il tarixli, BM/TD/SM19-51 saylı müqavilənin və ona 30.12.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələr və tunel tikintisində istifadə olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirilmişdir. Təbiidir ki, qeyd edilən çuqun həlq ələr müvafiq xammaldan istifadə edilərək hazırlana bilər və bu xammalın, yəni çuqun kütləsinin əldə edilməsi üçün "xxxx" MMC şirkəti ilə 11.12.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, 05.03.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, 05.03.2020-ci il tarixli təhviltəslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış 09.04.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona 30.12.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC, "xxxx" MMC Şirkəti ilə 11.12.2019-cu il tarixli, 024/19 nömrəli müqaviləyə əsasən, 01.04.2020-ci il tarixli raz ılaşdırma protokolu imzalanmış, 22.04.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı e-qaimə əsasında 30.000,00 manat əsas 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. İddiaçı ASC real istehsalçıdır və istehsal prosesinə əsasən elektrik enerjisi istifadə edir, istehsal qaimələrinə və naryadlarına (sənədlərinə) əsasən əmək haqqı hesablanır, hazır məhsulun mexaniki emalı edilir, əsas və köməkçi xammal və materialları (texniki kalkulyasiyaya əsasən) istifadə edir. "xxxx" QSC üçün çuqun həlqələrin istehsalı üçün əldə edilən xammalın, yəni çuqun kütlənin alışı bütün zəruri sənədlərlə həyata keçirilmiş, bununla bağlı Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinin (malların, işlərin və xidmətlərin təqdim edilməsi ba rədə) təqdim edilmiş elektron qaimə-faktura əsasında ödənişlər aparılmışdır. İddiaçı ASC-nin "xxxx" MMC şirkəti ilə bağladığı əqd yalan əqd, yəni başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanan əqd olmamış, bu əqd tam real olmaqla, onun əsasında real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq "xxxx" QSC-yə satılmış, bu əməliyyatlar üzrə bütün vergilər ödənilmişdir. Əməliyyatların həqiqi olub-olmadığının müəyyən edilməsi üçün vergi orqanının yalnız "xxxx" MMC şirkəti tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmadığının əsas götürülməsi doğru olmamışdır və İddiaçı ASC qeyd edilən əmtəələri "xxxx" MMC şirkətindən alarkən haradan (qara bazardan, sənəd əsasında və y a sənədsiz) almasını yoxlamalı və ya araşdırmalı deyil. Onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq alırlar, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satırlar. Bunun üçün vergi orqanı həm də, alınmış xammal əsasında yeni məhsulun həqiqətən istehsal edilib-edilmədiyini, həmin məhsulun real olubolmadığını, yeni məhsulun həqiqətən "xxxx" QSC-yə satılıb-satılmadığını müəyyən etməli idi. Bunu isə yalnız "xxxx" QSC ilə bağlanış müqavilələrin və həmin müqavilələr üzrə əməliyyatların da araşdırılması yolu ilə müəyyən etmək olardı. Vergi orqanı isə araşdırmanı düzgün aparmamış, ümumi və birtərəfli mülahizələr əsasında, yəni "xxxx" MMC şirkətinin onlara satdığı məhsulların alınma mənbəyini göstərə bilmədiyinə görə qərar qəb ul etmişdir ki, bu qərar da yanlış olmuşdur. Belə ki, "xxxx" MMC-nin İddiaçı ASCyə satdığı əmtəələrin özündə düzgün sənədləşdirməməsi İddiaçı ASC üçün hər-hansı məsuliyyət doğura bilməz, çünki İddiaçı ASC aldığı məhsulun (xammalın) satıcı təşkilatda hansı qaydada əldə edildiyini yoxlamaq səlahiyyətinə malik deyildir və onun sənədləşdirmələri ilə bağlı məsuliyyət daşıya bilməz.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı "xxxx" MMC-dən tikintidə istifadə edilən və qida sənayesinə aid olmayan malların alındığını iddia edir. Halbuki, iddiaçı tərəfindən adı çəkilən "xxxx" MMC ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğuldur. Aparılmış araşdırma nəticəsində "xxxx" MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğu, həmçinin müəssisə tərəfindən həmin mall arın istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal-qalığında da olmadığı müəyyən olunmuşdur. Belə olan halda isə vergi orqanı tərəfindən "xxxx" ASC-nin əmtəəsiz mal alışının həyata keçirildiyi müəyyən edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(112)-1230/2021 nömrəli qərarı ilə (hakim A. Abdullayeva) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC-nin müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mala görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyat, əmtəəsiz əməliyyat hesab edilə bilməz. Belə ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işl ər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərarlar əsassız olmaqla ləğv edilməlidir.
9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.Nağıyeva sədrlik edən və məruzəçi, H. Həmidov və Cahangir Yusifov ) 12 avqust 2021-ci il tarixli, 21(103)-1435/2021 nömrəli qərarı ilə ca vabdehin apelyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən həmin malların istehsal edilməsi, həmçinin idxal olunması və digər şəxslərdən alınması, eyni zamanda mal-qalığında olması iş materialları ilə müəyyən edilmədiyindən, vergi orqanı tərəfindən haqlı olaraq İddiaçı ASC-nin əmtəəsiz mal alışının həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan 12 noyabr 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, üçüncü şəxsin nümayəndəsi (baş mühasib) X1 izahatında qeyd olunan malları bazardan aldıqlarını, alış barəsində sənədlərinin olmadığını bildirmişdir.
12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya mə hkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC məhkəməyə 31 mart 2020-ci il tarixli və 22 aprel 2020-ci il tarixli, alış aktlarını təqdim edərək, həqiqətən iddiaçıya satılmış malların tərəflərindən alındığın bildirmiş, bundan əlavə məhkəməyə nizamnamələrini təqdim edərək, cəmiyyətin Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziya) aldıqdan sonra məşğul ola biləcəyini göstərmişdir.
14. Cavabdeh tərəfindən iddiaçıya kameral qaydada verginin hesablanması zama nı işin faktiki və hüquqi halları düzgün araşdırılmamışdır. "Azelektromaş'' ASC-nin “SN Qida Təchizat" MMC ilə bağlanan müqavilə (əqd) tam real olmaqla, onun əsasında "Azelektromaş ASC tərəfindən real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq "xxxx" QSC-yə satılmış və iddiaçı tərəfindən bütün əməliyyatlar üzrə vergilər ödənilmişdir. 15. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə satılmış malların mənbəyinin göstərilə bilməməsi səbəbindən "xxxx" MMC tərəfindən həmin malları, istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da olmamasının əsas götürülməsi "xxxx" ASC üçün hər-hansı bir məsulivyət doğura bilməz. Belə ki, iddiaçı "xxxx"xxxx"SN Qida Təchizat MMC şirkətindən alarkən, həmin malların haradan alı nmasını yoxlamalı və ya araşdırmalı deyil, onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq almış, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satmış və qanunvericiliyi, tələblərinə uyğun olaraq bütün əməliyyatlar üzrə vergi əməliyyatlarını rəsmiləşdirmişdir.
16. Bundan əlavə, "xxxx" ASC-nin müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mala görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyat, əmtəəsiz əməliyyat hesab edilə bilməz. Belə ki əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli,2-1(103)-1435/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlili olaraq göstərilmişdir ki, "xxxx" MMC ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğuldur. Aparılmış araşdırma zamanı müəssisə tərəfindən idxal edilmiş malların qida məhsulları olduğu müəyyən edilmiş, həmçinin iddiaçıya satışmış malların müəssisə tərəfindən istehsal edilmədiyi, idxal edilmədiyi və ya digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da olmadığı müəyyən olunmuşdur. Belə olan halda isə, vergi orqanı iddiaçının əmtəəsiz mal alışı həyata keçirdiyini hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Vergi Məcəlləsi Madd ə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; Maddə 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəy annamə, habelə bu Məcəllənin 37.21-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü ə sas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şika yəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün mü vafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Yuxarıda istinad olunan normalarda təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma ) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
24. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
25. Belə ki, iş üzrə mübahisələndirilən qərarlarla əlavə vergi məbləğlərinin hesablanması iddiaçının "xxxx" MMC-dən mal əldə etməsi ilə bağlı olmuşdur.
26. Cavabdeh iddiaçı tərəfindən əldə olunmuş malların "xxxx" MMC tərəfindən istehsal edilmədiyinə, idxal edilmədiyinə və ya digər şəxslərdən alınmadığına, eyni zamanda mal qalığında da olmadığına, əlavə olaraq "xxxx" MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğuna istinad edərək, iddiaçı tərəfindən əmtəəsiz mal alışının həyata keçirildiyini hesab etmişdir. Apelyasiya instansiya məhkəməsi də cavabdehin dəlilləri ilə razılaşaraq iddia tələbini əsassız hesab etmişdir.
27. Halbuki, aparılmış kameral yoxlama zamanı cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinə görə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması inzibati orqanın xidməti vəzifəsinə aiddir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan əlavə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir və inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, "xxxx" QSC ilə bağlanmış 09.04.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona 30.12.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq, İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələr və tunel tikintisində istifa də olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirilmişdir. Çuqun həlqələrin hazırlanması zamanı xammalın, yəni çuqun kütləsinin əldə edilməsi üçün "xxxx" MMC şirkəti ilə 11.12.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, 05.03.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, 05.03.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış 09.04.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona 30.12.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC, "xxxx" MMC Şirkəti ilə 11.12.2019-cu il tarixli, 024/19 nömrə li müqaviləyə əsasən, 01.04.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, 22.04.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı e-qaimə əsasında 30.000,00 manat əsas, 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir.
29. Göründüyü kimi, iddiaçı xammalın alınmasını çuqun həlqələrin hazırlanması ilə əlaqələndirmişdir. Belə olan halda isə, vergi orqanı iddiaçı tərəfindən həqiqətən çuqun həlqələrin hazırlanıb-hazırlanmadığını, müqavilə üzrə "xxxx" QSC-ə təhvil verilibverilmədiyini və ya xammalın iddiaçının mal qalığı kimi qalıb-qalmadığını araşdırmalı olduğu halda bunu etməmiş, yalnız "xxxx" MMC tərəfindən istehsal edilmədiyinə, idxal edilmədiyinə və ya digər şəxslərdən alınmadığına, eyni zamanda mal qalığın da da olmadığına, əlavə olaraq "xxxx" MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğuna istinad edərək iddiaçının əmtəəsiz əməliyyat apardığı nəticəsinə gəlmişdir.
30. İddiaçının mal aldığı "xxxx" MMC-nin satılan malları rəsmi sənədləşdirməməsi isə iddiaçının məsuliyyət sferasına aid edilə bilməz.
31. Qeyd olunan bu hallar işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən də nəzərə alınmamışdır.
32. Bundan əlavə, işə baxan apelyasiya instansiya məhkəməsi mübahisələndirilən kameral yoxlamanın aparılması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsinə qiymət verməmişdir.
33. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2020-ci il tarixli qərarla 2020-ci ilin mart ayının ƏDV üzrə, 09.07.2020-ci il tarixli qərarı ilə isə 2020-ci ilin aprel ayının ƏDV üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Lakin məhkəmə iddiaçı tərəfindən həmin aylar üzrə bəyannamənin (və ya sonuncu dəqiqləşmiş bəyannamənin) nə vaxt təqdim edildiyini müəyyən etməmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsini araşdırmamışdır.
34. Qeyd edilənlərdən göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə gön dərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 21(103)-1435/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.