Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1840/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Veri Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Veri Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1171/2021 nömrəli iş üzrə 23.06.2021- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 20 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Veri Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin vergilərin hesablanması barədə 05.11.2019-cu il tarixli, **********077200 nömrəli qərarının ləğv edilərək kameral qaydada əlavə hesablanmış vergilərin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhk əməsinin 25.12.2019-cu il tarixli, 2-1(82)1177/2019 nömrəli (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın təmin edilməsi, **********077200 nömrəli 05.11.2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə, İPM-in 1.2, 52, 68.2, 70.1-ci maddələrinə, MPM-in 80, 88, 103-cü maddələrinə, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 59-cu maddəsinə, Vergi Məcəlləsinin 37, 49.5, 53.3, 54.0.2, 67-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 21.1, 21.2, 51.1, 67.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 25.12.2019-cu il tarixli, 2-1(82)-1177/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 18.06.2020-ci il tarixli, 2-1(103)-849/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 25.12.2019-cu il tarixli, 2-1(82)-1177/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. kassasiya instansiyası məhkəməsindəki icraat
7. Ali Məhkəmənin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli 2-1(102)22/2021 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 18.06.2020-ci il tarixli, 2-1(103)-849/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Cavabdeh kassasiya instansiya məhkəməsinə 03.11.2020-ci il tarixli **********010200 nömrəli icraata xitam verilməsinə dair vəsatət təqdim etməklə bildirmişdir ki, cavabdehin nü mayəndəsi X2 vəsatəti müdafiə edərək, izahatında bildirmişdir ki, vergi ödəyicisi tərəfindən mübahisələndirilən 05.11.2019-cu il tarixli **********077200 saylı qərar hal-hazırda qüvvədə deyildir. Belə ki, sözügedən qərarın qəbul edilməsindən sonra vergi ödəyicisi tərəfindən 04.06.2020-ci il, 27.07.2020-ci il, 14.08.2020-ci il tarixlərdə 2018-ci ilin İİ rübü üzrə bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri (bundan sonra İBTFSV) təqdim edildiyindən müvafiq bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilərək, həmin dövr üzrə 21.08.2020-ci il tarixli **********923000 saylı qərar qəbul olunmuşdur. Həmçinin 21.08.2020-ci il tarixli **********923000 saylı qərarda mübahisə predmetini təşkil edən 05.11.2019-cu il tarixli **********077 200 saylı qərarın ləğvi barədə qeyd öz əksini tapmışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən qərar 21.08.2020-ci il tarixli 1**********923000 saylı qərarın qəbul edilməsi ilə qüvvədən düşmüşdür. Daha sonra vergi ödəyicisi tərəfindən 24.09.2020-ci il tarixdə yenidən dəqiqləşdirilmiş BTFSV bəyannaməsi təqdim edildiyindən, qeyd edilən 21.08.2020-ci il tarixli **********923000 saylı qərar da ləğv edilərək, müvafiq dövr üzrə **********986100 saylı qərar qəbul edilmişdir. Həmçinin nümayəndə bildirmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzə rdə tutulmuş vergi bəyənnaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Yəni, vergi qanunvericiliyi ilə müəyəyən edilən kameral vergi yoxlamasının həyata keçirilməsi müddəti başa çatmadığından və eyni dövr üzrə yeni qərar qəbul edilmədiyindən, həmin vaxtı mübahisələndirilən qərarın qüvvədə olması səbəbindən apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən qərar hal-hazırda qüvvədə deyildir. Odur ki, mübahisə predmetini təşkil edən qərar ləğv edildiyindən, iş üzrə mübahisə predmeti artıq mövcud deyildir.
9. Bununla əlaqədar olaraq Ali Məhkəmə 26.01.2021-ci il tarixli qərarında göstərmişdir ki, “Lakin işin hallarından müəyyən olunur ki, iddiaçının vəsatəti ndə göstərdiyi kimi, cavabdeh tərəfindən görülmüş yeni tədbirlər iddiaçının tələbini təmin etmir. Belə olan halda, hazırkı qərarın 24-cü bəndində göstərilən prosessual hüquq normasının tələblərinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.” apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 23.06.2021-ci il tarixli, 2-1(103)-1171/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Azər Hüseynov və İlham Kərimli) qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 25.12.2019-cu il tarixli 2-1(82)-1177/2019 nömrəli qərarının ləğv edilməsi, iddiaçı Ressan” Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 05.11.2019-cu il tarixli **********077200 nömrəli qərarının ləğv edilərək kameral qaydada əlavə hesablanmış vergilərin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-nin 67.2, 67.3, 67.4-cü maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, hazırkı iş məhkəmə icraatında olduğu müddətdə cavabdeh mübahisələndirilən qərarı ləğv edib, yeni qərarlar qəbul edib, yeni qərarlar mühasiləndirilən qər ar üzrə olan vergi borcu olaraq qalır, yəni cavabdeh yeni qərarlarla iddiaçının tələbini təmin etməmiş, iddiaçı yeni qərarla ona hesablanmış vergi borcu ilə bağlı birinci instansiya məhkəməsində iddia qaldırmış, həmin iddia icraata qəbul edilmiş və belə olan halda mübahisə ilə bağlı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatın davam etdirilməsi və işə mahiyyəti üzrə baxılması mümkün deyil. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi nəzərə almayıb ki, iddiaçı yalnız bir yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olub. 13. 2018-ci ildə qüvvədə olmuş vergi qanunvericiliyinə əsasən iddiaçı sadələşdirilmiş ver ginin ödəyicisı olub. Tələb olunan vergi məbləği ilə bağlı iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsi yaranıb. Mübahisənin mahiyyətini isə inşa olunan yaşayış binasının vergi tutulmasına cəlb edilməli sahəsi təşkil edir.
14. Buna görə də iddiaçı iddia qaldıraraq cavabdehin 05 noyabr 2019-cu il tarixli **********077200 saylı qərarının ləğv edilərək kameral qaydada əlavə hesablanmış vergilərin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edib.
15. Birinci instansiya və apelyasiya məhkəmələrində işə baxılaraq "xxxx" MTK-nın xeyrinə qərarlar qəbul olunub.
16. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh guya dəqiqləşməyə ehtiyac olduğu üçün yeni bəyannamə verməyə zərurət yarandığını bildirib, iddiaçıdan yeni dədidləşmə bəyannaməsini aldıqdan sonra 21 Avqust 2020-ci il tarixli **********923000 saylı qərarla özünün 05 Noyabr 2019-cu il tarixli **********077200 saylı qərarını ləğv edib, daha sonra yenə də iddiaçıdan dəqiqləşmə bəyannaməsi alaraq, bu dəfə 21 Avqust 2020-ci il tarixli **********923000 saylı qərarını da ləğv edərək sonda 30 Sentyabr 2020-ci il tarixli **********986100 saylı qərar qəbul edib. Lakin 05 Noyabr 2019-cu il tarixli qərarının tarixini və sayını dəyişərək iddiaçıdan yenidən 320 832,07 vergi və 62 159,75 manat faiz borcu, cəmi 382 832,07 manat ödəməsini tələb edib.
17. Buna görə də kassasiya instansiyası məhkəməsi 2-1(102)-22/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarı ilə cavabdehin yeni, 30 Sentyabr 2020-ci il tarixli **********986100 saylı qərarına hüquq qiyməti verilməsi üçün işi apelyasiya instansiyası məhkəməsinə qaytarıb.
18. Kassasiya məhkəməsinin qərarının 31-ci bəndində aşağıdakı mövqe bildirilib: İşin hallarından müəyyən olunur ki, iddiaçının vəsatətində göstərdiyi kimi, cavabdeh tərəfindən görülmüş yeni tədbirlər iddiaçının tələbini təmin etmir. Belə olan halda, hazırkı qərarın 24-cü bəndində göstərilən prosessual hüquq normasının tələblərinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Kassasiya instansiyası məhkəməsinin qərarının 24-cü bəndində göstərilib ki, İnzibati Prosessual Məcəllənin 67.4-cü maddəsinə görə həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunm ası üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır.
20. Apelyasiya məhkəməsi isə kassasiya məhkəməsinin həmin göstərişini nəzərə almadan işin icraatına xitam verib. Bununla da yuxarı məhkəmənin göstərişinin aşağı məhkəmə instansiyası üçün məcbur qüvvəyə malik olması barədə X1 96.11-ci maddəsinin maddəsinin tələblərini pozub.
21. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)1171/2021 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
23. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (24 sentyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq
24. İnzibati Prosessual Məcəllə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçın ın tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam veri lməsi barədə qərardad qəbul edir. Maddə 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düz gün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
29. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 23.06.2021-ci il tarixli, 2-1(103)-1171/2021 nömrəli qərardadla, cavabdeh tərəfindən yuxarıda göstərilmiş vəsatətin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli, 2-1(82)-1177/2019 nömrəli qərarının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı 05.11.2019-cu il tarixli, **********077200 nömrəli qərarının ləğv edilərək kameral qaydada əlavə hesablanmış vergilərin azaldılması vəzifəsinin cavabdehi üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən prosessual hüquq normalarının pozulmasına yol vermişdir.
30. Belə ki, apellyasiya məh kəməsi sözügedən nəticəyə gələrkən İPM-in 67.2, 67.3, 67.4-cü maddələrinə əsaslanır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 67.1-ci maddəsinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
32. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın v erilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.
33. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
34. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə i craatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır.
35. Göründüyü kimi və bu xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı məhkəmə icraata xitam verilməsi barədə hazırkı halda iş üzrə icraata xitam verilməsi deyil (bu MPM-in 384.0, 384.0.4-cü maddələrində təsbit edilmiş prinsipdir), apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul etməli və bu zaman birinci instansiya məhkəməsinin qərarı ləğv edilmir, əksinə qüvvədə qalmaqla qanuni qüvvəyə minir.
36. Belə ki, hazırkı halda cavabdehin vəsatət şəklində olan iradə ifadəsi mövcuddur ki, həmin vəsatətlə cavabdeh iddianı faktiki olaraq etiraf edir, yəni burada birinci instansiya məhkəməsinin ləğvi üçün heç bir əsas yoxdur.
37. Dig ər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-nin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin müddəaları da pozulmuşdur.
38. Belə ki, işin 2-ci cildinin 7-10-cu səhifələrində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi olsa da, apellyasiya məhkəməsi həmin ərizəyə heç bir hüquqi qiymət verməmiş, onu araşdırmamışdır.
39. Eyni zamanda qeyd edilməlidir ki, işdə olan iddiaçının “vergi ödəyicisinin şəxsi vərəqəsi” yalnız 01.12.2020-ci il tarixə qədər olan dövrə aiddir və həmin şəxsi vərəqədən cavabdehin yeni kameral yoxlamasının keçirilməməsi, eləcə də iddiaçının yeni vergi bəyannaməsini təqdim etməsi görünmür, yəni sözügedən şəxsi vərəqə köhnə olmaqla mübahisənin yarandığı dövrü əhatə etmir, yəni əksinə həmin köhnə şəxsi vərəqdən iddiaçının vergi üzrə borcun olmasını göstərir.
40. Başqa sözlə, apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi 23.06.2021ci il tarixli qərardadı, mübahisəli dövrə aid vergi üzrə rəqəmləri özündə əks etdirməyən köhnə şəxsi vərəqədəki məlumatlarla əsaslandırır.
41. Halbuki apellyasiya məhkəməsi iddiaçının vergilər üzrə yeni şəxsi vərəqəni tələb etməli və onu digər sənədlərlə bərabər araşdıraraq, iddiaçının həqiqətən vergi üzrə borcun olub-olmamasını müəyyən edib, bunun əsasında iş üzrə düzgün qərar qəbul etməli idi.
42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)-1171/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.