Məhkəmə qərarları › İş №2-1(102)-1840/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1840/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1840/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq, işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azər baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-1(103)-1857/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyətinin yanında “X2 və İstismarı Birliyi” ilə iddiaçı arasında bağlanmış 30067 nömrəli, 26 dekabr 2001-cı il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6001 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdehin xx.xx.2020-ci il tarixli **********37 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 6001 saylı bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazidə bağ nömrələri qeyd edilməyib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “X2 və İstismarı Birliyi” ilə onun arasında bağlanmış 26 dekabr 2001-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” 30067 saylı müqaviləyə əsasən uzun müddət istifadəsində olan və Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6001 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 dekabr 2001-ci il tarixdən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən və ümumi sahəsi 0.12 ha-dan ibarət, 6001 saylı bağ sahəs i icarə müqaviləsinə əsasən iddiaçının ailəsinin istifadəsinə verilmişdir, həmin vaxtdan da bağ sahəsinin ətrafı daş hasara alınaraq, təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirilmişdir, hal-hazıra qədər həmin bağ sahəsi ailəsinin istirahət məkanı kimi daimi olaraq istifadə olunur. Cavabdehin imtinasının qanuni əsası yoxdur.

6. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında eyni dəlilləri təkrarlayaraq 6001 saylı bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq olduğunu, göstərilən ərazidə bağ nömrələrinin qeyd edilmədiyini bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir.

7. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 05/13 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan Sabunçu rayon, Ləhiş bağları əra zisində yerləşən 0.12 ha sahəsi olan 6001 saylı bağ sahəsinə yerində mütəxəssis tərəfindən baxılmış, CPS aparatı ilə həmin torpağın döngə nöqtələri təyin edilmişdir (X-413491.26 Y-4492508.09; X-413509.87 Y-4492552.71; X-413532.72 Y4492542.55; X-413515.06 Y-4492498.36). Təyin olunan döngə nöqtələrinə əsasən həmin torpağın ortofoto görüntüsünə baxılmış və mütəxəssislər tərəfindən baza məlumatlarına əsəsən müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan 0.12 ha torpaq sahəsi Sabunçu rayonunun Ləhiş bağlarının hüdudları daxilindədir.

8. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1763/22 nömrəli qərarı (hakim M.Qarayeva) ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2001-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” 30067 saylı müqaviləyə əsasən uzun müddət istifadəsində olan və Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6001 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdehə təqdim etmiş, həmin sənədlərin mötəbərliliyi və ya qanuniliyi mübahisləndirilməmişdir. Cavabdeh inzibati orqan bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xər itə arasında uyğunsuzluq olduğuna istinad etməklə tələbin icrasından imtina etsə də, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilməmişdir. Odur ki, “Bağın icarəyə verilməsi haqqında” 30067 saylı müqavilə sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Bundan əlavə, torpaq sahəsinin Sabunçu rayonu, Ləhiş bağlarının hüdudları daxilində olması mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

10. Cavabdeh həmin qərardan eyni dəlilləri təkrarlayaraq apellyasiya şikayəti vermiş, qərarın lə ğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1857/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

14. Cavabdeh kassasiya şikayətində iddia tələbinə qarşı verdiyi etirazdakı dəlilləri və işin hallarını təkrarlamış, əlavə olaraq isə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı İdarəyə daxil olduqdan sonra iddiaçının göstərdiyi torpaq sahəsi ilə bağlı elektron kadastr məlumatları əsasında yenidən araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında digər fiziki şəxsin (X5) adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsi təqdim edərək, cava bdehin kassasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmiş iddia olunan torpaq sahəsinin digər şəxsin adına qeydə alınmış sahə ilə üst-üstə düşməsi ilə bağlı dəlillə əlaqədar olaraq isə göstərilmişdir ki, həqiqətən X4 Bakı şəhər Sabunçu RİHB-nın xx.xx.1999-cu il tarixli, 730 saylı sərəncamına əsasən və torpaq ayırma sxemi ilə qeyd edilən ərazidə sahibkarlıq məqsədi və icarə hüququ ilə 4,70 ha torpaq sahəsi ayrılmış və həmin sahəyə xx.xx.2021-ci il tarixdə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən yerquruluşu layihə planı tərtib edilmişdir. Lakin inzibati orqan tərəfindən həmin 4,70 ha torpaq sahəsinə dair xx.xx.2022ci il tarixli, AN N 744098 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərkən naməlum səbəblərdən sahənin koordinatları qərbə tərəf 32 metr sürüşdürülməklə dəyişdirilərək iddiaçının bağ sahəsinin üzərinə salınmışdır. Bununla bağlı Ə.Mirzəyev cavabdeh inzibati orqana müraciət edərək icarəsində olan 4,70 ha torpaq sahəsinə naturada yerləşmə koordinatlarına uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilərək verilməsini tələb etmiş, cavabdeh öz texniki səhvini başa düşərək Ə. Mirzəyevin icarəsində olan 4,70 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixli AN N 806084 saylı yeni “Torpaq sahəsinin planı və ölçüsü” tərtib etmişdir. X1 icarəsində olan 4,70 ha torpaq sahəsi onun istifadəsində olan 6001 saylı bağ sahəsi ilə üst-üstə düşmür. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haq qında” Qanunun Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması;...

17. İnzibati Prose ssual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə h aqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

21. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn irəli sürdüyü tələbi 30067 saylı 26 dekabr 2001-cı il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqavilə ilə ona verilmiş 6001 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır.

22. Məhkəmə kollegiyası nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbinə əsa sən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

23. İddiaçı da tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquqmüəyyənedici sənədə - icarə müqaviləsinə istinad edir. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri h aqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş icarə müqaviləsi əsasında mübahisəli bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təqdim edilmiş hüquqmüəyyənedici sənəd olan icarə müqaviləsinin mötəbərliyi ilə bağlı məsələni də mübahisələndirmir.

24. Cavabdehin istinad etdiyi ilk dəlil ondan ibarət olmuşdur ki, 6001 saylı bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır, göstərilən ərazidə bağ nömrələri qeyd edilməmişdir. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etməklə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

25. Bununla yanaşı, kollegiya hesab edir ki, aşağıdakı səbəblərə görə işin halları üzrə apellyasiya məhkəməsi tərəfindən aparılmamış zəruri əlavə araşdırmaya və qiymətləndirməyə ehtiyac vardır.

26. Belə ki, kassasiya şikayətində cavabdeh tərəfindən yeni bir dəlil irəli sürülmüşdür ki, iddia olunan torpaq sahəsi xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında digər fiziki şəxsin (X5) adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İşin hallarından görünür ki, həmin dəlil üzrə işin halları məhkəmələr tərəfindən müvafiq qaydada araşdırılmamışdır.

27. Həmin dəlil üzrə i ddiaçı kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, həqiqətən belə bir üst-üstə düşmə halı əvvəllər mövcud olmuş, bu hal cavabdeh tərəfindən yol verilmiş texniki qüsurla bağlı olmuş, daha sonra cavabdehin özü tərəfindən aradan qaldırılmışdır, hazırda isə üst-üstə düşmə halı mövcud deyildir. İddiaçı həmçinin bildirdiyi halların təsdiqi kimi müəyyən hüquqmüəyyənedici sənədlər də təqdim etmişdir.

28. Kollegiya nəzərə alır ki, qeyd olunan dəlil aşağı instansiya məhkəmələrində icraat zamanı irəli sürülməsə də, hazırkı iddianın qanuni və əsaslı həlli baxımından sözügedən dəlil üzrə araşdırmanın aparılması zəruridir. Belə ki, iddiaçının tələb etdiyi bağtorpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydiyyatın aparılması müəyyən edilərsə, bu h alda, iddiaçı ilk növbədə həmin qeydiyyatı və ya onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirməli olacaqdır.

29. Odur ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin həqiqətən başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi (tam və qismən) hallarını araşdırmaqla, başqa sözlə, cavabdehin dəlillərinə və iddiaçının onlara dair bildirdiklərinə qiymət verməklə və zərurət olduğu halda üçüncü şəxsin cəlb etmə məsələsini həll etməklə iş üzrə qərar qəbul etməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 21(103)-1857/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar