Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1840/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzib ati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-72/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Ona 2006-cı ildə 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının əmək kitabçasında onun xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işləməsinə dair qeydlər vardır.
3. İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi müddət nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenid ən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2002-xx.xx.2006-cı illər üzrə sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün və xx.xx.2006-xx.xx.2013cü illər üzrə pensiya kapitalı pensiya alt sistemində əks olunmadığı üçün iddiaçının pensiyasının yenidən hesablanması mümkün hesab edilmir.
5. Həmçinin cavabdeh tərəfindən iddiaçının əvvəlki müraciətlərinə xx.xx.2015-ci və xx.xx.2016-cı il tarixlərdə cavab olaraq bildirilmişdir ki, 1 saylı Xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi tərəfindən təqdim olunmuş 2013-2014-cü illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (forma B3) uyğunsuzluq aşkar olunduğu, h əmçinin müəssisə tərəfindən təqdim olunmuş 2006-2012-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən iddiaçının fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat öz əksini tapmadığı üçün həmin dövr üzrə iddiaçının adına sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı barədə 4 saylı əlavənin verilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2002-xx.xx.2015-ci illərdə Xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyinin 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işlədiyi müddət nəzərə alınmaqla ona t əyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2015-ci ilə qədər xüsusi təyinatlı mənzil təsərrüfat birliyinin 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işləmişdir. Lakin pensiya hesablanarkən həmin işlədiyi dövr nəzərə alınmamışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2002-xx.xx.2006-cı illər üzrə onun sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün və xx.xx.2006-xx.xx.2013-cü illər üzrə pensiya kapitalı pensiya alt sistemində əks olunmadığı üçü n pensiyanın yenidən hesablanması mümkün olmamışdır. Həmçinin daha əvvəl verilmiş imtinaya uyğun olaraq bildirilmişdir ki, “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığortaolunanların hesabları” bölümündə iddiaçının ödənilmiş məcburi dövlət sığorta haqları yalnız 2013-2015-ci illərdə ödənilmiş və əmək pensiyası təyin edilməsi zamanı nəzərə alınmışdır. Müəssisə tərəfindən təqdim olunmuş 2006-2012-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən iddiaçının fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat öz əksini tapmadığı üçün həmin dövr üzrə iddiaçının adına sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı barədə 4 saylı əlavənin verilməsi mümkün olmamışdır.
9. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında aktda qeyd edilmişdir ki, iddiaçı 10 saylı MKİS-də xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək fasiləsiz olaraq əmək haqqı almış və həmin əmək haqlarından məcburi dövlət sığorta ayırmaları tutulmuşdur. 2004-2005-ci illərin əmək haqqı cədvəlləri müəssisədə aşkar edilməmişdir.
10. Cavabdeh tərəfindən daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli xidməti məktuba əsasən iddiaçıya xx.xx.2006-cı il tarixinədək 30 il sığorta stajı (1 il 7 ay 4 gün sığorta stajını müəyyən etmək mümkün olmamışdır) nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” müraciətinə ə sasən onun xx.xx.2002-xx.xx.2006-cı illər üzrə sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün (zəruri olan əmək haqqı barədə arayış əlavə edilmədiyi üçün), eyni zamanda xx.xx.2006-xx.xx.2013-cü illər üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün pensiya məbləğinin yenidən hesablanması mümkün olmamışdır. İddiaçının əmək pensiyası 31 il 7 ay 4 gün əmək stajı və fərdi hesabın sığorta hissəsində xx.xx.2013-cü il tarixindən sonra qeydə alınmış 73,87 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablansa, onun pensiyasının məbləği 270,46 manat müəyyən edilər. Hazırda iddiaçıya 264,53 manat pensiya ödənilir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva ) 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-6194/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilm iş, iddiaçının Xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işlədiyi xx.xx.2002-xx.xx.2006 və xx.xx.2013-xx.xx.2015-ci illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında akt, eləcə də daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli xidməti məktub iddiaya yazılı etirazın dəlilləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, xx.xx.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında aktda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədə k fasiləsiz olaraq əmək haqqı almış və həmin əmək haqlarından məcburi dövlət sığorta ayırmaları tutulmuşdur. 2004-2005-ci illərin əmək haqqı cədvəllərinin müəssisədə aşkar edilmədiyi bildirilsə də, iddiaya yazılı etirazda xx.xx.2002-xx.xx.2006-cı illər üzrə sığorta stajını müəyyən etməyin mümkün olmadığı; iddiaya yazılı etirazda təqdim olunan sığortaolunan hesabına əsasən xx.xx.2013xx.xx.2015-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqının ödəndiyi müəyyən olunsa da, xx.xx.2021-ci il tarixli xidməti məktubda bildirilmişdir ki, nəzərə alınmamış 1 il 7 ay 4 gün sığorta stajı (2004-2005-ci illərdə) və fərdi hesabın sığorta hissəsində xx.xx.2013-cü ildən sonra qeydə alınmış 73,87 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablansa (bu o deməkdir ki, hazırda hesablanmır), onun əmək pensiyasının məbləği 270,46 manat müəyyən edilər. Hazırda iddiaçı 264,53 manat pensiya alır. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.2002-xx.xx.2006) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab edir. 2006-cı ilin noyabrından 2013-cü ilin avqust ayınadək əmək haqqının 3% tutulmasının DSMF-yə köçürülməsi” təyinatı ilə xx.xx.2016-cı il tarixli ödəniş tapşırığına münasibətdə məhkəmə qeyd edir ki, həmin ödəniş tapşırığı kserosurət olmaqla lazımi qaydada məhkəməyə təqdim edilməmişdir. Müəyyən olunur ki, xx.xx.2006-x x.xx.2013-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməyib (yaxud ən yaxşı halda vaxtında ödənməyib). Məhkəmə bunu qeyd edərkən həm də nəzərə alır ki, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənməsinin təmin edilməsi bir mühasib kimi (iddiaçı həmin müəssisədə mühasib vəzifəsində işləmişdir) onun vəzifə funksiyalarına daxildir. Odur ki, məhkəmə iddiaçının həmin hissədə sübutetmə vəzifəsini yerinə yetirdiyi, yəni yenidən hesablamanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyi qənaətinə gəlmir. xx.xx.2013-xx.xx.2015-ci illər üzrə isə məcburi dövlət sosial sığorta haqları ödənilsə də, daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli xidməti məktuba əsasən pensiyanın hesablanması zamanı nəzərə alınmadığı müəyyən olunur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 19 aprel 2023cü il tarixli, 2-1(103)-72/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının xx.xx.2013xx.xx.2015-ci illər üzrə məcburi sosial sığorta haqlarının xx.xx.2021-ci il tarixli xidməti mə ktub göndərildikdən sonra hesablanaraq onun pensiyasının üzərinə əlavə olunduğunu, lakin məhkəmə və iddiaçı tərəfindən bununla bağlı hər hansı sənədin təqdim olunması tələbinin olmadığını bildirmişdir. Beləliklə də, cavabdeh iddiaçının xx.xx.2013-xx.xx.2015-ci illərdə işlədiyi müddətin onun stajına daxil edilib pensiyasının yenidən hesablandığını bildirməklə, həmin dövrün təkrar nəzərə alınması məsələsini yenidən mübahisələndirmişdir. Həmin məsələ apellyasiya baxışı zamanı yenidən araşdırılmış və məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2013-xx.xx.2015-ci illərdə işlədiyi müddət onun stajına daxil edilməmiş, belə ki, onun pensiyası yenidən hesablanarkən qeyd olunan dövrlərin nəzərə alınması ilə bağlı hər hansı sənəd cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı barəsində onun pensiyasının yenidən hesablanması ilə bağlı sonuncu qərar (i.v. 31) xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur ki, həmin qərarda da məhz qeyd olunan dövrün (xx.xx.2013-xx.xx.2015) iddiaçının stajına daxil edilməklə pensiyasının yenidən hesablanması əks olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası aparılan araşdırmaların nəticəsi olaraq iddiaçının stajına daxil edilməsini tələb etdiyi xx.xx.2002-xx.xx.2006 və xx.xx.2013-xx.xx.2015-ci illərin həqiqətən ona istər ilk dəfə pensiya təyin olunarkən, istərsə də sonradan xx.xx.2021-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilərkən onun stajına daxil edilmədiyi qənaətindədir, ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən iddia tələbinin təmin olunması barədə düzgün nəticəyə gəldiyi ndən məhkəmənin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktublarının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nö mrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra – sığorta stajı) əmək pensiyası h üququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qullu qçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassa siya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilm əlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məs ələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelly asiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı iş üzrə iddiaçı xx.xx.2002-xx.xx.2015-ci illərdə Xüsusi təyinatlı təsərrüfat birliyinin 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işlədiyi müddət nəzərə alınmaqla ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmış, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilərək iddiaçının Xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işlədiyi xx.xx.2002-xx.xx.2006 və xx.xx.2013-xx.xx.2015-ci illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddiaçı da həmin qərarı mübahisələndirməmiş, cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır. Buna görə də hazırkı kassasiya baxışının predmetini yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissə təşkil edir.
28. Apellyasiya məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının xx.xx.2002-xx.xx.2006-cı illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız s ayır.
29. Həmçinin cavabdehin iddiaçının xx.xx.2013-xx.xx.2015-ci illərdə işlədiyi müddətin onun stajına daxil edilib pensiyasının yenidən hesablandığı halda həmin dövrün məhkəmə tərəfindən təkrar nəzərə alınmış olması dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2013-xx.xx.2015-ci illərdə işlədiyi müddət onun stajına daxil edilməmiş, belə ki, onun pensiyası yenidən hesablanarkən qeyd olunan dövrün nəzərə alınması ilə bağlı hər hansı sənəd cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı barəsində onun pensiyasının yenidən hesablanması ilə bağlı sonuncu qərar (i.v. 31) xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur ki, həmin qərarda da məhz qeyd olunan dövrün (xx.xx.2013-xx.xx.2015) iddiaçının stajına daxil edilməklə pensiyasının yenidən hesablanması əks olunmamışdır.
30. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının stajına daxil edilməsini tələb etdiyi xx.xx.2002-xx.xx.2006 və xx.xx.2013-xx.xx.2015-ci illərin həqiqətən ona istər ilk dəfə pensiya təyin olunarkən, istərsə də sonradan xx.xx.2021-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilərkən onun stajına daxil edilmədiyi qənaətinə gəlmişdir.
31. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətlə ndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(103)-72/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.