Məhkəmə qərarları › İş №2-1(102)-1840/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1840/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1840/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının mötəbərliyi; əmək kitabçasında göstərilən dövrlərin sosial sığorta stajına aid edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tə rkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(103)832/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və cavabdeh tərəfindən onun “Xəzri KM” müəssisəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2009 -cu il tarixinədək işlədiyi dövr sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(112)-5645/2023 nömrəli qərarı ilə (hakim S.İ.Salahova) iddia qismən təmin edilərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının "xxxx" dövlət kiçik müəssisəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(103)-832/2024 nömrəli qərarı ilə (hakiml ər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(112)-5645/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçının 1993-2006-ci illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapmış, səlahiyyətli şəxsin imza və möhürü ilə təsdiq edilmiş, qeydlər ardıcıl olmaqla hər hansı bir düzəliş edilməmiş, əldə edilmiş sənədlər əsasında isə həmin müəssisənin mövcudluğu müəyyən edilmişdir. Belə ki, iddiaçının işlədiyi müəssisə dövlət kiçik müəssisəsi olmuş, onun mövcudluğu, habelə iddiaçının həmin müəssisənin direktoru olması iş materialları ilə öz təsdiqini tapmış, eləcə də cavabdeh tərəfindən əm ək kitabçasındakı qeydlərin mötəbər olmadığına dair hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, cavabdehin mübahisələndirdiyi dövrlər əmək kitabçası və iş materiallarında olan digər mötəbər sübutlar ilə təsdiq olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. xx.xx.2006xx.xx.2009-cu illərə münasibətdə isə həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas götürülməklə göstərilən dövrün sosial sığorta stajına daxil edilməsindən imtina əsaslı hesab edilməklə, iddia bu hissədə rədd edilmişdir.

5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə ilkin yaşa görə pensiya təyinatı zamanı “Xəzri KM” müəssisəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrləri araşdırılmadan onun sığorta stajına daxil edildiyindən xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il 9 ay 24 gün sığorta stajına daxil edilməli olduğu halda 34 il 9 ay nəzərə alınaraq hesablandığından xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödəmə müəyyən olunmuşdur. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təhsil aldığı illərin sığorta stajına daxil edilməsi məqsədilə müraciəti etmiş, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının “Xəzri KM” müəssisəsində işlədiyi xx.xx.2006-cı il tarixdə n xx.xx.2009-cu il tarixədək dövr üzrə MDSS ödənilməməsi və buna uyğun olaraq xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığından sözügedən müəssisədə əmək haqqı alıb-almamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı "xxxx" X1 direktoru təyin edilməsinə baxmayaraq xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin həyata keçirilməməsi, əvvəlki dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mötəbər olmasını şübhə altına alır. Lakin məhkəmə kollegiyası müvafiq dövrlər üzrə əməkhaqqının ödənilib-ödənilməməsini, eyni zamanda arxiv sənədlərinin əldə olunması ilə bağlı ətraflı araşdırma həyata keçirməmiş, yalnız iddiaçıya məxsus əmək kitabçasını mötə bər sübut kimi nəzərə alaraq iddia tələbini təmin etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qə rara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kas sasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-582/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-473/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-1728/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-1476/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-1180/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddi açının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

11. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edərək bildirir ki, cavabdehin kassasiya şikayətinin əsas dəlilləri iddiaçının “Xəzri KM” müəssisəsində işlədiyi xx. xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ilə əlaqədar olmuşdur. Halbuki, həmin dövrlər üzrə iddia tələbi aşağı instansiya məhkəmələri tərəfindən təmin olunmamış, iddiaçı isə sözügedən qərarları mübahisələndirməmişdir. İddiaçının "xxxx" dövlət kiçik müəssisəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrə münasibətdə isə apellyasiya instansiyası məhkəməsini haqlı mövqeyinə uyğun olaraq həmin dövrlər əmək kitabçası və iş materiallarında olan digər mötəbər sübutlar ilə təsdiq olunduğundan, eləcə də əmək kitabçasının və istinad olunan sübutların qeyrimötəbərliyinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim olunmadığından sözügedən dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir.

12. Əlavə olaraq qeyd edilməlidir ki, iş üzrə əmək kitabçasınd a qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün onun əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozması kimi qiymətləndirilməlidir. Bundan başqa, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, əmək kitabçasındakı sözügedən qeydlərin qeyrimötəbərliyinə dair sübutlar təqdim olunmadığından əmək fəaliyyətinin digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur.

13. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə d air araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(103)-832/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar