Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1840/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərara izah verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2-1(103)884/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1990-cı ildən xx.xx.2005-ci ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 52 yaş ı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
3. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 6 iyun 2022-ci il tarixli 2-1(103)1424/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Daha sonra cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1848/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-1424/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, Mərkəzi Filial tərəfindən 8 fevral 2023-cü il tarixində Azərbaycan Respub likası Ali X1 01.11 2022-ci il tarixli 2-1 (102)-1848/2022 qərarına əsasən "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli müraciətə uyğun olaraq xx.xx.2018-ci il tarixindən hesablanıb. Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən ötən dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün ona ödənilməli olan 13471,91 manat pul vəsaiti hesablanıb. 13471,91 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə- hissə hər ay 280,66 manat olmaqla pensiyanızın (487,92 manat) üzərinə əlavə edilərək müvafiq kar t hesabına köçürülür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək məhkəmə qərarına əsasən pensiya hüququ 08 avqust 2014-cü il tarixindən yarandığından pensiya ödənişinin həmin tarixdən həyata keçirilərək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim X2) ərizə qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli 2-1(112)-7006/2021 nömrəli qərarının icrası zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən hesablanmalı olduğu nəzərə alınmış, ərizə qalan hissəd ə təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı pensiya təyini ilə bağlı 2017-ci ildən məhkəmə mübahisələri aparır, yəni iddiaçının 52 yaşının tamam olduğu tarixdən pensiya təyini ilə bağlı iradəsini ifadə etdiyi aydındır, lakin hüquqi marağına uyğun səmərəli hüquqi müdafiə vasitəsi seçmədiyindən yekun çıxarılmış məhkəmə aktı hüquqlarını təmin etməmişdir. Lakin iddiaçının iradəsini ən azı 2017-ci ildən bəyan etdiyi aydın olduğundan vaxtında inzibati orqana müraciət edilməməsi iddiaçının həmin tarixdən yaranmış hüquqlarının təmin edilməsini istisna edə bilməz. Odur ki, iddiaçının inzibati orqana ilk müraciəti xx.xx.2017-ci il tarixlidir və həmin dövrdən də məhkəmə mübahisələri davam edir və məhkəmə tərəfindən məhz həmin imtinanın qanunsuz olduğu müəyyən edilmişdir. 9.Pensiya məbl əğinin birdəfəlik ödənməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, fərqin birdəfəlik ödənməsi qanunda nəzərdə tutulmamışdır. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
10. Birinci instansiya məhkəməsinin qərardadından həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətləri vermişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qərardadı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 0 1 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, normanın tələbinə əsasən pensiya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ödənilməlidir. Lakin məhkəmələr qanunvericiliyin tələbini nəzərə almadan iddiaçıya xx.xx.2014-cü ildən pensiya təyin etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, on un izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərardadı ərizənin təmin olunan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinə münasibətdə apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Daha so nra həmin qərardan cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də, şikayətlər təmin edilməmişdir.
22. Hazırkı mübahisə yuxarıda qeyd edilən qərarın icrası ilə bağlıdır.
23. Cavabdeh hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin avqustundan əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir.
24. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir: “... 45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəl ki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmişdir). Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir).
46. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı “R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən:...kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhk əmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər...
47. Məhkəmə qeyd edilən qərarda ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq müəyyən edir ki, iddiaçı pensiya təyini ilə bağlı 2017-ci ildən məhkəmə mübahisələri aparır, yəni iddiaçının 52 yaşının tamam olduğu tarixdən pensiya təyini ilə bağlı iradəsini ifadə etdiyi aydındır, lakin hüquqi marağına uyğun səmərəli hüquqi müdafiə vasitəsi seçmədiyindən yekun çıxarılmış məhkəmə aktı hüquqlarını təmin etməmişdir. Lakin iddiaçının iradəsini ən azı 2017-ci ildən bəyan etdiyi aydın olduğundan vaxtında inzibati orqana müraciət edilməməsi iddiaçının həmin tarixdən yaranmış hüquqlarının təmin edilməsini istisna edə bilməz....”
25. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən halları təhlil edərək qeyd edir ki, iddiaçının inzibati orqana ilk müraciəti xx.xx.2017-ci il tarixdən olduğundan cavabdehin mövqeyi qanuni sayıla bilməz.
26. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kas sasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 21(103)-884/2025 saylı qərardadı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.