Məhkəmə qərarları › İş №2-1(102)-1841/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1841/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1841/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Nəsimi rayon Polis İdarəsinə və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Nəsimi rayon Polis İdarəsinə və "xxxx" ASC-yə qarşı “cinayət işinin başlanılması, maddı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarix li, 2-1(103)2260/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 iyun 2021-ci il tarixdə plastik kartından 320 manat pulun oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılması üçün Nəsimi rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması, ona vurulmuş 320 manat maddi və 5000 manat mənəvi ziyanın cavabdehlərdən onun hesabına tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 18 mart 2022-ci il tarixli, 21(112)-6408/2022 nömrəli qərardadı ilə iddia mü mkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti mövcud deyil, iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

4. İddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiya məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov, 15 iyul 2022-ci il tarixli, 2-1(103)2260/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(112)-6408/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

8. Apellyasiya instansiyası məhkəməsi inzibati işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 9. “İnzibati icraat haqqında” Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xət alara dair işlər üzrə fəaliyyətinə şamil olunmağı göstərilir.

10. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli qərarına əsaslanaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.

11. İddiaçı çıxışında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə iddiasında qeyd etdiyi kompensasiya tələbini ona görə irəli sürmüşdü ki, ehtimallarına görə məhkəmə iddianı təmin edəcək və bir il müddətinə ərizənin hərəkətsiz saxlanılaraq baxılmadığına görə və eləcə də plastik kartının təhlükəsizliyinə cavabdeh olan "xxxx" ASC kartından pulun oğurlandığı gün 3D təhlükəsizlik xidmətinin fəaliyyəti iddiaçı dan xəbərsiz dayandırılması ilə əlaqədar baş vermiş oğurluq nəticəsində ona maddi ziyan vurulduğu üçün kompensasiya ödənilməlidir. Bir halda ki, hakim iddianın mümkünsüzlüyünün bir hissəsini kompensasiya ilə əlaqələndirir, ona görə də o, kompensasiya ilə bağlı iddiasını geri götürür.

12. İddiaçının plastik kartından edilmiş oğurluq faktı ilə bağlı inzibati orqana verdiyi ərizə bir il ərzində hərəkətsiz və baxılmamış saxlanılmışdır.

13. İnzibati orqanın bu hərəkətindən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilməsi AR CPM-nin 449.3-cü maddəsində qeyd olunan hərəkət və qərarlar sırasında qeyd olunmadığı üçün hesab edir ki, qaldırdığı iddia inzibati məhkəmədə baxılmalıdır.

14. İnzibati orqanın vətəndaşdan qəbul etdiyi ərizəni hərəkətsiz və baxılmamış saxlaması nə prosessual hər əkət, nə də prosessual qərar hesab olunmur. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Madd ə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

17. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zam an prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.

21. Apellyasiya məhkəməsi tərəfindən hazırkı m übahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1-ci maddələrinə görə, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İddiaçının tələbi də, inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə aiddir.

23. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı kompensasiya ilə bağlı iddiasını geri götürdüyünü qeyd etsə də, apellyasiya şikayətinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qərardadını bütünlükdə mübahisələndirmişdir. Bu səbəblə də, apellyasiya instansiyas ı məhkəməsi şikayəti tam həcmdə həll etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 21(103)-2260/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar