Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1841/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) Cavabdehə qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-543/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. Ona xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 1.0.8-ci və 1.10-cu maddələri əsasında xx.xx.2017-ci il tarixdən pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş şərtləri əsasında iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunm uşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2017-ci il tarixdən etibarən onun 40 il 1 ay 17 gün sığorta stajı və Fondun Hüquqi Şəxslərlə İş İdarəsinin xx.xx.2018-ci il tarixli, 88/07/131/8701 nömrəli arayışına əsasən, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 48643,09 manat pensiya kapitalı nəzərə alınmaqla (fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i miqdarında) Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən ona əmək pensiyası hesablanmış və onun pensiyasının məbləği xx.xx.2017-ci il tarixdən aşağıdakı kimi müəyyən edilmişdir: Pensiya məbləği: 110 (BH) + 75,10 (SH) + 337,80 (PSK) = 522,90 manat. İddiaçının yaşa görə əmək pensiyasının ümumi məbləği sözügedən Qanunun 26.1-ci və 27.1-ci maddələrinin tələblərinə uyğun olaraq 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi, o cümlədən, işləyən əmək pensiyaçılarının 2006-cı il 01 yanvar tarixindən 2017-ci il 01 iyul tarixinədək olan dövr üzrə pensiya hesablanmasında istifadə olunmuş PSK-nın (sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarix) şərti çevrilməsi əsasında xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixindən 552,71 manata, xx.xx.2019-cu il tarixdən 569,29 manata, xx.xx.2020-cı il tari xdən 663,79 manata, xx.xx.2021-ci il tarixdən 739,49 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt n əzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 2017-ci il iyulun 1-dək ödənilən məcburi dövlət sosial sığorta haqlarının 50%-i, həmin tarixdən isə sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i fərdi hesabın sığorta hissəsində qeydə alınır. Eyni zamanda, iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən əvvəl təyin edildiyi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 50% ilə hesablanmış və pensiyanın sığorta hissəsində 337,80 manat olmaqla öz əksini tapmışdır. İddiaçı Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddət işlədikdə onun xx.xx.2017-ci il tar ixdən sonra fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 90% ilə hesablanacaqdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının müraciəti ilə əlaqədar olaraq, onun yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək 29 il 4 ay 17 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən onun pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 51448,76 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2019-cu il tarixdən 590,50 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası xx.xx.2020-ci il tarixindən 688,52 manata, xx.xx.2021-ci il tarixindən 767,01 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalının “Əmək pensi yaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş 1.0.8, 1.0.10, 1.0.12, 10-cu və digər uyğun maddələrinin tələbləri əsasında yenidən hesablanması, yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sığorta haqlarının 90%-i pensiya kapitalı üçün əsas götürülməklə, pensiya kapitalında toplanmış məbləğin 144-ə nisbəti əsasında təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanma tarixinin xx.xx.2017-ci il tarixdən etibarən cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 63 yaşdan əmək pensiyaçısı olsa da, Milli Aviasiya Akademiyasında baş mü əllim kimi elmi fəaliyyətlə məşğul olur və digər mülki-hüquqi müqavilələr əsasında konsultasiya xidmətləri verir. Pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdə ona həmin dövrdə qüvvədə olan qanuna əsasən 110 manat (baza hissəsi), 75,10 manat (sığorta hissəsi) və 337,80 manat (pensiya kapitalı) olmaqla, cəmi 552,70 manat pensiya hesablanmışdır. Müvafiq Qanuna əsasən pensiya kapitalı onun tərəfindən ödənilmiş 102831,5 manat sığorta haqlarının yığım hissəsinin 50%-nin (51415,75 manat) 144 aya bölünməsi ilə 337,80 manat müəyyən edilmişdir və bu düzgündür. “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, baza hissəsi ləğv edilmiş və sığorta hissəsi ilə birləşdirilərək fərdi hesabın sığorta hissəsi hesab edilmişdir. Qanunun 1.0.8-ci maddəsinə əsas ən, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. xx.xx.2017-ci il tarixdən qanuna edilmiş dəyişikliklərə əsasən fərdi hesabın sığorta hissəsi (10814,4 manat sığorta hissəsi + 51415,75 manat yığım hissəsinin 50%-i x 2) x 90% = 113,645,9 manat təşkil edir. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T = 113,645,9/144 = 789,20 manat. Qanunun 10.4-cü maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən etibarən pensiyanın məbləği təşkil etməlidir: P=SH+YH (789,2+0)=789,20 manat (bu məbləğ hər il orta əmək haqqına mü tənasib olaraq indeksləşdirilir). İddiaçı dəfələrlə aidiyyəti üzrə müraciət edərək, xx.xx.2017-ci ildə qəbul edilmiş Qanunun 1.0.8-ci və 10.2-ci maddələrinə əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin hər dəfə Qanunun 1.0.8-ci, 10.2-ci və 10.4-cü maddələrinin tətbiq edilməsindən imtina edilmiş və 26.1-ci maddə tətbiq olunmuşdur. Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Bununla, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri pozulmuşdur. Konstitusiyanın tələblərinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıra n və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qanunun 26.1-ci maddəsi həmin Qanunun 1.0.8-ci, 10.2-ci və 10.4-cü maddələrinin tətbiqini məhdudlaşdıra bilməz. 1.0.8-ci və 10.2-ci maddələrin 2017-ci il 1 iyun tarixindən öncə pensiya təyin edilən şəxslərə tətbiq edilməsinə mane olan müddəalar qanunda mövcud deyildir, çünki bu Konstitusiyaya zidd olardı.
6. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 14 iyul 2022-ci il tarixli, 21(112)-6919/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2017-c i il tarixli “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə qədər xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiya kapitalının hesablanması aparılırdı. xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. Bu zaman Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır, bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, istifadə olunmamış olsun. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə qədər olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin (bu zaman pensiya kapitalı istifadə edilməmiş qalır), ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməkdə davam etsin (bu zaman xx.xx.2017-ci il tarixədək pensiya təyin edilən və işləməyə davam edən şəxslərin pensiya təyin olunduqdan sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı əsas götürülür). Hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2017-ci ildə pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. Başqa sözlə, iddiaçının xx.xx.2006cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı ona pensiya təyin edilərkən xx.xx.2017-ci ildə hesablanaraq ödənilmişdir. İddiaçı pensiya sığorta kapitalından istifadə etmişdir. Belə olan halda, xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq pensiya təyin edilərkən istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80% artırılması, başqa sözlə iddiaçının tələb etdiyi kimi həmin vaxtadək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-lə yenidən hesablanaraq pensiya kapitalının ödənilməsi qanunvericiliyin tələbinə ziddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işləməyən ə mək pensiyaçısı kateqoriyasına keçdikdə və yaxud pensiya təyin olunduğu xx.xx.2017-ci il tarixdən sonra 6 il işlədikdə onun xx.xx.2017-ci il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının 90% ilə yenidən hesablanmasını tələb etmək hüququ yaranacaqdır.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 18 aprel 2023cü il tarixli, 2-1(103)-543/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya i nstansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixdən qüvvədə olan r edaksiyada) Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsind ə toplanan vəsaitlərin məbləğidir; Maddə 1.0.12. əmək pensiyasının sığorta hissəsi – fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Maddə 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınma mış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanı
2. Müəyyən edilsin ki: 2.9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır (1 may 2017-ci il tarixli, 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir).
17. Azərbaycan Respublikasının İn zibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Mə hkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜN LÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarla maqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkra rlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2017- ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi deyil, həmin Qanunun 1.0.8-ci, 1.10-cu, 1.10.12-ci maddələrinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasına əsasən 90%-i əsas götürül məklə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir.
27. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş istinad olunan müvafiq normalarına görə, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiya kapitalının hesablanması aparılırdı. xx.xx.2017-ci il tarixdən qüvvədə olan dəyişikliyə əsasən isə, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% fərdi hesabın sığorta hissəsində qeydə alınır və qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. 28. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alın ır.
29. İstinad olunan normanın məzmunundan göründüyü kimi, həmin normanın iddiaçıya və iddiaçının vəziyyətində olan digər şəxslərə tətbiqi həmin normada nəzərdə tutulmuş müəyyən şərtlərə bağlıdır və yalnız həmin şərtlərin mövcud olduğu təqdirdə qeyd edilən norma tətbiq oluna bilər. Bu baxımdan həmin normanın tətbiqi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək şəxsin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmış və eyni zamanda istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış olmalıdır.
30. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alı nmış pensiya kapitalı ona pensiya təyin edilərkən nəzərə alınmışdır, yəni onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq istifadə olunmuşdur. Başqa sözlə, istinad olunan normanın tətbiqi şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq olunmur.
31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 24 yanvar tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmuş, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmış pensiya kapitalının 90 faizi əsas götürülməklə pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı sayıla bilməz.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mü bahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 21(103)-543/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.