Məhkəmə qərarları › İş №2-1(102)-1843/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1843/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1843/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(103)-1458/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsi tərəfindən 6 mart 2009-cu il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir

3. Cavabdeh 2020-ci il 27 avqust tarixli məktubla müraciətin təmin ol unmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki: - Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının işlədiyi vəzifə üzrə vəzifə maaşı 300,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-60,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi-69,85 manat olmaqla orta aylıq əmək haqqı 429,85 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017- ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 14 il 2 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (429,85 manat) 75 faizi-322,39 manat müəyyən edilmişdir. Lakin xx.xx. 2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona 311,56 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 140,79 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir...; - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə iddiaçının işlədiyi vəzifə üzrə vəzifə maaşının 330,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavənin-66,00 manat və mükafatlarla müavinətlərə görə əlavənin-76,83 manat olmaqla orta aylıq əmək haqqı 472,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinəd ək olan vəzifə üzrə orta aylıq əmək haqqı (429,85 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (472,83 manat) arasındakı fərq məbləğinin (42,98 manat) 47,23 faizi-20,30 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (322,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 342,69 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 331,62 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 199,26 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir; - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 495,00 manat, qulluq stajına görə və zifə maaşının 20 faizi miqdarında əlavənin-99,00 manat və mükafatlarla müavinətlərə görə əlavənin-115,25 manat olmaqla orta aylıq əmək haqqı 709,25 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan vəzifəniz üzrə orta aylıq əmək haqqı (472,83 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (709,25 manat) arasındakı fərq məbləğinin (236,42 manat) 47,23 faizi-111,66 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanın (342,69 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 454,35 manat təşkil edir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 438,60 manat məbləğində əmək pensiyası ödəni lmişdir. Bu səbəbdən də həmin dövr müddətində 157,50 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir; - Yuxarıda göstərilənlərə əsasən ona ümumilikdə 497,64 manat məbləğində əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir; - Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 497,64 manat fərq məbləğinin 30,16 manat hissəsi cari ilin iyul və avqust aylarında pensiyanın üzərinə əlavə olunmaqla köçürülmüş, qalan 467,48 manat hissəsi isə cari ilin sentyabr ayında müvafiq kart hesabına köçürüləcəkdir; - Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluğu vəzifəsində 15 il və ya 15 ildən yuxarı qulluq stajı olan 15 ilə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yux arı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bununla əlaqədar olaraq əmək pensiyanın hesablanmasında tətbiq olunan faiz dərəcəsi qanunvericiliyə əsasən yalnız dövlət qulluğu vəzifəsində olduğu müddətə uyğun olaraq hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 2020-ci il 28 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Pr ezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması və bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilm əklə, dövlət məvacibini mövcud vəzifənin 2007-2008-ci illər üzrə dövlət məvacibi əsasında hesablamaqla, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 aprel tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci il 29 iyun tarixdən 1987ci il 1 aprel tarixədək Oğuz Rayon Mədəniyyət şöbəsində baş mühasib, 1987-ci il 23 aprel tarixdən 1994-cü il 24 oktyabr tarixədək Oğuz Rayon Maliyyə şöbəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəz ifələrində işləmişdir. Qeyd edilən hər iki vəzifə hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət qulluğuna şamil edilir. Ona 2009cu ilin yanvar ayında dövlət qulluğunda olmuş 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəl iri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş vəzifələrin Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2003-cü il tarixli, 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Oğuz Rayon Maliyyə İdarəsi tərəfindən onun adına verilmiş 25 fevral 2009-cu il tarixli, 04/02-58 nömrəli arayışda onun 1993-1994-cü illərdə çalışdığı aparıcı inspektor vəzifəsinin aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edildiyi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyyə Ağdamskayanın ona ünvanlanmış 2019-cu il 21 noyabr tarixli, 16/02-05-395-6309 nöm rəli məktubunun məzmunundan görünür ki, onun 23 aprel 1987-ci il tarixdən 24 oktyabr 1994-cü il tarixədək Oğuz Rayon Maliyyə şöbəsində işlədiyi pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1998-ci il 20 aprel tarixli, İ-36 nömrəli əmri ilə təsdiq edilmiş Oğuz Rayon Maliyyə İdarəsinin strukturunda pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi nəzərdə tutulmamışdır və hal-hazırda həmin idarədə belə bir vəzifə (ştat vahidi) yoxdur. Ona 2009-cu il 23 yanvar tarixdə pensiya təyin edilərkən pensiya Oğuz Rayon Maliyyə İdarəsinin mövcud aparıcı məsləhətçisinin 2007-2008-ci illərdəki dövlət məvacibi nəzərə alınmaqla hesablanmalı olduğu halda, səhvən onun 1993-1994-cü illərdəki dövlət məvacibi əsas götürülməklə hesablanmışdır. Göründüyü kim i, ona pensiya təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli fərmanı ilə təsdiq edilmiş dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinin müddəalarına riayət edilməmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə (staja görə əlavələrə görə) əsasən həqiqi hərbi xidmət müddəti (1 yanvar 1992-ci il tarixədək keçmiş SSRİ ərazisindəki əsgərlik xidməti) qulluq stajına şamil olunmur, lakin staja görə əlavələr hesablanarkən nəzərə alınır. Həmçinin o, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlə t Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi xahiş etmişdir. Müraciətinə 27 avqust 2020-ci il tarixli, **********0 nömrəli cavab məktubunda ərizədə göstərilənlərə cavab vermək əvəzinə, başqa əsasa görə pensiyasını yenidən hesablayıb həmin əsasa görə də pensiya təyin edildikdən sonrakı bütün müddət üçün ödənilməyən məbləğ hesablanıb tam ödənilməli olduğu halda son 3 ilin fərqi hesablanaraq ödənilmişdir... “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərb aycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 №-li Fərmanının 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydalarının 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-1906/2021 nömrəli qərarı (hakim: X8) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 14 il 2 ay 24 gün dövlət qulluğunda stajı (22 iyul 1980-ci il tarixdən - 1 aprel 1987-ci il tarixədək Oğuz rayon Mədəniyyət şöbəsində baş mühasib, 21 aprel 1987-ci il tarixdən 20 oktyabr 1994-cü il tarixədək Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor işlədiyi dövr) nəzərə alınmaqla 2-ci qrup əlliliyə görə 6 mart 2009-cu il tarixdə dövlət qulluğu pensiyası təyin edilmişdir. İddiaçının dövlət qulluğu hesab edilən vəzifədə işləməsinin son müddəti 1994-cü il olmuşdur. Dövlət qulluğuna görə pensiya təyin edilən zamanı iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə çalışan müddətdə aldığı dövlət məvacibindən pensiya hesablanmış və həmin dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla yen idən hesablanma aparılmışdır. Bununla da, hazırkı iddia ilə 1993-1994-cü illərdə işlədiyi aparıcı inspektor (hazırda aparıcı məsləhətçi) vəzifəsinin 2007-2008-ci illər üzrə almadığı dövlət məvacibi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbi əsassızdır. İddiaçının digər tələbi staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət (1974-1976-cı illər) nəzərə alınmaqla dövlət qulluğuna görə pensiyanın yenidən hesablanması ilə bağlıdır. Dövlət qulluğuna görə təyin edilmiş pensiyanın staja görə əlavələr hesablanması zamanı hərbi xidmətdə olma dövrünün nəzərə alınması qanunvericilik normalarında nəzərdə tutulmamışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyas ı məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2092/2021 nömrəli qərarı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X9 və X20) ilə Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(102)-191/2022 nömrəli qərarı (X1 (məruzəçi), X3 və X2) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2021-ci il 21 sentyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - Apellyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın məhz 6-cı bəndinə istinadının səbəbləri ilə bağlı araşdırma apardığını və həmin normanın iddiaçıya münasibətdə tətbiqini istisna edən halları, yaxud həmin norma iddiaçı barəsində tətbiq olunmalıdırsa, inzibati orqan tərəfindən həmin normanın tələbinə əməl olunduğunu qərarında əsaslandırmamışdır. - Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 1 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın məhz 2, 3, 6-cı bəndlərinin tələbləri, həmçinin iddiaçının 1993-1994-cü illərdə çalışdığı “aparıcı inspektor” vəzifəsinin 2009-cu ildə “aparıcı məsləhətçi” vəzifəsinə uyğun olduğu (iş v. 72) nəzərə alındıqda, əmək pensiyasının təyin edilməsi üçün iddiaçının “aparıcı məsləhətçi” kimi müraciət etdiyi 2009-cu ildən əvvəlki iki il üzrə “aparıcı məsləhətçi”nin dövlət məvacibinin tərkibi (iddiaçının 1992-1994-cü illəri əhatə edən dövr üzrə cədvəldə əks olunan aylar üzrə əmək haqqının tərkibinə daxil olan ödənişlərin sonrakı artımına uyğun olaraq) nəzərə alınmalıdır. -. İddiaçının pensiya işinin hazırkı işə əlavə edilmiş materiallarında iddiaçının mür aciət etdiyi 2009-cu ildə “aparıcı məsləhətçi”nin dövlət məvacibinin tərkibini əks etdirən, iddiaçıya pensiyanın məhz həmin vəzifə (“aparıcı məsləhətçi”) üzrə təyin edildiyini təsdiq edən sübut yoxdur. Cavabdehin etirazlarındakı bəyanatlar isə onda əks olunan məlumatları özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Apellyasiya mərhələsində verilmiş müvafiq məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən məhkəməyə daxil olmuş 19 may 2022-ci il tarixli, 04/02-61 saylı cavab məktubuna əsasən 2007- 2008-ci illərdə Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsinin əmək haqqı barədə aşağıdakı məlumatlar verilmişdir: - 2007-ci il üzrə əmək haq qı: vəzifə maaşı - yanvar ayında 74 manat, fevral ayından dekabr ayınadək olan hər ay üzrə 93 manat olmaqla cəmi 1097 manat, üstəgəl, həmin ilin mart, may, və dekabr aylarında ayda 93 manatdan olmaqla, cəmi 279 manat mükafat, il ərzində ümumilikdə, 1376 manat təşkil etmişdir. - 2008-ci il üzrə əmək haqqı: vəzifə maaşı - yanvar-iyun aylarında 93 manat, avqust-dekabr aylarında isə 180 manat olmaqla cəmi 1638 manat, üstəgəl, həmin ilin mart və may aylarında hər 93 manat, iyun-dekabr aylarında isə hər ay 180 manat olmaqla cəmi 366 manat, il ərzində ümumilikdə 2004 manat təşkil etmişdir

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(103)-1458/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə sonrakı artımlar da nəzərə alınmaqla, cavabdehə müraciəti daxil olduğu xx.xx.2020-ci il tarixindən əvvəlki üç il üçün, yəni, xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - DSMF-in Oğuz rayon şöbəsi tərəfindən 2009-cu ildə pensiya təyinatı aparılarkən, Maliyyə Nazirliyi tərəfindən şöbəyə İddiaçı 1993-1994-cü illərdə Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor kimi çalışdığı vəzifəsinin hal-hazırda aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edildiyi barədə arayış verilməsinə baxmayaraq, onun dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası 1993-1994-cü il tarixlərdə işlədiyi aparıcı inspektor vəzifəsinin dövlət məvacibinə görə təyin olunmuşdur. Göründüyü kimi, iddiaçıya 2009-cu il tarixində əlilliyinə görə əmək pensiyası təyin olunarkən, Qaydaların qeyd olunan tələbinə zidd olaraq, 1993-1994-cü illərdə tutduğu aparıcı inspektor vəzifəsi - 2009-cu ildə fəaliyyətdə olan “aparıcı məsləhətçi” vəzifəsinə uyğunlaşdırılmamış və sonuncunun 2007-2008-ci illər üzrə dövlət məvacibi nəzərə alınmamışdır. - İddiaçının iddia ərizəsinə və əmək kitabçasına əsasən müəyyən olunur ki, xx.xx.1980 – xx.xx.1987-ci illərdə Oğuz Rayon Mədəniyyət Şöbəsində baş mühasib, xx.xx.1987-xx.xx.1 994-cü illərdə isə Oğuz rayon Maliyyə Şöbəsində böyük inspektor kimi, cəmi 14 il 7 ay dövlət qulluğu vəzifələrində çalışmışdır. Pensiya işinə dair sənədlərə əsasən isə iddiaçıya İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası Qanunun qeyd olunan normalarının tələblərinə uyğun hesablanmamış, onun əmək pensiyası keçmiş dövlət qulluğu vəzifəsi üzrə (aparıcı inspektor) məvacibindən hesablanaraq, həmin məbləğdən də vəzifə maaşında baş verən sonrakı artımlar nəzərə alınmaqla pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. İddiaçının müraciətinə görə onun İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasını həyata keçirmək cavabdehin qanunla onun üzərinə düşən öhdəliyi olsa da, bu öhdəliyini əsassız olaraq yerinə yetirməmişdir. - Bundan ə lavə, məhkəmə kollegiyası iddiaçının yaranmış fərqin məhdudiyyət qoyulmadan, birdəfəyə ödənilməsini tələb edən dəlilləri ilə də razılaşmır. Çünki, əmək pensiyasının ödənilməsi mexanizmi qanunvericiliklə müəyyən olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. Cavabdeh həmin qərardan kassasiya şika yəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının 1 saylı Əlavəsi...

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 312-ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır....

6. Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrd əki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. 24. 19. “Əmək pensiyaları haqqında” Qanun: (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbay can Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.11. 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.3. Dövlət qulluğu vəzifəs ində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə

29. Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi 29.3. Bu Qanunun 20.1.1-20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin ş əxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 25. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiya) Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20. 14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur....

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassa siya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən ha zırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasının əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin m üəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, DSMF-in Oğuz rayon şöbəsi tərəfindən 2009-cu ildə pensiya təyinatı aparılarkən, Maliyyə Nazirliyi tərəfindən şöbəyə İddiaçı 1993-1994-cü illərdə Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor kimi çalışdığı vəzifəsinin hal-hazırda aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edildiyi barədə arayış verilməsinə baxmayaraq, onun dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası 1993-1994-cü il tarixlərdə işlədiyi aparıcı inspektor vəzifəsinin dövlət məvacibinə görə təyin olunmuşdur.

35. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral ta rixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2, 3, 6-cı bəndlərinin tələbləri, həmçinin iddiaçının 1993-1994-cü illərdə çalışdığı “aparıcı inspektor” vəzifəsinin 2009-cu ildə “aparıcı məsləhətçi” vəzifəsinə uyğun olduğu nəzərə alındıqda, əmək pensiyasının təyin edilməsi üçün iddiaçının “aparıcı məsləhətçi” kimi müraciət etdiyi 2009-cu ildən əvvəlki iki il üzrə “aparıcı məsləhətçi”nin dövlət məvacibinin tərkibi (iddiaçının 1992-1994-cü illəri əhatə edən dövr üzrə cədvəldə əks olunan aylar üzrə əmək haqqının tərkibinə daxil olan ödənişlərin sonrakı artımına uyğun olaraq) nəzərə alınmalıdır.

36. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavab deh iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasını istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

37. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(103)-1458/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar