Məhkəmə qərarları › İş №2-1(102)-1844/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1844/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1844/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X5 Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin bərpası barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Abş eron rayon şöbəsinə qarşı “ayrı-ayrı illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-194/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayəti üzrə müddətin bərpasına dair ərizəyə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ayrıayrı illər iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1035/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia t əmin edilməmişdir.

3. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı apelyasiya məhkəməsinin qərarından kasasiya şikayəti vermiş, həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyasına ərizə göndərərək kasasiya şikayəti üzrə müddətin üzrlü səbəbdən buraxıldığını bildirib müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçının vəkili məhkəmə iclasında iştirak edərək ərizənin təmin olunmasını, şikayət üzrə buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.

6. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmay araq cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

7. İnzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya ins tansiyası məhkəməsi vasitəsi ilə verilir.

8. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

9. Avropa Məhkəməsi Avropa İnsan Hüq uqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü

10. Apelyasiya məhkəməsi qərarın surətini tərəflərə göndərmiş, iddiaçı x xxxxx 2020-ci il tarixdə qərarı almış (səh. 90), xx xxx 2020-ci ildə dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəni xx xxx 2020-ci il tarixdə (səh. 96) poçta təqdim etmişdir. İddiaçı şikayət üzrə müddəti buraxmışdır. Kasasiya məhkəməsinin mövqeyi

11. İddiaçı tərəfindən mübahisə olunan məhkəmə sənədi x xxxxx 2020-ci ildə ona təqdim edilmişdir. Kasasiya şikayətinin dövlət vəsaiti hesabına tərtib edilməsi barədə vəkillə təmin olunma barədə ərizə isə yuxarıda qeyd edildiyi kimi xx xxx 2020-ci il tarixdə poçta təqdim edilmişdir.

12. İddiaçının kasasiya şikayəti verilməsi ilə bağlı şikayətvermə müddəti (9-xx xxx 2020-ci il qeyri-iş günləri olduğundan) xx xxx 2020-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür.

13. Kasasiya şikayətinin dövlət vəsaiti hesabına tərtib edilməsinə dair ərizə iddiaçı tərəfindən vaxtında təqdim edilməmişdir.

14. İddiaçı kasasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə koll egiyasına sübut təqdim etməmişdir.

15. İddiaçı ərizəsində virus pandemiyası ilə əlaqədar müəyyən hərəkət məhdudiyyəti olduğunu bildirib buraxılmış müddətin üzrlü sayılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, Koronovirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması, X3 tərəfindən koronovirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində X1 tövsiyə və tələblərindən irəli gələrək Nazirlər Kabinetinin yanında operativ qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci ildən Azərbaycan Respublikasında xüsusi rejim tətbiq edilmişdir.

17. Xüsusi rejimin qaydalarına görə həm respublikanın büt ün poçt şöbələri işləmiş, həm də 2 saat müddətində SMS icazələr mövcud olmuşdur. İddiaçı xx xxx 2020-ci il tarixli ərizəsini də xüsusi karantin rejimi dövründə poçta təqdim etmişdir. İddiaçı belə ərizəni xx xxx 2020-ci ilə qədər poçt vasitəsilə apelyasiya məhkəməsinə göndərilməsinə mane olan hallar barədə ərizəsində hər hansı əsaslandırma verməmişdir.

18. Kasasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

19. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ərizəsi təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-194/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar