Məhkəmə qərarları › İş №2-1(102)-1844/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1844/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1844/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(105)-26/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Qusar rayonu, Xuray kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir.

2. Cavabdeh 2018-ci il 14 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imti na etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş JN-0364 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınsa da, aktda göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Faktiki istifadə olunan torpaq sahəsinin koordinatları isə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəsində meşə fondu ərazisi kimi göstərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2018-ci il 17 oktyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qusar rayonu, Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin xüsusi mülkiyyət kimi ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Xuray kəndi ərazisində 2,0 ha torpaq sahəsini Xuray Bələdiyyəsi ilə 2004-cü ildə müqavilə bağlayaraq icarəyə götürmüşdür. 2006-cı ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məq sədi ilə həmin torpaq sahəsinin satın alınması üçün ərizə ilə rəsmi olaraq Xuray bələdiyyəsinə müraciət etmiş və həmin Bələdiyyənin 2006-cı il 8 aprel tarixli, 10 saylı protokoluna əsasən Xuray Bələdiyyəsinə məxsus olan 2004-cü ildən icarəyə alınmış 2,0 ha torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi üçün iddiaçıya satılmışdır. Daha sonra, satın aldığı torpaq sahəsinin sənədlərini Qusar rayon Torpaq şöbəsinə təqdim etmiş və Qusar rayon Xuray kəndi ərazisində 2,0 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 0364 seriyalı 30123018 kodlu dövlət aktı verilmişdir. 2006-cı ildən bu günə qədər iddiaçı Qusar rayon Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinə istifadə və sahiblik hüquqla rını mübahisəsiz həyata keçirir. Hətta mülkiyyət hüququ əsasında ona məxsus həmin torpaq sahəsinin üzərində istirahət zonasının tikinti üçün Qusar rayon İcra Hakimiyyəti başçısının 2007ci il 9 oktyabr tarixli sərəncamı da verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 0364 seriyalı 30123018 kodlu dövlət aktını cavabdehə təqdim edərək mülkiyyət hüququ əsasında özünə məxsus torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh təşkilat 2018-ci il 14 sentyabr tarixli məktubu ilə imtina etmişdir. Qusar rayon Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsi 14 ildir ki, iddiaçının istifadəsində və sahibliyindədir və həmin torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon torpaq şöbəsi tərifindən verilmiş dövl ət aktına əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş dövlət aktı əsasında Qusar rayonu Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə cavabdeh təşkilat daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydləri aparmalı və bu barədə iddiaçıya çıxarış verməlidir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 rayonu, Xuray kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə daxil olmuş 20 18-ci il 17 avqust tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş JN-0364 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınsa da, aktda göstərilən torpaq sahəsinin cizgiləri cavabdehin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Faktiki istifadə olunan torpaq sahəsinin koordinatları isə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəsində meşə fondu ərazisi kimi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alğı-satqısına yol verilmir. Həmin məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz cavabdehin elektron baza kadastr xəritə materiallarında aşkar edilmədiyindən, o cümlədən faktiki istifadə olunan torpaq sahəsinin koordinatları xəritədə meşə fondu ərazisi kimi göstərildiyindən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanma sından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından əsaslı olaraq imtina olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 26 fevral tarixli, 2-1(118)-26/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən veri lmiş JN 0364 seriyalı, 30123018 kodlu dövlət aktına əsasən Qusar rayonu, Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin xüsusi mülkiyyət kimi iddiaçıya məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yü klülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi, bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları öz əksini tapmışdır. Hazırkı işdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı biri mövcud deyildir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqa yıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(105)-26/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 26 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilm əsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatlı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin qanunun 7.1.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları vətəndaşların xüsusi mülkiyyətinə verilə bilər. Qeyd edilməlidir ki, kənd təsərrüfatına az yararlı torpaq sahələrin sahibkarlıq məqsədilə ayrılması və İstifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla yanaşı, mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Belə ki, torpaqların kate qoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Qeyd edilməlidir ki, kənd təsərrüfatı təyinatlı kateqoriyaya aid torpaq sahələrinin JN-0364 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərildiyi kimi sahibkarlıq məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

13. Bundan əlavə, JN-0364 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sertifikat (qaimə) hiss əsində həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi öz əksini tapmışdır. Belə ki, Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı o byektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin İstifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli araşdırmamış, onlara obyektiv qiymət verməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil 2021-ci il 26 oktyabr tarixli məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçının vəki li 2021-ci il 26 oktyabr tarixli məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;...

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. Cavabdehin iddia tələbinə qarş ı etirazının və şikayətinin dəlillərindən birincisi dövlət aktında göstərilən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamasıdır.

22. Bununla bağlı kollegiya qeyd edir ki, Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanla təsdiq edilmiş eyni adlı Əsasnamə ilə tənzimlənirdi.

23. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutu nun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər.

25. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Məlumatların düzgünlüyü də həmin orqan tərəfindən təmin ed ilməli idi.

26. Bundan əlavə, Qusar rayonu, Xuray bələdiyyəsinin 2006-cı il 4 aprel tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə işlənmiş JN-364 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na aid məlumatların elektron kadastr bazasına daxil edilməsi barədə müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətində baxılmış və Xidmət tərəfindən iddiaçıya ünvanlanmış 2019-cu il 11 fevral tarixli, **********63 saylı məktubla bildirilmişdir ki, işçi qrupu tərəfindən müraciətdə qaldırılan məsələ arxiv sənədləri əsasında araşdırılmış və JN-364 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na aid məlumatların elektron bazaya daxil edilməsi məqsədəmüvafiq hesabedilmiş və 2,0 ha torpaq sahəs inə işlənmiş JN-364 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na aid elektron məlumatların bazaya daxil edilməsi ilə bağlı tərəflərindən müvafiq tədbirlər görülmüşdür.

27. İddia olunan torpaq sahəsinin meşə fondu torpaqları olması ilə bağlı dəlilə gəldikdə, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halın araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 27 iyun tarixli, 8336 saylı rəyi ilə: 1) İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-0364 KOD 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatlarının qismən uyğun olduğu; 2) İddiaçı faktiki is tifadə etdiyi torpaq sahəsinin vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritəsinə və X6 Təsərrüfatının arxivində saxlanılan meşəquruluşu xəritələrinə əsasən meşə fondu torpaqlarına aid olmadığı müəyyən edilmişdir.

28. Birinci instansiya məhkəməsinin 2019-cu il 24 sentyabr tarixli, 2-1(085)217/2019 saylı qərardadı ilə iş üzrə əlavə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-0364 KOD 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatları uyğundurmu? İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-0364 KOD 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatları tam uyğun deyilsə, hansı hissədə uyğun deyil? Həmin hissənin kimin mülkiyyətində olduğu müəyyən edilsin.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 24 dekabr tarixli, 25265 saylı əlavə məhkəmə tikinti texniki ekspertizasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-0364 KOD 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatları uyğundur.

30. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin meşə fondu torpağına aidiyyət i öz təsdiqini tapmamışdır.

31. İş materiallarından görünür ki, iddiaçıya sahibkarlıq fəaliyyəti üçün satılmış 2 ha torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur.

32. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.

33. Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun (zaman görə qüvvədə olan redaksiyada) 7.1.2-ci maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xü susi mülkiyyətə verilə bilər.

34. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən bildirmişdir ki, aparılmış torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsasən ərazidə ağır gillicəli, yuxa, zəif skeletli meşə altından çıxmış zəif karbonatlı dağ-qəhvəyi torpaq tipi yayılmışdır. Torpaqların ümumi bonitet şkalasına əsasən məlumdur ki, 40-21 bonitet balı arası torpaqlar İV keyfiyyət qrupuna daxildir. Sözügedən ərazinin bonitet balı 34 bal olmaqla, İV keyfiyyət qrupuna aiddir. Torpaqların bonitipovkasının 100 ballı şkala üzrə İV keyfiyyət (aşağı keyfiyyətli kənd təsərrüfatına az yaralı torpaqlar) qruplarının müəyyən edilməsində əsas tutulan və torpağın sabit diaqnostik xassə və əlamətlərini özündə ehtiva edən qiymət m eyarları ilə bağlı, eyni zamanda təshih əmsalları nəzərə alınmaqla torpaq tipindən, qranulometrik tərkibindən, torpaq qatının qalınlığından, skeletliliyi və s. kimi torpaqda baş verən dəyişkən xarakterli xassə və əlamətlərdən istifadə olunmuşdur.

35. Beləliklə, müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, İV keyfiyyət qrupuna aid olan kənd təsərrüfatına az yararlı torpaq sahəsidir, qanunvericilikdə isə bu keyfiyyətdə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü təsbit edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(105)-26/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar