Məhkəmə qərarları › İş №2-1(102)-1844/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1844/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1844/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyystri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi) 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri 115 saylı Tam orta məktəb) iş üzrə QƏRARİ Açar sözlər: (texniki pasportun dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidm ətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyystri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi) 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri 115 saylı Tam orta məktəb) “texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)226/2022 saylı, 26 may 2022-ci il tarixli qərarından üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamına əsasən iddiaçının xx.xx.2017-ci il tarixli müraciəti və Azərbaycan Sənaye və Ticarət Şirkətinin xx.xx.2017-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən (icarə əsasında) torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. 2. xx.xx.2017-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya istifadəyə verilən torpaq sahəsinə (0,1429 ha) ayrıc aktı verilmişdir. 3. xx.xx.2017-ci il tarixində iddiaçıya torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair inşaat pasportu verilmişdir.

4. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13248 saylı inşaat pasportuna əsasən həmin inşaat pasportu iddiaçının sifarişi əsasında ünvan 1 ünvanda yerləşən yaşayış binası ilə bağlı hazırlanmışdır, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, X2 Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekspertiza İdarəsi, "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İB, “Bakı Telefon Rabitəsi” İB, "xxxx" ASC ilə razılaşdırmalar aparılmışdır. İnşaat pasportuna əsasən torpağın sahəsi 0,1429 ha təşkil edir, sahə şimaldan M.Davudoğlu küçəsi, cənubdan, qərbdən və şərqdən qonşu ərazilər ilə əhatə olunmuşdur. Sahədə tikililər vardır. 5. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən 1201 kv.metr torpaq sahəsi iddiaçıya 49 il müddətinə icarəyə verilmişdir.

6. Bundan sonra xx.xx.2018-ci ildə iddiaçının yanında yerləşən 115 saylı orta məktəbinə cavabdeh tərəfindən texni ki pasport verilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbin texniki pasportuna əsasən həmin məktəbin torpaq sahəsi 10217,8 kv.m, açıq torpaq sahəsi 1860,8 kv.m, asfalt örtüklü sahə 3000 kv.m, yaşıllıq sahəsi 2000 kv.m göstərilmişdir, texniki pasportdakı təsnifata əsasən məktəbin ərazisində su anbarı, iki məktəb binası, 2 birmərtəbəli tikili, idman meydançası, dəmir barmaqlıqlı daş hasar, daş hasar və metal darvaza göstərilmişdir.

7. İddiaçı hesab edir ki, cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsini məktəbin ərazisi kimi adı çəkilən texniki pasportunda göstərilmişdir.

8. Göstərilənləri əsas tutaraq iddiaçı cavabdeh orqana müraciət etmiş və üst-üstə düşən torpaq sahəsinin həmin tex niki pasportdan çıxarılmaqla, həmin texniki pasportun dəyişdirilməsini xahiş etmişdir.

9. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti,183 ünvanda yerləşən 115 saylı orta məktəbə texniki pasport registr məlumatları əsasında hazırlanmışdır və texniki pasportda “İ” literlə işarələnmiş su anbarı məktəbin balansında göstərilmişdir. İddiaçının iddia etdiyi ərazidə məktəbə məxsus və balansında olan su anbarı yerləşir. Bundan başqa sənədlər toplusuna Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli sərəncam əlavə olunmamış və sözügedən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi aşkar edilməmişdir. Odur ki, iddiaç ının 115 saylı tam orta məktəb üçün yeni texniki pasportun tərtib edilməsi haqqında ərizəsinin icra edilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbə verilmiş xx.xx.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla həmin texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi ra yonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində iddiaçıya yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və şəhərsalma əsaslandırılması tətbiq edilmişdir. Qeyd olunan sərəncam verilərkən Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu nəzərə alınmış, həmçinin sonradan Fövqəladə Hallar Nazirliyinin xx.xx.2017-ci il tarixli rəyi ilə yuxarıda qeyd olunan ərazidə yaşayış binasının işçi layihəsi üçün bütün işlərin icrası Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında MMC-yə qanuni əsaslarla yaşayış binasının inşası üçün ayrılmış torpaq sahələrinin cizgisi dəqiq koordinatlar əks olunan ayrıc aktı ilə tərtib olunmuşdur. Bütün b u sənədləşmələr 2017-ci il ərzində baş vermişdir, amma qonşuluqda yerləşən 115 saylı tam orta məktəb qanunsuz olaraq cavabdehə müraciət edərək MMC-yə qanuni əsaslarla ayrılmış torpaq sahəsinin bir hissəsinin məktəbin ərazisi kimi göstərilməsinə və bu barədə texniki pasportun tərtib olunmasına nail olmuş və 26 fevral 2018-ci il tarixli texniki pasport əldə etmişdir. Texniki pasportu əldə edəndən sonra 115 saylı tam orta məktəb MMC-yə yaşayış binasının tikintisinin aparılmasına mane olur. Hətta bir neçə dəfə MMC-yə texnika gətirilsə və tikintiyə başlanılmasına cəhd göstərilsə də, 115 saylı tam orta məktəbin rəhbərliyi tikintinin başlanmasına imkan verməmişdir. Qeyd olunan torpaq sahəsinin məktəbə aid olması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə 30 mart 2018-ci il tarixli məktubla mürac iət olunmuşdur. İddiaçıya sözügedən ərazidə yaşayış binasının tikintisinə icazə verilməsi tam qanuni əsaslarla həyata keçirilmiş, həmin ərazinin koordinatlarının müəyyən olunması məqsədilə tərtib olunmuş ayrıc aktı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunarkən həmin ərazinin nəinki 115 saylı orta məktəb, hətta hər hansı bir üçüncü şəxsin istifadəsində olmaması, ümumiyyətlə ərazinin boş olması müəyyən olunmuşdur. Tikintinin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Baş Şəhərsalma idarəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair 3 aprel 2017-ci il tarixli inşaat pasportunda da mövcud olan sənədlərdən biri ərazinin kosmik fotoşəkilində də torpaq sahəsinin cizgiləri qırmızı xətlə işarə olunarkən 115 saylı tam orta məktəbə məxsus torpaq sahəsinin sərhədləri də əks olunmuşdur. Qeyd olunan ərazidə transformator yerləşir, bu isə mülki hüquqda yüksək təhlükə mənbəyidir. Transformatorun da məktəbin sahəsində yerləşməsi qeyri mümkündür. Bu da bir daha təsdiq edir ki, həmin ərazi qanunsuz olaraq məktəbin ərazisi kimi qeydə alınmışdır. Cavabdehin 23 may 2018-ci il tarixli məktubunda “İ” literlə işarələnmiş su anbarının məktəbin balansında olması qeyd olunmuşdur ki, bu da reallığı əks etdirmir. Çünki məktəbin ərazisində su anbarı mövcuddur. Həmin su anbarı da məktəbin ərazisinin digər qonşularla sərhəd olan hissəsində yerləşir. Məktəbin iki su anbarının olması isə mümkün deyildir. Digər bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin mart ayında sərəncam verilmişdir ki, əgər həmin torpaq sah əsi üzərində hər hansı bir üçüncü şəxslərin hüquqları öz əksini tapsaydı Bakı şəhər İcra Hakimiyyəti qeyd olunan torpaq sahəsini icarəyə verməzdi, verilsəydi belə həmin sahəyə dair ayrıc aktında 115 nömrəli tam orta məktəbin və ya hər hansı başqa üçüncü şəxslərin hüquqları qeyd olunardı. Məhz həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlandıqdan və mövcud bütün sənədləşmələr aparıldıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 30 mart 2018-ci ildə ərizə ilə müraciət etmiş, həmin ərizə əsasında cavabdeh tərəfindən 115 saylı tam orta məktəbə qanunsuz olaraq yeni texniki pasport verilmişdir.

12. Cavabdehin ünvan 4 ünvanda yerləşən 115 saylı tam orta məktəbə dair texniki pasportun verilməsinə əsas qismində məhkəməyə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (qeydiyyat N 7678) balansında olan daşınmaz əmlakın dövlət registrdən çıxarış təqdim edilmişdir. Həmin registrdən çıxarışda Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda Bakı şəhəri üzrə Təhsil İdarəsinin balansında olan daşınmaz əmlak kimi 115 nömrəli tam orta məktəbin binası, idman meydançası, qazanxana binası, su anbarı, yaşıllıq örtüklü sahə (2000 kv metr), məktəb binası, gözətçi binası, su anbarı, ərazinin hasarı, asfalt örtüklü sahə (3000 kv metr), ərazinin ümumi torpaq sahəsi (10217,8 kv metr) göstərilmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 19 dekabr 2018-ci il tarixli, 2-1(81)-3069/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvan da yerləşən 115 saylı tam orta məktəbə verilmiş xx.xx.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla həmin texniki pasportun dəyişdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər müvafiq icra hakimiyyətinin torpağın ayrılması barədə sərəncam, icarə müqaviləsi, torpağın sənədlərini müəyyən edən ayrıc aktı, ayrılmış torpaq sahəsinin cizgisi mövcuddur. Lakin üçüncü şəxs 115 saylı tam orta məktəbə mübahisəli torpağın ayrılması haqqında qərar (sərəncam), müqavilə, ayrıc aktı, torpaq sahəsinin cizgisi məhkəməyə təqdim edilməmiş, belə bir sənədlərin mövcud olması bildirilməmişdir. Habelə torpağın 115 saylı tam orta məktəbə məhkəmənin mübahisəli torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsinə dair qərarı və ya hökmü və qanunvericiliklə müəyyən edilmiş digər yollarla keçməsi də iş materialları ilə təsdiqlənmir. Eyni zamanda məhkəmədə işə baxılan zaman 3-cü şəxslərin mübahisəli torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət İdarəsinin hazırladığı xx.xx.2018-ci il tarixli, 11/6063 inventar nömrəli və **********42-12101 reyestr nömrəli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbin texniki pasportu registr məlumatları əsasında hazırl anmışdır, lakin həmin registr məlumatlarının əsaslandığı mübahisəli torpaq sahəsinin 115 saylı tam orta məktəbə verilməsinə dair sənədlər (torpağın sahəsinin ayrılması barədə sərəncam xarakterli sənəd, ayrıc aktı, torpaq sahəsinin koordinatları, plan və s.) məhkəməyə təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi registr məlumatlarında isə göstərilən torpaq sahələrinin heç birinin koordinatları göstərilməmişdir. Bundan başqa həmin registr məlumatlarını məhkəmə mötəbər sübut hesab etmir. Belə ki, registr məlumatlarında məktəbin ərazisində su anbarının yerləşməsi göstərilsə də məhkəmə yerində baxış zamanı məktəbin ərazisində su anbarının texniki pasportda göstərildiyi yerdə su anbarının olmasını müəyyən etməmişdir. Məhkəmə mübahisəli əraziyə yerində baxış keçirərkən müəyyən etmişdir ki, iddia çıya ayrılmış torpaq sahəsi ilə 115 saylı tam orta məktəbin ərazisi arasında elektrik yarımstansiya obyekti və sahibi məlum olmayan tikili yerləşir. İddiaçının mübahisələndirdiyi texniki pasport iddiaçıya torpaq sahəsi ayrıldıqdan sonra tərtib edilmişdir, yəni ilkin olaraq torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədlər iddiaçı üçün tərtib edilmişdir.

15. Cavabdeh və üçüncü şəxslər həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)726/2019 nöməli xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı inzibati iş üzrə icraat, 2-1(81)- 1547/2019 saylı iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb qurtaranadək dayandırıl mışdır. 17. 23 fevral 2021-ci il tarixində iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.

18. Ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDX yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: İddiaçı MMC) sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1071/2020 saylı qərardadı ilə təmin olunmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir.

20. Bakı Apellyas iya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər V.Ağayev məruzəçi, A.Nuriyeva və A.Hüseyn) 2-1(103)-17/2021 nömrəli, 5 mart 2021-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxslərin apellyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət İdarəsinin hazırladığı xx.xx.2018-ci il tarixli, 11/6063 inventar nömrəli və **********42-12101 reyestr nömrəli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbin texniki pasportu registr məlumatları əsasında hazırlanmışdır, lakin həmin registr məlumatlarının əsaslan dığı mübahisəli torpaq sahəsinin 115 saylı tam orta məktəbə verilməsinə dair sənədlər (torpağın sahəsinin ayrılması barədə sərəncam xarakterli sənəd, ayrıc aktı, torpaq sahəsinin koordinatları, plan və s.) məhkəməyə təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi registr məlumatlarında isə göstərilən torpaq sahələrinin heç birinin koordinatları göstərilməmişdir.

22. Cavabdeh və üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi kassasiya şikayətləri verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1047/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instan siya məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir.

24. Kassasiya şikayətinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin 1201 kv.m yoxsa, 0,1429 ha olması barədə araşdırma aparmamış, həmçinin apellyasiya məhkəməsi registrdən çıxarışın hansı ilkin hüquqi sənədlər əsasında verilməsini, 115 saylı orta məktəbin ərazisini əks etdirən mübahisə olunan hissədə olan torpaq sahəsinin həqiqətən iddiaçıya icarəyə verilən torpaq sahəsi olmasını müəyyən etməmiş, mütəxəssis və ekspert rəyinin alınmasının zəruriliyini müzakirə etməmiş, registrdən çıxarış tərtib edilərkən mübahisə olunan torpaq sahəsinə aid hissədə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Resp ublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin tələblərinə əməl olunmasını yoxlamamışdır. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya icraatında iddiaçının nümayəndəsi apellyasiya şikayətlərini əsassız hesab etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyytinin xx.xx.2017-ci il tarixli 102 nömrəli sərəncamı iclasında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 17/23 saylı ayrıc aktına əsasən "xxxx" MMC-yə ayrılmış 0,1429 ha torpaq sahəsinin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 26 fevral 2018-ci il tarixli texniki pasportda Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerl əşən 115 saylı tam orta məktəbin ərazisi kimi göstərilmiş “l” literlə işarələnmiş sahəsi 42 kv.m olan su anbarı hissəsinin, həmin texniki pasportdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər C.Yusifov məruzəçi, H.Həmidov və E.Nağıyeva) 2-1(103)-226/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3069/2018 saylı 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən 115 saylı tam orta məktəbin adına tərtib edilmiş 26 fevral 2018-ci il tarixli texn iki pasportdan "xxxx" MMC-yə ayrılmış 0,1429 ha torpaq sahəsinin üzərinə işlənilmiş və məktəbin ərazisi kimi göstərilən “l” literlə işarələnmiş sahəsi 42 kv.m olan su anbarı hissəsinin həmin məktəbin texniki pasportundan çıxarılması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (indiki adı Daşınmaz Əmlakınn Dövlət Kadastrı və Reyestri PHŞ ) həvalə edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında işdə olan sübutlarla müəyyən edilən hallara uyğun olaraq, iddianın təmin olunması barədə mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də İPM-in 13-cü maddəsinin tələbi qaydasında, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsində ona yardımçı olmamış, məktə bin texniki pasportundan hansı ölçüdə torpaq sahəsinin çıxarılmasına aydınlıq gətirmədən, texniki pasportun dəyişdirilməsini cavabdehə həvalə etmişdir. Ona görə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə prosessual pozuntulara yol verildiyini mübahisələndirən hissədə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri qismən təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3069/2018 saylı 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilməli, iddia təmin edilməli və Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən 115 saylı tam orta məktəbin adına tərtib edilmiş 26 fevral 2018-ci il tarixli Texniki Pasportdan "xxxx" MMC-yə ayrılmış 0,1429 ha torpaq sahəsinin üzərinə işlənilmiş və məktəbin ərazisi kimi göstərilmiş “l” literlə işarələnmiş sahəsi 42 kv.m olan su anbarı hissəsinin məktəbin texniki pasportundan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməlidir.

28. Üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi və ya işin təkrar baxılması üçün apellyasiya instanisyası məhkəmsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

29. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətlı ola n, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla yanaşı üçüncü şəxs kassasiya şikayətində Mülki Məcəllənin 140-cı maddəsinin, Mülki Prosessual Məcəllənin 217 və 88-ci maddələrinin tələblərinin pozulmasını qeyd edərək, apellyasiya instansiyası məhkəməsinin 26 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

30. Torpaq Məcəlləsi: Maddə

20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə Maddə 20.1 Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafi q surətdə istifadə edilir. Maddə 20.2 Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Maddə 20.3 Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Maddə 20.4 Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşutəsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həm in sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə 41.Dövlət torpaq kadastrı Maddə 41.1 Dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə zəruri və etibarlı məlumatların məcmusudur. Maddə 41.2 Dövlət torpaq kadastrının məlumatları torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılması, torpaqların verilməsi və geri alınması, torpaqların normativ qiymətinin, onlara görə haqların müəyyən edilməsi, yerquruluşu işlərinin aparılması, özgəninkiləşdirilmə zonalarının müəyyən edilməsi, torpaqların istifadəsi ilə bağlı təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, eləcə də torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar di gər müvafiq tədbirlərin həyata keçirilməsi zamanı mütləq tətbiq edilməlidir. Maddə 41.3 Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Maddə 43 Yerquruluşu Maddə 43.1 Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Maddə 43.2 Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaf tların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. Maddə 43.3 Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; Maddə 55 T orpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

57. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılmasının xüsusiyyətləri..... Maddə 57.4 Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) to rpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Maddə 65 Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Maddə 65.1 Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Maddə 65.2 Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 66 Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər Maddə 66.1 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarış la rəsmiləşdirilir. Maddə 68 Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

31. İnzibati icraat haqqında Qanun: Maddə 2.0.6 inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

32. Azərbaycan Respubl ikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə” (-). Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlətəmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. (-). Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur: bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar; daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); qanuni qüvvəyə minmiş məhkəmə qərarları; daşınmaz dövlət əmlakı üzərində hüquqlar ın keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər. Yeni yaradılmış (inşa edilmiş, qurulmuş və s.) və yaxud əldə edilmiş (alqı-satqı, bağışlama və s.) daşınmaz dövlət əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra müvafiq Registrdə qeydə alınır. (-).

29. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).

33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı

34. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1 Öhdəliyin icrası haqqın da iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim ol unduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşd ırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamasına dair kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

41. İşin müəyyən olunmuş faktiki hallarına görə, iddiaçı tərəfindən iddia olunur ki, istifadəsində olan torpaq sahəsinin bir qismi cavabdehin qanunsuz hərəkətləri nəticəsində 115 saylı tam orta məktəbin texniki pasportunda məktəbin ərazisi kimi göstərilmişdir. Bu səbəbdən hesab edir ki, həmin sahə texniki pasportdan çıxarılmalıdır.

42. Cavabdeh isə mübahisəndirmişdir ki, məktəbin registr məlumatlarına əsasən hazırlanmış Texniki pasportunda “l” literlə işarələnmiş su anbarı məktəbin balansında göstərilib. İddiaçının idd ia etdiyi ərazidə məktəbə məxsus və onun balansında olan su anbarı yerləşir.

43. Ali Məhkəmədə ilk dəfə işə baxılarkən də məhkəmə kollegiyasının hüquqi mövqeyi belə olmuşdur ki, apellyasiya məhkəməsi texniki pasportun torpaq sahəsinin hansı hissəsi və nə qədər sahə üzrə dəyişdirilməsinə münasibət bildirməyərək İPM-in 13 və 48.1-ci maddələrinin tələblərinə uyğun olaraq aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında, bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasında proses iştirakçılarına yardım etməmiş, iddiaçıya ayrılmış torpaq sahəsinin 1201 kv.m, yoxsa 0,1429 ha olmas ı barədə araşdırma aparmamışdır.

44. İşin qeyd olunan mübahisəli məqamlarının aydınlaşdırılması baxımından və Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir.

45. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 mart 2022-ci il tarixində məhkəməyə təqdim olunmuş 10/6467 nömrəli 28 fevral 2022-ci il tarixli rəydə qeyd olunmuşdur ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14 mart 2017-ci il tarixli 17/23 saylı Ayrıc Aktında və 3 aprel 2017-ci il tarixli 13248 saylı İnşaat pasportunda "xxxx" MMC-nin icarəsinə verilən torpaq sahəsinin ölçüsünün 0,1429 ha göstərilməsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının 9 mart 2017-ci il tarixli 102 saylı sərəncamı və Ba kı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 3 may 2017-ci il tarixli icarə müqaviləsində göstərilmiş 0,1201 ha torpaq sahəsinə bitişik yerləşən, xüsusi mülkiyyət hüququ əsasında "xxxx" MMC-nin adına qeydiyyatdan keçmiş 0,0228 ha torpaq sahəsinin olması ilə izah olunur. "xxxx" MMC-nin adına tərtib olunmuş 17/23 saylı Ayrıc Aktının 14 mart 2017-ci il tarixdə verilməsini, həmçinin 13248 saylı İnşaat pasportunun 3 aprel 2017ci il tarixində verilməsini, 115 saylı tam orta məktəbə dair 11/6063 inventar nömrəli Texniki Pasportun isə 14 mart 2018-ci il tarixdə tərtib edildiyini, eyni zamanda, mübahisəli torpaq sahəsinin faktiki olaraq məktəbin sərhədindən kənarda yerləşdiyini nəzərə alaraq, məktəbə verilmiş texniki pasportun "xxxx" MMC-yə ayrılan torpaq sahəsinin üzərinə işlənildiy i, eləcə də Texniki pasportda “l” literlə işarələnmiş sahəsi 42 kv.m olan su anbarının "xxxx" MMC-nin icarəsinə verilən torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir.

46. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən 115 saylı tam orta məktəbin nümayəndəsi ona məhkəmə tərəfindən verilən suallara münasibət bildirərkən məlum olmuşdur ki, məktəbə 2018-ci ildə texniki pasport tərtib olunarkən, cavabdeh idarənin əməkdaşı tərəfindən İddiaçı MMC-nin nümayəndəsi olmadan, yalnız məktəbin nümayəndəsinin iştirakı ilə və hər hansı ilkin sənəd mövcud olmadan məktəbin ərazisinə baxış keçirilmiş və bu zaman həmin vaxt boş olan mübahisəli ərazi ilə bağlı məktəbin nümayəndəsinin dedikləri və göstərdiyi istiqamətlər daxilində cavabdehin əməkdaşı öz qeydlərini aparmışdır. Əslində, işin hazırkı mərhələsində də qeyd olunan registr vərəqindən başqa bir sənəd-sübut məhkəmə tərəfindən aşkar edilməsi mümkün olmamış, üçüncü şəxs tərəfindən də məktəbin ərazisinin tikildiyi vaxt yerləşdiyi torpaq sahəsini ölçülərinə sübutetmə vasitələri məhkəməyə təqdim olunmamışdır.

47. Qeyd olunanlar nəzərə alınmaqla, 2017-ci ildə iddiaçıya ayrılmış torpaq sahələrinə dair Ayrıc aktı və İnşaat pasport tərtib edildikdən sonra, həmin sənədlərdə olan göstəricilər nəzərə alınmadığı halda, cavabdeh tərəfindən 2018-ci ildə 115 saylı orta məktəbin Texniki pasportunun tərtib edilməsi zamanı səhvlərə yol verilməsi və məktəbin texniki pasportunda "xxxx" MMC-yə ayrılan torpaq sahəsinin üzərinə işlənilməsi və ekspert rəyində qeyd edildiyi kimi, yanlışlıqla məktəbin texniki pasportu nda “l” literlə işarələnmiş sahəsi 42 kv.m olan iddiaçıya məxsus su anbarı hissəsinın məktəbin hüdudları daxilində göstərilməsi mümkün olmuşdur.

48. Göründüyü kimi, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli araşdırma aparılmadığı qeyd olunsa da, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam, hərtərəfli araşdırmış və belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehdən 115 saylı orta məktəbin texniki pasportunda düzəliş edilməsini və texniki pasportundan iddiaçıya ayrılan torpaq sahəsinin hüdudları daxilində yerləşən “l” literlə işarələnmiş su anbarının yerləşdiyi 42 kv.m torpaq sahəsinin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh texniki pasporta dəyişiklik edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, üçüncü şəxsin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(103)-226/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(103)-226/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar