Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1844/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-653/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 24 avqust 1960-cı il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus НЗ seriyalı, № ******* saylı hərbi biletə və Bakı Yüngül Sənaye Texnikumu tərəfindən xx.xx.1979-cu ildə verilmiş BT seriyalı 019160 №li diploma əsasən o, 1975-ci ildə həmin texnikuma daxil olmuş və Dövlət ixtisas komissiyasının 01 mart 1979-cu il tarixli qərarı ilə ona texnik-mexanik ixtisası verilmiş, 09 noyabr 1979-cu ildən 12 noyabr 1981-ci ilədək SSR ordu sıralarında hərbi xidmətdə olmuşdur.
3. Bundan başqa iddiaya məxsus ИТ-İ seriyalı, ******* №li xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1978-ci ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Bakı uşaq paltarları tikiş istehsalat birliyində YSN tədris- istehsalat təcrübəsi keçmək üçün təmirçi-çilingər vəzifəsinə təyin edilmişdir (Əmr № 15-k, xx.xx.1978-ci il); xx.xx.1978-ci ildə 1-ci (birinci) dərəcəli təmirçi-çilingər kimi istehsalat təcrübəsinin müddəti bitdiyinə görə azad edilmişdir (Əmr № 12, xx.xx.1978-ci il); xx.xx.1979-cu ildə TTT 3-cü dərəcəli təmirçiçilingər təyin olunmuşdur (Əmr № 54a, xx.xx.1979-cu il); xx.xx.1979-cu ildə dördüncü dərəcə təyin edilmişdir (Əmr №160 xx.xx.1979-cu il) xx.xx.1979-cu il də hərbi xidmətə göndərilməsi ilə əlaqədar işdən azad olunmuşdur (Əmr № 181, xx.xx.1979-cu il); xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmət keçmişdir (hərbi bilet); xx.xx.1982-ci ildən 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə təyin olunmuşdur (Əmr № 22, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə beşinci dərəcə təyin olunmuşdur (Əmr № 228,xx.xx.1982-ci il); xx.xx.1985-ci ildə altıncı dərəcə təyin olunmuşdur (Əmr № 83, xx.xx.1985-ci il) xx.xx.1991-ci ildə işdən azad olunmuşdur (Əmr № 48, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə 9-nömrəli stomotoloji poliklinikaya 0,5 dərəcə ilə fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 19, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə öz xahişi ilə işdən azad olmuşdur (Əmr № 75, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə 14 saylı poliklinikaya 1,0 dərəcə ilə təs ərrüfat müdiri təyin olunmuşdur (Əmr № 36,xx.xx.1991-ci il); xx.xx.2014-cü ildə işdən azad olmuşdur (Əmr № 84/k,xx.xx.2014-cü il); xx.xx.2014-cü ildə Xətai rayonu 22 nömrəli Birləşmiş şəhər xəstəxanasında idaarəetmə aparatına təsərrüfat müdiri vəzifəsinə qəbul edilmişdir (Əmr № 203/k, xx.xx.2014-cü il); xx.xx.2016-cı ildə işdən azad olmuşdur (Əmr № 46, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə 38 №-li Şəhər poliklinikasına təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 83/k, xx.xx.2016-cı il); xx.xx.2022-ci il tarixdən halhazıradək təsərrüfat müdiri vəzifəsində işləyir.
4. Həmçinin ИТ-İ seriyalı, ******* №li, xx.xx.1992-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1992-ci ildə “Nail” kiçik müəssisəsinə 6 (altıncı) dərəcəli təmirçiçilingər vəzifəsinə qəbul olunmuşdur (Əmr № 6, xx.xx.1992-ci il); xx.xx.1996-cı ildə işdən azad olunmuşdur (Əmr № 13, xx.xx.1996-cı il); xx.xx.1996-cı ildə “Azərneftyağ ”İstehsalat Birliyinə 4-cü dərəcəli gözətçi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 130/şh, xx/xx-1996-cı il); xx.xx.1996-cı ildə 8 №-li sexə texniki qurucu təmiri üzrə 3 dərəcə çilingər keçirilmişdir (Əmr № 127, xx.xx.1996-cı il) xx.xx.1999-cu ildə 4-cü dərəcə təyin olunmuşdur (Əmr №.122, xx.xx.2003-cü il); xx.xx.2008-ci il tarixdə 8 saylı (Çirkab suların təmizlənməsi sexinin təmir sahəsində 4-cü dərəcəli növbətçi çilingər peşəsində təyin edilmişdir (Əmr № 99, xx.xx.2008-ci il); xx.xx.2009-cu ildə 8 saylı (çirkab suların təmizlənməsi sexinin təmir sahəsində 4-cü dərəcəli təmirçi çilingər peşəsinə təyin olunmuşdur (Əmr № 344, xx.xx.2009-cu il); xx.xx.2009-cu ildə 5-ci dərə cə təyin edilmişdir (Əmr № 1153K, xx.xx.2009-cu il); xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr № 426/k, 22.09 2014-cü il).
5. İddiaçının pensiya kapitalı 32.093, 67 manat təşkil edir.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh **********0 saylı 04 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qə rarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) texnoloji avadanlıqların təmiri üzrə çilingərlər; təmirçi-çilingərlər peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Heydər Əliyev adına X2”nun İddiaçı dair 10 noyabr 2021-ci il tarixli SOCAR**********80020123X00195 nömrəli arxiv arayışında xx.xx.1996-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 8 saylı sexində texnoloji qurğuların təmiri üzrə çilingər, növbətçi çilingər və sexin təmir sahəsin də təmirçi çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin su təsərrüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi, bu səbəbdən də neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid olmadığı aşkar edilmişdir. Bu fakt “Heydər Əliyev adına X2”nun 30 noyabr 2021-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Qeyd edilən səbəbdən Z.Manafovun güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni 24 avqust 2020-ci il tarixdən görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1978-ci ildən başlayan uzun müddətli əmək stajına malikdir. 44 illik bir müddəti əhatə edən əmək fəaliyyətinin 18 ildən artıq hissəsini zərərli işlər təşkil edir. Başqa sözlə, uzunmüddətli əmək fəaliyyəti əmək qanunvericiliyinin müəyyən etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun tələblərinə tam şəkildə cavab verir. Buna görə də, yəni əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraci ət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.
10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina ilə eyniyyət təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-6787/2022 saylı qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan hal da iddiaçı xx.xx.2020-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.
13. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-653/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: P.A.Hüseynov və Ş.A.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-6787/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğunu əsas tutulıraq ona 60 yaşından güzəştli pensiya təyin olunmasından imtina olunması, onun əmək fəaliyyətinin göstəricilərinə və əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə zidd olmuş, bununla da iddiaçının hüquqlarını pozulmuşdur.
16. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tə min edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayətdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na və İnzibati Prosessual Məcəllənin 90.1 94.1 və 96.9-cu maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Belə ki, Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) texnoloji avadanlıqların təmiri üzrə çilingərlər; təmirçi-çilingərlər peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Heydər Əliyev adına X2”nun iddiaçıya dair 10 noyabr 2021-ci il tarixli SOCAR**********80020123X00195 nömrəli arxiv arayışında iddiaçının xx.xx.1996-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 8 saylı sexində texnoloji qurğuların təmiri üzrə çilingər, növbətçi çilingər və sexin təmir sahəsində təmirçi çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin su təsərrüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi, bu səbəbdən də neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid olmadığı aşkar edilmişdir. Bu fakt “Heydər Əliyev adına X2”nun 30 noyabr 2021-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Qeyd edilən səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı cavabdehin kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik o lduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə y aşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyina tı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə b axışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
35. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.
36. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə n istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələb edilən 12 il 6 ay güzəştli stajı tamamlamır.
37. Məhkəmə tərkibi iş materiallarındakı müvafiq materiallara və qanunvericilik normalarına istinad edərək kassatorun arqumentinin əsassız olduğunu hesab edir.
38. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə görə, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pen siya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
39. İş materiallarına əlavə edilmiş SOCAR- Heydər Əliyev adına X1 1-ci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı 14 iyul 2022-ci il tarixli arxiv arayışında qeyd olunur ki, İddiaçı həmin zavodda: “1. xx.xx.1996 - xx.xx.1996-cı illərdə zavodun yay üzgüçülük hövuzunda gözətçi; 2. xx.xx.1996 - xx.xx.2008 dövründə zavodun 8 №-li sexində sexdə texnoloji qurğuların təmiri üzrə çilingər; 3. xx.xx.2008 xx.xx.2008 dövründə sexin təmir sahəsində növbətçi çilingər; 4. xx.xx.2008- xx.xx.2014-cü illərdə sexin təmir sahəsində təmirçi çilingər - peşələrində işləmişdir. 2-ci və 4-cü bəndlər üzrə peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 10.5.2 Neftin, qaz ın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı üzrə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Heydər Əliyev adına X1 keyfiyyətə nəzarət laboratoriyası üzrə 8 №li sahə və “Azərneftyağ" X1 8 №li sahəsi (çirkab suların təmizlənməsi) fərqli funksiyaları yerinə yetirir.”(i.v.63) “Siyahı”nın sözügedən 10.5-ci bəndi araşdırıldıqa da müəyyən olunur ki, “texnoloji avadanlıqların təmiri üzrə çilingərlər və təmirçi-çilingərlər” güzəştli pensiya hüququ verən peşələr kimi təsbit olunmuşdur. Qeyd edilənlərdən isə görünür ki, həmin peşələr üzrə iddiaçının16 il 5 ay 28 gün (11 il 3 ay 21gün+5 il 2 ay 7 gün) sığorta stajı vardır.
40. Beləliklə, işəgötürən tərəfindən verilmiş müvafiq arayışa əsasən iddiaçının zərərli peşələrdə (xx.xx.1996-cı ildən xx.xx.2008-ci ilə dək 8 №-li sexdə texnoloji qurğuların təmiri üzrə çilingər; xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək 8 saylı (çirkab suların təmizlənməsi) sexin təmir sahəsində təmirçi çilingər) işlədiyi dövrlərə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİ fəsil Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (kod ********) bölməsi; texnoloji avadanlıqların təmiri üzrə çilingərlər (kod 2130301a—18547) və Azərbayca n Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) a) fəhlələr: texnoloji avadanlıqların təmiri üzrə çilingərlər; təmirçi çilingərlər peşələri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2020-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
42. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanı lmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-653/2023 saylı iş üzrə 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.