Məhkəmə qərarları › İş №2-1(102)-1845/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1845/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1845/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi münasibətləri ilə bağlı mübahisələr, qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı qər arın ləğv olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-62/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı vergi ödəyicisi kimi qeydə alınmışdır. 2. 2 saylı Ərazi Vergilər Departamentinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı-də avqust 2016-cı il tarixdən iyul 2017-ci il tarixədək olan vergi dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

3. Səyyar vergi yoxlaması reyestrdə qeydiyyata alınmışdır.

4. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlamanın ə hatə etdiyi dövrdə İddiaçı-nin fəaliyyəti, 1-ci zalının tutumu 300, 2-ci zalının tutumu 550 adam olan şadlıq sarayının xidmətindən ibarət olmuşdur. Yoxlama ilə iddiaçı tərəfindən 2016-cı ildə mənfəət vergisinin 16.345,78 manat, 2016-2017-ci ildə ƏDV-nin 26.996,2 manat azaldılması aşkar edilmiş, yoxlamanın nəticələri xx xxxx 2018-ci il tarixli, **********112452 saylı “Səyyar vergi yoxlaması haqqında” aktı ilə rəsmiləşdirilmiş və qeyd edilən məbləğlərin azaldılmasına görə 50 faiz məbləğində, yəni cəmi 21.754,14 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 5. 2 saylı Ərazi Vergilər Departamentinin xx xxxxxx 2018-ci il tarixli **********162029 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla eyni rəqəmlər təsdiqlən mişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi yoxlaması təqdim edilmiş ilkin mühasibat sənədlərinə, hesabat-axtarış məlumat bazasına, bank sənədlərinə və vergilərin hesablanmasına əsas olan digər zəruri sənədlərə əsasən keçirilmiş, qərarda qeyd edilən bütün vergilər yoxlama ilə əhatə olunmuş, yoxlama zamanı əlavə dəyər vergisi və mənfəət vergisi üzrə kənarlaşma aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı-nin nümayəndəsi cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli, **********162029 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi h aqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona əsassız olaraq əlavə vergi hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Yoxlama nəticəsində iddiaçıya mənfəət vergisi və əlavə dəyər vergisi üzrə hesablanmış əlavə vergi məbləğləri qanunsuz olmaqla şişirdilmişdir. Mübahisəli səyyar vergi yoxlaması aktında mənfəət vergisinin nəyə əsasən hesablanması məlum deyildir. Belə ki, mənfəət vergisi üzrə əlavə verginin hesablanması belə əsaslandırılmışdır ki, “Cədvəldən göründüyü kimi 2016-cı il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən izahata və baza məlumatlarına əsasən yoxlanılan dövr ərzində mənfəət vergisi bəyannaməsinin, işlərin görülməsindən xidmətlərin göstərilməsindən gəlir sətrində iddiaçı tərəfindən əldə edilən gəlir 81728,8 manat az göstərildiyindən cəmi 16345,76 manat mənfəət vergisinin azaldıldığı müəyyən edildi.” Göründüyü kimi cavabdeh yalnız vergi ödəyicisinin izahatına əsaslanmışdır. Lakin məlum deyil ki, izahatı kim vermişdir və hansı izahatdan söhbət gedir. Hüquqi şəxsin direktoru və təsisçisi belə bir izahat verməmişdir. Bundan əlavə, cədvəldə göstərilən rəqəmlərin haradan meydana çıxması qeyri-müəyyəndir.

8. Cavabdeh iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, İddiaçınin direktoru yoxlayıcıya verdiyi yazılı izahatında şadlıq sarayında menyu qiymətinin 20-15 manat olduğunu, şənbə və bazar günlərində şadlıq sarayı kimi xidmət göstərdiyini, həftənin 1-5-ci günlərində isə icarəyə verildiyini, icarə haqqının 1400-1500 manat təşkil etdiyini bildirmişdir. İddiaçıya vergi borcunun hesablanmasında da bu mənbəyi məlum olan məlumatlardan istifadə olunmuşdur.

9. Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(85)2771/2018 nömrəli qərarı ilə (hakim Z. Pirverdiyev) iddia təmin edilmişdir.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. İş üzrə yuxarı instansiya məhkəmələrindəki icraat

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Bektaşi, hakimlər T.Quliyev və G.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Həmin qərardan cavabdeh kassasiya şikayəti ver ərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2370/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), R.Nəbizadə, Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi iddiaçı MMC-yə məxsus şadlıq sarayında keçirilən toy mərasimlərinin sayının 68 olmasını şübhə altına alsa və bu halı təsdiq edən cavabdeh vergi orqanı tərəfində n təqdim edilmiş sənədi mötəbər sübut növü kimi qəbul etməsə də, özü bu məsələnin aydınlaşdılımasına səy göstərməmiş, toyların sayı barədə MMC-dən hər hansı mötəbər sübutu (sənədi) tələb etməmişdir.

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-62/2020 nömrəli qərarı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi), F.Zeynallı və V.Məmmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəli llərinə görə, 2 zaldan ibarət böyük bir sahəyə malik şadlıq sarayının hesabat dövründə vergi tutulan gəlirinin cəmi 38.779,66 manat olması, xərclərinin isə bu rəqəmdən yüksək olaraq nəticədə fəaliyyətin zərərlə bitməsi qəti inandırıcı deyil və vergitutulan gəlirin süni şəkildə az göstərildiyinə dair əsaslı şübhələr yaranmışdır. Lakin müəssisənin rəhbərinin izahatında göstərilən məlumatlar nəzərə alındıqda müəssisənin real gəlir göstəricilərinin bir neçə dəfə yüksək olduğu üzə çıxmışdır. Təsadüfi deyil ki, vergi orqanının bu şübhələrini işi yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərmiş Ali Məhkəmənin yuxarıda adıçəkilən qərarı da təsdiqləmişdir. Müəssisənin 12 aylıq dövr üzrə cəmi 37.949,16 manatlıq dövriyyəyə malik olması inandırıcı olmamış və dövriyyənin süni surətdə gizlədilm əsinə əsaslı şübhələr yaratmışdır. Hesabat axtarış məlumatlarına əsasən keçirilmiş faktiki toy sayına uyğun olaraq müəssisənin 2016-cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək, yəni 12 aylıq vergi tutulan dövriyyəsinin 187.881,39 manat olduğu müəyyən edilmişdir (sübutlar iş materiallarına əlavə edilib). b. Kassasiya şikayətinə qarşı etirazlar

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinin müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər.

19. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Re spublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasınin Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; Maddə

12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.3. Vergitu tma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 13.2.10. Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi (xx xxxxxx 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunla düzəliş ediənədək olan redaksiyada). 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. V ergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Maddə 24.0 və 24.1. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borc lu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Maddə 54.0.1. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə

39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisin in rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylla rın onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparıl ması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasə n müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vur maqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məblə ği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 21. “İnzibati İcraat haqqında” Qanun Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2 əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəl ləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDDLƏRİ

23. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

24. Cavabdeh məhkəmənin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (İPM-in 91-ci maddəsi). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətin əsas dəlili ondan ibarətdir ki, vergi tutulan gəlirin məbləği süni şəkildə az göstərilmiş, müəssisənin rəhbərinin izahatında göstərilən məlumatlar nəzərə alındıqda isə müəssisənin real gəlir göstəricilərinin bir neçə dəfə yüksək olduğu üzə çıxmışdır.

27. İlk növbə də qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” qanunun 61-ci maddəsi inzibati aktın əsaslandırılmasını tələb edir. Həmin normanın mənasına görə qərarın əsaslandırılması dedikdə, işin faktiki və hüquqi halların və bu halları təsdiq və ya rədd edən sübutların, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktların göstərilməsi başa düşülür.

28. İddiaçı barəsində aparılan səyyar vergi yoxlaması, adından da göründüyü kimi növbədənkənar səyyar vergi yoxlaması olmuşdur. Bu cür yoxlamaların keçirilməsi üçün qanunla konkret əsaslar müəyyən edilmişdir və yoxlama qərarı çıxarılan vaxt bu əsasların olması mütləqdir. Baxılan işdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının aparılmasının əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etmişdir. Həmin maddədə yoxlama üçün əsas - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi - göstərilmişdir. 29. “İnzibati icraat haqqında” qanunun 61-ci müddəsinin tələbləri baxımından inzibati orqanın yoxlama aparmaq barədə qərarında təkcə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi, qərarın əsaslandırılması üçün yetərli deyildir. İnzibati orqan bu halda işin faktiki halların nədən ibarət olması və bu halları təsdiqedən sübutları da göstərməlidir. Lakin cavabdehin xx.xx.2017-ci il tarixli, **********112047 saylı qərarında, nə də xx xxxx 2018-ci il tarixli, **********112452 nömrəli səyyar vergi yoxlaması aktında mənbəyi bəlli olan hansı məl umat əsasında iddiaçının gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi əsaslandırılmamış, işdə olan sənədlərdən bu barədə ümumiyyətlə heç bir informasiya almaq mümkün deyil.

30. Bundan başqa cavabdeh işə apelyasiya instansiyası məhkəməsində baxılan zaman verdiyi xx.xx.2019-cu il tarixli yazılı izahatında bildirmişdir ki, şadlıq evində vergi orqanının əməkdaşları tərəfindən gündəlik olaraq müşahidələr aparılmış və müşahidənin nəticələri hesabat-axtarış sisteminə daxil edilmişdir. Həmin məlumatlar mənbəyi məlum olan məlumatlar kimi səyyar yoxlaması zamanı nəzərə alınmışdır.

31. Cavabdehin bu mövqeyi qanunauyğun sayıla bilməz. Çünki Vergi Məcəlləsində adi müşahidədən deyil, 50-1-ci maddəsində müəyyən olunan xronometraj metodu ilə mü şahidə aparılmasından bəhs edilir. Eyni zamanda 50-1.6-cı maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur.

32. Göründüyü kimi müşahidənin nəticələrinin rəsmiləşdirilməsi qaydası kimi müvafiq aktın tərtib olunması tələb olunur. Bu cür rəsmiləşdirmə aparılmadan, yəni akt tərtib olunmadan müşahidənin nəticələrinə istinad olunması yolverilməzdir. Akt olmadığı halda müşahidənin nəticələri və bu nəticələr əsasında sistemə daxil edilmiş məlumatlar sübut kimi qəbul oluna bilməz və bu məlumatlar mahiyyət etibarilə mənbəyi b əlli olmayan məlumatlara bərabərdir. Cavabdeh səyyar yoxlama zamanı məlumat mənbəyi kimi istinad etdiyi müşahidə nəticələri barədə aktları təqdim etməmişdir.

33. Bundan başqa, işdən görünür ki, səyyar vergi yoxlaması xx.xx.2017-ci ildə başlanmış, xx.xx.2018-ci ildə başa çatmışdır. Səyyar yoxlamanın müddəti xx.xx.2017-ci il tarixli qərara əsasən yoxlamanın müddəti 30 iş günü müəyyən edilmiş, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə (səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi) əsasən müxtəlif tarixlərdə 12 dəfə dayandırılmışdır. Lakin iş materiallarında iddiaçının nümayəndəsinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi barədə hər hansı sübut işə əlavə olunmamışdır.

34. Apelyasiya instansiyası mənfəət vergisin in hesablanmasının hüquqi əsaslarını müəyyən edən 104.1, 105.1, 108, 129, 130.1 və 130.2-ci maddələrin, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsini nəzərdə tutan 16.1.3, 16.1.7 və 16.1.9-cu maddələrin təhlili əsasında düzgün olaraq göstərmişdir ki, vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk növbədə onun mənfəəti müəyyən edilməlidir. Mənfəət gəlirdən çıxılan xərc arasındakı fərqdir. Mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər dəqiq müəyyən edilməlidir. Bunun üçün vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, alınmış məbləğ vergi ödəyicisinin mənfəətini təşkil edir ki, ondan 20 faiz dərəcə ilə mənfəət ve rgisi hesablanmalıdır. İşin hallarına görə, cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətinin düzgün əks etdirilməməsidir. Bu əsasın yaranmasınının səbəbi kimi cavabdeh səyyar vergi yoxlaması aktında (səh 7/12) əlavə vergi hesablamasına əsas olan hallar, o cümlədən iddiaçının direktorunun yoxlamaya təqdim etdiyi izahatında qeyd edilən məlumatlar (mənbəyi bəlli məlumat) əsasında əlavə vergilərin hesablanması həyata keçirilmiş və hesablamanın mexanizmi göstərilmişdir.

35. Apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəz ərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. İşin hallarına görə qiymət verilən məlumata vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumat, görülmüş işlərin fiziki həcmi barədə məlumat əlaqəli məlumat kimi qiymətləndirilməklə vergilərin hesablanması üçün əsas kimi qəbul edilmişdir. Vergilərin hesablanmasının hüquqi əsası ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi əlaqəli məlumatlardan istifadə edilməklə vergilər hesablamaq hüququ isə səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılma dıqda həyata keçirilə bilər.

36. Hazırki işin hallarında isə cavabdeh, yoxlama keçirilməsi üçün sənədlərin təqdim edilmədiyini və ya mühasibat uçotunun düzgün aparılmadığını mübahisələndirməmiş, əksinə, yoxlamanın təqdim edilmiş ilkin mühasibat sənədlərinə, hesabat-axtarış məlumat bazasına, bank sənədlərinə və vergilərin hesablanmasına əsas olan digər zəruri sənədlərə əsasən keçirildiyini təsdiqləmişdir.

37. Eləcə də işdən görünür ki, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2017-ci il tarixli tələbnamə vermiş, xx.xx.2017ci il tarixdə sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar qəbul etmişdir.

38. Həmçinin işdə iddiaçının yoxlama aparılması üçün sənədləri cavabdehə təqdim etməsindən imtina etməsinə dair hər hansı imtina ərizəsinə və ya olduğu təqdirdə bu halın rəsmiləşdirilməsinə dair imtina aktına da rast gəlinmir. Belə olan halda sənədlər təqdim edilmədiyi və ya təqdim edilmiş sənədlərin çatışmazlığı və ya yetərsizliyi sübuta yetirilmədən cavabdeh tərəfindən əlaqəli məlumatlardan istifadənin zəruriliyi əsaslandırılmamış, lakin İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru olan X1 xx xxxxxx 2018-ci il tarixli İzahatına, eləcə də vergi orqanında olan hesabataxtarış informasiya bazasının məlumatlarına əsasən yoxlanılan dövr ərzində 68 toy mərasiminin olduğuna istinad edərək iddiaçı barəsində məlum qərar qəbul edilmişdir.

39. Bundan başqa məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin p mövqeyi ilə də razılaşır ki, İddiaçı-nin təsisçisi və direktoru olan X1 xx xxxxxx 2018-ci il t arixli izahatı əsas götürülməklə iddiaçıya hesablanmış əlavə vergilər əsaslı hesab oluna bilməz. Belə ki, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı menyu qiymətinin, icarə haqqının hansı qiymət əsas götürülməklə hesablanması, keçirilmiş toy mərasiminin həftənin hansı günlərində olması, həmin toy mərasimlərinin nə qədərinin icarə qaydasında və ya menyu qiymətinə əsasən xidmətlər göstərilməsi əsasında olması, onların hansı icarə qiyməti əsasında icarəyə verilməsi və ya hansı menyu qiymətinə əsasən xidmətlər göstərilməsi, eyni zamanda iddiaçıya məxsus şadlıq evinin 1-ci zalının 300, 2-ci zalının 550 adam tutumu olsa da, keçirilmiş toy mərasiminin hər birində nə qədər şəxsin iştirak etməsi və yaxud hər bir toy mərasiminin sahibi ilə toy mərasimində nə qədər şəxsin iştirakının nəzərdə tutulması ilə bağlı razılaşmanın olması nə mübahisələndirilən qərarda, nə də cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında əsaslandırılmamışdır.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-62/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar