Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1845/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1773 kv.metr olan, 3262 (əvvəlki 3536) nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023cü il tarixli, 2-1(103)-1441/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1972-ci il tarixli 1 2962 nömrəli müqaviləyə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı tresti ilə Bakı şəhər İcraiyyə Komitəsinin 1966-cı il 10 nömrəli protokolu (sıra № 53) əsasında hərəkət edən X19 arasında Ləhiş qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 3536 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır.
2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)408/2020 nömrəli qətnaməsi və xx.xx.2020-ci il tarixli, 2(008)-408/2020 nömrəli qərardadı ilə keçmiş Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı trestinin Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 ha-dan ibarət olan 3536 nömrəli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1972-ci il tarixli, 12962 nömrəli müqavilənin xx.xx.1914-cü ildə anadan olmuş, xx.xx.1981-ci ildə ölmüş X 5 məxsus olması və keçmiş Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı trestinin Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 ha-dan ibarət olan 3536 nömrəli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1972-ci il tarixli, 12962 nömrəli müqavilədə göstərilən X19 ilə xx.xx.1981-ci ildə ölmüş X3 eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. 3. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən xx.xx.1981-ci il tarixdə ölmüş X3 vərəsəsi – oğlu X1 xx.xx.2000-ci il tarixdə ölməsi ilə əlaqədar miras onun təmsilçisi İddiaçı keçmişdir.
4. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi müraciətin təmin olunmasından imtina edilmişdir.
5. Cavabdeh x x.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarla imtinasını onunla əsaslandırmışdır ki, sözügedən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun hasarlanmayıb, faktiki göstərilən ərazinin bir hissəsi sxematik xəritəyə əsasən “3261” və “3263” nömrəli bağ sahələrinə uyğun gəlir. Həmçinin İdarənin arxivində Ləhiş qəsəbəsində yerləşən 3536 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar təsərrüfatı tresti ilə X19 arasında bağlanmış xx.xx.1972-ci il tarixli 12962 nömrəli müqavilə mövcuddur. Arxiv qovluğunda mövcud olan xx.xx.1993-cü il tarixdə tərtib edilmiş inventarlaşdırma aktında 12962 nömrəli müqavilə əsasında X4 icarəsində olan bağ sahəsinin nömrəsi 3262 kimi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraa t
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən 3536 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin xx.xx.2021-ci il tarixli **********19 nömrəli imtina məktubunun qanunsuz sayılması və sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsinə) dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1773 kv.metr olan, 3262 (əvvəlki 3536) nömrəli bağ sahəsinə mülkiyy ət hüququnun mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, babası X7 xx.xx.1981-ci ildə öldükdən sonra ondan iddiaçıya vərəsəlik yolu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları adlanan ünvanda yerləşən 0,25 ha sahəsi olan 3536 nömrəli bağ sahəsi qalmışdır. İddiaçı həmin bağ sahəsini rəsmiləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin yuxarıda qeyd edilən əsaslarla ona imtina cavabı verilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir.
9. Cavabdehin iddia ərizəsinə qarşı etirazında qeyd edilmişdir ki, koordinatlarla göstərilən bağ sahəsi ilə İdarənin arxivində olan yerləşmə cizgisi arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstəril ən bağ sahəsinin bir hissəsi 3261, digər hissəsi 3263 nömrəli bağ sahələrinin ərazisinə düşür. Həmçinin arxiv məlumatlarına əsasən 3536 nömrəli bağ sahəsi digər müqavilə əsasında başqa fiziki şəxsə (X8) verilmiş və həmin müqavilə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyət hüququ ilə X2 məxsusdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı müvafiq torpaq sahəsinin faktiki olaraq 1773,4 kv.metr təşkil etdiyi müəyyən olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.
10. Birinci instansiya məhkəməsi tərəfindən X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, ******* ***29 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, sözügedən bağ sahəsi sənəd üzrə 2500 kv.metr olsa da, faktiki hasardaxili 1773 kv.metr təşkil edir. Arxiv əsaslarından görünür ki, bağın əvvəlki nömrəsi 3536, hazırkı nömrəsi isə 3262-dir. 3262 nömrəli bağ sahəsi kimi göstərilən torpaq sahəsindən İddiaçı və ailəsi istifadə edir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 01 dekabr 2022-ci il tarixli, 2-1(112)-3540/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1773 kv.metr olan, 3262 (əvvəlki 3536) nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən həm iddiaçının müraciətinə cavab olaraq verilmiş imtinada, həm iddiaya dair yazılı etirazda göstərilmiş dəlillərə (koordinatlarla göstərilən bağ sahəsi ilə İdarənin arxivində olan yerləşmə cizgisi arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən bağ sahəsinin bir hissəsi 3261, digər hissəsi 3263 nömrəli bağ sahələrinin ərazisinə düşür. Həmçinin arxiv məlumatlarına əsasən 3536 nömrəli bağ sahəsi digər müqavilə əsasında başqa fiziki şəxsə (X8) verilmiş və həmin müqavilə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyət hüququ ilə X2 məxsusdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı müvafiq torpaq sahəsinin faktiki olaraq 1773,4 kv.metr təşkil etdiyi müəyyən olmuşdur) gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər hazırkı iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli bağ sahəsi sənəd üzrə 2500 kv.metr olsa da, faktiki hasardaxili 1773 kv.metr təşkil edir ki, iddiaçı da iddia tələbində məhz faktiki sahəyə uyğun 1773 kv.metr bağ sahəsinə mülkiyyət hüququ ilə məxsusluq barədə arayışın (çıxarışın) verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bundan əlavə, arxiv əsaslarından göründüyü kimi, bağın əvvəlki nömrəsi 3536, hazırk ı nömrəsi isə 3262-dir ki, qeyd olunan bağ sahəsi kimi göstərilən torpaq sahəsindən məhz İddiaçı və ailəsi istifadə edir və digər 2 bağın ərazisinə düşən sahə ilə bağlı isə iddiaçı tərəfindən hazırda heç bir iddia irəli sürülməmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, faktiki hasardaxili bağ sahəsinin 1773 kv.metr təşkil etdiyi nəzərə alındıqda sözügedən bağ sahəsi heç bir qonşunun, o cümlədən cənub və şimal hissəsindən qonşu olan 2 bağın ərazisinə düşmür.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Şərafət Məmmədova /sədr lik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 11 aprel 2023-cü il tarixli, 2-1(103)-1441/2023 nömrəli ilə qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtina məktubunun, iddia ərizəsinə qarşı təqdim edilmiş etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Ka ssasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respulikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanla rının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni ver məyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus ol ması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 2 1 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – ç ıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, ş ikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Hazırkı iş üzrə iddiaçının hüququ marağı bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1972-ci il tarixli, 12962 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1773 kv. metr olan, 3262 (əvvəlki 3536) nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum babası X5 məxsus olması barədə arayışın verilməsinə yönəlmişdir. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.
35. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X7 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinə əsas ən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə (iddiaçının cavabdehə müraciət etdiyi dövrd ə qüvvədə olan redaksiyada) əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
38. Kassasiya şikayətinin təkrarlanan dəlilinə əsasən cavabdehin torpaq sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi koordinatlarla göstərilən bağ sahəsi ilə cavabdehin arxivində olan yerləşmə c izgisi arasında uyğunsuzluğun olması (göstərilən bağ sahəsinin bir hissəsinin 3261, digər hissəsinin 3263 nömrəli bağ sahələrinin ərazisinə düşməsi), arxiv məlumatlarına əsasən 3536 nömrəli bağ sahəsinin digər müqavilə əsasında başqa fiziki şəxsə (X8) verilmiş və həmin müqavilə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyət hüququ ilə X2 məxsus olması, cavabdehin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı müvafiq torpaq sahəsinin faktiki olaraq 1773,4 kv.metr təşkil etdiyinin müəyyən olunması göstərilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, qeyd edilən dəlillər hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı mü təxəssis rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli bağ sahəsi sənəd üzrə 2500 kv.metr olsa da, faktiki hasardaxili 1773 kv.metr təşkil edir, iddiaçı da iddia tələbində məhz faktiki sahəyə uyğun 1773 kv.metr bağ sahəsinə mülkiyyət hüququ ilə məxsusluq barədə arayışın verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bundan əlavə, arxiv əsaslarından göründüyü kimi, bağın əvvəlki nömrəsi 3536, hazırkı nömrəsi isə 3262-dir, qeyd olunan bağ sahəsi kimi göstərilən torpaq sahəsindən məhz İddiaçı və ailəsi istifadə edir və digər 2 bağın ərazisinə düşən sahə ilə bağlı isə iddiaçı tərəfindən hazırda heç bir iddia irəli sürülməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, faktiki hasardaxili bağ sahəsinin 1773 kv.metr təşkil etdiyi n əzərə alındıqda sözügedən bağ sahəsi heç bir qonşunun, o cümlədən cənub və şimal hissəsindən qonşu olan 2 bağın ərazisinə düşmür.
40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli bağ sahəsinə dair hüququn mərhum X5 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin (həmin dövrdə qüvvədə olan redaksiyada) tələblərinə zidd olmaqla qanunsuz olmuşdur.
41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 21(103)-1441/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.