Məhkəmə qərarları › İş №2-1(102)-1845/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1845/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1845/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsinə əsasların olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstəriş verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2-1(103)-1180/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 07 mart 2018-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən qoyulan diaqnoz: “Dilatasıon kardiomiopatiya. ÜQDÇ İV f.s. Səyrici artimiya. Sağ tərəfli hemiplegiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism. Hipertoniya xəstəliyi İİ f.s.”

2. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il t arixli, 0056003AAB60 saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və cavabdeh tərəfindən imtina barədə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “minik avtomobilinə təyinatla bağlı müvafiq rəyin (minik avtomobilinə tibbi göstərişin) verilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, N saylı hərbi hissədə hərbi xidmətdə olarkən xx.xx.1994-cü il tarixdə yaralanmışdır. Hal-hazırda İ qrup əlilliyə görə əmək pensiyası alır. Dəfələrlə avtomobil növbəsinə durmaq üçün sənəd toplayıb cavabdehə təqdim etmiş, cavabdeh orqan isə ona imtina vermişdir. İddiaçı məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.

5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şuşa rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İX Sinif Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ42 Kardiomiopatiya => İ42.0 - Genişlənmiş kardiomiopatiya; Diaqnozun mətni: Dilatasıon kardiomiopatiya. ÜQDÇ İV f.s. Səyrici artimiya. Sağ tərəfli hemiplegiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanmas ı və yad cism. Hipertoniya xəstəliyi İİ f.s.; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya. Triplegiya hemiplegiya, paraplegiya, tetraparez, triparez...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı avtomobil və motorlu araba almaq üçün müraciətinə xx.xx.2021-ci il tarixli, 0056003AAB60 saylı göndəriş əsasında baxılmış və Diaqnozun mətni: İ25.1 Ürəyin aterosklerotik xəstəliyi Dilatasion kardiomiopatiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanmaları, Sağ baldırın orta birində kor qəlpə yarası Sol diz oynağının yaralanması, Tsekin əlavə diaqnozu: Dilatasion kardiomiopatiya. ÜQDÇ İV f.s Səyrici artimiya. Sağ tərəfli hemiplegiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism. Hipertoniya xəstəliyi İİ f.s, 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur" səbəbi ilə imtina edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2-1(112)-1664/2023 nömrəli qərardadı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

7. Məhkəmə-Tibbi Ekspertiza və X3 T230/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “İ25.1 Ürəyin aterosklerotik xəstəliyi. Dilatasion kardiomiopatiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanmaları. Sağ baldırın orta birində kor qəlpə yarası. Sol diz oynağının yaralanması. TSEK-in əla və diaqnozu: Dilatasion kardiomiopatiya. ÜQDÇ İV f.s. Səyrici aritmiya. Sağ tərəfli hemiplegiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cisim. Hipertoniya xəstəliyi İİ f.s” diaqnozda göstərilən əsas xəstəlik və onun ağırlaşmalarından hazırda əziyyət çəkir (i.v. 66). Məhkəmə iclasında ekspert X4 izahatında bildirmişdir ki, iddiaçıda göndərişdə qeyd edilən xəstəliklər aşkar edilmişdir. İddiaçıda müvafiq xəstəliyin (ürək qandamar çatışmazlığı (ÜQDÇ)) 4-cü sinfi aşkar edildiyinə görə, 1-ci və 2-ci dərəcələr daha əvvəldən yaranmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-1664/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, İddiaçı minik avtomobilinə təyinatla bağlı müv afiq rəyin (minik avtomobilinə tibbi göstərişin) verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıda “ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı” ekspert rəyi ilə müəyyən olunduğundan, ona minik avtomobilinə tibbi göstərişin verilməsindən imtina edilməsi əsassız olmuşdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2-1(103)-1180/2024 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova – sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İ nzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. İddiaçıda hazırki vəziyyətdə də onda əvvəlcədən mövcud olmuş “ürək qandamar çatışmazlığı (ÜQDÇ) 4-cü dərəcəlidir, bu fakt iş üzrə verilmiş ekspert rəyi ilə də öz təsdiqini tapır. İş üzrə birinci instansiya m əhkəməsinə dəvət olunmuş ekspert izahatında iddiaçıda mövcud olan “ürək qandamar çatışmazlığı (ÜQDÇ) xəstəliyinin 4-cü sinif olmasını onda 1-ci və 2-ci dərəcələrin daha əvvəldən yaranması ilə izah etmişdir.

13. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 30.1, 30.2, 30.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.1, 1.2, 1.4, 3.1, 3.10, 4.1-ci bəndlərinə istinad etmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmamasına əsas verir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2-1(103)-1180/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qə rarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 5.2.3. avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99);...

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavə (20 iyun 2024-cü il tarixədək olan redaksiya)

57. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;...

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işd ə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qism ən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşd ıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillər üçün nəzərdə tutulan minik avtomobilinin verilməsi üçün tibbi göstərişin verilməsinə yönəlmişdir.

25. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, “...iddiaçıda hazırki vəziyyətdə də onda əvvəlcədən mövcud olmuş “ürək qandamar çatışmazlığı (ÜQDÇ) 4-cü dərəcəlidir, bu fakt iş üzrə verilmiş ekspert rəyi ilə də öz təsdiqini tapır. İş üzrə birinci instansiya məhkəməsinə dəvət olunmuş ekspert izahatında iddiaçıda mövcud olan “ürək qandamar çatışmazlığı (ÜQDÇ) xəstəliyinin 4-cü sinif olmasını onda 1-ci və 2-ci dərəcələrin daha əvvəldən yaranması ilə izah etmişdir.”

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir.

27. Belə ki, ha zırkı qərarın 17-18-ci bəndlərində qeyd olunan maddi hüquq normalarına əsasən əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlərin əhatəsi konkret olaraq göstərilmiş, bu zaman həmin tibbi göstərişlərdən daha ağırının da nəzərdə tutulmasına dair hər hansı qeyd aparılmamışdır.

28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə də konkret olaraq minik avtomobilinin verilməsi üçün nəzərdə tutulan tibbi göstərişlərdən biri ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığıdır.

29. Bu baxımdan qeyd edilməlidir ki, yuxarıda qeyd edilən normada xroniki qan dövranı çatışmazlığının sadəcə ik inci dərəcəsi qeyd edilmişdir. İddiaçının dördüncü dərəcəli xroniki qan dövranı çatışmazlığından əziyyət çəkməsi onun həmin normanın tələbi baxımından minik avtomobili ilə təmin edilməsinə dair hüququnun yaranmasına əsas ola bilməz.

30. Beləliklə, iddiaçı ona əlillər üçün nəzərdə tutulan minik avtomobilinin verilməsi üçün tibbi göstərişin verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir

31. Odur ki, cavabdehin imtinası qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

32. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli 21(103)-1180/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "minik avtomobilinə tibbi göstəriş verilməsi” barədə iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar