Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1846/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X9, Cavabdehin nümayəndəsi X8 Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Döv lət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-226/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2019-cu il 09 avqust tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx xxxx 2019-cu il tarixli **********187780 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandır ması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxslərinə hüquqi şəxsin gəlir və xərclərini təsdiq edən sənədlər tam şəkildə təqdim edilməsinə baxmayaraq, həmin sənədlər cavabdeh orqan tərəfindən nəzərə alınmamış və əsassız əlavə vergi məbləği hesablanmışdır. Hesablamaya əsas kimi iddiaçı tərəfindən idxal edilmiş və istehsal prosesində istifadə edilmiş akkumulyator və yağların cavabdeh orqan tərəfindən təqdim edilmiş mallar kimi qiymətləndirilməsi olmuşdur. Halbuki, həmin malların istehsal prosesində istifadə edilməsi ilə bağlı zəruri və təsdiqedici sənədlər yoxlamaya təqdim edilmişdir.
3. Cavabdeh iddiaçıya 2016 və 2017-ci illər üzrə mənfəət vergisi hesablayarkən vergi qanunvericiliyinin tələblərini pozmuş və vergilər in hesablanması üçün müəyyən edilmiş ardıcıllığa düzgün riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergi tutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. VM-in 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün həmin maddədə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. VM-in 67.3-cü maddəsinə əsasən, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. VM-in 67.4-cü maddəsinə əsasən, verg i ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. VM-in 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VM-in 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
4. Göründüyü kimi qanunvericilikdən belə aydın olur ki, vergi ödəyicisi tərəfindən vergilərin hes ablanması və ödənilməsi ilə bağlı zəruri sənədlər yoxlamaya təqdim edilmədikdə vergi orqanı müvafiq ardıcıllıqla VM-in 67.1-ci maddəsində öz əksini tapan əlaqəli məlumatlardan istifadə edir, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə olunur, qeyd olunan üsullarla vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda (başqa sözlə, gəlir və ya xərcini müəyyən etmək mümkün olduqda), vergiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalara əsasən hesablayır.
5. Cavabdeh VM-in 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalardan istifadə etməklə vergi hesablamışdır. İnzibati orqanının həmin Qaydaların tətbiqi üçün hüquqi əsası olmamış və Qaydaların tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Səyyar vergi yoxlaması nəticəsində Cəmiyyətə maliyyə sanksiyası tətbiq edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Cəmiyyətin 2017-ci il mənfəət vergisi və 2016-cı il əlavə dəyər vergisi üzrə ümumilikdə 1.533.082,97 manat artıq hesablaması yarandığı halda əlavə hesablanmış 409.732,32 manat vergi məbləğinə münasibətdə 50% maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, VM-in 55.1.5-ci maddəsinin tələblərinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, yoxlama zamanı müəssisə tərəfindən gəlir və xərcləri təsdiq edən sənədlər səyyar vergi yoxlamasına tam təqdim edilməmiş, istehsal məqsədləri üçün xammal və materialların əsasən alış aktları ilə nağd qaydada alındığı, alınmış malların (işlərin, xidmətlərin) kəmiyyət və keyfiyyət göstəricilərinin, habelə satıcıların rekvizitlə rinin tam əks olunmadığı, ciddi uçot blanklarından istifadə edilmədiyi müəyyən edilmişdir. İstehsal prosesində bilavasitə istifadə olunan xammal və materialların həcmi və dəyəri onların xüsusiyyətləri və keyfiyyət göstəriciləri ilə bağlı olduğundan hər məhsul vahidinə çəkilən xərcləri dəyər və miqdar ifadəsi ilə müəyyən etmək üçün Baş İdarənin xx.xx.2019-cu il tarixli qərarı ilə mütəxəssis dəvət edilmiş və xx.xx.2019-cu il tarixli rəy alınmışdır. Rəyə əlavə edilmiş laborator analizlərin nəticələrinə əsasən, istehsal sexindən götürülmüş metal qırıntılarında və yağ nümunələrində müvafiq olaraq akkumulyator qurğuşunu və işlənməmiş yağ (idxal olunmuş yağ) müəyyən olunmamışdır. Başqa sözlə, iddiaçı yoxlanılan dövrdə idxal etdiyi akkumulyatorları və yağları istehsal məsrəflərinə aid etsə də, yox lama zamanı alınmış rəy və ona əlavə edilmiş laborator analizləri ilə qeyd olunan materialların istehsalda istifadə edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin akkumulyatorlar və işlənməmiş yağlar vergi ödəyicisində mal qalığında yoxdur. Bu səbəbdən idxal olunan akkumulyatorlar və yağlar satılmış mallar kimi qəbul edilərək onların dəyəri mənfəət vergisinə cəlb olunan gəlirlərdə əks etdirilmişdir. Beləliklə, yoxlama ilə iddiaçının 2016-2017-ci illər üzrə gəlirləri 34.695.841,29 manat müəyyən edilmişdir.
7. Səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən idxal olunmuş, respublika daxilində alınmış və satılmış malların çeşidlərinin uyğunluğu araşdırılarkən bir sıra hallarda malların ilkin satış sənədlərində onların çeşidləri üzrə adları göstərilməmiş, ümumi şəki ldə “Mal və materiallar” adı altında qeyd olunmuş, malların çeşidlər üzrə uçotu aparılmamışdır. Bununla əlaqədar olaraq müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də VM-in 67.14, 83.9, 104.1 və 105.1-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən müəssisənin gəlirləri əsasında müvafiq dövr üzrə xərcləri şərti rentabellik səviyyəsi 20 % həcmində götürülməklə müəssisənin mənfəəti 2016-cı il üzrə 2.825.940,85 manat, 2017-ci il üzrə isə 2.956.699,37 manat müəyyən edilmişdir. Yoxlama ilə 2016-cı il üzrə müəyyən edilmiş 2.825.940,85 manat mənfəətindən 20% dərəcə ilə büdcəyə 565.188,17 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsini n səyyar vergi yoxlaması nəticəsində hesabladığı 555.894,28 manat mənfəət vergisi nəzərə alınmaqla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2016-cı il üzrə 9.293,89 manat məbləğində mənfəət vergisi azaldılmışdır. 2017-ci il üzrə müəyyən edilmiş 2.956.699,37 manat mənfəətdən 20% dərəcə ilə büdcəyə 591.339,87 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 1.435.282,98 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla yoxlama ilə müəyyən olundu ki, 2017-cı il üzrə kameral qaydada mənfəət vergisi 843.943,11 manat məbləğində artıq hesablanmışdır. Hazırkı yoxlama ilə mənfəət vergisi üzrə 2016-cı il üçün əvvəlki yoxlama ilə hesablanmış 555.894,28 manat mənfəət vergisi məbləği təsdiq edilərək, əlavə 9.293,89 manat hesablanmış, 2017-cü il üzrə isə kameral qaydada hesablanmış 1.435.282,98 manat mənfəət vergisindən 591.339,87 manatı təsdiqini tapmış, 843.943,11 manatının artıq hesablandığı müəyyən edilmişdir. Beləliklə, iddiaçıya əvvəlki yoxlamalarla hesablanmış 834.649,22 manat məbləğində mənfəət vergisi hazırkı yoxlama ilə azaldılmışdır.
8. ƏDV-nin hesablanmasına münasibətdə isə iddiaçı ƏDV ödəyicisi kimi fəaliyyətə 2016-cı ilin fevral ayından başlamış, idxal-ixrac əməliyyatları aparmış, istehsal fəaliyyəti (külçə) və həmin istehsal mallarının ixrac edilməsi eyni zamanda idxal edilmiş malların respublika daxilində topdansatışı ilə məşğul olmuşdur. İddiaçı tərəfindən yoxlanılan dövrdə idxal edilmiş 2.272.051,91 manat dəyərində sürtkü və mühərrik yağlarının və 1.684.470,20 manat dəyərində yeni akkumulyatorların istehsalda işlədild iyi göstərilmişdir, lakin malların istehsalında idxal edilmiş sürtkü və mühərrik yağlarından və yeni akkumulyatorlardan istifadə edilmədiyi barədə xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi alınmışdır. Bu səbəbdən də idxal edilmiş sürtkü və mühərrik yağları, yeni akkumulyatorlar təqdim edilmiş kimi qəbul edilərək ƏDV-yə cəlb edilmiş və bununla əlaqədar hesablanmış ƏDV-nin məbləği 712173,98 manat təşkil edir.
9. İddiaçının yoxlanılan dövr üzrə sonuncu bəyannamə məlumatlarına əsasən ƏDV tutulan dövriyyəsi 35.964.070,59 manat (o cümlədən “0” dərəcə ilə 12.803.214,48 manat), dövriyyənin ƏDV-nin 4.168.954,1 manat, əvəzləşdirilən ƏDV-nin 3.340.403,18 manat, dövlət büdcəsinə çatası ƏDV-nin isə 828.550,92 manat olduğu müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə faktiki olaraq ƏDV tutulan dövriyyə nin 34.695.841,29 manat (o cümlədən “0” dərəcə ilə 12.784.475,99 manat), ƏDV-nin 3.944.045,75 manat, əvəzləşdirilən ƏDV-nin 3.405.519,28 manat, dövlət büdcəsinə çatası ƏDV-nin 538.526,47 manat olduğu müəyyən edilmişdir.
10. Müəssisənin aylar üzrə ƏDV öhdəliklərində dəqiqləşdirmə aparılmış, nəticədə yoxlanılan dövr üzrə dövlət büdcəsinə çatası ƏDV-nin 290.024,45 manat artıq hesablandığı müəyyən edilmiş, o cümlədən 2016-cı ilin iyun ayında 69.416,98 manat məbləğində, 2016-cı ilin iyul ayında 9.531,13 manat məbləğində, 2016-cı ilin avqust ayında 75.847,91 manat məbləğində, 2016-cı ilin sentyabr ayında 30.505,39 manat məbləğində, 2016-cı ilin oktyabr ayında 41.177,94 manat məbləğində, 2016-cı ilin noyabr ayında 364.074,85 manat məbləğində, 2016-cı ilin dekabr ayında 98.585,67 manat məbləğində və 2017-ci ilin iyun ayında 18.579,57 manat məbləğində ƏDV artıq hesablanmışdır. 2017-ci ilin yanvar ayında 12.923,82 manat məbləğində, 2017-ci ilin fevral ayında 23.158,6 manat məbləğində, 2017-ci ilin mart ayında 203.160,03 manat məbləğində, 2017-ci ilin aprel ayında 9.360,35 manat məbləğində, 2017-ci ilin may ayında 60.519,27 manat məbləğində, 2017-ci ilin iyul ayında 9.687,55 manat məbləğində, 2017-ci ilin sentyabr ayında 98.885,38 manat məbləğində ƏDV azaldılmışdır. Beləliklə, VM-in 159.1, 161.1 və 175.1-ci maddələrinə əsasən kameral bəyannamə məlumatları üzrə hesablanmış 828.550,92 manat ƏDV-dən 538.526,47 manat ƏDV təsdiq olunur, 290.024,45 manat məbləğində ƏDV isə azaldılır.
11. Ödəmə mənbəyində tutulan verginin hesablanmasına münasibətdə isə müəssisə 2016-2017-ci illərdə ödəmə m ənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Əvvəlki səyyar vergi yoxlaması ilə vergi orqanlarında qeydiyyatda olmayan fiziki şəxslərə nağd qaydada ödənilmiş məbləğlərdən vergi tutulmadığına görə müəssisəyə VM-in 150.1.7-ci maddəsinə əsasən 4.839,20 manat məbləğində əlavə hesablanmış ödəmə mənbəyində tutulan vergi təsdiq olunur, o cümlədən 2016-cı il 1-ci rübü üzrə 648,00 manat, 2016-cı ilin 2-ci rübü üzrə 1080,00 manat, 2016-cı ilin 3-cü rübü üzrə 1671,00 manat, 2016-cı ilin 4-cü rübü üzrə 1440,00 manat.
12. Hazırkı səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, müəssisə fiziki şəxs X2 ünvan 1 ünvanda bir ayı 750,0 manat olmaqla və fiziki şəxs X5 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi-5 ünvanda bir ayı 300,0 manat olmaqla müqavilə bağlanmışdır, lakin müəssisə tərəfindən fizik i şəxslərdən icarəyə götürülmüş əmlaka görə vergi hesablanmamışdır. Bu barədə bəyannamə təqdim edilmədiyinə görə hazırkı yoxlama ilə VMin 124.1 və 150.1.6-cı maddəsinə əsasən əlavə olaraq 1323,00 manat, o cümlədən, 2017-ci ilin 2-ci rübü üzrə 441,00 manat, 2017-ci ilin 3-cü rübü üzrə 441,00 manat, 2017-ci ilin 4-cü rübü üzrə 441,00 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır.
13. VM-in 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məh v olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
14. Müəssisə tərəfindən gəlir və xərcləri təsdiq edən sənədlər səyyar vergi yoxlamasına qismən təqdim edilmiş, istehsal məqsədləri üçün xammal və materiallar əsasən alış aktları ilə nağd qaydada alınmış, bir sıra aktlarda alınmış malların (işlərin, xidmətlərin) kəmiyyət və keyfiyyət göstəriciləri, habelə satıcıların rekvizitləri tam əks olunmamış, ciddi uçot blanklarından istifadə edilməmişdir.
15. Səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən idxal olunmuş, respublika daxilində alınmış və satılmış malların çeşidlərinin uyğunluğu araşdırılarkən bi r sıra hallarda malların ilkin satış sənədlərində onların çeşidləri üzrə adları göstərilməmiş, ümumi şəkildə “Mal və materiallar” adı altında qeyd olunmuş, malların çeşidlər üzrə uçotu aparılmamışdır. Bununla əlaqədar olaraq müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)1488/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul edilmiş xx xxxx 2019-cu il tarixli **********187780 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, əlavə dəyər vergisi, mənfəət vergisi və həmin vergilərə görə tətbiq edilmiş maliyyə sanksiyaları hissələrin də ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müəssisə akkumulyator istehsalı ilə yox, hazırkı səyyar vergi yoxlaması aktında da göstərildiyi kimi, əlvan metalların istehsalı ilə məşğul olmuşdur. Həmçinin təqdim edilmiş iş materiallarına əsasən müəssisə istehsal prosesi zamanı işlənmiş və işlənməmiş yağlardan istifadə etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx xxx 2019-cu il tarixli mütəxəssis rəyində göstərilən uyğunsuzluqlar olmasına baxmayaraq, həmin mütəxəssis rəyi nəzərə alınmaqla mənfəət və əlavə dəyər vergiləri üzrə əlavə vergilər hesablanmışdır ki, bu halda həmin vergilər əsaslı hesab oluna bilməz.
18. Məhkəmə iddianın rədd edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı iddiaçıya hesablanmış əlavə vergi məbləğləri üzrə ödəmə mənbəyində tutulan verginin düzgün hesablanmaması müəyyən olunur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ödəmə mənbəyində tutulan vergi üzrə 1.323 manat əlavə vergi hesablanmış, ekspert rəyi ilə həmin vergi məbləği təsdiq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödəmə mənbəyində tutulan vergi üzrə iddiaçıya hesablanmış əlavə vergi məbləği ekspert rəyi ilə də təsdiq olunduğundan, həmin hissədə mübahisələndirilən qərar ləğv edilə bilməz.
19. İddiaçı həmin qərarı mübahisələndirməmişdir.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin olunan hiss əsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-226/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia arizəsinə qarşı etirazda göst ərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, məhkəmənin iş üzrə qərar qəbul edərkən mötəbər dəlil kimi istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinin qəbul edilməsi zamanı ekspert qarşısında qoyulan suallar tam cavablandırılmamış, üstəlik ekspertizanın növü məhkəmə-mühasibat ekspertizası olmasına baxmayaraq, rəy maddi hüquq normalarının (VM-in 67-ci, 83-cü, 159.7-ci və 175-ci maddələrinin) şərhi ilə əsaslandırılmış, rəydə hüquqi məsələyə qiymət verilmişdir.
25. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş 2-ci sual ümumiyyətlə cavablandırılmamışdır. Həmin sual aşağıdakı kimi olmuşdur: İddiaçı MMC tərəfindən idxal edilmiş və yoxlama zamanı mal qalığında olmayan 2272051,91 manat dəyərində yağların, 1684470,2 manat dəyərində akkumulyatorların təqdim edildiyi nəzərə alındıqda, iddiaçının əlavə dəyər vergisi və mənfəət vergisi üzrə büdcə qarşısında öhdəliyi nə qədər təşkil edir?”
26. Göründüyü kimi, ekspert qarşısında qoyulmuş sual yağların və akkumulyatorların təqdim edilib-edilmədiyi deyil, təqdim edildiyi nəzərə alınmaqla vergi öhdəliyinin müəyyən edilməsi olmuşdur. Belə ki, malların təqdim edilib-edilməməsi mühasibat ekspertizasının müəyyən edə biləcəyi məsələ deyildir. Buna baxmayaraq, ekspert yağların və akkumulyatorların təqdim edildiyi nəzərə alınmaqla vergi öhdəliyinin nə qədər təşkil edəcəyini tədqiq etməmiş, üstəlik əmtəəşünaslıq sahəsinin predmeti ola biləcək xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə də münasibət bildirməklə xüsusi biliyindən kənara çıxmışdır.
27. Məhkəmənin iş üzrə sübut qismində istinad etdiyi dig ər bir sənəd isə iddiaçının fəaliyyəti üzrə əvvəlki yoxlama zamanı tərtib edilmiş aktdır. Məhkəmə qeyd olunan sənədə istinad edərək mütəxəssis tədqiqatı zamanı metal əritmə sobasının alovlandırılması üçün sürtkü yağlarının, akkumulyatorun turşulu suyunun istifadə edildiyini, sobada təzə və işlənmiş akkumulyatorlardan istifadə edilərək qurğuşun əldə edildiyini qeyd etmişdir. Başqa sözlə məhkəmə hesab etmişdir ki, mütəxəssis tədqiqatı zamanı yağın yandırılması və akkumulyatorun əridilməsi iddiaçının fəaliyyəti zamanı da eyni prosesin təkrarlandığına dəlalət edir. Halbuki, həmin mütəxəssis tədqiqatı zamanı akkumulyator və işlənməmiş yağların istehsal prosesində sərf olunub-olunmadığı araşdırılmamışdır. Həmin tədqiqatın predmetini akkumulyator və işlənməmiş yağların istehsalda sərf olunduğu qəbul edildiyi təqdirdə, istehsal məsrəflərinin və həcminin nə qədər təşkil edəcəyi olmuşdur. Bu baxımdan həmin mütəxəssis tədqiqatı, tərtib olunmuş protokol və rəy hazırkı iş üzrə heç sübut əhəmiyyəti daşımır. Məhkəmə nəzərə almamışdır ki, həmin mütəxəssis rəyi əsasında hesablanmış vergilər əsassız olduğundan hazırkı yoxlama təyin edilmiş və vergilər yenidən hesablanmışdır.
28. Məhkəmənin iş üzrə sübut qismində istinad etdiyi ekspert rəyi və əvvəlki yoxlama zamanı tərtib edilmiş aktla bağlı yuxarıda qeyd olunan hallar cavabdeh tərəfindən iddia ərizəsinə dair verilmiş etirazda, apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə aşağı instansiya məhkəmələrinin nəzərinə çatdırılsa da, məhkəmələr tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmamış, məhkəmə qərarlarında qeyd olunan dəlillərə ümumiyyətlə münasibət bildirilməmişdir.
29. Məhkəmə bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1-ci və 87.8-ci maddələrinin, maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.
30. Məhkəmənin qərarını əsaslandırdığı digər dəlili isə ondan ibarətdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin iş materiallarında olan qanuni qüvvəyə minmiş xx.xx.2017ci il tarixli qərarından görünür ki, iddiaçının başqa inzibati iş üzrə oxşar predmetlə bağlı iddiası təmin edilmiş və iddiaçıya hazırkı iş üzrə eyni dövr üçün (2016) eyni əsasla hesablanmış mənfəət vergisi ləğv edilmişdir. Belə olan halda, cavabdeh vergi orqanı yenidən eyni əsaslar ilə iddiaçıya qanunvericiliyinin t ələblərini kobud şəkildə pozaraq yeni inzibati akt qəbul etmiş və sonuncuya əsassız vergi məbləği hesablamışdır.
31. Məhkəmənin istinad etdiyi qərar qanuni qüvvəyə minməmiş, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin iş üzrə icraata xitam verilmişdir Göründüyü kimi, məhkəmə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına istinad edərək hazırkı iş üzrə hesablamanın əsassız olduğuna əvvəlki inzibati iş üzrə məhkəmə tərəfindən qiymət verildiyini qeyd etsə də, həmin qərarın qanuni qüvvəyə minibminmədiyini belə araşdırmamışdır.
32. Məhkəmənin daha bir əsassız dəlili hazırkı yoxlama zamanı iddiaçının təsdiqini tapmayan xərcləri ilə bağlıdır. Belə ki, məhkəmə qərarında qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktında iddiaçının təqdim etdiyi xərc sənədlərin ə nəzərən bir sıra aktlarda nöqsanların olduğu qeyd edilsə də, həmin aktların sayı barədə dəqiq məlumat verilməmiş, həmin aktların hansı əsasla xərc sənədi qismində qəbul edilmədiyinə münasibət bildirilməmişdir.
33. Məhkəmənin qeyd olunan dəlili ilə əlaqədar olaraq cavabdeh bildirir ki, səyyar vergi yoxlaması aktının 12-ci səhifəsinin 3-cü abzasında həmin sənədlərdə malların (işlərin, xidmətlərin) kəmiyyət və keyfiyyət göstəricilərinin, habelə satıcıların rekvizitlərinin tam əks olunmadığı, ciddi uçot blanklarından istifadə edilmədiyi vergi orqanı tərəfindən əsaslandırılmışdır.
34. Apellyasiya məhkəməsinin iddiaçının təsdiqini tapmayan xərcləri ilə bağlı digər bir dəlili isə iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktları olmuşdur. Məhkəmə qərarında qeyd etmişdir ki, X3 və X6 iddiaçıya alış aktları ilə satdıqları mallardan əldə etdikləri gəlirlərə görə vergi ödəyicisi kimi uçota alınmış və həmin şəxslərin fəaliyyəti üzrə yoxlama təyin edilmişdir.
35. Başqa sözlə, məhkəmənin mövqeyinə görə iddiaçının yoxlamaya xərc sənədi qismində təqdim etdiyi alış sənədləri qanunvericiliyin tələblərinə uyğun deyildisə, həmin sənədlər əsasında başqa şəxslərə vergi hesablana bilməzdi. Lakin məhkəmə xx.xx.2019cu il tarixli **********153341 və **********153332 nömrəli səyyar vergi yoxlaması aktlarına formal olaraq istinad etsə də, həmin sənədlərin məzmununu ümumiyyətlə araşdırmamışdır. Belə ki, məhkəmənin istinad etdiyi aktlardan göründüyü kimi həmin vergi ödəyicilərinə alış sənədləri əsasında əvvəllər kameral vergi yoxlaması ilə vergi hesablansa da, s onradan alış sənədlərinin əsassız olduğu müəyyən edilərək həmin məbləğlər tamamilə azaldılmışdır.
36. Məhkəmənin özünün istinad etdiyi xx.xx.2019-cu il tarixli **********153341 nömrəli səyyar vergi yoxlaması aktı ilə X1 vergi öhdəliyinin 67.347,54 manat, **********153332 nömrəli səyyar vergi yoxlaması aktı ilə isə X4 vergi öhdəliyinin 167.113,3 manat azaldılması təklif edilmişdir. Həmin aktlar əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarlarla vergi ödəyicilərinə hesablanmış vergilər azaldılmışdır. Göründüyü kimi, məhkəmənin sübut qismində istinad etdiyi xx.xx.2019-cu il tarixli **********153341 nömrəli və **********153332 nömrəli səyyar vergi yoxlaması aktları məhkəmənin mövqeyinin əksinə olaraq iddiaçının alış sənədlərinin mötəbər sənəd kimi qəbul edilmədiyini sübut edir.
37. İPM -in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. Göründüyü kimi, məhkəmə işə baxarkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, gəldiyi nəticə üçün böyük əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. b. kassasiya şikayətinə iddiaçının etirazları
39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.
40. Etirazın əsaslarına görə, xx.xx.2017-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, “Yoxlama dövrün əhatə edən müddət ərzində çeşidlər üzrə istehsal həcmini və istehsal zamanı istifadə olunan xammalın və sərf olunan yanacağın həcmini müəyyən etmək üçün MMC-nin istehsal sahəsində bir neçə gün istehsal avadanlıqları ayrı-ayrılıqda istehsal olunan məhsulların həc mləri, istehsal prosesində sərf olunan yanacağın miqdarı və istehsala sərf olunan xammalların miqdarı müəyyən edildi....Mütəxəssis rəyində yoxlama dövrü ərzində orta istehsal həcminin 2254,21 ton olduğu müəyyən edildi.”.
41. Göründüyü kimi, mütəxəssis rəyi MMC-nin istehsal həcminin müəyyən edilməsi məqsədilə həyata keçirilmiş və tədqiqat zamanı istehsal prosesində sürtgü yağlarından və akkumulyatorlardan xammal qismində istifadə edilməsi müəyyən edilmişdir. Mütəxəssis rəyi ilə bağlı tədqiqat iddiaçıya məxsus istehsal müəssisəsinin faktiki olaraq fəaliyyət göstərdiyi dövrdə həyata keçirilmişdir.
42. İddiaçı vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarı mübahisələndirmiş, həmin iddia tələbi Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilmiş, həmin qərar isə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2509.2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin daha sonra kameral vergi yoxlaması ilə əhatə olunan dövr (2016-cı il) üzrə təyin edilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair yeni qərar qəbul edildiyindən və həmin qərarla kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği azaldıldığından kassasiya instansiya məhkəməsi iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı qanuni qüvvəyə minməsə də, həmin qərarda hazırkı işin hallarına qiymət verilmiş, iddiaçının istehsal prosesində sürtgü yağlarından və akkumulyatordan istifadə etməsi öz təsdiqini tapmışdır. Həmin qərar h azırkı iş üzrə preyudisial əhəmiyyət daşımasa da, sübut əhəmiyyətli qiymətləndirilə bilər.
43. Kassasiya şikayətində alış aktlarının tələblərə cavab verilmədiyi qeyd edilmişdir. Bununla bağlı iddiaçı bildirir ki, həmin aktlar məhkəmə ekspertiza mərkəzinə təqdim edilmiş və aktların mötəbərliyi həmin rəydə də öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması zamanı da həmin alış aktları qəbul edilmişdir.
44. Kassasiya şikayətində qeyd edilir ki, səyyar vergi yoxlamaları zamanı alış aktları qəbul edilmədiyindən, həmin vergi ödəyicilərinə hesablanmış vergi məbləği azaldılmışdır. İddiaçı qeyd edir ki, həmin səyyar vergi yoxlamaları zamanı vergilərin azaldılması səbəbi alış aktlarının qəbul edilməməsi deyil, yuxarı vergi orqanının rəy inə müvafiq olaraq qiymətli olmayan daşınar əmlakların vergiyə cəlb edilməməsi olmuşdur. c. məhkəmə icraatı iştirakçılarının izahatları
45. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
46. İddiaçının vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 47.”İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
48. İPM: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda t ətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
50. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
52. Şikayətin əsassızlığı, ilk növbədə iddianın əsaslı olmasından irəli gəlir.
53. Cavabdeh təsdiq edir ki, iddiaçının xərcləri sənədlərlə tam təsdiqini tapmadığından onun mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, iddiaçının ümumi gəlirlərinə şərti rentabellik norması tətbiq edilməklə onun mənfəət vergisi öhdəliyi 2016-cı il üzrə 565.188,17 manat, 2017-ci il üzrə isə 591.339,87 manat müəyyən edilmişdir.
54. İddiaçı isə haqlı olaraq hesab edir ki, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxslərinə hüquqi şəxsin gəlir və xərclərini təsdiq edən sənədlər tam şəkildə təqdim edilməsinə baxmayaraq, həmin sənədlər cavabdeh orqan tərəfindən nəzərə alınmamış, 2016 və 2017-ci illər üzrə mə nfəət vergisi hesablayarkən vergi qanunvericiliyinin tələblərini pozmuş və vergilərin hesablanması üçün müəyyən edilmiş ardıcıllığa düzgün riayət etməmişdir. Belə ki, VM-in 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergi tutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istif adə etməklə hesablamaq hüququ vardır. VM-in 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün həmin maddədə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. VM-in 67.3-cü maddəsinə əsasən, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. VM-in 67.4-cü maddəsinə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. VM-in 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VM-in 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
55. Cavabdeh inzibati orqan VM-in 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalardan istifadə etməklə vergi hesablamışdır. İnzibati orqanın həmin Qaydaların tətbiqi üçün hüquqi əsası olmamışdır.
56. İddiaçı, həmçinin əsaslı olaraq hesab edir ki, Cəmiyyətə maliyyə sanksiyası tətbiq edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Cəmiyyətin 2017-ci il mənfəət vergisi və 2016-cı il əlavə dəyər vergisi üzrə ümumilikdə 1.533.082,97 manat artıq hesablaması yarandığı halda əlavə hesablanmış 409.732,32 manat vergi məbləğinə münasi bətdə 50% maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, VM-in 55.1.5-ci maddəsinin tələblərinə əsasən, hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır.
57. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati ak tların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır.
58. Hazırkı işdə İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Belə ki, cavabdehin mübahisələndirilən qərarı qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarını pozur.
59. Bundan başqa, işin materiallarına görə, verginin (o cümlədən, ƏDV-nin) hesablanmasının əsası kimi iddiaçı tərəfindən idxal edilmiş və istehsal prosesində istifadə edilmiş akkumulyator və yağların cavabdeh orqan tərəfindən təqdim edilmiş mallar kimi qiymətləndirilməsi olmuşdur.
60. Məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, cavabdeh mübahisələndirilən qərarının həmin məzmunda qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir (İPM-in 14.1-ci maddəsi).
61. Digər tərəfdən, iddiaçı şikayətə etirazında haqlı olaraq qeyd edir ki, cavabdehin şikayətdə istinad etdiyi alış aktları məhkəmə ekspertiza mərkəzinə təqdim edilmiş və aktların mötəbərliyi həmin rəydə də öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması zamanı da həmin alış aktları qəbul edilmişdir.
62. Bundan başqa, şikayətdə qeyd edilir ki, səyyar vergi yoxlamaları zamanı alış aktları qəbul edilmədiyindən, aktlarda qeyd edilən vergi ödəyicilərinə hesablanmış vergi məbləği azaldılmışdır. İddiaçı isə haqlı olaraq qeyd edir ki, həmin səyyar vergi yoxlamaları zamanı vergilərin azaldılması səbəbi alış aktlarının qəbul edilməməsi deyil, yuxarı vergi orqanının rəyinə müvafiq olaraq qiymətli olmayan daşınar əmlakların vergiyə cəlb edilməməsi olmuşdur.
63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübut qismində iddiaçının fəaliyyəti üzrə əvvəlki yoxlama zamanı əldə edilmiş mütəxəssis tədqiqatına, tərtib edilmiş akta və qanuni qüvvəyə minməmiş məhkəmə aktına istinadı ilə bağlı şikayətin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, həmin istinadlar cavabdehin mübahisələndirilən inzibati aktının yuxarıda qeyd edilən əsaslara görə qanuna zidd olduğuna və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğuna dair məhkəmə kollegiyasının gəldiyi nəticəyə təsir etmir.
64. Bu qənaət, həmçinin məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş 2-ci sualın cavablandırılmamasına dair şikayətin dəlilinə də aiddir. Belə ki, sualın məzmunundan da göründüyü kimi, həmin sualın cavabı nəticəyə o halda təsir edə bilərdi ki, iddiaçı tərəfindən idxal edilmiş yağların və akkumulyatorların təqdim edildiyi cavabdeh tərəfindən sübuta yetirilmiş olsun. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh malların təqdim edildiyini sübuta yetirə bilməmiş, iddiaçı barəsində qəbul etdiyi qərarın faktiki əsası (malların təqdim edilməsi) kimi istinad edilən halların mövcudluğuna dair qənaəti isə yalnız ehtimallara əsaslanmışdır.
65. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-226/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov