Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1846/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin mülkiyyətə verilməsi barədə sənədlərdə dəyişiklik edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “sənədlərə dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 05.07.2021-ci il tarixli, 2-1(105)407/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt Bələdiyyəsinin 09.04.2004-cü il tarixli, 111 saylı qərarı ilə SumqayıtNovxanı yolunun dəniz kənarı zolağı boyunca ümumilikdə 140 metr sahil zolağında yerləşən torpaq sahəsi İddiaçı icarəyə verilmiş və onunla Sumqayıt Bələdiyyəsi arasında qeyd olunan torpaq sahəsinə dair 12.05.2004-cü il tarixli, 104 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. 07.04.2016-cı ildə həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi ilə X3 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə X2 ya ranmış hüquqları DƏDRXdə qeydiyyatdan keçərək 21.05.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində yerləşən, Sumqayıt Şəhər Bələdiyyəsinin 09.04.2004-cü il tarixli 111 saylı qərarı və 12.04.2004-cü il tarixli icarə müqaviləsi ilə əldə edilən 0,35 ha. torpaq sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsini xahiş etmiş, cavabdeh 04.04.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, əldə edilmiş faktiki koordinatlarla torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16,6 kv.m. qeyri-yaşayış binasının icarəyə verilmiş əmlakın 18.03.2016-cı il tarixli 6015 nömrəli alqı-satqı müqaviləsi əsasında digər vətəndaşın adına rəsm iləşdirildiyi, 07.03.2016-cı il tarixli 392 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin inşa edildiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 1,614374 haş torpaq sahəsinin eyni vətəndaşa alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyi aşkar edilmişdir. Həmin vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21.05.2016-cı il tarixli **********91 – 06301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09.04.2004-cü il tarixli 111 saylı qərarı ilə və 12.05.2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqaviləyə əsasən Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində istifadəsində olan 0.35 ha torpaq sahəsinin digər vətəndaşın adına qeydiyyata alınmasının və onun adına verilən çıxarışdan ona məxsus həmin sahənin çıxarılması üçün sənədlərə qismən dəyişiklik edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsalandırmışdır ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09.04.2004-cü il tarixli 111 saylı qərarı ilə Bələdiyyə ilə 99 il müddətinə 12.05.2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə bağlanmışdır. Müqavilə Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində əhaliyə müxtəlif növ xidmət göstərilməsi məqsədilə bağlanmışdır. Müqavi lənin 2.3-cü bəndində göstərilmişdir ki, icarəçi 2.100.000 X 99 =207.900.000 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin məbləğin bir hissəsi onun tərəfindən ödənilmiş və müqavilənin şərtlərinə heç bir dəyişiklik edilməmişdir. Bir müddət əvvəl Bələdiyyə həmin sahənin qalan icarə haqqının ödənilməsini təklif etmiş və o, vəsaitin Bələdiyyənin hansı hesabına ödənilməsinə dair bildiriş verilməsinə dair göstəriş verilməsini bildirmişdir. Bələdiyyə 04.04.2018-ci il tarixli məktubla bildirmişdir ki, icarə haqqı ödənilməsə müqaviləyə xitam verilməsi barədə məhkəməyə müraciət olunacaqdır. Hal-hazırda ona məlum olmuşdur ki, SumqayıtNovxanı dəniz kənarı yolunun ona verilən ərazisi başqa şəxslərə verilmiş və onların hüquqları cavabdeh Reyestr Xidmətində qeydiyyata alınmışdır. Ona görə də cav abdeh Xidmətə müraciət edərək icarəsində olan torpaq sahəsinin kimə və hansı sənədlərə əsasən verilməsinə dair ona məlumat verilməsi xahiş olunmuş və cavabdeh **********22 saylı 04.04.2019-cu il tarixli məktubla bidirmişdir ki, ərazi müayinə edilmiş, əldə edilmiş faktiki koordinatlarla torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16,6 kv.m qeyriyaşayış binasının icarəyə verilmiş əmlak 18 mart 2016-cı il tarixli 6015 nömrəli alqı-satqı müqaviləsi əsasında digər vətəndaşın adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd olunan əsaslarla həmin vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21.05.2016-cı il tarixli **********91- 06301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məktubda kimlərin adına və hansı sənədlərə əsasən rəsmiləşdirilməsinə dair heç bir məlumat verilməmişdir. Ona görə də m əhkəməyə müraciət edərək həmin şəxslərin işə cəlb edilərək onlara verilən çıxarışın hansı sənədlərə əsasən verilməsinin müəyyən olunmasını, istifadəsində olan 0.35 ha torpaq sahəsinin istifadəsinə qaytarılması məqsədilə həmin sənədlərə və çıxarışa dəyişiliklik edilməsini xahiş edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-92/2020 saylı, 10.02.2020-ci il tarixli qərardadı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 27/2021 saylı 25.01.2021-ci il tarixli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi Xəzər dənizinin sahilboyu ərazisində yerləşdiyinə görə həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahələrinə və bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid edilə bilməz. Bundan başqa, Sumqayıt Bələdiyyəsi qeyd olunan torpaq sahəsinin onun balansında olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir.
10. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-27/2021 saylı 25.01.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli 2-1(105)-407/2021 saylı qərarına əsasən (sədrlik edən Zaur Məmmədov, hakimlər – Fuad Məmmədov və Səyyad Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-27/2021 saylı 25.01.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarı iddiaçıya 13.07.2021-ci il tarixində təqdim edilmişdir.
14. İddiaçı 12.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli 2-1(105)-407/2021 saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. İddia ərizəsində və apellyasiya şikayətində qeyd edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi sahildən 65 metr aralı olduğundan dövlətin müstəsna mülkiyyətində hesab edilə bilməz.
16. Mübahisə predmetinin üzərində yerləşən 16 kv.m. qeyri-yaşayış sahəsinin vətəndaşa satılmamışdan əvvəl dövlətə məxsus olduğunu təsdiq edən heç bir sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsə də, məhkəmə bu torpaq sahəsinin bələdiyyəyə yox, məhz dövlətə məxsus olmasını öz qərarında bildirmişdir. Halbuki, dövlət mülkiyyətində olan torpaq sahələrinin məhdud siyahısı Torpaq Məcəlləsində dəqiq olaraq göstərilmişdir və icarədə olan həmin torpaq sahəsi siyahıda göstərilən torpaqlara aid deyil.
17. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərini pozmuş, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, tam və hərtərəfli qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmu nlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
21. Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət s ərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
22. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır.
23. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətində iddiaçı torpaq sahəsinin sahildən 65 metr aralı olmasına istinad edərək həmin torpaq sahəsinin dövlətin müstəsna mülkiyyəti olmadığını bildirir. Məhkəmə kollegiyası kassatorun bu dəlilini əsassız hesab edir.
32. Belə ki, hazırkı qərarın 21-23-cü bəndlərində göstərilən normaların məzmunundan görünür ki, qeyd olunan torpaq sahəsi Xəzər dənizinin sahilboyu ərazisində yerləşdiyinə görə həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahələrinə və bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid edilə bilməz.
33. Torpaq sahəsi Sumqayıt-Novxanı avtomobil yolunun 140 metr sahil zolağında yerləşir və həmin torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmuş, həmin torpaq sahəsinin üzərində dövlətə məxsus ümumi sahəsi 16.6 kv.m qeyri-yaşayış binası mövcud olmuşdur. Həmin qeyri-yaşayış binasına dair ƏMDK yanında DƏDRX tərəfindən 01.04.2016-cı il tarixli, ********** saylı çıxarış verilmişdir. Sumqayıt Bələdiyyəsi isə qeyd olunan torpaq sahəsinin onun balansında olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir.
34. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 07.04.2016-cı ildə həmin torpa q sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi ilə X3 arasında alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə X2 yaranmış hüquqları DƏDRX-də qeydiyyatdan keçərək 21.05.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır.
35. İddiaçı həm iddia ərizəsində, həm də kassasiya şikayətində sözügedən tikilinin dövlətə məxsus olmadığını qeyd etsə də, məhkəməyə öz dəlillərini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olduğundan apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı qərar qəbul etmişdir.
36. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmi n öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
37. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli 2-1(105)-407/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli 21(105)-407/2021 saylı qərarı dəyişdiril