Məhkəmə qərarları › İş №2-1(102)-1846/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1846/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1846/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ta beliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)-1314/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçı xx.xx.1980-xx.xx.1981-ci il tarixdə qaynaqçı peşəsi üzrə Ukrayna SSRdə texniki təhsil almış, bu barədə ona xx.xx.1981-ci il tarixli, 6696 nömrəli Texniki təhsil haqqında şəhadətnamə verilmişdir.

3. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli və ******* nömrəli əmək kitabçalarına əsasən iddiaçı xx.xx.1980-xx.xx.1980-ci illərdə qaynaqçı, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək qaynaqçı, xx.xx.2011-xx.xx.2020-ci illərdə "xxxx" ASC-də elektrik quraşdırıcısı işləmişdir.

4. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş may 2003-cü il tarixli arayışa əsasən, Şəki rayonu “Orta Zəyzid” kolxozu X1 komissiyası tərəfindən verilmiş məlumata əsasən idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar 1955-1958-ci illərə, 1991-ci ildə həmin binanın ikinci dəfə yanması ilə əlaqədar 19871990-cı illərə aid kolxoz üzvlərinin şəxsi hesab kitabçaları yanmışdır. Ona görə də həmin sənədlər arxivə təhvil verilməmişdir.

5. Azə rbaycan Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli, 1425 nömrəli arxiv çıxarışına əsasən, Şəki rayon Orta Zəyzid kənd Lenin adına kolxozun idarə heyətinin 9 oktyabr 1981-ci il tarixli, 7 nömrəli iclas protokolundan çıxarışda iddiaçının “avtogen svarşik” təyin edilməsi qeyd olunmuş və iddiaçının 1981-1986, 1991-1998-ci illərə aid əmək haqqı və iş günləri təqdim edilmişdir.

6. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyətinin “Orta Zəyzid” kəndi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən, iddiaçı 1994-2004-cü illərdə Orta Zəyzid kənd uşaq bağçasında gözətçi vəzifəsində işləmiş və işlədiyi dövr üzrə aldığı əmək haqqı cədvəlləri təqdim edilmişdir.

7. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə 31 avqust 2020-ci ildə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir.

8. Cavabdehin iddiaçıya ünvanlandığı 9 oktyabr 2020-ci il tarixli, **********4 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki, cavabdehə təqdim edilən 16 iyun 1981-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, ümumi iş stajı 25 ildən az (3 il 15 gün) və güzəştli iş stajı 12 il 6 aydan az (4 ay 18 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabı n sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17700,19 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" ASC-də 2011-ci ildə əmək fəaliyyətinə başlayana kimi ümumi iş stajı hərbi xidmət və təhsil müddəti daxil olmaqla 25 il 10 ay 13 gün təşkil edir. Həmin iş stajının 17 il 6 ay 29 gününü qaynaqçı peşəsində işləmişdir ki, bu da zərərli iş kateqoriyasına aiddir. 12 mart 2017-ci ildə onun 57 yaşı tamam olmuş və “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrə aid müddəaları tətbiq edilməli olduğundan həmin tarixdən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Qanunvericiliyin tələbinə əsasən bi rinci şərt olan 57 yaş həddinə xx.xx.2017-ci il tarixdə çatmışdır, həmin tarixə tələb olunan iş stajı ilə bağlı şərtlər ödənilmiş və 57 yaşının tamam olduğu anadək onun ümumi iş stajı "xxxx" ASC-də həmin tarixə iş stajı daxil olmaqla 31 il 3 ay 25 gün təşkil edir. Həmin iş stajının 23 il 11 gününü qaynaqçı və elektrik quraşdırıcısı peşələrində işləmişdir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yer aldığından əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər hesab edilir. Bundan əlavə, mübahisə yaradan digər bir məqam onun xx.xx.1978-xx.xx.1980-cı il illərdə 2 il 2 gün hərbi xidmət də və Ukrayna SSR Nazirlər Soveti yanında Texniki Təhsil Komitəsində xx.xx.1980-xx.xx.1981-ci illərdə 5 ay 19 gün qaynaqçı ixtisası üzrə kurs keçməsidir ki, həmin müddətlər də iş stajına daxil edilməlidir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin onun tələbinin təmin olunmaması ilə bağlı hərəkətləri qanunsuzdur.

11. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(112)-6805/2021 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddiaçıya xx.xx.2017-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. xx.xx.2017-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliyə qədər, yəni xx.xx.2017-ci il tarixdə 57 yaşı tamam olmuşdur. İddiaçının xx.xx.2017-ci il tarixə qədər məhkəmə tərəfindən nəzərə alınan ümumi əmək stajı aşağıdakı kimidir: xx.xx.1978xx.xx.1980-ci il tarixlərdə həqiqi hərbi xidmət; xx.xx.1980-xx.xx.1980 – qaynaqçı; xx.xx.1980-xx.xx.1981 – texniki peşə təhsili; xx.xx.1981-xx.xx.1981 – qaynaqçı; 19811986 – Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda qaynaqçı; 1991-1998 – Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxo zda qaynaqçı; 1999-2004 – Orta Zəyzid kənd uşaq bağçasında gözətçi (bağçada 1994-1998-ci illər kolxozda işlədiyi müddətlə üst-üstə düşdüyü üçün nəzərə alınmır); xx.xx.2011 - xx.xx.2017 – "xxxx" ASC (elektrik quraşdırıcısı). Eyni zamanda iddiaçı kolxozda kolxozçu deyil, konkret peşə üzrə fəaliyyət göstərdiyindən ona münasibətdə adamgünü norması tətbiq edilməməli, minimum adamgünü norması tətbiq olunsa belə, kişilər üçün analoji kolxozlarda minimum adamgünü norması 180, 200, 220 gün olduğu nəzərə alınarsa, iddiaçı tərəfindən yerinə yetirilmiş minimum adam günü norması ən azı 232 gün, ən çoxu 300 gündən çox olmuşdur (1981-ci il (həmin ilin 5 ayı işləmiş) və 1998-ci (həmin il həm də uşaq bağçasında işləmişdir) istisna olmaqla). İddiaçının qeyd edilən tarixə ümumi əmək stajı ən azı 25 ildir.

14. Məhkəmə iddiaçının Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda avtogen qaynaqçısı peşəsi üzrə əmək fəaliyyətini həmin illərdə kolxozda avtomatlaşdırılmış və yarımavtomatlaşdırılmış maşınlarda elektrik qaynaqçıları peşəsinə deyil, məhz əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun hesab etmişdir. 8090-cı illərdə kolxozda ümumi peşələr üzrə qaynaq işlərinin avtomatlaşdırılmış qaydada aparılmasını məhkəmə ağlabatan hesab etməmişdir. Məhkəmə iddiaçının xx.xx.1980xx.xx.1980-ci illərdə, xx.xx.1981-xx.xx.1981-ci illərdə qaynaqçı, 1981-1986 və 1991-1998ci illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda qaynaqçı işlədiyi illəri nəzərə alaraq iddiaçının qeyd edilən tarixə əmək şəraiti zərərli və ağır olan işlərdə stajının 14 ilə yaxın olmasını və 2 nömrəli siyahıda XX Xİİİ. Ümumi peşələr 23200000 başlığı altında 23200000—19906 koda uyğun olmasını nəzərə almışdır.

15. Məhkəmə onu da qeyd etmişdir ki, hazırda kolxozlar mövcud olmadığından iş yerindən əmək şəraiti zərərli və ağır olan işlərdə stajı haqqında arayışın alınması mümkün deyildir, həmin arayışın olmaması səbəbindən iddiaçının pensiya hüququnun təmin edilməməsi qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoyulmuş olardı.

16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)-1314/2022 nömrəli qərarı (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə v ə A.P.Oruczadə) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(112)-6805/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq cavabdehin “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2017-ci ilədək, yəni xx.xx.2017-ci il tarixdən yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan p ensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni 57 yaşının tamam olduğu xx.xx.2017-ci ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət fo rmasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu m üddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;...

23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafi ə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 i yun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 - XXXİİİ. Ümumi peşələr... 23200000-19906 – əl ilə qaynaq aparan elektrik qaynaqçıları...

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

35. Ümumi peşələr... əl ilə qaynaq aparan elektrik qaynaqçıları...

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəm ə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, şi kayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazı rkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş fakti ki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 22-23-cü bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

36. Belə ki, bu qərarın 22-ci bəndində istinad olunan normaya görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tə ləblərə müvafiq surətdə təyin edilir. 37. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.

38. Bu baxımdan iddiaçı “Əmək pensiyaları haqqında” Qanunu n 9.8-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi və xüsusi stajı 2006-cı il tarixinə qədər topladığından, ona güzəştli şərtlərlə əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə əsasən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməkdə məhkəmə haqlı sayılmalıdır.

39. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

40. Nəticə etibarı ilə, ape llyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(103)-1314/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar