Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1846/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin e dilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(103)-230/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. 1971-1975-ci illərdə Naxçıvan Politexnik Texnikumunda orta ixtisas təhsili almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1972-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək “Azpromelektromontaj” Trestinin 1 saylı Naxçıvan montaj sahəsində, xx. xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Naxçıvan Texniki Suvarma İdarəsində işləmiş, həmçinin xx.xx.1981-ci il tarixdə “Azpromelektromontaj” Trestinin Naxçıvan montaj sahəsinə (sonradan yeni adla Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsi) usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə həmin müəssisənin ləğvi ilə əlaqədar "xxxx" səhmdar firmasının Naxçıvan Quraşdırma İdarəsinə köçürülmüş, xx.xx.1995-ci il tarixdə "xxxx" səhmdar firmasının Naxçıvan Quraşdırma İdarəsinə iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə həmin idarənin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1997-ci il tarixdə Naxçıvan MR "xxxx" Dövlət Şirkətinin Elektrik və Tikinti Quraşdırma İdarəsinə iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə həmin idarənin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1972-ci il tarixli əmək kitabçasında onun xx.xx.1981-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin xx.xx.2009-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu, iddiaçının işlədiyi dövrdə həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də, xx.xx.2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az təşkil edir. Eyni zamanda, iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci tarixədək usta vəzifəsində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - b) rəhbərlər və mütəxəssislər - tikinti və quraşdırma işlərinin ustaları 2290000b—23419), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - b) rəhbərlər və mütəxəssislər - tikinti və quraşdırma işlərinin ustaları) öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı vardır. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.
7. Cavabdeh imtina məktubundakı dəlilləri göstərərək iddiaya qarşı təqdim etdiyi etirazında iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 30 iyun 2021-c i il tarixli, 21(112)-4067/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) xx.xx.2013-cü il tarixdə çatmışdır. Cavabdeh iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir və güzəştli iş stajı yoxdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabça sında qeyd olunmuş xx.xx.1981-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi (imtinada və etirazda iddiaçının həmin dövr ərzində "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İB-nin 1 nömrəli Bakı quraşdırma idarəsində işlədiyi qeyd edilmişdir) dövrlər mübahisələndirilmişdir. Halbuki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından da göründüyü kimi, iddiaçı xx.xx.1981-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsində usta vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasındakı qeydlər (xx.xx.1972-xx.xx.1972; xx.xx.1974xx.xx.1975; xx.xx.1977-xx.xx.1977; xx.xx.1977-xx.xx.1981; xx.xx.1981-xx.xx.1997; xx.xx.1997-xx.xx.2001 – 25 il 2 ay 27 gün), təhsil (1971-ci ildən xx.xx.1972-ci ilədək – 1 il 7 ay 2 gün + xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək – 2 il) və hərbi xidmət dövrü (xx.xx.1975-xx.xx.1977 – 1 il 11 ay 26 gün) də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 30 il 9 ay 25 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərt lərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi peşələr “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi” adlanan 29-cu bölməsində nəzərdə tutulmuşdur: b) bəndi “mütəxəssislər” tikinti və quraşdırma işləri üzrə ustalar.
11. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.
12. İş materiallarından görün ür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana ilk dəfə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Həmid Həmidov və Elmira Nağıyeva) 23 dekabr 2021ci il tarixli, 2-1(103)-2488/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış və iddia tələbi rədd edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixində Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsinə usta vəzifəsinə qəbul edilmişdir. Lakin onun həmin müəssisədə işdən azad olunması barədə müvafiq qeyd mövcud deyil.
16. Sonrakı qeyddə isə aşağıdakılar təsbit olunmuşdur: “1995.04.01. Nax.ETS -nin ləğvi ilə əlaqədar olaraq Naxçıvan Qİ-nə köçürülsün. K/Ş “imza yoxdur” Babayeva C. əmr 11.“əmrin tarixi yoxdur”. Sözügedən qeydin bundan əvvəlki müəssisyəyə, yəni Naxçıvan təsərrüfathesablı Elektrikquraşdırma Sahəsinə məxsus olması aşağıdakılara görə istisna olunur.
17. Birincisi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinin “a” bəndində nəzərdə tutulurdu ki, müəssisə ləğv olunduqda, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilir. Göründüyü kimi, ləğv edilən təşkilat tərəfindən köçürülmə barədə əmr verilə bilməz.
18. İkincisi, sözügedən köçürülmə barədə qeyd kadrlar şöbəsi əməkdaşının imzası ilə də təsdiq olunmamışdır, həm də burada əmrin tarixi də mövcud deyil. İşə əlavə olunmuş Naxçıvan MR Dövlə t Arxivinin xx.xx.2020-ci il tarixli, 13/787 nömrəli arxiv arayışlarına əsasən də müəyyən olunur ki, iddiaçının xx.xx.1981-ci il tarixində Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsinə usta qəbul edilməsi barədə əmrlər kitablarında onun azad olunması barədə məlumat aşkar edilməmişdir (Həmin arxiv arayışlarına əsasən qeyd olunan müəssisədə 1972-1977-ci illərdə cəmi 14 ay əmək haqqı alması və 1991-ci ildə cəmi, bir dəfə maddi yardım alması barədə məlumatlar aşkar edilmişdir).
19. Bütün bu qeyd olunanlar sözügedən qeydin, iddiaçının xx.xx.1981-ci il tarixində usta kimi işə qəbul olunduğu ləğv edilən Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsi tərəfindən icra edildiyini istisna edir və bu səbəbdən də iddiaçının həmin Sahədə əmək fəaliyyətinin xx.xx.1981-xx.xx.1995-ci il t arixinədək olan müddət ərzində fasiləsiz iş stajını qəbuledilməz edir. Bu baxımdan, həm də həmin müddət (xx.xx.1981-xx.xx.1995) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, b) rəhbərlər və mütəxəssislər bölməsində “2290000b-23419” “tikinti və quraşdırma işlərinin ustaları” koduna uyğun olaraq güzəştli pensiya hüququ verən vəzifədə çalışdığını əks etdirən fasiləsiz iş stajı göstəricisi kimi qiymətləndirilə b ilməz.
20. Beləliklə də, təhsil müddəti, hərbi xidməti, əmək kitabçasının 1981-ci ilə kimi olan və 1995-2001-ci illər üzrə qeydləri nəzərə alınmaqla, iddiaçının ümumilikdə 15 il 6 ay 28 gün (9 il 11 ay 20 gün + 5 il 7 ay 17 gün) iş stajı mövcud olur. Başqa sözlə, tələb olunan azı 25 il ümumi iş stajı toplanmır. İddiaçının əmək fəaliyyətinin 1981-1991-ci illərə düşən dövrünün isə yuxarıda göstərilən səbəblərə görə fasiləsiz iş stajı kimi qəbul edilməsi mümkün deyil. Hətta həmin müddət, şərti olaraq, onun ümumi əmək stajına daxil edilsə belə, məhkəmə kollegiyasının qənaətinə görə, ona güzəştli pensiya hüququ verən “tikinti və quraşdırma işlərinin ustası” vəzifəsində fasiləsiz iş stajını ehtiva edən mötəbər məlumat kimi qiymətləndirilməsi və qəbul edilməsi istisna edilir. Belə olan halda, ən azından, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə müvafiq olaraq azı 12 il 6 ay xüsusi iş stajı toplanmadığı üçün onun güzəştli şərtlərlə 57 yaşından pensiya hüququ da yaranmır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Səyyad Kərimov /sədrlik edən və məruzəçi/, Zakir Quliyev və Rahib Nəbizadə) 06 may 2022-ci il tarixli, 2-1(102)-609/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şik ayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinasının və apelyasiya şikayətinin əsas dəlili təqdim olunmuş sənədlərdə iddiaçının xx.xx.1981xx.xx.1995-ci il tarixləri əhatə edən dövrdə "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsində işlədiyinin qeyd edilməsinə rəğmən həmin idarənin DSMF-də 2009-cu ilə qədər sığortaolunan kimi qeydiyyatının aşkar olunmadığı, ona görə də məcburi sığorta haqqı ödəmədiyi və bu baxımdan həmin dövrün iddiaçının sığorta stajı kimi qəbul edilməsinin mümkün olmaması ilə bağlıdır. Kassasiya şikayətinə etirazında isə cavabdeh iddiaçının əmək kitabç asına istinadən onun xx.xx.1981-ci il tarixində Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsində usta vəzifəsinə qəbul edildiyini, lakin onun həmin müəssisədən işdən azad olunması barədə müvafiq qeydin olmadığını və sonrakı qeydin xx.xx.1995-ci ilə aid olduğunu göstərmişdir.
24. Apellyasiya məhkəməsi tərəfindən bununla bağlı hərtərəfli araşdırma aparılmamış, iddiaçının 1981-1995-ci illərə aid əmək fəaliyyəti ilə bağlı qeyd olunan ziddiyyətli məqam araşdırılmamış, o cümlədən onun həmin dövrdə eyni zamanda həm "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsində, həm də Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsində işləməsinin mümkünlüyü ilə bağlı xüsusatları aydınlaşdırmamışdır. "xxxx" Səhmdar Cəmiyyətinin hansı vaxtd an fəaliyyətə başladığını, iddiaçının həmin müəssisədə işləyib-işləmədiyini, əmək haqqı alıb-almadığını yoxlamamış, bununla bağlı müəssisəyə və aidiyyəti qurumlara müvafiq sorğularla müraciət etməmişdir. "xxxx" ASC-nin ləğv edilməsi məhkəməni iddiaçının həmin müəssisədə əmək fəaliyyətini araşdırmaq və belə hallarda Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda qeyd olunan şəkildə davranmaq öhdəliyindən azad edə bilməz. Nəzərə almaq lazımdır ki, "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsinin 2009-cu il tarixinə qədər DSMF-də sığortaolunan kimi qeydiyyatının aşkar olunmaması həmin müəssisənin fəaliyyət göstərmədiyi anlamına gəlmir. Həmçinin nəzərə alınmalıdır ki, müəssisənin qeydiyyatının aşkar olunmaması b irmənalı şəkildə onun məcburi dövlət sığorta haqqını ödəmədiyinin sübutu sayıla və iddiaçının ziyanına təfsir oluna bilməz. Məhkəmənin qeyd edilən hallarla bağlı apardığı araşdırma onun iş üzrə gəldiyi qənaətin təsdiqi baxımından yetərli sayıla bilməz.
25. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövrdə "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsində və ya Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsində işlədiyi müəyyən edilməli, eləcə də onun Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsində işdən azad olunması barədə əmrin aşkar olunmamasına iddiaçının xx.xx.1981-ci il tarixli əmrlə Naxçıvan təsərrüfathesablı Quraşdırma Sahəsinə usta qəbul edildiyi və onun adını n xx.xx.1991-ci il tarixli əmrə əsasən əmr kitablarında maddi yardım alanların siyahısında olduğu nəzərə alınmaqla qiymət verilməli idi. İddiaçının adının maddi yardım alanların siyahısında olması faktı onun xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövrə aid əmək fəaliyyətinin sığorta stajına hesablanması ilə bağlı məsələnin həlli üçün (sığorta stajına hesablamaqla bağlı) yetərli və hərtərəfli araşdırmanın aparılmadığını göstərir.
26. Bundan başqa, məhkəmə iddiaçının işlədiyi müəssisənin ləğvi ilə əlaqədar onun yeni müəssisəyə köçürülməsi ilə bağlı əmək kitabçasında xx.xx.1995-ci ilə aid aparılmış qeydlərə qiymət verərkən həmin müəssisələrin bir-birinə bağlılığını, yəni yeni yaradılan müəssisənin ləğv edilən müəssisənin bazasında yaradılıb-yaradılmadığını, həmin müəssisələrə münasi bətdə hüquq varisliyinin mövcud olub-olmadığını araşdırmamış, Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinə ümumi istinadla kifayətlənmişdir. Həmçinin, "xxxx" Səhmdar Cəmiyyətinin və Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsinin biri-birinə təşkilati-tabeçilik və funksional aidiyyətinin və bağlılığının olub-olmaması da müəyyən edilməlidir. İş üzrə obyektiv qərarın qəbulu baxımından həmin halların araşdırılması xüsusi əhəmiyyət daşıyır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 11 aprel 2023cü il tarixli, 2-1(103)-230/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq göstərişlərinə əsasən müxtəlif dövlət orqanlarına sorğular verilmiş və "xxxx" Səhmdar Cəmiyyətinin və Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsinin biri-birinə təşkilati tabeçilik və funksional aidiyyətinin və bağlılığının olub-olmaması barədə məlumat əldə etmək mümkün olmamışdır. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində mövcud olan, "xxxx" Səhmdar Firmasının 1 nömrəli Bakı Mexaniki-Quraşdırma İdarəsinin özəlləşdirmə planından bəzi sənədlərin surətləri təqdim edilmişdir. Təqdim olunan "xxxx" Səhmdar Cəmiyyəti 1 nömrəli Bakı Mexaniki-Quraşdırma idarəsi üzrə səhmləri satın almaq hüqu qu olan şəxslər haqqında xx.xx.1998-ci il vəziyyətinə görə, əsas iş yeri həmin müəssisə sayılan işçilərin siyahısında iddiaçının da adı keçir. Apellyasiya şikayətinin əsas dəlili iddiaçının əmək kitabçasında xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövr ərzində "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsində işlədiyi dövrün, həmin idarənin 2009-cu ilə qədər DSMF-də qeydiyyatı aşkar edilmədiyindən sığorta stajı kimi qəbul edilməsinin mümkünsüz olmasından ibarətdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında öz əksini tapmış göstərişlər nəzərə alınaraq müvafiq sorğulara alınan cavablara əsasən iddiaçının əmək kitabçasında xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövr ərzində "xxxx " səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsində işlədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubu nun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik o lduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətənda şların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.... Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 18 6 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə v ə öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 37. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, pe şələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000b – b) rəhbərlər və mütəxəssislər 2290000b—23419 – yeni tikinti və quraşdırma işlərinin ustaları...
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gü ndən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanun vericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
45. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensi ya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Bununla belə, məhkəmə kollegiyası k assasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə, yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İn zibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
49. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəf indən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
50. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 51. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
52. Bu qərarın 32-33-cü bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş sta jının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
53. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
54. Həmçinin, iddiaçının işlədiyi vəzifənin (tikinti işi ustası) və sahənin müvafiq olaraq bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halla rı ilə təsdiq olunur.
55. Cavabdehin dəlili iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olması ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi dövr "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsinin 2009-cu ilə qədər DSMF-də qeydiyyatının olmadığının və məcburi dövlət sosial sığorta haqları ödəmədiyinin müəyyən edildiyi əsas gətirilərək iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən həmçinin iddiaçının həmin dövrdə işlədiyi güzəştli iş stajı da cavabdeh tərəfindən nəzərə alınmamışdır.
56. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əm ək kitabçasında qeyd edilən xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövr ərzində "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsində işlədiyi müəyyən edilmişdir.
57. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı quraşdırma idarəsində işlədiyi dövrü nəzərə almamasına baxmayaraq, cavabdeh məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi həmin hal iddiaçının təqsirli davranışı kimi qiymətlənd irilə və bunun üzərindən onun ziyanına təfsir oluna, onun hüquqlarını məhdudlaşdıran nəticələr doğura bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, həmin halın mövcudluğu belə özüözlüyündə qanunvericilikdə pensiya hüququnun təmin edilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir.
58. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
59. Həmçinin, cavabdehin iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üç ün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Başqa sözlə, 1 yanvar 2002-ci il tarixədək əmək fəaliyyətinin əmək stajına daxil edilməsi üçün qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmiş olması tələbi nəzərdə tutulmamışdır.
60. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
61. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 21(103)-230/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.