Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1847/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Regional ərazi filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyası; işin hallarının araşdırılması prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli, 21(105)-400/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il tarixində doğulmuş, 01.11.1972-ci il tarixində əmək fəaliyyətinə başlamış və 01.10.2005-ci il tarixinədək müxtəlif işlərdə və vəzifələrdə işləmiş, 12.11.1974-10.11.1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
2. İddiaçı ona əmək pensiyası təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh 26.08.2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının iş stajını təsdiq edən sənədlərdə 1993-cü ildən 2005-ci ilə kimi 30 nömrəli TQİ-də işləməsi qeyd edilmişdir. 05.06.2020-ci il tarixli 494 nömrəli arxiv arayışına əsasən isə onun 1997-ci ildən 2005-ci ilə kimi əmək haqqı almadığı müəyyən edilmiş, ona görə də həmin dövrün sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Təqdim edilən iş stajını təsdiq edən sənədlərə əsasən 25 il sığorta stajı yaranmadığından yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21.01.1993-cü il tarixindən 01.10.2005-ci il tarixinədək keçmiş “X” Konserninin 30 nömrəli Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. 05.12.1974-ci il tarixindən 10.11.1976-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 01.12.1972-ci il tarixdə başlamış və 01.10.2005-ci il tarixinədək müxtəlif yerlərdə işləmişdir. Müəssisə Quba rayonunda yerləşmişdir. 1997-2005-ci illərdə idarənin fəaiyyəti dayandığından əmək haqqı verilməmişdir. Əmək pensiyasını almaq üçün yaş həddinə çatdığından ona əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin ona əsassız olaraq imtina cavabı verilmişdir.
6. Cavabdeh iddiaya etir azını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində 01.12.1972-ci il tarixdən “Tikinti Quraşdırma İdarəsi”ndə işləməyə başladığı və 01.10.2005-ci il tarixədək orada işləməyə davam etdiyi bildirilsə də, əmək kitabçasına əsasən o həmin illərdə müxtəlif müəssisələrdə müvafiq vəzifələrdə çalışmışdır. Əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məlumatlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. İddiaçının əmək kitabçasında 25.04.1993-cü ildə üçüncü dərəcə üzrə betonçu vəzifəsinə qəbul olunduğu “X1” kiçik müəssisədən işdən azad edilmə tarixi (gün, ay, il) göstərilməmişdir. Həmçinin əmək kitabçası 1993-cü illərdəki işə qəbul və işdən azad edilmə qeydləri kiril əlifbası ilə yazılmış, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Bunlarla yanaşı, iddiaçının 01.10.1993-01.10.2005-ci il tarixədək işlədiyi Azərsutikinti konserninin 30 nömrəli Təmir-Tikinti İdarəsinə işə qəbulolma və işdən azadedilmə tarixlərində bir sıra qanunsuz hallar aşkar edilmişdir. Belə ki, işə daxil olma tarixi göstərilsə də, bu qeydləri aparmağa əsas verən əmək müqaviləsi, əmr, sərəncam tarixi (gün, ay, il) göstərilməmişdir. Eləcə də, işdən azad olunma tarixinin 01.10.2005-ci il, yəni ilin sonlarına doğru olmasına baxmayaraq 1k nömrəli əmrlə qeyd edilməsi şübhə yaratmağa əsas verir. İşə əlavə olunmuş arxiv arayışında da 1993-2005-ci il tarixədək iddiaçının qazandığı əmək haqları öz əksini tapmışdır. Arayışdan da göründüyü kimi, şəxs yalnız 1993-cü ilin oktyabr, noyabr və dekabr aylarında, 1994, 1995ci illərdə, 1996-cı ilin oktyabr, noyabr, dekabr ayları üzrə, 1997-ci ilin yanvar-iyun aylarında və 2003-cü illərdə əmək haqqı almışdır. Bütün bunlara əsasən iddiaçının kifayət qədər sosial sığorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələb olunan yaş həddinə çatsa da, onun 25 il sığorta stajına malik olması, yəni 1993-2005-cı illərdə həqiqətən də 30 saylı Tikint iQuraşdırma İdarəsində işləməsi faktının yoxlanılması mümkün olmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli, 2-1(105)-400/2021 saylı qərarına əsasən (sədrlik edən Zaur Məmmədov, hakimlər Səyyad Qafari və Fuad Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ləğv edilmiş, iddianın təmin edilməsi, iddiaçının cavabdehə qarşı 21.01.1993-cü il tarixindən 01.10.2005-ci il tarixinədək keçmiş “X” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifə sinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, mübahisə olunan iş stajı iddiaçının əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Müəssisənin fəaliyyət göstərməməsi isə iddiaçının gözlənilən pensiya hüququnun pozulmasına, əsassız olaraq həmin dövrün sosial-sığorta stajına daxil edilməməsinə əsas ola bilməz.
12. Məhkəmə qərarı cavabdehə 14.07.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 09.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli, 2-1(105)-400/2021 saylı qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı məhkəmə iclası zamanı əmək kitabçasında və müvafiq arxiv arayışında qeyd olunan illər üzrə faktiki olaraq işləmədiyini bildirmiş və bu barədə birinci instansiya məhkəməsinin müvafiq iclas protokolunda əsaslı qeydlər aparılmışdır. Bu barədə iddiaçı məhkəmə protokoluna düzəliş edilməsi üçün müraciət etməmiş, protokoldakı qeydlərin düzgün və əsaslı olması ilə razılaşmış, nəticədə məhkəmə protokolunda qeyd olunan hallar sübut qis mində mötəbər hesab edilmişdir. Lakin apellyasiya icraatı zamanı iddiaçı özünü müdafiə xarakterli əsassız çıxış edərək əmək kitabşasında qeyd olunan illər üzrə faktiki olaraq işlədiyini bildirmişdir.
15. Müvafiq arxiv arayışının təhlili göstərir ki, iddiaçı həqiqətən də uzun dövr ərzində əmək haqqı almamış, nəticə etibarilə formal olaraq əmək münasibətlərində olsa da, hüquqi və faktiki baxımdan əmək münasibətlərinə daxil olmamış, nəticə etibarilə qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi tam əsaslı və qanuni qüvvəsini almış birinci instansiya məhkəməsinin protokolunda qeyd olunan hallara, digər hüquqi əhəmiyyəti olan xüsusatlara diqqət yetirməməklə formal tələblər əsasında iddiaçının apellyasiya şikayəti əsasında iddia tələ bini təmin etmiş, bununla da İPM-in 12.1, 12.2-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyu lun 1-dək hər il 6 ay artırılır.
20. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
21. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
23. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məh kəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
25. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ri ayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
29. Belə ki, hazırkı qərarın 19-cu bəndində göstərilən normanın məzmunundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün göstərilən yaş həddinə çatması, kifayət qədər pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olması tələb olunur.
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının zəruri sığorta stajına malik olması barədə qənaətə gəlsə də, cavabdeh bununla razılaşmayaraq kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsaslı hesab edir.
31. Belə ki, iş materiallarına əlavə olunmuş 01.03.2021-ci il tarixli məhkəmə iclasının protokolu ilə müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən 1997-20 05-ci illərdə Tikinti-Quraşdırma İdarəsinin fəaliyyətini dayandırdığını, onun həmin illərdə əmək haqqı almadığını etiraf etmişdir.
32. Tikinti-Quraşdırma İdarəsinin 1997-2005-ci illərdə fəaliyyətini dayandırması, iddiaçının həmin illərdə əmək haqqı almaması isə onun həmin dövrə aid əmək stajının mötəbərliyini şübhə altına alır. Belə ki, sözügedən hallar öz təsdiqini taparsa, 1997-2005-ci illər iddiaçının sığorta stajına əlavə edilə bilməz. Bu isə öz növbəsində iddiaçının ümumi sığorta stajının tələb edilən 25 ildən az olmasına səbəb olur ki, sığorta stajı 25 ildən az olduğu halda iddiaçının pensiya hüququ yaranmır.
33. Göründüyü kimi, göstərilən hal mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının özü tərəfindən həmin halların e tiraf edilməsini nəzərə almamışdır.
34. Halbuki, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmunundan da görünür ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmaq məhkəmənin vəzifəsidir.
35. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlillərini bu hissədə əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.
36. Cavabdehin kassasiya şikayəti “iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi” hissəsində təmin oluna bilməz. Belə ki, əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün apellyasiya instansiya məhk əməsinə göndərilməlidir.
37. İşə təkrar baxan məhkəmə keçmiş “Azərsutikinti” Konserninin 30 nömrəli Tikinti Quraşdırma İdarəsinin həqiqətən 1997-2005-ci illərdə fəaliyyət göstərib-göstərmədiyini, fəaliyyət göstərdiyi halda iddiaçının həmin müəssisədə işləyib-işləmədiyini araşdırmalıdır.
38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli, 21(105)-400/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.