Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1848/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması, subyektiv hüquq ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı qərarın qəbul edilməsi və müqavilənin bağlanması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(105)-166/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1985-ci ildən istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədilə cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir.
2. Abşeron rayon Xırdalan Bələdiyyəsi məktubla ona bildirmişdir ki, “torpaq sahəsinə görə onunla "xxxx" MTK arasında mübahisə olduğuna görə torpaq sahəsinin mülkiyyətinə satılması mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra-birinci instansiya məhkəməsi) müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanı nda yerləşən 0.02 ha torpaq sahəsinin ona ayrılması barədə qərarın qəbul edilməsi və iddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1985-ci ildən ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 8 saylı evin, 35-ci mənzilində yaşayır. 1985-ci ildə həyat yoldaşının işlədiyi X8 tərəfindən işçilərə, o cümlədən ona bağ sahəsi kimi 0,02 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi yaşadıqları beşmərtəbəli binanın arxa tərəfində yerləşir. Onlar həmin torpaq sahəsində ağaclar əkmiş, təlabatlarını ödəmək məqsədilə göy-göyərti becərmişlər. Torpaq sahəsi 2014-cü ilin may ayına kimi 30 il onların istifadəsində olmu şdur. Həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin şifahi sərəncamı ilə həmin torpaq sahəsi və ona bitişik olan torpaq sahələri tikinti aparılması məqsədilə "xxxx" Mənzil Tikinti Kooperativinə verilmişdir. MTK-nın göstərişi ilə istifadəsində olan torpaq sahəsi traktorlar vasitəsilə yerlə-yeksan edilmiş, ağaclar məhv edilmişdir. Məsələ ilə əlaqədar olaraq əlaqədar şəxslərə, o cümlədən də cavabdehə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi kimi, 1985-ci ildən istifadəsində olan 0,02 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi məqsədilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh özünün 08 iyul 2020-cı il tarixli, 216 saylı məktubu ilə ona bildirmişdir ki, torpaq sahəsinə görə onunla "xxxx" MTK arasında mübahisə olduğuna görə torpaq sahəsinin mülkiyyətinə satılması mümkün deyildir. 0,02 ha torpaq sahəsinin onun istifadəsində olması X2, X4, X3 və X1 notariat qaydasında təsdiqlənmiş **********234 saylı ərizələri də sübut edir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 163-cü maddəsinə əsasən, bu q anun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericiliklə nəzərdə tutulmuş qaydada ondan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
5. Birinci instansiya məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(118)-1131/2020 nömrəli (hakim İmran Burcayev) qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.
7. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(105)-166/2021 nömrəli (hakimlər Hökümə Babayeva-sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiy a şikayətinin dəlilləri onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edirlər. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Lakin cavabdeh bu sahədə iddiaçının hüquqlarını pozmuş, məhkəmə isə onun pozulmuş hüquqlarının bərpası ilə bağlı vermiş olduğu iddia tələbini mümkün saymamışdır. Halbuki analoji iddia tələbi ilə onun qonşuları da məhkəməyə müraciət etmiş, məhkəmə də həmin iddia tələbini mümkün hesab edərək baxmış və müvafiq qərarlar qəbul etmişdir.
11. İddiaçı kassasiya şikayətini
12. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
13. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq 15. “Bələ diyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tut ulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məc buretmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüy ünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkə mələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olma sıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.
23. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasın ın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etm ək hüququnu istisna edir.
26. Məhkəmə Kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
27. Belə ki, iş üzrə materiallarda qeyd edilən torpaq sahəsinin X8 tərəfindən iddiaçının həyat yoldaşına ayrılması barədə, habelə həmin torpaq sahəsi üzərində onun və iddiaçının istifadə hüququnun mövcud olduğu barədə hər hansı sənəd aşkar edilməmişdir. İddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmamışdır.
28. Cavabdehin iş materiallarına əlavə edilmiş iddia tələbinə etirazında qeyd edilmişdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin ona satılması barədə ərizə ilə Xırdalan Bələ diyyəsinə müraciət etmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinin 1985-ci ildə onun həyat yoldaşına ayrıldığını, həmin tarixdən onların istifadəsində olduğunu qeyd etsə də, torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsində iddiaçıya məxsus hər hansı tikilinin olması müəyyən edilməmişdir.
29. Məhkəmənin sorğusuna Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş 16.09.2020-ci il tarixli, 394 saylı cavab məktubunda göstərilir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Həmin torpaq sahəsinə münasibətdə cavabdehlə iddiaçı və digər şəxslər arasında hər hansı əqd bağlanmamışdır.
30. Məhkəmənin sorğusuna Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28.10.2020-ci il tarixli, 2167 saylı cavab məktubunda göstərilir ki, iddiaçının yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədəki binanın qarşısında yerləşən torpaq sahəsində 2 girişli, 16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 52 saylı, 10.04.2017-ci il tarixli sərəncamla icazə verilmişdir. Həmin məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur.
31. Eyni zamanda məhkəmə kollegiyası baxılan mübahisəyə münasibətdə qeyd edir ki, işin hallarından da göründüyü kimi, hazırkı iddia mahiyyət etibarı ilə iddia növlərini nəzərdə tutan normalar anlamında məcburetmə haqqında iddiadır. Yuxarıda istinad olunan normalara görə, məcburetmə növ ündə iddiaların mümkünlüyü həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə bağlıdır. İddia qaldırmaq səlahiyyəti inzibati aktın qəbuluna dair ərizənin rədd olunmasının və ya arzu edilən inzibati aktın qəbul olunmamasının şəxsin hüquqlarını ən azı pozmaq imkanına malik olmasını nəzərdə tutur.
32. Bu baxımdan şəxsin subyektiv hüququnun mövcudluğu həm də onun iddia qaldırmaq səlahiyyəti ilə bağlıdır. Belə ki, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində hüququn pozulma ehtimalının mövcud olması üçün şəxs ən azından həmin hüquqa malik olmalıdır. Yəni şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiə ehtiyacı da mövcud olmur. Qanunverici tərəfindən bu qaydanın nəzərdə tutulması hər hansı şəxsin heç bir əsas olmadan iddia qaldırm asının qarşısının alınması məqsədlərinə xidmət edir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının barəsində qərarın qəbul olunmasını və müqavilə bağlanmasını tələb etdiyi torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinin ona verilməsi barədə qərarın qəbulunu (müqavilənin bağlanılmasını) cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsindən istifadə faktına istinad etməsi onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(105)-166/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.