Məhkəmə qərarları › İş №2-1(102)-1848/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1848/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1848/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi haqqında qərarın reyestrdə qeydə alınmaması; Vergi Məcəlləsinin 67.16cı maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2-1(103)-280/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200075 nömrəli Qərarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədən kənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. Yoxlama xx.xx.2020-ci il tarixdə başlanmış, xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli **********142128 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

3. Həmin Akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. 4. xx.xx.2021-ci il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən iddiaçı müəssisəyə 2018-ci ilin mənfəət vergisi üzrə 79,36 manat əlavə vergi və 39,68 manat maliyyə sanksiyası, 2019-cu ilin mənfəət vergisi üzrə 136,72 manat əlavə vergi və 68,36 manat maliyyə sanksiyası, 2019-cu ilin ƏDV üzrə 153170,85 manat əlavə vergi və 76585,43 manat maliyyə sanksiyası, 2020-ci ilin mənfəət vergisi üzrə 609599,44 manat əlavə vergi və 304799,72 manat maliyyə sanksiyası, ümumilikdə 762986,37 manat əlavə vergi hesablanmış və 381493,19 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixli **********147921 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslar olmadan təyin edilmiş, yoxlamanın keçirilməsi ilə bağlı müddətlərə dair normaların tələblərinə riayət edilməmiş, yoxlamaya dair məlumatların hamısı tam və dolğun şəkildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq reyestrə daxil edilməmişdir. Yoxlama zamanı sənədlərin hamısı təqdim edilsə də, cavabdeh sənədlərin təqdim edilməsindən imtina barə də Akt tərtib etmiş, bununla yanaşı, həmin Aktda hansı sənədlərin təqdim olunmadığını qeyd etməmişdir. Əlavə olaraq, yoxlama zamanı keçirilmiş ekspertizadan iddiaçı məlumatlı olmamış, həmçinin ekspert rəyində bazar qiymətinin müəyyən edilməsi zamanı hansı mənbəyi bəlli olan məlumatlardan istifadə edildiyi göstərilməmişdir. Həmçinin, 2017-2020-ci illər üzrə eyni bazar qiymətinin müəyyən edilməsi ölkədəki iqtisadi vəziyyətə uyğun deyildir. Bundan başqa, səyyar vergi yoxlaması aktı iddiaçıya təqdim edilməmiş, bununla da, Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbləri pozulmuşdur. Mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə zidd olaraq əsaslandırılmamışdır. İddia ərizəsində hesablanmış vergilərin qanuniliyi ilə bağlı əlavə olaraq qeyd edilmişdir ki, yoxlamanın əhatə etdiyi dövrdə (2017 İİ rüb - 2020 İ rüb) tikinti işləri aparılmamışdır. Bundan əlavə, 2009-cu ilə qədər satılmış mənzillərə görə vergilər dövlət büdcəsinə ödənilmiş, daha sonra 20 mənzilin alıcısı tərəfindən satılmış mənzillər qaytarılmış və 2019-cu ilin noyabr ayında Dövlət Sosial Müdafiə Fonduna satılmış, nəticədə cavabdeh vergi orqanı eyni mənzillərin satışına görə ikinci dəfə vergi hesablamışdır. Bundan əlavə, cavabdeh xx.xx.2020-ci il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 67.16-cı maddəsini yoxlamadan əvvəl təqdim edilmiş mənzillərə tətbiq etməklə AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbini pozmuşdur.

7. Cavabdehin etirazının dəlilləri: 7.1.Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək işin hallarını sadalamış və əlavə olaraq bildirmişd ir ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 65 nömrəli Sərəncamına əsasən, iddiaçı tərəfindən Şirvan şəhəri, Heydər Əliyev prospekti yaşayış massivi ünvanında 7 girişli, 7 mərtəbəli (+mansard), 150 mənzilli, o cümlədən qeyri-yaşayış (obyekt) üzrə ümumi sahəsi 1961.1 kv.m olan yaşayış binası (tikintinin ümumi yaşayış sahəsi 12100.8 kv.m) inşa olunmuşdur. Ekspert tərəfindən verilmiş rəyə əsasən, MTK tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətlərinin 400,00 manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətlərinin 650,00 manat olduğu müəyyən edilmişdir. Həmçinin, tərəflər arasındakı müqaviləyə əsasən, Dövlət Sosial Müdafiə Fonduna satılan mənzillərin 1kv.metri 650.00 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə və ekspert rəyinə əsasən, 2020-ci ilin mart ayı üçün mənzillər üzrə 415151,39 manat ƏDV (6803.87 kv.m x 400 x 18%), qeyriyaşayış üzrə isə 194448,05 manat ƏDV ( 1961,1 x 650 x 18%) hesablanmışdır. Əlavə olaraq, iddiaçıya 2019-cu il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satdığı mənzillərə görə 153170,85 ƏDV (1544,8 x 650 x 18%) hesablanmışdır. Əlavə olaraq, iddiaçının 2018-2019-cu illər üzrə icarədən əldə etdiyi gəlirə uyğun xərcləri birbaşa müəyyən etmək mümkün olmadığı üçün VM- nin 83.9-cu və 104-cü maddələrinin tələbləri nəzərə alınmaqla, NK-nin 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə 2018-ci il üzrə 79,36 manat, 2019-cu il üzrə 136,742 manat mənfəət vergi si hesablanmışdır. 7.2. İddiaçı tərəfindən səyyar vergi yoxlamasına bir sıra müqavilələr təqdim edilmişdir ki, iddiaçı həmin müqavilələrin ləğv edildiyini, qeyd olunan mənzillərin isə DSMF-yə yenidən satıldığını bildirmiş və bununla əlaqədar olaraq eyni obyektə iki dəfə vergi hesablandığını iddia etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, səyyar vergi yoxlamasına təqdim edilmiş alqı-satqı müqavilələrinin ləğv edilməsini təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. Həmçinin, işin halları da ziddiyyətlidir. Belə ki, nümunə üçün bir mənzilə dair bağlanmış hər iki müqaviləni müqayisə edən zaman aydın olur ki, mənzil 2008-ci il tarixli müqavilə ilə vətəndaş X1 38 880 manata satılmış, İddiaçı MTK-nın iddiasına görə guya ləğv olunmuş və xx.xx.2019-cu il tarixli müqavilə ilə yen idən DSMF-yə 59 215 manata satılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı həmin müqavilələrin ödəniş baş vermədiyindən ləğv olunduğunu iddia edir. Vergi Məcəlləsində isə ƏDV üçün vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt olaraq müəyyən edilmişdir. Ayrıca onu da qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş guya ləğv edilmiş müqavilələrdə qeyd olunmuş mənzillərin ümumi sahələri DSMF ilə bağlanmış müqavilələrdə öz əksini tapmış ümumi sahələrlə eynilik təşkil etmədiyindən qeyd olunan, yəni vətəndaşlarla bağlanmış müqavilələrin həqiqiliyi sual doğurur. İddia ərizəsində həmçinin, məzillərin 2009 və 2010cu illərdə tamamilə təqdim edildiyi bildirilsə də, həmin illərdə iddiaçı tərəfindən “0” dövriyyə bəyan edilmişdir. Göründüyü kimi, iddiaçının məzillərin satıldığını bildirdiyi illərdə dövriyyəsini “0” olaraq bəyan etməsindən bəlli olur ki, qeyd olunan mənzillərin satışı vergi orqanından gizlədilmişdir. 7.3. Cavabdeh iddia tələbində qeyd olunan “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuni əsaslarının olmamasına dair” dəlillərlə bağlı qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar səyyar vergi yoxlamasının başlanması üçün əsas olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi halı müəyyən edilmişdir. İddiaçı isə hesab edir ki,vergi orqanı həmin halı təsdiqedici sənədlərlə sübut etməli idi. Lakin qa nunun maddəsindən də göründüyü kimi, vergi orqanı vergidən yayınma əlamətlərini müəyyən etdiyi təqdirdə növbədənkənar yoxlamanı keçirmək səlahiyyətinə malikdir. Bu halın məhz təsdiqedici sənədlərlə təsdiq və ya təkzib edilməsi artıq yoxlamanın gedişatında müəyyən edilə bilər. 7.4. Bundan əlavə, cavabdeh iddia tələbində qeyd olunan “yoxlama müddətləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsinə dair” dair dəlillərlə əlaqədar qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.2 və 38.4-cü maddələri səyyar vergi yoxlamalarının iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutmuşdur. 7.5. İddiaçının “yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblə rinin pozulması ilə keçirilməsinə dair” dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5.1-ci bəndində reyestrdən çıxarışda göstərilməli olan məlumatlar öz əksini tapmış və qeyd olunan məlumatların siyahısında “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar təsbit olunmamışdır. 7.6. Cavabdeh iddiaçının “vergi orqanının yoxlama aktında MTK tərəfindən sənədlərin qismən təqdim edildiyi göstərilsə də, bununla bağlı sənədlərin qismən təqdim edilməsi barədə akt əvəzinə, sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib edilməsi, tələbnamə üzrə nəzərdə tu tulmuş hansı sənədlərin MTK tərəfindən təqdim edilmədiyinin ümumiyyətlə qeyd olunmamasına dair” dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, tələbnamədə göstərilən heç bir sənəd təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixli “Sənədlərin yoxlamaya təqdim edilməməsi haqqında” Akt tərtib edilmişdir. Qeyd olunan aktın imzalanmasından iddiaçının nümayəndəsi tərəfindən imtina edilmişdir. Həmin akt xx.xx.2020-ci il tarixli **********856100 saylı məktubla vergi ödəyicisinə göndərilmişdir. Daha sonra “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137483 saylı qərar qəbul edilmiş və vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzalanaraq məlumatlandırılmışdır. Sənədlərin təqdim olunmasın imtina barədə xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Daha sonra İddiaçı MTK tərəfindən sənədlər qismən təqdim edilmiş və bununla bağlı, xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmiş, həmin protokol vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzalanmış və sənədlərin bir qisminin götürülməsinə dair məlumat “Səyyar vergi yoxlaması” Aktının 1.9.1-ci bəndinin ikinci abzasında qeyd edilmişdir. 7.7. İddiaçı tərəfindən hesab olunur ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən ekspertiza vergi qanunvericiliyinin kobud pozulması ilə həyata keçirilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixli **********136926 saylı “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” Protokol tərtib edilmiş və İddiaçı MTK-nın nümayəndəsi qeyd olunan prtokolu imzalayaraq qəbul etmişdir. Həmçinin, iddi açının arqumenti ilə bağlı bildiririk ki, ekspertin ixtisası N027996 saylı diplomla öz təsdiqini tapmış və səyyar vergi yoxlaması materiallarınna əlavə edilmişdir. Bundan əlavə, iddiaçı ekspert tərəfindən bazar qiymətinin müəyyən edilməsi zamanı internet səhifələrindən daşınmaz əmlak qiymətlərinin əsas götürüldüyünü bildirmiş, bunun da öz növbəsində yalnız təklif olunan qiymətdən ibarət olduğunu hesab edərək ekspertizanın bazar qiymətinin müəyyən edilməsinə dair gəldiyi yekun nəticənin əsaasız olmasını iddia etmişdir. Lakin nəzərə alınmalıdır ki, bazar qiyməti tələblə təklifin qarşılqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. İddiaçı nəzərə almamışdır ki, internet səhifəsində daşınmaz əmlakın qiymətləri də həmin tələb və təkkifin qarşılıqlı təsiri nəticəsində formalaşmış bazar dəyər idir. Belə olan halda, ekspert rəyinə dair iddiaçının dəlilləri əsassız hesab edilməlidir. 7.8. Əlavə olaraq, iddiaçı səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsinin vergi qanunvericiliyinin kobud pozulması ilə həyata keçirildiyini iddia etsə də, xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı yoxlamanı aparan yoxlayıcılar tərəfindən imzalanmış, səyyar vergi yoxlamasının keçirildiyi müəssisənin nümayəndəsi tərəfindən isə heç bir səbəb göstərilmədən həm imzalamaqdan, həm də aktın bir nüsxəsini qəbul etməkdən imtina edilmişdir. Nəzərə alınmalıdır ki, vergi ödəyiciləri tərəfindən yoxlamanın gedişatında tərtib edilən sənədlər imzalanaraq qəbul edilməsindən imtina edildiyi təqdirdə, həmin sənədlərin vergi orqanı tərəfindən ödəyicinin elektron qutusu vasitəsilə vergi ödəyicisin ə çatdırılması təmin edilir. 7.9. İddiaçı mübahisələndirilən qərarın qanunvericiliyin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edildiyini qeyd etsə də, bu məsələ ilə bağlı Ali Məhkəmənin "xxxx" MTK-nın işi ilə bağlı xx.xx.2017-ci il tarixli 2-1(102)-510/2017 saylı qərarında münasibət bildirilmişdir (“Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğlər və dövrlər göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərarda və əsasən “Kameral vergi yoxlaması üçün zəruri olan sənəd lərin (məlumatların) tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırmanı aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv ediməsini düzgün hesab etməmişdir, çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarlar ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarının ehtimallarını yaradır”).

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8794/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı (hakim: O.Həsənov) ilə iddia təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ******** **147921 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki: 9.1. Hazırkı iş üzrə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qər arında əsaslandırmağa borcludur. 9.2. Eyni zamanda, cavabdehin səyyar vergi yoxlamasının başlanması, yoxlama müddətlərinin uzadılması qərarlarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə, bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi, yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. 9.3. Bundan başqa, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201455368 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2020, sona çatma tarixi xx.xx.2020 tarixidir. Halbuki, yoxlama xx.xx.2020-ci il tarixində başlasa da, yoxlama müddəti 7 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş və yalnız yoxlamanın başlanmasından 1 il keçdikdən sonra xx.xx.2021-ci il tarixində başa çatmışdır. Göstərilənlərdən aydın olur ki, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2020 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat cavabdeh vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 g ün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Beləliklə, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Həmçinin, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 30 iyun 2021-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. 9.4. Cav abdeh inzibati orqan iddiaçı barəsində vergi borcunu müəyyən edərkən «Azərekspertiza» Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. Halbuki, ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, rəyin verilməsinə əsas olmuş məlumatlar tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Bundan başqa, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda, ekspertin istinad etdiyi məlumatların həqiqətə uyğun olub-olmaması araşdırılmad ığından, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməməlidir. Bundan başqa, iş materiallarından göründüyü kimi, vergi orqanı xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, xx.xx.2020-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması m ütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. 9.5. Cavabdeh vergi orqanı iddiaçıya yoxlamadan əvvəlki dövrlərdə satılmış mənzillərə görə Vergi Məcəlləsinin 67.16-cı maddəsini tətbiq etməklə vergiləri hesablayarkən maddi hüquq normaların tətbiqində kobud nöqsana yol vermişdir. Belə ki, cavabdeh vergi orqanının istinad etdiyi 67.16-cı maddə Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və həmin qanun yalnız 1 yanvar 2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Həmin normada isə təsbit edilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sah ələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Qeyd olunmalıdır ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə edilən yeni 67.16-cı maddə yalnız həmin tarixdən sonra olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi əməliyyatlarına tətbiq edilə bilər. İddiaçı isə 2020-ci ilin 1 yanvar tarixindən sonra hər ha nsı yaşayış və qeyri-yaşayış sahələri təqdim etmədiyi üçün bu barədə vergi orqanına hər hansı məlumat təqdim etməmişdir. Cavabdeh vergi orqanı isə öz mülahizəsinə görə əvvəl satılmış mənzillərə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən normanı tətbiq etməklə iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, belə olan hal da yeni qəbul edilən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 9.6. İddiaçı tərəfindən 2019-cu ilin noyabr ayı üzrə AR Dövlət Sosial Müdafiə Nazirliyinə satılan 20 mənzilin (1.544,8 kv/m) məhz əvvəlki yoxlamalar ilə satışı əhatə edilmiş 3.752,13 kv.m sahədən ibarət olduğu məhkəmə baxışı zamanı öz təsdiqi tapmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vətəndaşların mənzilin borcunu ödəyə bilmədikləri üçün həmin mənzillərin geri qaytarılmasına dair ərizələrin dən və mənzillərin ödənilmiş haqlarının geri qaytarılmasına dair məxaric orderlərindən görünür ki, satışı əvvəlki yoxlamalar ilə əhatə edilmiş 20 mənzil iddiaçıya geri qaytarılmış və iddiaçı həmin mənzilləri 2019-cu ildə yenidən Nazirliyə satmışdır. Başqa sözlə desək, iddiaçı həmin mənzillərə görə əvvəlki yoxlamalar zamanı vergiləri ödəmişdir və bu səbəbdən də, həmin məzillərin geri qaytarılaraq yenidən satılması vergitutma obyekti kimi çıxış edə bilməz. Ona görə ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə görə, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Cavabdeh orqanın nümayəndəsi məhkəmə baxışı zamanı iddiaçının mənzillərin qaytarılaraq yenidən satılmasına dair məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyinə şübhə ilə yana şsa da, həmin sənədlərin mötəbərliyini şübhə altına alan və həmin sənədləri təkzib edən digər hər hansı sübut və ya dəlillər məhkəməyə təqdim etməmişdir. 9.7. Bundan əlavə, məhkəmə zamanı iddiaçı tərəfindən təqdim edlmiş mənzillərin alqı-satqısına dair müqavilələrdən və borcun ödənilməsinə dair maliyyə arayışlarından görünür ki, mənzillər hazırkı yoxlama ilə əhatə edilən aprel 2017 - mart 2020-ci hesabat dövrlərində deyil, ondan əvvəlki hesabat dövrlərində təqdim edilmişdir. Belə ki, cavabdeh vergi orqanı qeyd edilən mənzillərin məhz yoxlama ilə əhatə edilən hesabat dövrlərində təqdim edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir ki, bu da bir daha həmin mənzillərin yoxlama ilə əhatə edilən hesabat dövrlərindən əvvəlki hesabat dövrlərində satılmasına dəlalət edir. Odur ki, ca vabdeh vergi orqanı mənzillərin alqı-satqı əməliyyatlarından Vergi Məcəlləsinin 56.1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddəti ötürdüyü üçün həmin mənzillərə görə iddiaçıya əlavə vergi öhdəlikləri yarada bilməz və iddiaçını məsuliyyətə cəlb edə bilməz. 9.8. Həmçinin, cavabdeh vergi orqanı tərəfindən iddiaçının satdığı mənzillərə görə ƏDV-nin tətbiq edilməsi ümumiyyətlə vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə nəzər yetirildikdə görünür ki, iddiaçı 15 aprel 2008-ci il tarixdə inşa etdiyi binalar üzrə ümumi sahəsinə görə həmin anda qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən mənzil tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi öhdəliyini (8 rübə bölməklə) hesablayaraq vergi orqanına hesabat verib bəyan etmiş və hər rüb üzrə 21 361 manat olmaqla, ümumilikdə 8 rüb üzrə 170 888,00 manat məbləğində MTFSV hesablamış və vaxtı çatdıqca həmin vergi öhdəliyini tam olaraq yerinə yetirmişdir. Həmin zaman vergi qanunvericiliyinə görə, inşa edilən binanın tikinti-quraşdırma işləri başlandığı rübdə ümumi sahəsinə görə MTFSV və mənzillərin satışı zamanı isə ƏDV hesablanırdı. Həmin vaxtda qüvvədə olan VM-nin 159.9-ci maddəsinə görə, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. “Azərbaycan Respublik asının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il 1704-VQD nömrəli Qanununun keçid müddəalarının 2.2-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. Sadalanan normalardan göründüyü kimi, MTFSV ödəyicisi olmuş vergi ödəyicisinə mənzillər satılarkən ƏDV yalnız həmin vaxtda qüvvədə olmuş 159.9-cu maddədə nəzərədə tutulmuş qaydada hesablana bilərdi. “Azərbayc an Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019- cu il 1704-VQD nömrəli Qanunu ilə qanunverici bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisinə əvvəlki qaydada vergilərin ödənilməsi hüququnu vermiş və onun 1 yanvar 2020-ci il tarixdən sonra təqdim etdiyi yaşayış və qeyri-yaşayış sahələrə görə isə ƏDV və gəlir (mənfəət) vergisinin hesablanmasını qadağan etmişdir. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçının MTFSV ödəyicisi olmasını (MTFSV üzrə vergiləri hesablayaraq ödənilməsini) nəzərə almayaraq və vergi qanunvericiliyinin normalarını düzgün tətbiq etməyərək iddiaçıya ƏDV hesablamaqla onu əlavə vergi yükünə məruz qoy muşdur ki, bununla da kobud qanun pozntusuna yol vermişdir. Beləliklə, cavabdeh vergi orqanı iddiaçıya inşa etdiyi binalar üzrə həm MTFSV, həm də ki, satılan mənzillərə görə yeni qayda ilə ƏDV-ni hesablamaqla vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Çünki, əgər iddiaçı inşa etdiyi binalar üzrə MTFSV üzrə hesabat verərək həmin vergiləri ödəmişdirsə, ona satdığı mənzillər üzrə yalnız hazırda qüvvədən düşmüş 159.9-cu maddə ilə nəzərdə tutulmuş qaydada ƏDV hesablana bilərdi. 9.9. Məhkəmə mübahisələndirilən qərar əsasında iddiaçı barəsində hesablanmış 216,08 manat mənfəət vergisinə və 108,04 manat maliyyə sanksiyasına münasibətdə hesab edir ki, həmin hissədə məbləğlərin düzgün hesablanıb-hesablanmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, hət ta qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə prosessual pozuntulara yol verildiyindən və ən əsası aparılan yoxlama üzrə müvafiq reyestrdə zəruri qeydiyyat aparılmadığından (qərarlar əlavə olunmamış), yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bununla da, iddiaçı hüquqi nəticəsi olmayan səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş qərar üzrə hesablanmış vergi borcunu ödəməmək hüququna malikdir.

10. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüse ynov və Ş.A.Məmmədova) 06 aprel 2023-cü il tarixli, 2-1(103)-280/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında, iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və proses sual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

15. Belə ki, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 67.16-cı maddəsini iş üzrə düzgün tətbiq etməmiş və bu zaman mənzillərin 1 yanvar 2020-ci ildən öncə satılmasına əsaslanmışdır. Halbuki, həmin maddi hüquq normasında nəzərdə tutulmuş məlumatların verilməməsi yaşayış və qeyri-yaşayış sahələrinin yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılması üçün əsas olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Bu ba xımdan, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrini iş üzrə tətbiq etməli olmadığı halda tətbiq etmişdir.

16. Bundan əlavə, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın ekspert rəyi ilə sübut olunduğu işin mübahisəsiz halıdır. Bundan əlavə, iddiaçı tərəfindən aparılmış əməliyyatları təsdiq edən müqavilə və arayışlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılmamış, əməliyyatların rəsmiləşdirildiyi sənədlərin mötəbərliyini əks etdirən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi alqı-satqı müqavilələrinin bəzisinin yuxarı sağ hissəsində sadəcə “ləğv edilib” qeydi aparılmış və bu müqavilələrin ləğv olunduğu iddia edilmişdir. Lakin Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müvafiq müqavilə və arayışlar mötəbər sübut kimi qəbul edilmə diyindən, cavabdeh orqan Vergi Məcəlləsinin 14.2-ci maddəsində müəyyən edildiyi kimi (əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir) bu sənədləri bazar qiymətini müəyyən edən qiymət olaraq nəzərə almamışdır. Həmçinin, Vergi Məcəlləsinin 14-cü maddəsində öncə, vergi orqanı tərəfindən bazar qiymətinin müəyyənləşdirilməsi mərhələlərinə riayət edilməsi, daha sonra bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi imperativ göstəriş olaraq müəyyən olunmamışdır.

17. Bundan başqa, səyyar vergi yoxlamasına təqdim edilmiş alqı-satqı müqavilələrinin ləğv edilməsini təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. Həmiçinin, iddiaçının bu məqamda mövqeyi də ziddiyyətlidir. Belə ki, nümunə üçün bir mənzilə dair bağlanmış hər iki müqaviləni müqayisə edən zaman aydın olur ki, mənzil 2008-ci il tarixli müqavilə ilə vətəndaş X1 38 880 manata satılmış, İddiaçı MTK-nın iddiasına görə guya ləğv olunmuş və xx.xx.2019-cu il tarixli müqavilə ilə yenidən DSMF-yə 59 215 manata satılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı həmin müqavilələrin ödəniş baş vermədiyindən ləğv olunduğunu iddia edir. Vergi Məcəlləsində isə ƏDV üçün vergi tutulan əməliyyat vaxtı, təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt olaraq müəyyən edilmişdir (Vergi Məcəlləsi maddə 166). Həmçinin, iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş guya ləğv edilmiş müqavilələrdə qeyd olunmuş mənzillərin ümumi sahələri DSMF ilə bağlanmış müqavilələrdə öz əksini tapmış ümumi sahələrlə eynilik təşkil etmədiyindən qeyd olunan, yəni vətəndaşlarla bağlanmı ş müqavilələrin həqiqiliyi sual doğurur. Məhkəmə kollegiyası qeyd olunan istiqamətdə heç bir araşdırma aparmamış, müqayisələr həyata keçirməmiş, cavabdehin bu istiqamətdə olan dəlillərinə heç bir münasibət bildirməmişdir. Digər tərəfdən, qeyd olunan müqavilələr ləğv edildiyi üçün iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əsasən, yəni Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq, dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilərək ləğv edilmiş müqavilələrə hesablanmış vergi məbləği azaldılmalı və həmin mənzillər təkrarən təqdim edilən dövrdə, yəni 2019-cu ildə yeni müqavilələrdə əks olunmuş qiymətlərə uyğun ƏDV dövriyyəsi bəyan edilərək vergilər büdcəyə hesablanmalı idi. Lakin işə baxan məhkəmə vergi qanunvericiliyinin qeyd olunan tələblərini nəzərdən qaçırmış, iddiaçının v ergi öhdəliyinin müəyyən olunmasında xüsusi əhəmiyyətə malik olan maddi hüquq normalarını tətbiq etməmişdir. Bu isə son nəticədə iddiaçı tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınmasına şərait yaratmışdır.

18. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5-ci bəndində Reyestrdən çıxarışda əks olunmalı olan məlumatların siyahısı dəqiq göstərilmişdir. Qeyd olunan bəndin tələblərində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərarın reyestrdən çıxarışda əks etdirilməsi nəzərdə tutulmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassa siya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16.8. 16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Maddə 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. 21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə:

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsind ə qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi:

26. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200075 nömrəli Qərarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə, iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

27. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər.

28. Cavabdeh “Səyyar vergi y oxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200075 nömrəli Qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmişdir. Bu hal aşağı instansiya məhkəmələri tərəfindən pozuntu kimi müəyyən edilmişdir (bax: hazırkı qərarın 9.1-ci bəndi).

29. Cavabdeh iddia tələbinə etirazında bununla bağlı bildirmişdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar səyyar vergi yoxlamasının başlanması üçün əsas olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi halı müəyyən edilmişdir. İddiaçı isə hesab edir ki,v ergi orqanı həmin halı təsdiqedici sənədlərlə sübut etməli idi. Lakin qanunun maddəsindən də göründüyü kimi, vergi orqanı vergidən yayınma əlamətlərini müəyyən etdiyi təqdirdə növbədənkənar yoxlamanı keçirmək səlahiyyətinə malikdir. Bu halın məhz təsdiqedici sənədlərlə təsdiq və ya təkzib edilməsi artıq yoxlamanın gedişatında müəyyən edilə bilər.

30. Bu dəlillə bağlı məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə, inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyu r və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da, hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəti cələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün əsas vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

31. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi m əqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdir sə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

32. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etd iyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

33. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

34. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarın da əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı mə hkəmə mübahisə predmeti olan qərarın qanunauyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması:

35. Hazırkı iş üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qeydiyyatdan keçməmişdir. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə, həmçinin hazırkı iş üzrə də vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, «Sahibkarlıq sahəs ində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.

36. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi d ə inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət etmə üsullarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına görə, o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.

37. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə a parılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər.

38. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır.

39. Vergi orqanı “Sah ibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda, həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. Vergi Məcəlləsinin 67.16-cı maddəsinin tətbiqi: 40. 2020-ci il 01 yanvar tarixindən Vergi Məcəlləsinə 67.16-cı maddə daxil edilmişdir. Həmin maddənin məzmununa görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə.

41. Vergi Məcəlləsinin 16.8-ci maddəsinə əsasən isə bina tikintisi fəa liyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər.

42. Qeyd edilən normaların birgə təhlili onu deməyə əsas verir ki, iddiaçıya Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinadən o halda vergilər hesablana bilər ki, o, Məcəllənin 16.8-ci maddəsinin tələbinə əsasən məlumat forması təqdim etmək öhdəliyi olan vergi ödəyicisi olsun.

43. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, o cümlədən işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ödəyicisi olmuş və bu halı təkzib edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Bu halda, Vergi Məcəlləsinin 67.16-cı maddəsinin iddiaçıya münasibətdə tətbiqi istisna olunur. Odur ki, cavabdehin həmin maddəyə əsasən iddiaçıya 2020-ci ilin mənfəət vergisi üzrə 609599,44 manat əlavə vergi hesbalaması, o cümlədən 304799,72 manat maliyyə sanksiyası tətbiq etməsi qanunsuz olmuşdur. Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinə 2019-cu ilin noyabr ayında satılmış mənzillərin satışına görə 2019-cu ilin ƏDV üzrə 153170.85 manat əlavə verginin hesablanmasının, o cümlədən 2018 və 2019-cu illər üzrə mənfəət vergisinin hesablanmasının qanunsuzluğu ilə bağlı qeydlər:

44. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan, o cümlədən tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 mənzili notarial alqı-satqı müqavilələri əsasında satmışdır (ümumi sahə: 1544.80 kv.m.; hər kv.metrin dəyəri 650 manat).

45. Cavabdeh həmin mənzillətin təqdim edilməsinə görə 153170,85 ƏDV (x 650 x 18%) hesablamışdır.

46. İddiaçı cavabdehin hesablamasının əsassızlığına dair belə bir dəlil irəli sürmüşdür ki, həmin mənzillər əvvəlki i llərdə başqa şəxslərə satışmış, daha sonra isə həmin mənzillərə dair bağlanmış müqavilələr ləğv edilmiş və yenidən 2019-cu ildə təqdim edilmişdir. Odur ki, cavabdeh vergi orqanı eyni mənzillərin satışına görə ikinci dəfə vergi hesablamışdır.

47. İddiaçının dəlilləri ilə razılaşan aşağı instansiya məhkəmələri də əlavə vergi hesablanmasını qanunsuz hesab edərkən Vergi Məcəlləsinin 159.9-cu maddəsinə (xx.xx.2016-cı ilədək qüvvədə olmuşdur) istinad etmişlər.

48. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Vergi Məcəlləsinin 159.9-cu maddəsinin hazırkı işə tətbiqini düzgün hesab etmir.

49. Belə ki, aşağı instansiya məhkəmələri haqlı olaraq qeyd etmişlər ki, Vergi Məcəlləsinə xx.xx.2007-ci ildən daxil edilən 159.9, 218.1.2, 220.8 və 221.5-ci maddələrin birgə təhlili onu deməyə əsas verir ki, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həm sadələşdirilmiş verginin ödəyicisi olmuş, həm də mənzillər satıldıqca ƏDV ödəmək öhdəlikləri olmuşdur. Belə ki, həmin dövrün qanunvericiliyinə əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirdilər. Bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilirdi. Bununla yanaşı, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyirdilər (Vergi Məcəlləsinin 154.6 və 159.9-cu maddələri).

50. Beləliklə, iddiaçının tikintinin təməl işlərinin başlandığı rübdə sadələşdirilmiş verginin ödəyicisi olması, eyni zamanda mənzillər satıldıqca ƏDV ödəməli olması işin mübahisəsiz halıdır.

51. İşə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hüquqi mövqe ilə razılaşsa da, iddiaçıya münasibətdə ƏDV-nin hesablanması zamanı VM-nin 159.9-cu maddəsinin tətbiq edilməli olduğunu hesab etmişdir. Həmin maddənin məzmununa əsasən isə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanırdı.

52. Göründüyü kimi, cavabdehin istinad etdiyi VM-nin 159.9-cu maddəsi bütün mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan ƏDV-nin məbləğini deyil, ƏDV-nin hesablanmasının minimum dövriyyəsini tənzimləmişdir. Odur ki, hazırkı hala Vergi Məcəlləsinin 159.9-cu maddəsinin tətbiqi əsassızdır.

53. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin “iddiaçı tərəfindən alqısatqı müqavilələrin düzgün qaydada ləğv edilməməsi, həmin dövr üzrə ƏDV ödənilibödənilməməsinin məhkəmə tərəfindən araşdırılmamasına baxmayaraq, iddiaçının ikiqat vergiyə məruz qalması ilə bağlı nəticəyə gəlinməsi, ləğv edildiyi iddia edilə n müqavilələrin məzmunu ilə sonradan satılmış mənzillərə dair müqavilələrin məzmununda ziddiyyətlərin olmasına dair dəlillərə məhkəmə tərəfindən qiymət verilməməsi, iddiaçı tərəfindən həqiqətən müqavilələr ləğv edildiyi halda vergi qanunvericiliyinin tələblərinə əsasən, yəni Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilərək, ləğv edilmiş müqavilələrə hesablanmış vergi məbləğinin azaldılmalı olması, həmin mənzillərin təkrarən təqdim edilən dövrdə, yəni 2019-cu ildə yeni müqavilələrdə əks olunmuş qiymətlərə uyğun ƏDV dövriyyəsi bəyan edilərək vergilərin büdcəyə hesablanmalı olması” ilə bağlı dəlilləri ilə razılaşsa da, həmçinin apellyasiya instansiyası məhkəməsinin hazırkı işin hallarına Vergi Məcəlləsinin 159.9-cu maddəsini tətbiq etməsi ilə razılaşmasa da, o cümlədən təkrar satılan mənzillərlə bağlı məhkəmə araşdırmasının natamam olması nəticəsinə gəlsə də, hesab edir ki, həmin hissədə məbləğlərin düzgün hesablanıb-hesablanmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, hətta qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə kobud prosessual pozuntulara yol verildiyindən (növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslandırılmaması, əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi haqqında qərarın reyestrdə qeydə alınmaması) hesablama qanunsuzdur. Qeyd edilən bu hal, mübahisələndirilən qərarla hesablanmış mənfəət vergisinə də aiddir.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qanunvericiliy in tələblərinə uyğun olmadığından qərarın ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

55. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 21(103)-280/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar