Məhkəmə qərarları › İş №2-1(102)-1849/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1849/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1849/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialı) qarşı “ya şa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2-1(105)-167/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2020-ci il 09 iyun tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 27 iyul tarixli, **********7 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 25 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin ed ilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı 2020-ci il 14 avqust tarixli iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 64 yaş 6 ay tamam olduğu 2020-ci il 04 may tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək ona 2020-ci il 04 may il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmi şdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci il 4 noyabr tarixdə Füzuli rayonunda anadan olmuş, 1970-ci il 20 yanvar tarixdən 1974-cü il 29 may tarixə qədər Füzuli rayonu Lenin adına Üzümçülük sovxozunda işləmiş, 1974-cü il 15 may tarixdən 1976-cı il 15 may tarixə qədər hərbi xidmətdə olmuşdur. 1976-cı il 13 sentyabr tarixdən 1995-ci il 13 sentyabr tarixə qədər Füzuli Avtobazasında sürücü vəzifəsində işləmişdir. Onun 64 yaş 6 ayı tamam olduğu üçün cavabdeh təşkilata müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ona 2020-ci il 27 iyul tarixdə verilmiş imtina məktubu ilə tələb təmin edilməmişdir. Səbəb kimi onun işlədiyi illərin yoxlanılmasının mümkün olmaması olmuşdur. Əmək k itabçasına əsasən hərbi xidmətdə olduğu müddət də daxil olmaqla 25 ildən çox ümumi stajının mövcud olduğuna görə iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüququnun pozulduğunu hesab etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazlar təqdim etmişdir. Etirazların əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə cavabdeh etirazda qeyd etmişdir ki, vətəndaşa pensiya təyin edilməsi üçün şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 1970-ci il 20 yanvar tarixdən 1995-ci il 13 sentyabr tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti ilə 2020-ci il 14 iyul tarixli məktubla Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə müvafiq qaydada sorğu edilmişdir. Dövlət Sosial Müdafiə Fondunu n Füzuli rayon şöbəsi 2020-ci il 16 iyul tarixli məktubla bildirmişdir ki, əmr kitablarının işğal edilmiş ərazilərdə qalması ilə əlaqədar, iddiaçının sığorta stajı barədə məlumatları yoxlamaq mümkün olmamışdır. Cavabdeh, iddiaçının əmək kitabçasında əsaslı şübhələr olduğundan habelə işlədiyi müəssisələrə dair əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları təqdim edilmədiyindən iddianı qanunsuz və əsassız hesab etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 19 noyabr tarixli, 2-1(1 18)1209/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək 2020-ci il 4 may tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının 1955-ci il 4 noyabr tarixdə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64,5 yaşında, 2020-ci il 4 may tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçıya yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2-1(105)-167/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 19 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kass asiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, əmək kitabçası araşdırılarkən əmək kitabçasında pozuntular aşkar edilmişdir ki, bu da əmək kitabçasında yazılmış qeydlərin mötəbərliyini şübhə altına qoyur. Belə ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının doldurulduğu tarixə diqqət yetirilsə, onun qeyri-iş günü (bazar günü) - 1970-ci il 25 yanvar tarixdə doldurulduğu müəyyən edilir. Həmçinin, əmək kitabçasına əsasən iddiaçının 1979-cu il 23 aprel tarixdə Füzuli avtobazasından (Füzuli avtonəqliyyat müəssisəsi) işdən çıxma qeydi vəzifəli şəxs tərəfindən imzalanmamışdır.

14. Digər bir pozuntu iddiaçının 1979-cu il 23 aprel tarix də Füzuli avtokolonunda işə daxil olması ilə bağlıdır. Belə ki, iddiaçı 1979-cu il 23 aprel tarixində işə daxil olsa da, müvafiq əmr 1979-cu il 10 may tarixdə verilmişdir. Həmçinin, əmrin nömrəsi də diqqət çəkir. Belə ki, əmək kitabçasındakı öncəki qeydə diqqət yetirsək iddiaçının 1979-cu il 23 aprel tarixdə Füzuli avtobazasında (Füzuli avtonəqliyyat müəssisəsi) işdən çıxma əmrinin nömrəsi 63-dür. Odur ki, 1979-cu il 10 may tarixdə 4 nömrəli əmrin verilməsi şübhə doğurur.

15. Əmək kitabçasındakı başqa bir pozuntu iddiaçının 1979-cu il 23 aprel tarixdə işə daxil olduğu Füzuli avtokolonundan işdən çıxma əmrinin mövcud olmamasıdır. Əmək kitabçasındakı növbəti qeyd iddiaçının 1995-ci il 23 fevral tarixdə X1 Müəssisəsində iddiaçının işinə möhlət verilmə ilə bağlı qeydidir. Göründüyü kimi iddiaç ının X1 Müəssisəsinə nə zaman işə daxil olduğu məlum deyil. Sonuncu qeyd də iddiaçının 1995-ci il 13 sentyabr tarixdə sözügedən müəssisədən işdən çıxma qeydidir.

16. İş materiallarına əlavə edilmiş Füzuli Avtonəqliyyat ASC-nin 07 saylı, 2020-ci il 12 oktyabr tarixli məktubuna əsasən iddiaçı 1976-cı il 13 sentyabr tarixdən 1995-ci il 13 sentyabr tarixədək avtobazada sürücü işləmişdir. Lakin iddiaçıya məxsus əmək kitabçasında onun 1976-ci il 13 sentyabr tarixdən Füzuli avtobazası (Füzuli avtonəqliyyat müəssisəsi) Füzuli avtokolonu və X1 Müəssisəsində işləmişdir. Göründüyü kimi, iddiaçı 3 fərqli yerdə işləmişdir. Hər 3 müəssisənin bir-biri ilə bağlılıq məsələsi istər sözügedən məktubda, istərsə də məhkəmə qərarlarında nəzərdən keçirilməmişdir. Belə ki, əgər Füzuli avtokolonu və X1 Müəssisəsi Füzuli avtobazasının (Füzuli avtonəqliyyat müəssisəsi) bazasında yaradılıblarsa və ya avtobazanın adı müvafiq qaydada dəyişilibsə əmək kitabçasında bununla bağlı qeyd olmalı idi. Məhkəmə bütün bunları nəzərə almayaraq Füzuli Avtonəqliyyat ASC-nin 07 saylı, 2020-ci il 12 oktyabr tarixli məktubunu əsas gətirərək sözügedən müəssisələrin eyni müəssisə olması qənaətinə gəlmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

18. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. İddiaçının 1955-ci il noyabr 4-də doğulduğu nəzərə alı ndıqda, onun 64 yaş 6 ayının tamam olduğu 2020-ci il 4 may tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

27. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən onun 25 ildən artıq əmək (sosial sığorta) stajı vardır.

28. Şikayətin dəlilinə görə, əmək kitabçası araşdırılarkən əmək kitabçasında pozuntular aşkar edilmişdir k i, bu da əmək kitabçasında yazılmış qeydlərin mötəbərliyini şübhə altına qoyur. Belə ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının doldurulduğu tarixə diqqət yetirilsə, onun qeyri-iş günü (bazar günü) yəni 1970-ci il 25 yanvar tarixində doldurulduğu müəyyən edilir. Həmçinin, əmək kitabçasına əsasən iddiaçının 1979-cu il 23 aprel tarixdə Füzuli avtobazasından (Füzuli avtonəqliyyat müəssisəsi) işdən çıxma qeydi vəzifəli şəxs tərəfindən imzalanmamışdır.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bununla bağlı qənaəti ilə razılaşaraq qeyd edir ki, təqdim edilmiş əmək kitabçası dublikatdır və kitabçanın doldurulduğu tarixin bazar gününə təsadüf etməsi iddiaçının əmək fəaliyyətini şübhə altına almalı deyil. Digər tərəfdən, iddiaçının sovxozda əmək fəaliyyətinə başla dığı 1970-ci il 20 yanvar tarixə dair qeyd mübahisələndirilmir.

30. Şikayətin digər dəlilinə görə, digər bir pozuntu iddiaçının 1979-cu il 23 aprel tarixdə Füzuli avtokolonunda işə daxil olması ilə bağlıdır. Belə ki, iddiaçı 1979-cu il 23 aprel tarixində işə daxil olsa da, müvafiq əmr 1979-cu il 10 may tarixdə verilmişdir. Həmçinin, əmrin nömrəsi də diqqət çəkir. Belə ki, iddiaçının 1979-cu il 23 aprel tarixdə Füzuli avtobazasında (Füzuli avtonəqliyyat müəssisəsi) işdən çıxma əmrinin nömrəsi 63-dür. Odur ki,1979-cu il 10 may tarixində 4 nömrəli əmrin verilməsi şübhə doğurur.

31. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, əmək kitabçasının həmin müddətə aid məlumatlarından, həmçinin müəssisəsinin məh kəməyə təqdim etdiyi arayış və əmrlər kitabından göründüyü kimi, iddiaçının vaxtilə işlədiyi müəssisənin yenidən təşkili ilə əlaqədar olaraq 1979-cu il 23 aprel tarixdə verilən əmrlə 1979-cu il 10 may tarixdə verilmiş əmrlərin nömrə ardıcıllığında fərqlərin olması qəbulediləndir.

32. Şikayətin digər dəlilinə görə, əmək kitabçasındakı başqa bir pozuntu iddiaçının 1979-cu il 23 aprel tarixdə işə daxil olduğu Füzuli avtokolonundan işdən çıxma əmrinin mövcud olmamasıdır. Əmək kitabçasındakı növbəti qeyd 1995-ci il 23 fevral tarixdə X1 Müəssisəsində iddiaçının işinə möhlət verilmə ilə bağlı qeydidir. Göründüyü kimi, iddiaçının X1 Müəssisəsinə nə zaman işə daxil olduğu məlum deyil. Sonuncu qeyd də iddiaçının 1995-ci il 13 sentyabr tarixində sözügedən müəssisədən işdən çıxma qeydidir.

33. Şikayət in həmin dəlilləri də əsaslı deyil. Belə ki, iddiaçının əmək kitabçasında 1995-ci il 23 fevral tarixə aid qeyd iddiaçının işinə “möhlət verilmə” ilə bağlı deyil, əmək intizamını pozduğuna görə “şiddətli töhmət” intizam tənbeh tədbirinin tətbiqi ilə bağlı olmuşdur. 1995-ci il 13 sentyabr tarixində isə iddiaçının işdən çıxması deyil, işdən çıxmış digər işçinin idarə etdiyi avtomaşının iddiaçıya təhkim edilməsi ilə bağlı olmuşdur. Hər bir halda, həmin qeydlər iddiaçının həmin tarixədək müəssisədə işləməsi faktını təsdiq edir.

34. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

35. Göründüyü kimi, inzibati orqan arayış və aktda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrlərini qəbul etməyə bilərdi.

36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 21(105)-167/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar