Məhkəmə qərarları › İş №2-1(102)-1849/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1849/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1849/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.11.2022 Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1984; FİN: xxxxxxx) cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xüsusi mülkiyyət hüququ ona məxsus Sumqayıt şəhəri, 51-ci məhəllə, 103A ünvanda yerləşən evə onun razılığı İlə qeydiyyata düşmüş 3-cü şəxs, xx.xx.1994-cü il təvəllüdlü İmanova Sevil Tofi q qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-369/2022 nömrəli qərarından üçüncü şəxs İmanova Sevil Tofiq qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 29 may 2010-cu il tarixli, MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Sumqayıt şəhəri, 51ci məhəllə, 103A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur.

2. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, İmanova Sevil Tofiq qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılm asını xahiş etmişdir

3. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətini təmin etməmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, İmanova Sevil Tofiq qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Odur ki, ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ona məxsus ünvan 2 ünvanında yerləşən evə onun razılığı ilə qeydiyyata düşmüş üçüncü şəxs xx.xx.1994-cü il təvəllüdlü İmanova Sevil Tofiq qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə ona, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli, xx.xx.2010 qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə onun razılığı ilə xx.xx.1994-cü il təvəllüdlü İmanova Sevil Tofiq qızı və xx.xx.2017-ci il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyata düşmüşlər, lakin heç vaxt həmin evdə yaşamayıblar. Hal-hazırda İmanova Sevil Tofiq qızının və X1 onun mülkiyyətində olan fərdi yaşayış evinə qeydiyyatda olmaları, onun həmin evə dair sərəncam vermək hüququnu məhdudlaşdırır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-387/2022 nömrəli qərarı ilə (hakim İ.R.Quliyev) iddia təmin edilərək iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən evdə qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü İmanova Sevil Tofiq qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mü lkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

8. Üçüncü şəxs İmanova Sevil Tofiq qızı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsi ndəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-369/2022 nömrəli qərarı ilə (hakimlər: Z.T.Məmmədov - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-387/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Üçüncü şəxs İmanova Sevil Tofiq qızı kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı üçüncü şəxsin həmin evdən qey diyyatdan çıxarılmağını tələb edir, həm də ödənilməli olan pulu ödəmir. Həmin iş üzrə qətnamə də ləğv olunduğundan artıq iddiaçı hüquqdan sui-istifadə edir. O, həm pulu mənimsəyir, həm də evi üçüncü şəxsin əlindən almaq İstəyir. Hazırkı qərar qüvvədə qalarsa o zaman o, əsassız olaraq varlanmış olacaq. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikas ında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahi yyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab etmək olar. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.

22. Hazırkı mübahisə iddiaçının xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evində formal olaraq pasport qeydiyyatında olan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlıdır.

23. İddiaçının izahatına və iş materiallarında olan sübutlara əsasən, üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da, həmin evdə yaşamır. Üçüncü şəxs yaşayış sahəsinə əmlak hüquqlarının mövcud olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

24. Kassasiya şikayətində göstərilən iddiaçı ilə üçüncü şəxs və onun anası arasında olan mülki hüquqi mübahisələrin mövcudluğunun isə hazırkı işə birbaşa aidiyyəti yoxdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olmuş 2(105)722/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı 15660 manat və 7000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı İmanova Sevil Tofiq qızının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İmanova Sevil Tofiq qızının cavabdeh İddiaçı qarşı pul tələbi rədd edilmişdir.

25. Hazırkı qərarın 15-ci bəndinə qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqa nın üzərinə qoya bilər.

26. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçünc ü şəxsin iddiaçıya məxsus evə dair hərhansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

27. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs İmanova Sevil Tofiq qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-369/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar