Məhkəmə qərarları › İş №2-1(102)-185/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-185/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-185/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-185/2019) Bakı şəhəri 23 yanvar 2019-cu il 23.01.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomunun ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2379/ 2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Ukraynanın Sumi Dövlət Universiteti tərəfindən 30 iyun 2017-ci il tarixdə verilmiş xxxx nömrəli diploma əsasən, 2017-ci ildə Ukraynanın Sumı Dövlət Universitetinin “maliyyə və kredit” ixtisasını bitirmiş və “maliyyə və kredit” istiqaməti üzrə bakalavr dərəcəsi əldə etmişdir. Həmin diplomun 30 iyun 2017-ci il tarixli, xxxx saylı əlavəsindən görünür ki, iddiaçı 4 il qiyabi formada təhsil almışdır. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edərək, xarici ali təhsi l ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən olunmasını xahiş etmiş, sonuncu 08 may 2018-ci il tarixli, 23-04-282/ANİ nömrəli məktubu ilə aşağıdakı məzmunda cavab vermişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentiliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən ərizəçinin aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 111.1.2-ci maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin” V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukraynanın Sumı Dövlət Universiteti tərəfindən ərizəçinin adına verilmiş Bİ7-142369 nömrəli 30.06.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə əra zisində tanınması mümkün hesab edilmir.” İmtina cavabı ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Ukrayna Sumi Dövlət Universiteti tərəfindən verilmiş xxxx nömrəli, 30.06.2017-ci il tarixli bakalavr diplomunun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh əsassız olaraq onun diplomunun tanınması ilə bağlı müraciətini təmin etməmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, ona ixtisası üzrə bakalavr dərəcəsi verilmiş, diplomu tam qanunauyğun şəkildə müvafiq qaydada təsdiq edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2836/2018 saylı 10 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: E.M.Mustafayev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2379/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və S.F.Hacıyev) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2836/2018 saylı 10 iyul 2018-ci il tarixli ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətlərinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə zidd həyata keçirilməsi işin məhkəmə araşdırılması ilə müəyyən edilmədiyindən iddia rədd edilməlidir. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması və ekvivalentl ik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar bir neçə hüquqi-normativ akt mövcuddur. Həmin hüquqi-normativ aktlardan biri də Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli 919-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” sazişdir. Həmin sazişin 5-ci maddəsinə əsasən Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında diplomlara, təhsilin müddətinə və təhsilin məzmununa görə uyğun gəlsin. Yəni, qanunverici orqan bu qanunla Ukrayna Respublikası təhsil müəssisələrind ə verilmiş diplomların Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əlavə imtahan və ekspertiza keçirilmədən tanınmasını qəbul etmişdir. Bu sazişin 5-ci maddəsində göstərilən əsaslar iddiaçının Ukrayna Respublikasının Sumi Dövlət Universitetində təhsil aldığı maliyyə və kredit ixtisasına uyğun gəlir. Belə ki, Azərbaycan Respublikasında da maliyyə-kredit ixtisası üzrə təhsil müddəti və təhsilin məzmunu Ukrayna Respublikasının Sumi Dövlət Universitetində həmin ixtisas üzrə verilən tələblərə uyğundur. Ona görə də cavabdeh inzibati orqan 2 dövlət arasında bağlanmış və hal-hazırda qanuni qüvvədə olan bu sazişin tələblərini yerinə yetirərək əlavə imtahan və ekspertiza keçirmədən iddiaçının diplomunu tanınmalı və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə ərizəsini təmin etməli idi. Eyni zamanda cavabdeh imtinasının əsası kimi iddiaçının ixtisası üzrə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığını göstərmişdir. Lakin bu da əsassızdır. Belə ki, iddiaçı Ukrayna Respublikasının Sumi Dövlət Universitetində əyani yox, qiyabi təhsil almışdır. Bu səbəbdən iddiaçının rus dilində sərbəst danışmağını və fikirlərini sərbəst ifadə etməyini tələb etmək məntiqsizdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və i ş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. “ Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası vətəndaşl arının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.(maddə 27.1, 27.4, 29.0, 29.0.21, 42.2) Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, 01.03.2005-ci il tarixi Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə, Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) həyata keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydala rına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Eyni zamanda, Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Qaydaların: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən eksperti zadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmas ından sonra) 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Bundan əlavə, 16 mart 2000-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin: 1-ci maddəsinə əsasən, bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; 2-ci maddəsinə görə, Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən d övlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır; 5-ci maddəsinə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdi r ki, iddiaçının diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur. Həmçinin, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə, o cümlədən Sazişin 5-ci maddəsinə və Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Çünki, Sazişin 2-ci maddəsi ilə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınmış və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılmışdır. Yəni, Sazişlə Ukrayna ali təhsil müəssisələrinin bakalavr və ma gistr diplomlarına münasibətdə ekvivalentlik müəyyən edilməmişdir və ona görə də Qaydaların 1.6-cı bəndinin “Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir” müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz. Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr və magistr ixtisas dərəcələri haqqında diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır. Cavabdeh də Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilə lərdə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsində iddiaçının P4988278 nömrəli pasportuna baxış keçirilərkən onun 2015-ci ildə cəmi 5 gün (4-9may) Ukrayna ərazisində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının diplomuna Ukraynada Apostille şəhadətnaməsinin əlavə olunması ilə bağlı əsaslı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu, 05.10.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırı lması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının diplomuna Ukraynada Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Beləliklə məhkə mə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər t utub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2379/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar