Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-185/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə yolun çəkilməsinə görə kompensasiyanın ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X6 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (bundan sonra cavabdeh) (Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-207/2019 saylı, 20 sentyabr 2019cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Abşeron rayonu, Fatmayı kəndində 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 29.12.2015-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmış və “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. 0,06 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyy at sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən M1 avtomobil yolunun 46-cı kilometrinə birləşən 54 kilometrlik dənizkənarı Bilgəh-Sumqayıt-Tağıyev qəsəbəsi avtomobil yolunun 4 cərgəli hərəkət üçün yenidən qurulması ilə əlaqədar yolun tikintisi altına düşmüşdür. Cavabdeh iddiaçıya kompensasiya ödəməmişdir. İddiaçı kompensasiyanın ödənilməsi ilə əlaqədar Maliyyə Nazirliyinə və cavabdehə müraciət etmişdir. Maliyyə Nazirliyinin 16 yanvar 2018-ci il tarixli, 09/05-1-07-153 nömrəli saylı məktubunda qeyd edilən məsələ ilə bağlı bilavasitə aidiyyəti qurum olan cavabdehə müraciət etmək tövsiyə edilmişdir. Cavabdehin 8 may 2018-ci tarixli, A-3/16/2934 nömrəli məktubu ilə bildirilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsin də işlər dayandırılmış, sözü gedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi də bərpa olunacaqdır. İddiaçı 22 may 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq ümumilikdə 48.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kompensasiya Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20 % əlavə də n əzərə alınmaqla ödənilməlidir. Əlavə də nəzərə alınmaqla torpaq sahəsinin hazırkı bazar dəyəri hər 0,01 ha üçün 8.000 manat olmaqla, ümumilikdə 0,06 ha torpaq sahəsinin ümumi dəyəri 48.000 manat təşkil edir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3, 4, 19, 20.1.6, 23, 54.1-ci maddələrinə istinad edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2(85)-1876/2018 saylı iş) 28 noyabr 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 28.800 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, iddiaçının mülkiyyətində olan yolun tikinti altına düşən 0,06 ha torpaq sahəsinin bazar dəyəri 24.000 manat müəyyən edilmişdir. Hesabat kifayət qədər əsaslandırılmış və torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Eləcə də tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti ölkə Prezidentinin məlum fərmanına əsasən 20% əlavə də nəzərə alınmaqla 28.800 manat (24.000 + 4.800 (24.000 x 20% = 4.800) = 28.800) təşkil edir. Buna görə də göstərilən məbləğdə kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya məhkəməsi torpaq sahəsinin qiymətləndirilməsi barədə mütəxəssis rəyi almaq üçün 27 mart 2019-cu il tarixdə qərar qəbul etmiş, qiymətləndirmədə Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilmiş və alınan 3 iyul 2019-cu il tarixli qiymətləndirmə hesabatında Abşeron rayonu, Fatmayı kəndində yerləşən, iddiaçının mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 2018-ci ilin may ayı üçün və hal-hazırda bazar dəyəri 24.000 manat təşkil etdiyi bildirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5 məruzəçi, X7 və X8, 2-1(105)-207/2019 saylı iş) 20 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-(85)-1876/2018 saylı iş üzrə 28 noyabr 2018-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 15 oktyabr 2019-c u il tarixdə qərarın surətini almış, 7 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3, 36.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə nə birinci instansiya məhkəməsi nə də, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. əsaslandırma hissəsi: Ca vabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mülkiyyətində olan 600 kv.m torpaq sahəsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırm aqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdə olan sənədlərlə təsdiq olunur ki, iddiaçının mülkiyyətində Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Bilgəh - Sumqayıt Tağıyev qəsəbəsi avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsinin son layihə elektron (DWG) məlumatlarına əsasən “Bilgəh - Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşür. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, iddiaçının mülkiyyətində olan yolun tikinti altına düşən 0,06 ha torpaq sahəsinin bazar dəyəri 24.000 manat müəyyən edilmişdir. Eləcə də, tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 28.800 manat (24.000 + 4.800 (24.000 x 20% = 4.800) = 28.800) təşkil ed ir. Apellyasiya məhkəməsinin əldə etdiyi 3 iyul 2019-cu il tarixli qiymətləndirmə hesabatına görə Abşeron rayonu, Fatmayı kəndində yerləşən, iddiaçının mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 2018-ci ilin may ayı üçün və hal-hazırda bazar dəyəri 24.000 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 28.800 manat təşkil edir. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpa qların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onu n müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağ ından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Bu Qanunun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpa qlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. İddiaçının mülkiyyətində olan 600 kv.m torpaq sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır, bu səbəbdən ona cavabdeh tərəfindən ağlabatan məbləğdə kompensasiya ödənilməlidir. İddiaçı kompensasiyanın məbləği barədə mübahisə açmamışdır. Kompensasiyanın məbləği cavabdeh tərəfindən qismən təsdiq edilmiş, həmçinin məhkəmənin əldə etdiyi rəylə müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən məhrum olduğuna görə məhkəmə kollegiyası ödənilən kompensasiyanı ədalətli hesab edir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Avtomobil X3 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)207/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-185/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-185/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver