Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-185/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsin Göyçay rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-400/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı xx.xx.1958-cı il tarixdə Goyçay rayon Mirti kəndində anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İİ-ЖГ seriyalı 277239 nömrəli nikah haqqında şəhadətnamədə qeyd etmişdir ki, İddiaçı və X7 31.10.1979-cu ildə nikah bağlamışlar.
4. AZ-İİ seriyalı 082114 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd etmişdir ki, X7 16.07.2012-ci ildə vəfat etmişdir.
5. Cavabdehin 14.05.2020-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, arxiv arayışına əsasən iddiaçıya ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi mümkün deyil.
6. X9 filialının 06.05.2020-ci il tarixli 1010 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, X7 Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda 1978-ci ildə 364 adam/gün, 1979-cu ildə 363 adam/gün, 1980-cı ildə 180 adam/gün, 1981-ci ildə 103 adam/gün, 1982-ci ildə 136 adam/gün, 1983-cü ildə 199 adam/gün, 1984-cü ildə 233 adam/gün, 1985-ci ildə 286 adam/gün, 1986-cı ildə 311 adam/gün, 1987-ci ildə 286 adam/gün, 1988-ci ildə 306 adam/gün, 1989-cu ildə 364 adam/gün, 1990-cı ildə 365 adam/gün, 1991-ci ildə 365 adam/gün, 1992-ci ildə 366 adam/gün, 1993-cü ildə 365 adam/gün, 1994-cü ildə 360 adam/gün, 1995-ci ildə 360 adam/gün, 1996-cı ildə 351 adam/gün, 1997-ci ildə 330 adam/gün, 1998-ci ildə 195 adam/gün işləmişdir.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin 07.05.2020-ci il tarixli 241 nömrəli arayışında qeyd edilmişdir ki, X7 22.11.1973-cü ildən - 08.12.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının 01.07.2020-ci il tarixli **********1 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı 60 yaş 6 aya çatdığı gün ailə başçısını itirən kimi əmək pensiyası hüququ əldə etmişdir. X6 arxiv arayışı ilə müəyyən olunan kolxozda işlədiyi iş stajı 19 il 3 ay, hərbi xidmət illəri 2 il 16 gün olmaqla faktiki 21 il 3 ay 16 gün sığorta stajı vardır. Tələb olunan sosial sığorta stajı 13 il 8 aydır. Bundan başqa, Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda kişilər üçün minimum adam/gün norması 1978-1998-ci illərdə 180 adam/gün müəyyən olunmuşdur.
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı X6 1978-1998-ci illərdə xxx adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoy ulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X2 işlədiyi müddətlə bağlı əmək kitabçası olmasa da, iş stajını təsdiq edən arxiv arayışı vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Birinci instansiya məhkəməsinin xxx-cu il tarixli, 2-1(116)-1115/2020 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı mərhum əri X6 1978-ci ildən 1998-ci ilədək Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işlədiyi 20 il 3ay müddətin (1978-1980, 1983-1998-ci illər tam, 1981 və 1982-ci illər isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 7, 14.1.2, 17-ci maddəsinə, Azərbaycan Respublikası "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 67-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1 və 3-ci bəndinə əsaslanaraq mərhum X3 1978-1980, 1983-1998-ci illərdə (cəmi 19 il) əmək iştirakı minimumunu tam yerinə yetirmiş, o, 1981-ci ildə 103 adam/gün, 1982-ci ildə 136 ada m/gün işləmişdir ki, minimum əmək iştirakı normasına görə bu faktik müddətin cəmi 1 il 3 ay təşkil edir. Göründüyü kimi, iddiaçının mərhum ərinin kolxozda işlədiyi müddətdə sosial sığorta stajı (19 il+1 il 3 ay) 20 il 3 ay təşkil edir etdiyinə dair nəticəyə gəlmişdir.
13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx-ci il tarixli, 2-1(107)-400/2020 nömrəli (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Elçin Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin xxx-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, ap elyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38 və 149-cu maddəsinə, 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67 və 69cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə və SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə əsaslanaraq DSMF-un Göyçay rayon şöbəsinin iddiaçının Mərhum ərinin Göyçay rayon Mırtı kəndi M.Ə.Rəsulzadə kolxozda 1978-ci ildən 1998-ci il tarixədək işlədiyi 20 il 3 ay müddətin (1978-1980, 1983-1998-ci illər tam, 1981 və 1982-ci illər isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamış olduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:
16. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşının sözügedən kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Vətəndaşların sosial sığorta stajı əmək kitabçasına əsasən götürülür. Vətəndaşların keçmiş kolxozda və müəssisədəki əmək stajı həmin müəssisənin əmr kitablarına əsasən nəzərə alınır və işə girib çıxma əmrləri əmək kitabçasında qeyd olunur. İşin hallarından da göründüyü kimi əmək kitabçasında bu qeydlərin olmaması şəxsin həqiqətən həmin müəssisələrdə işləməyini şübhə altına alır. Həmçinin qeyd edilməli digər məqam da ondan ibarətdir ki, məhkəmə işin hallarını dərindən araşdırmamış və iş üzrə müvafiq sorğular verməmişdir Bununla bağlı olaraq cavabdeh DSMF-nin Göyçay rayon Şöbəsinin 14.05.2020-cı il tarixli **********9 nömrəli imtina məktubu əsaslıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx-ci il tarixli, 2-1(107)-400/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
18. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməm əsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
22. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının mərhum həyat yoldaşının sözügedən kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Vətəndaşların sosial sığorta stajı əmək kitabçasına əsasən götürülür. Vətəndaşların keçmiş kolxozda və müəssisədəki əmək stajı həmin müəssisənin əmr kitablarına əsasən nəzərə alınır və işə girib çıxma əmrləri əmək kitabçasında qeyd olunur. İşin hallarından da göründüyü kimi əmək kitabçasında bu qeydlərin olmaması şəxsin həqiqətən həmin müəssisələrdə işləməyini şübhə altına alır. Həmçinin qeyd edilməli digər məqam da ondan ibarətdir ki, məhkəmə işin hallarını dərindən araşdırmamış və iş üzrə müvafiq sorğular verməmişdir Bununla bağlı olaraq cavabdeh DSMF-nin Göyçay rayon Şöbəsinin 14.05.2020-cı il tarixli **********9 nömrəli imtina məktubu əsaslıdır.
23. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
24. Belə ki, işə əlavə edilmiş Göyçay rayon Dövlət Arxivinin 06.05.2020-ci il tarixli 1010 nömrəli arayışından göründüyü kimi, iddiaçının mərhum ərinin Göyçay rayon Mırtı kəndi M.Ə.Rəsulzadə kolxozda 1978-1998-ci illərdə işləmişdir, lakin iş materiallarından və cavabdehin kasasiya şikayətindən də göründüyü kimi, cavabdeh əmək stajını təsdiqedici sənəd k imi arayışları nəzərə alınmamışdır.
25. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
26. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 27. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67- ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
28. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 29. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
30. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
31. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
32. Həmin əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
33. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.
34. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
35. İddiaçıya ailə başçısını i tirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri onun pensiya yaşına çatması, digəri isə mərhum ərinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasıdır. Qadınlar üçün pensiya yaşı 01.07.2019-cu ildən - 30.06.2020-ci ilədək 61 il 6 ay olmuş, iddiaçı isə pensiya yaşına 28.04.2020-ci ildə çatmışdır.
36. İddiaçının mərhum əri X7 12.11.1955-ci ildə anadan olmuş və vəfat etdiyi 16.07.2012-ci il tarixə onun tam 56 yaşı olmuşdur. Göstərilən rəqəmdən 15 il çıxdıqda, əmək qabiliyyətli yaş dövrü 41 il olmuşdur ki, həmin illərin hər biri üçün 4 ay hesabı ilə 164 ay, yəni 13 il 8 ay sığorta stajı tələb olunur.
37. İddiaçının mərhum ərinin 1978-1998-ci illərdə Göyçay rayon Mırtı kəndi M.Ə.Rəsulzadə adına kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları Arxiv Arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Göyçay rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.05.2020-ci il tarixli 101 nömrəli Arayış ilə təsdiq edilir.
38. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ va rdır.
39. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
40. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri onun pensiya yaşına çatması, digəri isə mərhum ərinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasıdır.
41. Qadınlar üçün pensiya yaşı 01.07.2019-cu ildən 30.06.2020-ci ilədək 61 il 6 ay olmuş, iddiaçı isə pensiya yaşına 28.04.2020-ci ildə çatmışdır.
42. İddiaçının mərhum əri X7 12.11.1955-ci ildə anadan olmuş və vəfat etdiyi 16.07.2012-ci il tarixə onun tam 56 yaşı o lmuşdur ki, göstərilən rəqəmdən 15 il çıxdıqda, əmək qabiliyyətli yaş dövrü 41 il olmuşdur ki, həmin illərin hər biri üçün 4 ay hesabı ilə 164 ay, yəni 13 il 8 ay sığorta stajı tələb olunur.
43. İddiaçının mərhum əri X2 işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 67-ci maddəsinin 1ci və 2-ci hissələrində əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesab lanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
44. X1 1978-1980, 1983-1998-ci illərdə (cəmi 19 il) əmək iştirakı minimumunu tam yerinə yetirmiş və o, 1981-ci ildə 103 adam/gün, 1982-ci ildə 136 adam/gün işləmişdir, minimum əmək iştirakı normasına görə bu faktik müddətin cəmi 1 il 3 ay təşkil edir ki, iddiaçının mərhum ərinin kolxozda işlədiyi müddətdə sosial sığorta stajı (19 il+1 il 3 ay) 20 il 3 ay təşkil edir ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün kifayətdir.
45. Göründüyü kimi, qanunvericiliyin tələbləri baxımından arayış əmək stajını təsdiqedici sənəd kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün v ə dəqiq olmadıqda çıxış edə bilər, lakin cavabdeh iddiaçı pensiya yaşına 28.04.2020-ci ildə çatdığından onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmasına baxmayaraq, onun tələbini təmin etməkdən əsassız imtina etmişdir.
46. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx -ci il tarixli, 2-1(107)400/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.