Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1850/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhəri X9 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: həyətyanı torpaq sahəsinin mülkiyyətə ayrılması barədə bələdiyyə qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X7, Üçüncü şəxs X12, Üçüncü şəxsin vəkili (nümayəndəsi) X10 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri X4rşı (üçüncü şəxs: X14) “həyətyanı torpaq sahəsinin mülkiyyətə ayrılması barədə b ələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 iyun tarixli, 2-1(105)-217/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər X5 2019-cu il 28 fevral tarixli, 02 saylı qərarına əsasən, Hacı Zeynalabdin qəsəbəsi ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X12 fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə X9 müraciətini, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 12 saylı, 2019-cu il 8 fevral tarixli rəy və mövqe planını nəzərə alaraq, 'Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əs asnamənin 16-cı, 23-cü və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1 maddələrinə əsasən X12 mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə müraciəti məqsədəuyğun hesab edilmiş, X5 yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan, qəsəbə ərazisində sahəsi 475 kv.m. olan torpaq sahəsinin bilavasitə bələdiyyənin qərarı ilə X12 mülkiyyətinə verilməsi məqsədilə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən həmin torpaq sahəsinin sənədlərinin X5 adına hazırlanması və alınmış rəyə, plan və ölçüyə əsasən torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə müraciət göndərilməsi və sənədlər alındıqdan sonra "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü maddəsinə müvafiq olaraq sənədləşdirmənin başa çatdırılması qərara alınmışdır.
2. X11 ilə X14 arasında AN-İ ******* saylı, 2019-cu il 23 noyabr tarixli daşınmaz əmlakin alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bələdiyyə mülkiyyətində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 0.0466 ha olan torpaq sahəsini 2940.46 manata X1. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 20 dekabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi il ə müraciət edərək ona ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 2 saylı mənzilin həyətyanı torpaq sahəsinin 466 kvadrat metrlik hissəsinin X12 mülkiyyətinə ayrılması barədə X5 31 oktyabr 2019-cu il tarixli 11 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçının qardaşı X14 tərəfindən tutulduğundan, o iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək qardaşının ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan mənzildən çıxarılmaları və mənzilin açarlarının təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(060)215/2018 saylı qətnaməsi ilə onun iddia tələbi təmin olunsa da, cavabdehlərin ona qarşı verdikləri qarşılıqlı iddia ərizəsi də qismən təmin olunaraq cavabdehlər tərəfindən mənzilin təmirinə çəkilmiş xərc kimi ondan 7669 manat pul vəsaitinin tutularaq cavabdehlərə ödənilməsi qət olunmuşdur. Həmin məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(105)-2920/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(060)-215/2018 saylı qətnaməsi qarşılıqlı iddia ərizəsinin qismən təmin olunduğu hissədə ləğv edilərək qarşılıqlı iddia ərizəsi tamamilə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(102)-538/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(105)-2920/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Mübahisələndirilən yaşayış sahəsi sənəddə mənzil kimi olsa da, faktiki olaraq həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi kimidir. Belə ki, həmin ərazidə vətəndaşlara verilmiş mənzillər birmərtəbəli olduğundan və hər mənzilin ətrafında boş torpaq sahələri olduğundan, o da daxil olmaqla mənzil sahibləri sonradan həmin torpaq sahələrini hasarlayaraq və darvaza qoyaraq faktiki sahibliklərinə götürmüşlər. Mübahisələndirilən mənzil də tərəfindən hasarlanmış və bir darvazası olan torpaq sahəsinin içərisində yerləşir.
6. Məhkəmə mübahisəsi getdiyi dövrdə X14 X5 işçiləri ilə əlaqəyə girərək onun xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi hasar daxilində olan torpaq sahəsinin bir hissəsini qanunsuz şəkildə öz adına sənədləşdirmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi icra edilməmişdir. Belə ki, X14 həyətə yeganə giriş olan darvaza hissəsindən içəridə torpağın bir hissəsini çəpərlədiyindən və darvazadan içəri daxil olmağına imkan vermədiyindən, o, mənzilinə giriş edə bilmir.
7. Bununla bağlı onun sorğusuna X5 verdiyi 2019-cu il 12 dekabr tarixli, 208 cavab məktubundan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin həyətyanı torpaq sahəsinin 466 kvadrat metrlik hissəsi X5 2019-cu il 31 oktyabr tarixli, 11 saylı qərarı ilə X12 mülkiyyətinə verilərək onunla bələdiyyə arasında torpağın alğısatqısı müqaviləsi bağlanılmışdır. Halbuki, yuxarıda adı çəkilən məhkəmə işinin icraatı aparılarkən o bələdiyyədə olaraq onunla X14 arasında yaranmış mübahisə barədə məlumat verərək bələdiyyə tərəfindən torpaq sahəsinə dair hər hansı qanunsuz əməllərə yol verilməməsi barədə xəbərdarlıq etmişdir. Təəssüf ki, onun xəbərdarlıq etməyinə baxmayaraq, X5 rəsmiləri onun xüsusi mülkiyyətində olan mənzilin hasar daxilində yerləşən torpaq sahəsini qanunsuz şəkildə başqa şəxsə satmışlar. O, bu işlə bağlı X2muş və torpağın onun sahibliyində olduğunu bildirsə də, onun bu müraciəti heç bir nəticə verməmişdir. Bundan sonra artıq o, torpağın başqa şəxslərə satıldığına və bələdiyyənin ona torpağı qaytarmayacağına əmin olduğundan, məhkəməyə müraciət etməyi qərara almışdır. Belə ki, X3suzluğa yol verərək ona məxsus torpaq sahəsini başqa şəxsə satmışdır. O, X5 bu hərəkətlərini qanunsuz hesab edir, çünki bununla onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdu r.
8. Cavabdeh torpaq sahəsinə yerində baxış keçirmədən, həmin torpaq sahəsində yerləşən evin kimə məxsus olmasını aydınlaşdırmadan, torpaq sahəsinin hasarın daxilində yerləşməsini və X12 həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmamasını nəzərə almadan ona məxsus torpaq sahəsini qanunsuz şəkildə başqasının mülkiyyətinə vermişdir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbi ilə bağlı məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, torpaq sahəsinin X12 mülkiyyətinə ayrılmasının ilkin və son mərhələsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 5 mart tarixli, 2-1(118)-495/2020 nömrəli qərardadı ilə X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, 2-1(118)495/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, X12 mülkiyyətinə 466 kv.m torpaq sahəsinin ayrılması barədə X5 2019-cu il 31 oktyabr tarixli, 11 saylı qərarı ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilin həyətyanı torpaq sahəsinə İddiaçı iddialı olduğuna görə həmin torpaq sahəsinin X13 hərrac keçirilmədən satılması qanuna uyğun deyil.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
14. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 iyun tarixli, 2-1(105)-217/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi qeyri-qanuni istifadə edilən, yəni özbaşına tutulmuş torpaq sahəsi olmuş, bundan başqa, mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyil, həmin sahədə iddiaçıya aid hər hansı tikili, qurğu və yaxud digər kommunikasiya olmamış, başqa sözlə torpaq sahəsi boş olmuşdur. Bələdiyyə tərəfindən üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin iki tərəfi mişar daşı, bir tərəfi torla hasara alınmışdır. Torpaq sahəsinin daxilində tikili mövcud deyildir. Həmin torpaq sahəsinin torla hasara alınmış hissəsinin o biri tərəfində iddiaçının mülkiyyətində olan mənzil yerləşir. Həmin mənzilin qarşısında 200 kvadrat metrədək boş həyətyanı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin avtomobil yoluna baxan hissəsi mişar daşı ilə hasara alınmışdır. Həmçinin, baxış zamanı müəyyən edildi ki, avtomobil yoluna baxan hasarın darvaza hissəsi üçüncü şəxsə ayrılmış torpaq sahəsinə düşsə də, iddiaçının mənzilinin qarşısındakı torpaq sahəsinin də avtomobil yoluna çıxışı vardır. Odur ki, iddiaçı yola baxan hissədəki hasarda qapı yerləşdirməklə öz mənzilinə müstəqil şəkildə daxil ola bilər. Beləliklə, X11 2019-cu il 31 oktyabr tarixli, 11 saylı qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan sahəyə dair sərəncam vermişdir, həmin qərar iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirilə bilməz.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, torpaq sahəsinin gələcəkdə üçüncü şəxsə satılması məqsədilə səlahiyyətli qurumlar, o cümlədən bələdiyyənin özü tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin hasarla əhat ələndiyi və yeni mülkiyyətçi tərəfindən ona ayrılacaq torpaq sahəsinə hasar çəkiləcəyi təqdirdə mənzil mülkiyyətçisinin (İddiaçı) xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə girişinin məhdudlaşacağı bəlli olmuşdur. Hal-hazırda mənzil mülkiyyətçisi, üçüncü şəxs tərəfindən hasarın çəkilməsi nəticəsində öz mənzilinə daxil ola bilməməkdədir.
19. İşə əlavə edilmiş və məhkəmənin sübut qismində istinad etdiyi arayışlara əsasən torpaq sahəsi ayrılmış X14 uzun illərdir Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi ev 2-də yerləşən 46 saylı mənzildə qeydiyyatdadır. Yəni Qanun normasının “ən azı beş il yaşayış yeri üzrə qeydiyyatda olma şərti torpaq sahəsi ayrılmış şəxsə münasibətdə pozulmuşdur. Yəni, Famil Hüseynov ona ayrılmasını xahiş etdiyi yaşayış yeri üzrə (M.Müşfiq küçəsi, ev 5) nəinki 5 il ümumiyyətlə qeydiyyatda olmamışdır. Bu baxımdan, cavabdehin (Bələdiyyənin), hərrac və ya müsabiqə keçirmədən, öz qərarı ilə kənar şəxsin istifadəsinə torpaq sahəsi ayırması qanuni və ağlabatan deyildir.
20. Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçıya məxsus qeydiyyat vəsiqəsinin texniki pasportunda mənzilin həyətyanı torpaq sahəsi barədə heç bir qeydiyyat aparılmadığına istinad edir, lakin nəzərə almamışdır ki, qeyd olunan mənzilin həyətyanı sahəsi, hasarı və darvazası həmin mənzil alınan tarixdən (1995) mövcuddur və qeyd olunan torpaq sahəsindən mülkiyyətçi maneəsiz və etirazsız istifadə edib və bu məsələ bu günədək hər hansı səlahiyyətli qurum tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağl ı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Üstəlik, Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələr tərəfindən torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı bərabər təkliflər irəli sürən şəxslər arasından bu torpağın əvvəlki istifadəçilərinə üstünlük verilməlidir. Həyətyanı torpaq sahəsi uzun illər onun istifadəsində olmuş mənzil mülkiyyətçisinin ümumiyyətlə maraqları nəzərə alınmamış, inzibati icraata cəlb edilərək fikri öyrənilməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
21. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qanunvericiliklə fərdi yaşayış evi üçün həyətyanı torpaq sahəsi bələdiyyələr tərəfindən həmin bələdiyyənin ərazisində daimi yaşayan və azı beş il ərzində yaşayış y eri üzrə qeydiyyatda olan vətəndaşlara bilavasitə ayrıla bilər. Burada iki vacib şərt mövcuddur ki, bunlardan birincisi vətəndaşın müvafiq bələdiyyənin ərazisində daimi yaşaması, ikincisi isə daimi yaşadığı müvafiq bələdiyyənin ərazisində azı beş il müddətində qeydiyyatda olmasıdır. Qanunvericiliklə torpaq sahəsi ayrılan şəxsin qeydiyyatda olduğu ünvan, yaxud ünvanların, o cümlədən qeydiyyatın ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerləşdiyi ünvan üzrə olub-olmamasının hər hansı əhəmiyyəti yoxdur. Həmin şəxsin qeydiyyatda olduğu ünvan müvafiq bələdiyyənin ərazisində yerləşən yaşayış sahəsinə aid olsun. Üçüncü şəxs doğulduğu vaxtdan bu günədək Hacı Zeynalabdin qəsəbəsində yaşadığından və bələdiyyənin ərazisində qeydiyyatda olduğundan, mübahisələndirilən torpaq sahəsinin bələdiyyənin bi lavasitə qərarı ilə mülkiyyətinə ayrılmasının qanunvericiliyə zidd olması barədə kassatorun gətirdiyi dəlillər tamamilə əsassızdır.
22. Kassatorun mənzilinin yerləşdiyi hissədə bu gün də 200 kvadrat metrdən artıq bələdiyyə mülkiyyətində olan və sənədləşdirilmədən istifadə edilən həyətyanı torpaq sahəsi qalmaqdadır. Üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi iddiaçının istifadəsində saxlanılmış həmin torpaq sahəsindən fiziki cəhətdən ayrıla bilən və sənədləşdirilməsinə hər hansı məhdudiyyət qoyulmamış torpaq sahəsidir. Yəni bələdiyyə tərəfindən üçüncü şəxsin mülkiyyətinə 466 kvadrat metr torpaq sahəsi ayrılarkən iddiaçının maraqları tam gözlənilmiş, onun mülkiyyətində olan mənzilin yerləşdiyi hissədə zəbt olunmağına baxmayaraq 200 kvadrat metrdən artıq torpaq sahəsi hər iki tərəfdə ki yollara çıxış əldə edilməsi üçün imkan yaratmaqla iddiaçının istifadəsində saxlanılmışdır. 466 kvadrat metr torpaq sahəsi isə həmin mənzildən kənarda yerləşməklə üçüncü şəxsin mülkiyyətimə ayrılmışdır ki, bu zaman kassatorun bildirdiklərinin ziddinə olaraq onun hər hansı hüququ və maraqları pozulmamışdır. Bu səbəbdən kassatorun qeyd olunan dəlilləri tamamilə əsassız və həqiqətə uyğun deyildir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
24. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikl əri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
25. Üçüncü şəxs və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:... 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;... Maddə 6.1. Bələdiy yə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, ha belə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüv vəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. 27. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılma sı qaydaları haqqında” Əsasnamə: Bənd
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublika sı vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd
15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və ti kintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzər də tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd
17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahə sinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
28. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şika yət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Şikayətdə apellyasiya instansiyası m əhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbindən göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək t orpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, X11 ilə X14 arasında AN-İ ******* saylı, 23 noyabr 2019-cu il tarixli daşinmaz əmlakin alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Bələdiyyə mülkiyyətində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 0.0466 ha olan torpaq sahəsini 2940.46 manata F.E.Hüseynova satmışdır.
34. İş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinə görə, Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi, Kirov küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,83 kv.metr, köməkçi sahəsi 16,88 kv.metrdən ibarət olan 5 nömrəli evin 2 nömrəli yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Həmin mənzilə dair 1995-ci il 12 yanvar tarixdə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun surətindən görünür ki, mənzil 2 otaqlı olmaqla, yaşayış sahəsi 35,83 kv.metr, köməkçi sahəsi 16,88 kv.metr olmaqla ümumi sahəsi 52.76 kv metrdir. Texniki pasportda mənzilin həyətyanı sahəsi barədə heç bir qeydiyyat aparılmamışdır.
35. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qayd aları haqqında» Əsasnamənin istinad edilən normalarının tələbinə görə, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyat da olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin pl anlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bən dində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.
36. Hazırkı halda, Bələdiyyə tərəfindən üçüncü şəxsə satılan torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid olmaqla, kateqoriyası - yaşayış məntəqələrinin torpaqları, təyinatı - fərdi yaşayış evinin tikintisi, uqodiyası sair torpaqlarıdır (boş torpaqlar) və alğı-satqı predmetidir. Torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir və hər hansı kommunikasiya xəttinin mühafizə zolağında yerləşmir.
37. Bu ndan əlavə, yuxarıda qeyd edilən normalara əsasən, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.
38. Hazırkı iş üzrə 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayışa görə, X14 həqiqətən Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Xətai küçəsi ev 2, mənzil 46-da yaşayır və qeydiyyatdadır. Qonşuların akına əsasən X14 1980-ci il tarixdən 1996-cı il tarixə qədər Xətai küçəsi, ev 2, mənzil 46-da yaşa mış, sonra müvəqqəti olaraq 1996-cı il tarixdən dekabr 2019-cu il tarixə qədər M.Müşfiq küçəsi, ev 5, mənzil 2-də yaşamışdır.
39. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxs 5 ildən artıq müddət ərzində Bələdiyyənin ərazisində daimi yaşamış və eyni zamanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur.
40. Belə olan təqdirdə, X11 tərəfindən mülkiyyətində olan 466 kvadrat metr torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə 31 oktyabr 2019-cu il tarixli, 11 saylı qərarı qanunvericiliyin tələbləri gözlənilməklə qəbul olunmuşdur
41. İddiaçının dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-16.4-cü maddələrinin tələblərindən göründüyü kimi, iki halda qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsi onun geri qaytarıl masının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır.
42. Hazırkı işdə hər iki halın mövcudluğu müəyyən olunmadığı üçün iddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 və 16.4-cü maddələrinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə bələ diyyə qərarını mübahisələndirmək hüququ yoxdur. Belə ki, mübahisəsi gedən torpaq sahəsi qeyri-qanuni istifadə edilən, yəni özbaşına tutulmuş torpaq sahəsi olmuş, bundan başqa, mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyil, həmin sahədə iddiaçıya aid hər hansı tikili, qurğu və yaxud digər kommunikasiya olmamış, başqa sözlə torpaq sahəsi boş olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəsi gedən torpaq sahəsinə tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Bələdiyyə tərəfindən üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin iki tərəfi mişar daşı, bir tərəfi torla hasara alınmışdır. Torpaq sahəsinin daxilində tikili mövcud deyildir. Həmin torpaq sahəsinin torla hasara alınmış hissənin o biri tərəfində iddiaçının mülkiyyətində olan mənzil yerləşir. Həmin mənzilin qarşısında 200 kvadrat metrədək boş həyətyanı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin avtomobil yoluna baxan hissəsi mişar daşı ilə hasara alınmışdır. Həmçinin baxış zamanı müəyyən edildi ki, avtomobil yoluna baxan hasarın darvaza hissəsi üçüncü şəxsə ayrılmış torpaq sahəsinə düşsə də, iddiaçının mənzilinin qarşısındakı torpaq sahəsinin də avtomobil yoluna çıxışı vardır. Odur ki, iddiaçı yola baxan hissədəki hasarda qapı yerləşdirməklə öz mənzilinə müstəqil şəkildə daxil ola bilər.
43. Belə olan təqdirdə, mübahisələndirilən qərar iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiya sı QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 iyun tarixli, 2-1(105)-217/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İlqar Hüseynov (xüsusi rəylə) Nigar Rəsulbəyova Kəmaləddin Bədəlov İddiaçı cavabdeh Sumqayıt şəhəri X9 qarşı iş üzrə (№ 2-1(102)-1850/2021) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ 1. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-16.4-cü maddələrinin iddiaçıya münasibətdə tətbiq oluna bilməməsi, bu səbəbdən də iddianın əsassızlığı ilə bağlı həmkarlarımın qənaəti ilə aşağıdakı səbəblərə görə razı deyiləm.
2. Qərarda qeyd olunduğu kimi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-16.4-cü maddələrinin tələblərinə görə, yalnız i ki halda qeyriqanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır.
3. Həmkarlarım hesab etmişlər ki, hazırkı işdə hər iki halın mövcudluğu müəyyən olunmadığı üçün iddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 və 16.4-cü ma ddələrinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə bələdiyyə qərarını mübahisələndirmək hüququ yoxdur. Belə ki, mübahisəsi gedən torpaq sahəsi qeyriqanuni istifadə edilən, yəni özbaşına tutulmuş torpaq sahəsi olmuş, bundan başqa, mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyil, həmin sahədə iddiaçıya aid hər hansı tikili, qurğu və yaxud digər kommunikasiya olmamış, başqa sözlə torpaq sahəsi boş olmuşdur.
4. Həmin qənaətin əksinə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-16.4-cü maddələri məhz iddiaçının yaşayış sahəsinin yerləşdiyi və fa ktiki istifadə etdiyi torpaq sahəsinə münasibətdə tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texni ki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi pa ylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
6. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir.
7. İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun əşya hüququ vardır.
8. Beləliklə, məhkəmə kollegiyasının “mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyil” məzmunda qənaəti əsaslı deyil.
9. Bundan başqa, işin materiallarına görə, 1995-ci ildən iddiaçının mülkiyyətində olan mənzilin həyətyanı sahəsi, hasarı və darvazası həmin mənzil alınan tarixdən mövcuddur və qeyd olunan torpaq sahəsindən mülkiyyətçi maneəsiz və etirazsız istifadə edib və bu, hər hansı səlahiyyətli qurum tərəfindən mübahisələndirilməmişdir. Həmin torpaq sahəsində iddiaçıya aid hər hansı daşınmaz əşyaların olmadığına və torpaq sahəsinin boş olduğuna dair apellyasiya instansiyası məhkəməsinin və həmkarlarımın qənaəti də əsaslı deyil. Belə ki, işin materiallarına görə, həmin torpaq sahəsind ə, ən azından çoxillik əkmələrin olduğu müəyyən edilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
11. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən, bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir.
12. Göründüyü kimi, mülki qanunvericilik çoxillik əkmələri də daşınmaz əşya (torpaqla bağlı vahid mülkiyyət obyekti) kimi təsbit edir, hətta torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı normaların tələblərini çoxillik əkmələrə də şamil edir.
13. Beləliklə, iddiaçının mübahisələndirdiyi bələdiyyə aktı ilə üçüncü şəxsə verilmiş torpaq sahəsinin onun mülkiyyətinə verilməsini tələb etməkdə iddiaçının üstün hüquqları mövcud olmuş, lakin bu hüquqlar hazırkı işdə nəzərə alınmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi istinad edilən maddi hüquq normalarının hazırkı mübahisəyə tətbiqi imkanlarını işin həqiqi hallarına uyğun yoxlamamış, bu məqsədlə işin halla rını həmin normaların tələbləri baxımından tam və hərtərəfli araşdırmamış, həmin hallara İPM-in 58.7-ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinin tələbləri pozulmuşdur (İPM-in 12-ci və 82-ci maddələri).
15. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli idi.