Məhkəmə qərarları › İş №2-1(102)-1850/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1850/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1850/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mikayloviçin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: mənzilə pasport qeydiyyatına alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Mikayloviçin (FİN:xxxxxxx) cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddiaçının Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.m olan 1 otaqlı 102 saylı mənzili nə pasport qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)430/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2019-cu il tarixli Mənzilin tikintisi haqqında müqavilə ilə icraçı "xxxx" MTK Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv m olan 1 otaqlı 102 saylı mənzilini payçı İddiaçı satmışdır. 2. "xxxx" MTK tərəfindən verilmiş 01 saylı xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Sumqayıt şəhəri 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşay ış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv m olan 1 otaqlı 102 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. 3. "xxxx" MTK tərəfindən verilmiş 102 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı Sumqayıt şəhəri 16-cı mikrorayon İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 17/15-ci mərtəbəsi, 102 saylı mənzildə yaşayır.

4. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək onun Sumqayıt şəhəri 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.m olan 1 otaqlı 102 saylı mənzilinə pasport qeydiyyatına alınmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının əri zəsini təmin etməmişdir. Cavabdeh məktubda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, yalnız sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 7.2.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun Sumqayıt şəhəri 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.m olan 1 otaqlı 102 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edi lməsini xahiş etmişdir..

7. İddiaçı ərizəsində göstərmişdir ki, “Mənzil tikintisi haqqında“ 20 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayon İsmət Qavıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv m olan 1 otaqlı 102 saylı mənzilini 26 201 manata “BAKİ -XXİ BM" MTK-dan satın almışdır. "xxxx" MTK tərəfindən ona həmin mənzilin dəyərinin tam ödənilməsi barədə 20 noyabr 2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Hazırda o, həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə həmin evdə yaşayır.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 31 mart 2022-ci il tarixli, 21(118)-1068/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfində n sözügedən mənzilə köçməsi və nəticə etibarı ilə qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mənzilin tikintisi barədə müqavilə və dəyərinin ödənilməsi barədə maliyyə arayışı qanunverici tərəfindən vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil edilməmişdir.

10. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-430/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov-sədrlik edən, H.Ç.Babayeva və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 mar t 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na istinad etmişdir ki, həmin Qaydaların hazırkı müba hisəyə aidiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş müqavilə və maliyyə arayışına hüquqi qiymət verməmişdir.

15. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 20İ0-cu il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2014-cü il tarixli qərarlarına zidd olaraq maliyyə arayışına yenidən hüquqi qiymət vermiş və həmin sənədin "vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil olmaması" nəticəsinə gəlmişdir. Halbuki, Konstitusiya Məhkəməsi hər iki qərarında maliyyə arayışına hüquqi qiymət verərək, həmin sənədin "əmlaka sahiblik və istifadə etmək hüququnu" yaratması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin Konstitusiya Məhkəməsi t ərəfındən hüquqi statusu müəyyən edilən sənədə yenidən hüquqi qiymət verməsi və Konstitusiya Məhkəməsinin mövqeyinə zidd nəticəyə gəlməsi qanunsuz və əsassızdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş əvvəlki məhkəmə qətnamələrini sübut kimi qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikası nda yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.... Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və dig ər bu kimi yaşayış yerləri başa düşülür... Maddə

5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması... Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir....

18. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.... 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir.... 3.9. Çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. 3.11. Çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassas iya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmamışdır. Kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının Sumqayıt şəhəri 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.m olan 1 otaqlı 102 saylı mənzilə qeydiyyata alınması ilə bağlıdır.

24. Mənzilin iddiaçıya məxsus olmasına dair yuxarıda qeyd edilən müqavilə, pay dəyərinin ödənilməsinə dair arayış mövcuddur, həmçinin iddiaçının hazırda həmin mənzildə yaşaması barədə də MTK tərəfindən arayış təqdim edilmişdir.

25. Cavabdehin mövqeyinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci madd əsinin 2-ci bəndində göstərilmişdir ki, yalnız sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. İddiaçı Qanunda nəzərdə tutulan sənədə malik olmamışdır.

26. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən sözügedən mənzilə köçməsi və nəticə etibarı ilə qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mənzilin tikintisi barədə müqavilə və dəyərinin ödənilməsi barədə maliyyə arayışı qanunverici tərəfindən vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil edilməmişdir. Qeydiyyat yaşayış yeri və ya olduğu yer üzrə aparıldığından, şəxsin yaşayış yeri isə onun daimi və ya daha çox yaşadığı ev, mənzil sayıldığından, həmin ev və ya mənzil üzr ə qeydiyyat rəsmi qəbul edilmiş ünvan üzrə aparılmalıdır. Yəni, bu normaların və yuxarıda göstərilmiş normaların əlaqəli təhlili o nəticəni yaradır ki, cavabdeh dövlət orqanı yalnız yuxarıda göstərilmiş Qaydalara əsasən ünvan reyestrinə daxil edilən ünvan üzrə bu və ya digər şəxsi yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata almalıdır. İddiaçının qeydiyyatını xahiş etdiyi evə dair ünvanın verilməsi və onun ünvan reyestrinə daxil edilməsi müəyyən olunmadığından, iddia əsaslı sayıla bilməz.

27. Məhkəmə kollegiyası vurğulayır ki, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinin tələbinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icr a hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

28. Qanunverici şəxsin qeydə alınması üçün təqdim etməli sənədlərə həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi aid etmişdir.

29. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikint i kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi bin alarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (113.2-ci maddə). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (113.3-cü maddə). 30. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsində qeyd edilən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlərə hazırkı halda Mənzil Məcəlləsinin 113-cü maddəsinin tələbinə uyğun verilmiş sənədlər aid edilə bilər.

31. Apelyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sənədlərin Mənzil Məcəlləsinin 113-cü maddəsinin tələbinə cavab verməsini araşdırmamış, bununla bağlı İPM-in 12-ci maddəsinə uyğun hərəkət etməmişdir.

32. İddiaçının təqdim etdiyi sənədlərdə ona məxsus mənzilin ünvanı qeyd edilmişdir.

33. Apelyasiya instansiyası məhkəməsi həmin ünvanın Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın tələbinə uyğun verilməsini, iddiaçının qeydiyyata düşmək istədiyi mənzilin, mənzilin olduğu binanın ünvan reyestrində mövcud olmasını yoxlamamışdır.

34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığ ından iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-430/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar