Məhkəmə qərarları › İş №2-1(102)-1850/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1850/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1850/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın qismən etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC)) qarşı “sərəncamın qismən etibarsız hesab edilməsi və bağ sahəsinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-23/2023 nömrəli, 2023-cü il 22 fevral tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və X4 ərazisindəki 6533 saylı bağın istifadəyə verilməsi haqqında 36365 saylı, 23 noyabr 2005-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi - 6533 saylı bağ sahəsi 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 818 saylı xx.xx.2000-ci il tarixli, 283 saylı xx.xx.2006-cı il tarixli və 301 saylı xx.xx.2006-cı il tarixli sərəncamlarında qismən dəyişiklik edilməsi haqqında” 284 saylı 20 iyun 2007-ci il tarixli Sərəncamı ilə Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” Qanunun İİ fəslinin 7-ci maddəsinin 1-ci bəndini, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 54 saylı müraciətini və Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/538 saylı razılıq məktubunu nəzərə alaraq "xxxx" MMC üçün 30,0 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Bələdiyyənin mülkiyyətinə təhvil verilməsi və Bələdiyyəyə təhvil verilən ümumi torpaq sahəsinin 215,9612 ha müəyyən edilməsi, "xxxx" MMC-yə Kürdəxanı Bələdiyyəsi ilə müvafiq qaydada torpaq sahəsinin sənədləşdirilməsinin tapşırılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci in stansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının 284 saylı 20 iyun 2007-ci il tarixli sərəncamının 36365 saylı bağa dair hissəsində etibarsız hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı 23 noyabr 2005-ci il tarixli müqavilə ilə iddiaçıya verilmiş Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsinin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdı ki, Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı, xx.xx.2005-ci il tarixli müqavilə ilə ona verilmişdir. X2 və İstismarı Birliyi tərəfindən ona verilmiş seriya DZR No 317589 saylı xx.xx.2005-ci il tarixli mədaxil qəbzindən də göründüyü kimi, Ləhiş 6533 saylı bağa görə onun tərəfindən müqavilə qiymətinin ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən iddiaçıya verilmiş 1227 saylı xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli 18/924 saylı və xx.xx.1988-ci il tarixli 6/333 saylı Qərarı ilə icarəsindəki bağ sahəs inə hasar tikilməsinə icazə verilmişdir. Həmin bağ sahəsi üzərində plan-sxemin alınması ilə bağlı xx.xx.2008-ci il tarixində AR DƏDRX-in Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2008-ci il tarixli xx/xx-6637 saylı ərizə ilə müraciətinə imtina verilərək ona bildirilmişdir ki, sözügedən ərazi yəni iddiaçının istifadəsində olan bağ sahəsi “Krokus" firmasının ərazisinə düşdüyü və mübahisəli olduğu üçün ölçü işləri aparılmamışdır. Belə olan halda, tərəfindən Ə-185 saylı xx.xx.2008-ci il tarixli ərizə ilə Sabunçu rayon İcra Hakimiyyəti aparatına müraciət edilmiş və həmin müraciətə Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, iddiaçıya məxsus ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2007-ci il ta rixli sərəncamına əsasən sahibkarlıqla məşğul olmaq üçün "xxxx" firmasına icarəyə verilmişdir. Beləliklə, ona məxsus bağın yerləşdiyi ərazinin “Krokus" firmasına verilməsi və bu verilmənin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi öz danılmaz sübutunu tapmış olur. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti- planlaşdırma idarəsi tərəfindən verilmiş 18/03-8/2258 saylı xx.xx.2018-ci il tarixli məktubla ona bildirilmişdir ki, torpaqla bağlı yaranan mübahisəli məsələlər məhkəmə yolu ilə həll olunduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini məqsədə müvafiq hesab edirlər. Belə olan halda, 16 avqust 2018-ci il tarixində tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2007-ci il tarixli sərəncamının etib arsız hesab edilməsi və özünə məxsus 6533 saylı bağ sahəsinin geri qaytarılmasına dair müvafiq qərar qəbul edilməsinə dair müvafiq müraciət edilmiş, lakin həmin müraciətə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavab verilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qərarı (hakim N.İ.Abıyev) ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi işin faktiki hallarına, iş üzrə məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi istiqamətində aparılmış proseslərə, eləcə də İPM-in 29.1-ci, MPM-in 97.1 və 97.5-ci maddələrinə istinadən qeyd etmişdir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsin i xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-23/2023 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı ona ayrılmış bağ torpaq sahəsinin plan-sxemini və cizgisini təqdim edə bilmədiyi üçün, bağların bölgüsünə dair sxematik xəritədə isə ölçülər və koordinatlar məlum olmadığından həmin bağ s ahəsinin konkret olaraq "xxxx" MMC-nin (əvvəlki "Krokus” MMC-nin) ərazisinin hansı hissəsində yerləşdiyini, bununla da mübahisələndirdiyi sərəncamın onun hüquqlarına toxunub, torpağına düşən hissədə etibarsız hesab edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən bu, hal hazırki vəziyyətdə onun iddiasının təmin olunmasını istisna edir.

10. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-23/2023 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. İşin hallarından da göründüyü kimi, iddia tələbi tam əsaslı olduğundan təmin ed ilməlidir. Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı, xx.xx.2005-ci il tarixli müqavilə ilə iddiaçıya verilmişdir. X2 və İstismarı Birliyi tərəfindən ona verilmiş seriya DZR No 317589 saylı xx.xx.2005-ci il tarixli mədaxil qəbzindən də göründüyü kimi, Ləhiş 6533 saylı bağa görə onun tərəfindən müqavilə qiymətinin ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən iddiaçıya verilmiş 1227 saylı xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli 18/924 saylı və xx.xx.1988-ci il tarixli 6/333 saylı Qərarı ilə icarəsindəki bağ sahəsinə hasar tikilməsinə icazə verilmişdir. Həmin bağ sahəsi üzərində plan-sxemin alınması ilə bağlı xx.xx.2008-ci il tarixində AR DƏDRX-in Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, lakin onun tərəfindən xx.xx.2008-ci il tarixli xx/xx-6637 saylı ərizə ilə müraciətinə imtina verilərək ona bildirilmişdir ki, sözügedən ərazi yəni iddiaçının istifadəsində olan bağ sahəsi “Krokus" firmasının ərazisinə düşdüyü və mübahisəli olduğu üçün ölçü işləri aparılmamışdır. Belə olan halda, tərəfindən Ə-185 saylı xx.xx.2008- ci il tarixli ərizə ilə Sabunçu rayon İcra Hakimiyyəti aparatına müraciət edilmiş və həmin müraciətə Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş cavabda qey d edilmişdir ki, iddiaçıya məxsus ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən sahibkarlıqla məşğul olmaq üçün "xxxx" firmasına icarəyə verilmişdir. Beləliklə, iddiaçıya məxsus bağın yerləşdiyi ərazinin “Krokus" firmasına verilməsi və bu verilmənin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi öz danılmaz sübutunu tapmış olur. Qeyd olunan hallardan da göründüyü kimi, sözügedən torpaq sahəsi iddiaçıya məxsusdur və ona verilmişdir, belə olan halda həmin torpaq sahəsinin başqa bir hüquqi şəxsə verilməsi də qanunsuzdur və iddiaçının mülkiyyət hüquqlarını pozur.

12. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarda maddi və prosessual hüquq pozuntularına yol verildiyindən o, ləğv edilməlidir. Bakı Apellyasiya Məhkə məsi qəbul etdiyi qərarında iddianın təmin edilməmə əsası kimi qeyd etmişdir ki, məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdu ki, iddiaçıya ayrılmış bağ torpaq sahəsinin cizgisi olmadığından onun yerini müəyyən etmək mümkün deyil, həmçinin iddiaçı ona ayrılmış bağ torpaq sahəsinin faktiki olaraq harada yerləşdiyini də göstərə bilmir. Lakin qeyd olunmalıdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin plan-cizgisinin verilməsi onun səlahiyyətləri daxilində deyil, bu inzibati orqan tərəfindən verilməlidir. Bu əsasla iddiaçının iddia tələbinin rədd edilməsi onun mülkiyyət hüquqlarına birbaşa təsir edir və onu pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə d air tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan hədd ə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi sərəncamın qismən etibarsız hesab edilməsi və bağ sahəsinin iddiaçıya geri qaytarılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq norma larını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrində aparılmış araşdırma zamanı iddiaçının istifadəsinə verilmiş bağ sahəsinin Bakı şəhəri İcra Hakimiyyəti başçısının 284 saylı 20 iyun 2007-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Kürdəxanı Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi mümkün olmamışdır, iddiaçı buna dair hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Belə ki, məhkəmələrdə aparılan araşdırmalar zamanı iddiaçıya ayrılmış bağ torpaq sahəsinin cizgisi olmadığ ından onun yerini müəyyən etmək mümkün olmamış, həmçinin iddiaçı da ona ayrılmış sahənin faktiki olaraq harada yerləşdiyini göstərə bilməmişdir. Məhkəmələrin mübahisəli halın aydınlaşdırılmasına dair ekspertizalar keçirməklə nəticə əldə etmək cəhdləri də uğursuz olmuşdur. Belə ki, iddiaçı bağ sahəsinin yerini tanımadığından, bağ sahəsi ayrılarkən koordinatlarla ayrılmadığından, bağ sahəsinə dair arxiv cizgisi olmadığından, həmçinin bağların bölgüsünə dair sxematik xəritədə ölçülər və koordinatlar məlum olmadığından mübahisəli bağ sahəsi ilə bağlı mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.

21. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-23/2023 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar