Məhkəmə qərarları › İş №2-1(102)-1851/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1851/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1851/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Vergi mübahisələri Açar sözlər: (siyahıya almanın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Abbas Abbasquliyevin, cavabdehin nümayəndəsi Şamil Abdullayevin və vəkili Ruslan Mustafayevin iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı cavab dehin iddiaçının əmlakının siyahıya alınması haqqında 03 avqust 2018-ci il tarixli, **********0 saylı qərarın və bu qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-156/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 20 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı əmlakının siyahıya alınması haqqında cavabdehin **********0 saylı 29 may 2019-cu il tarixli protokolunun və həmin Protokola 1 saylı əlavənin ləğv edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirərək iddiaçının əmlakının siyahıya alınması haqqında cavabdehin 03 avqust 2018-ci il tarixli, **********0 saylı qərarın və bu qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 03.08.2018-ci il tarixinə 4829664,45 manat məbləğində dövlət büdcəsinə ödənilməmiş vergi borcu vardır. 29.05.2019-cu il tarixində vergi orqanı tərəfindən İddiaçı ASC-nin ünvan 1 ünvanında yerləşən əmlakının siyahıya alınması həyata keçirilmiş və bu barədə **********0 saylı protokol tərtib edilmişdir. Həmin protokola 1 saylı əlavədə göstərilmiş 4834587,36 manat dəyərində 49 adda daşınmaz (istehsal və inzibati binalar) siyahıya alınmışdır. Lakin siyahıya alma vergi qanunvericiliyinin tələblərinə zidd şəkildə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən əmlakın siyahıya alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri, bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair), hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər, istehsald a bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər, inventarizasiya aparılmaqla digər əmlak. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(118)189/2020 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Vergi Məcəlləsinin 16.1.1, 78.1, 89-cu maddələrinə istinad etməklə belə hesab etmişdir ki, cavabdehin inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq müəyyən edilməmişdir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(118)-189 /2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 09.06.2021-ci il tarixli, 2-1(105)156/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(118)-189/2020 nömrəli qərarının “03 avqust 2018-ci il tarixli, **********0 saylı qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair” iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Ap ellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi Vergi Məcəlləsinin eyni maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin siyahıya alma ilə bağlı hərəkətləri iddiaçının hüquqlarını pozmamışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli, 21(105)-156/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(118)-189/2020 saylı qərarının qismən - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 03 avqust 2018-ci il tarixli **********0 saylı qərarının ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, bu hissədə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətinə gələrkən, İPMnin 35.1, 38.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin Qərarı ilə razılaşaraq Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmla kının siyahıya alması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-89.6-cı maddələrinə uyğun həyata keçirilmişdir. Halbuki, həmin Məcəllənin 89.6-ci maddəsinə əsasən əmlakın siyahıya alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların filialların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

12. Göründüyü kimi, əmlakın siyahıya alınması növbəliliyi Qanunvericiliklə birbaşa müəyyən olunsa da, əmlak siyahıya alınarkən vergi məmurları tərəfindən bu qaydalar pozulmuşdur. Belə ki, bilavasitə istehsalda iştirak edən əmlak - istehsal binaları (Boruyayma sexinin binası, Boruyayma sexinin 3 saylı məişət binası, Tökmə sexinin binası, Mexaniki təmir sexinin binası və s.) siyahıya alınmışdır. Apellyasiya Məhkəməsi yalnız İddiaçı ASC-nin 29.05.2019-cu il tarixli AZB01/70 və AZB01/73a saylı arayışılarma əsaslanaraq hesab etmişdir ki, cavabdehin siyahıya alma ilə bağlı hərəkətləri iddiaçının hüquqlarını pozmamışdır. Halbuki, əmlakın siyahıya alınmasının bu qaydada həyata keçirilməsi Qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, borclu təşkilatın istehsal fəaliyyətinə mənfi təsir göstərir.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(105)-156/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili A.Abbasquliyev kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarının ləğv edilməsini, idd ianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili R.Mustafayev kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Abdullayev də vəkili R.Mustafayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarın dəyişd irilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq

17. Vergi Məcəlləsi: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. M addə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. əxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satı şı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasi ya aparılmaqla digər əmlak.

17. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya ins tansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiasının 03 avqust 2018-ci il tarixli, **********0 saylı qərarı əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilmə sinə dair tələbi mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə rədd edilməlidir.

21. Məhkəmə kollegiyası ilk öncə qeyd etmyi zəruri hesab edir ki, iddiaçı tərəfindən apellyasiya məhkməsinin qəbul etdiyi 09.06.2021-ci il tarixli, 2-1(105)-156/2021 nömrəli qərardaddan kassasiya şikayəti verməmişdir.

22. Xatırlatmaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi həmin qərardadla iddiaçının cavabdeh tərəfindən vergi öhdəliyini yerinə yetirməmiş, vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 03 avqust 2018-ci il tarixli, **********0 saylı qərarının ləğv edilməsinə dair tələbini mümkün saymamışdır.

23. İddiaçının apellyasiya məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(105)156/2021 nömrəli qərarından verdiyi kassasiya şikayətindən göründüyü kimi, iddiaçının həmin kassasiya şikayə tində göstərdiyi yeganə dəlil cavabdeh tərəfindən iddiaçının əmlakının siyahıya alınması zamanı Vergi Məcəlləsinin 89.1-89.6-cı maddələrinin tələblərinin pozulmasıdır ki, iddiaçı hesab edir ki, “əmlakın siyahıya alınması növbəliliyi qanunvericilikdə birbaşa müəyyən olunsa da, əmlak siyahıya alınarkən vergi məmurları tərəfindən bu qaydalar pozulmuşdur. Belə ki, bilavasitə istehsalda iştirak edən əmlakistehsal binaları... siyahıya alınmışdır”.

24. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi iddiaçının cavabdehə qarşı iddiası “cavabdehin iddiaçının əmlakının siyahıya alınması haqqında 03 avqust 2018-ci il tarixli, **********0 saylı qərarın və bu qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsindən ibarətdir”.

25. Beləliklə iddiaçının iddiası ca vabdehin iddiaçının əmlakının siyahıya alınması ilə əlaqədardır.

26. Belə olan halda məhkəmə kollegiyası hesa edir ki, sözügedən məsələ ilə bağlı Vergi Məcəlləsinin “Əmlakın siyahıya alınması” adlanan 89-cu maddəsinə müraciət edilməlidir.

27. Belə ki, həmin Məcəllənin 89.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

28. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

29. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.

30. Həmin Məcəllənin 89.4-cü maddsinə müvafiq olaraq vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmla kından başqa digər əmlakı siyahıya alına bilər.

31. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.

32. Həmin Məcəllənin 89.6-cı maddəsinə görə Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

33. Həmin Məcəllənin 89.7-ci maddəsinə müvafiq olaraq əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir.

34. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu mə cəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.

35. Əmlakın siyahıya alınması isə vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir.

36. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əm lakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır.

37. Məlum olduğu kimi isə, vergi borcları vergi ödəyicisinin verdiyi vergi bəyannaməsinə və ya vergi orqanının həyata keçirdiyi yoxlaması üzrə tərtib etdiyi yoxlama aktına əsasən yaranır.

38. Başqa sözlə, əmlakın siyahıya alınması müstəqil bir prosessual hərəkət olmadığından inzibati akt sayıla bilməz və nəticə etibarı ilə də iddiaçının hüquqlarını poza bilməz.

39. Həmçinin qeyd edilməlidir ki, vergi ödəyicisinə vergilər düzgün hesablanmadığı halda, onun bu məsələnin məhkəmədə mübahisələndirmək hüququ vardır.

40. Eyni zamanda qeyd edilməlidir ki, vergi orqanı Vergi Məcəlləsinin 90cı maddəsinə görə məhkəməyə müraciət etdiyi halda, vergi ödəyicisi əmlakın siyahıya alınmasına dair etirazları olduğu təqdirdə məhkəmə öz dəlillərini təqdim etmək hüququna malikdir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

42. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının sözügedən tələbi İPM-nin 35.1-ci maddəsinə uyğun deyildir.

43. Belə olan halda kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 09.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiasının 03 avqust 2018-ci il tarixli, **********0 saylı qərarı əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair tələbi mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 35.1, 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2021-ci il tarixli, 2-1(105)-156/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddiasının 03 avqust 2018-ci il tarixli, **********0 saylı qərarı əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair tələbi mümkün sayılma sın. Kassasiya şikayəti qalan hissədə rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar