Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1851/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə “cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qeyri-qanuni hesab edilərək 60 yaşının tamam olması nəzərə alınaraq həmin vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-462/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 15 avqust 1961-ci ildə doğulmuş, 14 may 1980-ci il tarixdən 25 iyun 1992ci il tarixədək hərbi xidmət keçmişdir. 2. 14 iyun 1986-cı il tarixli, ИТ-İ ******* saylı əmək kita bçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, onun xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək, o cümlədən xx.xx.1996-cı ildən xx.xx.2014-cü ilədək Bakı Metropolitenin Yol xidmətində yol montyoru (əvvəl 2-ci, sonra 3-cü və xx.xx.2004-cü il tarixdən isə 4-cü dərəcə) vəzifəsində tuneldə, yalnız gecə vaxtı, zərərli əmək şəraitində işlədiyi, "xxxx" QSC yaradıldıqdan sonra isə xx.xx.2014-cü il tarixdən "xxxx" QSC Yol xidməti əsaslı təmir hissəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə qəbul edilməsi (iş gecə tuneldə xüsusi zərərli iş şəraiti), hal-hazırda işləməsi qeyd edilmişdir. 3. "xxxx" QSC-nin A/260 saylı, 22 sentyabr 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı Bakı Metropolitenin Yol xid mətində xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixinədək yol montyoru peşəsində işləmişdir. xx.xx.2014-cü ildən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 24 il 10 ay 16 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər bəndinə aiddir. Yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödən c hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir.
4. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona 60 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli, məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çat dıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin ona dair 22 sentyabr 2021-ci il tarixli, A/260 nömrəli arayışında xx.xx.1996xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetini n 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını qeyri-qanuni hesab edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilmə sini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə isə xx.xx.1982-ci ildən başlayaraq müxtəlif peşələrdə işləmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixinədək yalnız gecə vaxtlarında, xüsusi zərərli əmək şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol fəhləsi peşəsində, xx.xx.2014-cü İl tarixdən isə hazıradək həmin QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Hər iki peşə üzrə iş saatları 23:30-dan saat 05:30-a kimi davam edir. Yalnız gecə vaxtlarında, xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə birlikdə cavabdeh Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, təşkilatın xx.xx.2021-ci il tarixli, cavabı ilə xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol montyoru vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmadığına İstinad edərək hüququnun olmasına baxmayaq ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. Tələb olunan əmək stajına malik olmağı cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdəndə artıq, 25 ilə yaxın işləməsi haqqında "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına baxmayaraq cavabdehin imtina etməsi qeyri-qanunidir. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olmağı cavabdehə təqdim edilmiş əmək kitabçası və "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli arayışı ilə tam təsdiq olunur.
8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı 24 sentyabr 2021-ci il tarixində Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. İddiaçı imtinadan narazı olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, daha sonra xx.xx.1982-ci il tarixdən etibarən isə müxtəlif peşələrdə işləmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Bakı Metropoliteni nin Yol xidmətində” yol montyoru peşəsində işləmişdir. Hazırda da "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Hesab edir ki, qanunla tələb olunan ümumi və xüsusi iş stajı mövcud olduğundan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılmalıdır. İddiaçının xüsusi iş stajına daxil ediməsini iddia etdiyi illər: xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" QSC-də yol montyoru işlədiyi dövr. xx.xx.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1.Qanunla müəyyən edilmiş yaş həddinə çatması 2.Ümumi və xüsusi iş stajının olması 3.Fərdi hesabın xüsusi hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.İddiaçının iş yeri barədə tə qdim etdiyi "xxxx" QSC-nin 22 sentyabr 2021-ci il tarixli arayışında xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin siyahısının” Nəqliyyat bölməsinin Metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş üç şərti qarşılamadığından xüsusi iş stajının mövcud olmaması səbəbindən güzəştli şərtlə rlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi əsassızdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-431/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ilə (hakim L.Mirzəyeva ) iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 25 ildən artıq ümumi iş stajı vardır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 23 yanvar 2007 -ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna müvafiq olaraq təyin edilməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-462/2022 nömrəli qərarı ilə (sədrlik edən – Z.T.Məmmədov, hakimlər – Ç.H.Babayeva və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-431/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.Əlavə olaraq qeyd etmişdir k i, iddiaçının işinin xarakteri haqqında onun işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışları, həmçinin, “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında göstərilən müvafiq peşənin (işin) xüsusiyyətlərini nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının “yol montyoru” kimi işlədiyi vəzifə “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” vəzifəsinin tərkib hissəsi olmaqla güzəştli pensiya hüququ verən vəzifəyə aiddir. 14.Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-462/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar, işin halları və iddia tələbinə etirazın dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, h əmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü i lə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkə mə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassa siya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyy ətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunver iciliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini tələb edir. İddiaçının 60 yaşına çatması və 25 ildən artıq ümu mi iş stajının mövcud olması işin mübahisəsiz halıdır.
29. İddiaçının yuxarıda qeyd edilən əsaslarla (60 yaşına çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olması) ona pensiya təyin edilməsinə dair cavabdeh inzibati orqana müraciətinin təmin edilməməsinin yeganə əsası onun xx.xx.1996-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi yol montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmaması, bu səbəbdən güzəştli iş stajının olmaması çıxış edir.
30. Məhkəmə kollegiyası apell yasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının güzəştli arayışda göstərilən xx.xx.1996-xx.xx.2014-cü il tarixləri arasında, habelə həmin dövrdən hal-hazıradək işlədiyi “yol montyoru” vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda nəzərdə tutulan 21.5. Metropolitenlər – “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” vəifəsi ilə uyğunluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş güzəştli arayışda iddiaçının “yol montyoru” kimi işlədiyi vəzifənin konkret olaraq siyahıda nəzərdə tutulan “yol fəhləsi” vəzifəsi olduğu qeyd olunmuş, iddiaçının işinin xüsusiyyəti isə "xxxx" QSC-nin A/64 saylı, 28 fevral 2022-ci il tarixli arayışında ətraflı təsvir olunmuş dur.
31. Bundan başqa Bakı Metropoliteni” QSC-nin A/64 saylı, 28 fevral 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 25 il 03 ay 20 gün təşkil edir və qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər bəndinə aiddir ki, bu da xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ.Nəqliyyat bölməsinin 23002000 2.Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtı tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Həmin arayışda daha sonra göstərilir ki, yo l montyoru – yol fəhləsi hesab edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30-dək) İddiaçı əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. Yol montyoru peşəsinin əsas vəzifə və funksiyası metroploitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir.
32. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
33. Kollegiya hesab edir ki, iddiaçının işinin xarakteri haqqında onun işlədiyi müəssisə tərəfi ndən təqdim edilmiş arayışları, həmçinin, “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında göstərilən müvafiq peşənin (işin) xüsusiyyətlərini nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının “yol montyoru” kimi işlədiyi vəzifə “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” vəzifəsinin tərkib hissəsi olmaqla güzəştli pensiya hüququ verən vəzifəyə aiddir.
34. Bundan başqa iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan sonuncu - fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan öz imtinasında bu halı göstərməsə də, iddia ərizəsinə e tirazda imtinanın bu barədə də olmasını qeyd etməklə nə etirazın özündə, nə də kassasya şikayətində iddiaçının pensiya kapitalının məbləği və onun iddiaçıya minimum pensiya təyin etməyə imkan verməməsi ilə bağlı hər hansı dəlil təqdim etməmişdir.
35. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-462/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir