Məhkəmə qərarları › İş №2-1(102)-1851/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1851/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1851/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1069/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus olan hərbi biletə və əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1986-xx.xx.1988-ci il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1985-ci ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da ə mək fəaliyyəti ilə məşğuldur.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 13 oktyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş xx.xx.1985-ci il tarixli ƏT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 5-6-cı qeydə sonradan düzəliş edilərək stajının artırılması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olun an məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi aparılaraq xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar hissəsi”ndə 19 oktyabr 2021-ci il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bundan başqa əmək kitabçasının 2-3-cü səhifələrində 2-ci qeyddə sonradan düzəliş edilərək iş stajı artırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də bu müraciətinin təmin edilməsindən imtina edilmişdir. Lakin cavabdehin gəldiyi bu nəticə əsasız və qeyriqanuni olduğundan bununla heç cür razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı barəsində SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 36 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçının xx.xx.1990xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2006-cı il tarixinə kimi güzəştli staj 15 il 11 ay 19 gün təşkil edir. Həmin dövrü SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qəra rı ilə təsdiq olunmuş 1 №-li siyahısına əsasən güzəştli hesab etmişdir. 7.Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-4179/2023 nömrəli (hakim X1) qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşından, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir, elə cə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərar ilə təsdiq edilmiş siyahısına əsasən xx.xx.2006-cı il tarixinə iddiaçının güzəştli əmək stajı 15 il 11 ay 19 gün təşkil edir. Bu səbəbdən də, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1069/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X2) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-4179/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1-ci maddələrinə, Əmək Məcəlləsinin 87-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsini qərarının əsassız və qanunsuz olduğu qeyd edil ir.

15. Kassator bildirmişdir ki, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzilİstismar hissəsində təmirçi- çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 5-6-cı qeydə sonradan düzəliş edilərək stajın artırılması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi aparılaraq iddiaçının xx.xx.1989- xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi aşkar edilmişdir. Bu fakt Azərbayca n Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar hissəsi”ndə 19 oktyabr 2021-ci il tarixli aktı ilə təsdiq edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan iş lərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya k apitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əv vəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (13 may 2022ci il tarixdən qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüquq u vardır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikay ət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fund amental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hall arı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Kassasiya şikayətinin dəlillərindən görünür ki, şikayət müəllifi iddiaçının xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı əmək fəaliyyəti ilə bağlı dövrlərini mübahisələndirir. Qeyd edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar hissəsi”ndə xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasında deyil, xx.xx.1989-xx.xx.1989-cu illər arasındakı dövr ərzində işləmişdir. Bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar hissəsi”nin 19 oktyabr 2021-ci il tarixli birgə Aktı ilə təsdiq edilir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, cavabdeh tərəfindən qeyd edilən uyğunsuzluq xx.xx.2021-ci il tarixli aktla təsdiq edilir. Həmin aktla müəyyən edilir ki, iddiaçı 01 mart 1989-cu il tarixində 19N-li əmrlə su kanalizasiya sistemləri üzrə təmirçi çilingər işinə qəbul edilmiş, 06 dekabr 1989-cu il tarixli 117N-li əmrlə işdən azad edilmişdir.

28. Eyni zamanda qeyd etmək lazımdır ki, apelyasiya instansiyası məhkəməsi də cavabdehin bu dəlilini əsaslı saymış, həmin dövrü nəzərə almadan iddiaçının ümumi stajını müəyyən etmiş, xx.xx.1989-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1989-cu il dövrü istisna olmaqla iddiaçının azı 20 il ümumi stajının olduğunu bildirmişdir.

29. İddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir.

30. İddiaçının 20 ildən çox ümumi iş stajının, eləcə də 10 ildən çox güzəştli iş stajının olması iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir. Həmin sənədlərdə göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmişdir.

31. Eyni zamanda məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə kimi N.Nərimanov adına 3 saylı NQÇS-də işlədiyi Neft və Qazçıxarma üzrə operator peşəsi, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə kimi “Bulla-dəniz” NQÇİ-nin 2 saylı NQÇİ-də işlədiyi neft və qazçıxarma üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı;

2. Neftqaz və qaz kondensatının hasilatı; a) fəhlələr; kod 1100000a—15824 neft və qaz hasilatı üzrə operatorlar.

32. Beləliklə, iddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd edilən Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən, ümumi stajı isə 20 ildən çoxdur. Bu səbəbdən də onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1069/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar