Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1852/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-340/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 iyun 1960-cı il təvəllüdlü İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
2. Cavabdeh 23 noyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsə nətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən "xxxx" SC-nin iddiaçı barəsində 09/29 nömrəli arayışında iddiaçının xx.xx.1994xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 2 saylı idarəsində izolyasiyaedici vəzifəsində işləd iyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" SC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 1 ay (xx.xx.1977-xx.xx.1993-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 31400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeyd ə alınan pensiya kapitalı cəmi 12637,56 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun 55 yaşı tamam olduğu gündən, yəni 01 iyun 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildən xx.xx.1994-cü ilə qədər 12 nömrəli beton zavodunda, xx.xx.1994-cü ildən xx.xx.2007-ci ilə qədər 2 nömrəli trestin 20 saylı səyyar mexanikləşdirilmiş dəstəsində və sonradan adı dəyişdirilərək "xxxx" SC-nin 2 saylı müəssisəsində işləmiş, onun ümumi əmək stajı 27 ilə qədə r olmuşdur. Hesab edir ki, ümumi stajı 27 il olduğunda yaşa görə əmək pensiyası hüququ yaranmışdır. xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh təşkilata müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır.
5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-580/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya 55 yaşı tamam olduğu 01 iyun 2015-ci il tarixdən (lakin pensiya ödənişlərinin 12 noyabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki element mövcud olmalıdır: 1) iddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi və 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gös təricilərin” 2 №-li Siyahına uyğun olmaqla xx.xx.2006-ci ilə qədər onun 25 ildən çox ümumi və 20 ildən çox güzəştli iş stajı mövcuddur.
8. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-340/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-580/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiy inə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, v əzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:... qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qism ən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəm əsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində iddiaçının ümumi stajı və pensiya kapitalı mübahisələndirilir.
23. Cavabdeh qeyd edir ki, iddiaçı xx.xx.1994-xx.xx.2007-ci il tarixlərində "xxxx" SCni n 2 saylı idarəsində izolyasiyaedici vəzifəsində işlədiyini iddia etsə də, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri həmin müəssisədə çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir.
24. Kassasiya şikayətinin bu dəlili ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, əvvəla, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) yarımbəndinə əsasən, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüsusi iş stajına malik olmalıdır. 25. "xxxx" Səhmdar Cəmiyyətini n 2 saylı müəssisəsində iş stajı ilə əlaqədar olaraq isə məhkəmə tərkibi bildirir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin mütəxəssisləri Əhmədov Eyvaz və İsmayılov Arif tərəfindən 2 saylı müəssisənin işçisi X3 barəsində tərtib olunmuş, həmin müəssisənin rəisi X2 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd olunmuş müəssisədə istehsal həcmi azaldığından 1994-cü ildən müəssisə işləməmişdir.
26. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1994-cü ildə “Azərprostroy” Dövlət Kompaniyasının 2 nömrəli trestində 2-ci dərəcəli izolyasiyaedici vəzifəsinə qəbul olunmuş və xx.xx.2007-ci il tarixədək həmin vəzifədə işləmişdir.
27. Əmək kitabçasının qeydlər indən görünür ki, xx.xx.1995-ci il tarixindən 2 nömrəli trest “Promkommunstroy” biriliyinin 3 nömrəli filialına keçirilmiş, xx.xx.1996-cı il tarixində 3 nömrəli filial “Promkommunstroy” birliyinin 3 nömrəli təsərrüfat hesablı sahəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixində isə “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialının adı dəyişdirilərək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlandırılmışdır.
28. İş materiallarında olan DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən DSMF-nin Pensiya sektoruna ünvanlanan xx.xx.2016-cı il tarixli, 121 nömrəli məktubdan görünür ki, Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinə 1992-2006-cı illər üzrə sosial sığorta haqları hesablanmış və müəssisə tərəfindən 1992-1998, 2003-2006-cı illər üzrə ödənilmişdir.
29. Həmçinin, DSMF-nin Abşeron-Xızı regional filialının xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, 2 nömrəli trestin 20 saylı X1 1991-1995-ci illər, 2 saylı Təsərrüfat hesablı sahəsinə 1996-1998-ci illər üzrə sosial sığorta haqları hesablanmış və müəssisə tərəfindən ödənilmiş, Azərsənayetikinti” SC-in 2 saylı müəssisəsinə 1999, 2001-2005-ci illər üzrə sosial sığorta haqları hesablanmış və müəssisə tərəfindən 2003-2006-cı illər üzrə ödənilmişdir.
30. Göründüyü kimi, “Azərprostroy” Dövlət Kompaniyasının 2 nömrəli tresti hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlandırılmaqla, müəssisəyə 1991-2006cı illər üzrə sosial sığorta haqları hesablanmış və müəssisə tərəfindən ödənilmişdir.
31. Həmçinin, işdən görünür ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı "xxxx" SC-in 2 saylı müəs sisəsinin direktoru X2 məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsində bildirmişdir ki, aktda fəaliyyəti dayandırıldığı qeyd olunan müəssisə "xxxx" SC-in 2 saylı müəssisəsi deyil, “Su-24” müəssisəsi olmuşdur. Belə ki, 2 nömrəli trest 1999-cu ildə “Sənaye kommunal tikinti” birliyinin 3 saylı filialına çevrilmiş, daha sonra onun adı dəyişdirilərək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi olmuşdur. Müəssisənin fəaliyyəti dayandırılmamışdır və hazırda da fəaliyyət göstərir.
32. Bununla da bir daha sözügedən müəssisənin xx.xx.1994 - xx.xx.2007-ci il tarixlərində fəaliyyətdə olduğu təsdiq edilir.
33. Beləliklə, iş materiallarında mövcud olan sübutlarla iddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajı topladığı müəyyən olunur. 34. "xxxx" SC-nin arayışında qeyd olunu r ki, iddiaçı 15 iyul 1994-cü il tarixdən 31 oktyabr 2007-ci il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində izolyasiyaedici vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 32 saylı qərarı ilə təsdiq edilmiş 2№-li siyahının 2290000a-12520 şifri (kodu) üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir.
35. Beləliklə də, iddiaçının xx.xx.2006-cı il tarixədək AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 32 saylı qərarı ilə təsdiq edilmiş 2№-li siyahısı üzrə 10 ildən artıq güzəştli iş stajı şərtini də ödəməsi müəyyən edilir.
36. Cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına i mkan verməməsi ilə bağlıdır.
37. Bununla əlaqədar olaraq məhkəmə tərkibi qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2006-cı ilədək yarandığı üçün ona münasibətdə pensiya kapitalı şərtinin ödənilməsi tələb edilə bilməz. Çünki, həmin dövrdə (xx.xx.2006-cı il tarixədək) güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı tələb edilmirdi.
38. Göründüyü kimi, 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi və 10 ildən çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 52 yaşdan (xx.xx.2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaran mışdır.
39. Lakin, iddia tələbinin dəyişdirilməsi barədə ərizədən göründüyü kimi, iddiaçı özü 55 yaşı tamam olduğu 01 iyun 2015-ci il tarixindən güzəştli şərtlərlə pensiya ödənilməsini xahiş etdiyindən, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbindən kənara çıxmayaraq iddiaçının tələbi həddində iddianı təmin etmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır.
40. Belə ki, İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-340/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.