Məhkəmə qərarları › İş №2-1(102)-1852/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1852/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1852/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1990-cı il təvəllüdlü, FİN: xxxxxxx) cаvаbdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-1701/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı əri X7, övladları- xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 olmaqla ünvan 2 ünvanında yaşayır. İddiaçı "xxxx" MMC-də işləməklə aylıq əmək haqqı 250 manat, əri X7 “Osman” kiçik müəssisəsində işləməklə aylıq əmək haqqı 300 manat təşkil edir.

2. İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, müraciətlər aşağıdakı məzmunda cavablandırılmışdır: -xx.xx.2021-ci il tarixli müraciət-ailə üzvü X3 adına əmək müqa viləsi və ya əmək müqaviləsi üzrə əmək haqqı məbləğində uyğunsuzluq, -xx.xx.2021-ci il tarixli müraciət-başqa şəxsə aid abonent kodunun bəyan edilməsi, xx.xx.2021-ci il tarixli müraciət –ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan yuxarı olması. 3. xx.xx.2021-ci il tarixli müraciət üzrə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs İddiaçı, yaşadığı ünvan - ünvan 3 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, işləyir; xx.xx.1980-ci il təvəllüdlü X7 - h.y., işləyir, sahibkar; xx.xx.2010-cu il təvəllüdlü X4 - qızı, şagird; xx.xx.2011-ci il təvəllüdlü X5 - qızı, şagird; xx.xx.2013-cü il təvəl lüdlü X6 - oğlu, şagird. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi Nurbala Səhrab oğlu, ümumi sahəsi x 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik enerjisindən istifadə: **********30001**********7000, təbii qazdan istifadə: **********30000, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Müayinə məqsədilə ünvana baxış keçirildi. Yaşayış yerindən arayış təqdim olunmadı. Ev təmsilçinin həyat yoldaşının babasına məxsusdur. Sənəd təqdim olundu. İşığın abonent kodu ƏİB-də yanlış qeyd olunub. Qaz sayğacı var, istifadə olunmadığı bildirildi. Suyun abonent kodu doğrudur. Ailən in gəlirləri: təmsilçinin həyat yoldaşı "xxxx" MMC-də mühəndis kimi işləyir, aylıq 300 AZN ə/h alır. Təmsilçi "xxxx"-də usta kimi çalışır, aylıq 250 manat ə/h alır, 2021-ci il aprel ayından. Əlavə gəlirlər almadığı bildirildi. 4. xx.xx.2021-ci il tarixli müraciət üzrə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs İddiaçı, yaşadığı ünvan - ünvan 3 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, xx.xx.1980-ci il təvəllüdlü X7 - işləyir; xx.xx.2010-cu il təvəllüdlü X4; xx.xx.2011-ci il təvəllüdlü X5; xx.xx.2013-cü il təvəllüdlü X6. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi Nurbal a Səhrab oğlu, ümumi sahəsi = 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik enerjisindən istifadə: **********70001, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Müayinə məqsədilə ünvana baxış keçirildi. Ev təmsilçinin həyat yoldaşının babasına məxsusdur. Ünvan yaşayış yerindən arayışla təsdiqləndi. Ev 2 mərtəbədən ibarətdir. Aşağı mərtəbədə təmsilçi və ailəsi, yuxarı mərtəbədə isə təmsilçinin qayınanası yaşayır. İşıq sayğacı ayrı, qaz sayğacı ümumidir, lakin işlək deyil. Yuxarı mərtəbənin su sayğacını müşahidə etmək mümkün olmadı. Qapı bağlı olduğu üçün. Su və işıq abonent kodu doğrudur. Qazın abonent kodu isə işlək olmadığı üçün Ə/B-da qeyd olunmayıb. Ailənin gəlirləri: təmsilçi və həyat yoldaşı "xxxx" MMC-də usta kimi çalışır: təmsilçi son 2 aydır çalışır, aylıq 250 AZN ə-haqqı alır. Təmsilçinin həyat yoldaşı bir ildir ki, çalışaraq aylıq 300 AZN əmək haqqı alır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İddiaçı (ailə təmsilçisinin SAA) ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə təqdim edilmiş ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 11e3e0efaf**********71a9b416c3e8 nömrəli bildirişə əsasən İddiaçı xx.xx.2021-ci il tarixli, **********69004 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir:

1. Abonent kodu barədə məlumatın gizlədilməsi, 2. maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsin ə şərait yaradılmadı. Müraciətin qeydiyyata alınma tarixi xx.xx.2021. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ona 01 aprel 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8045/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və həyat yoldaşı bir neçə aydır ki, işləyirlər. Ailəsi 5 nəfərdən ibarətdir. Ailəsinin gəlir yeri onu n 250 manat, həyat yoldaşının aylıq əmək haqqı isə 300 manatdan ibarətdir. Adambaşına düşən aylıq gəlir minimum həddən çox aşağıdır. Hal-hazırda ailəsinin maddi vəziyyəti çox pisdir. İddiaçı ünvanlı dövlət sosial yardımı proqramından yararlanmaq, ünvanlı dövlət sosial yardımı almaq üçün təmsilçi ərizəsi alaraq ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-yə elektron müraciət etmişdir. Onun ailəsi bundan əvvəl də ünvanlı dövlət sosial yardımı alıb. İddiaçının ərizəsi onların sistemi tərəfindən yoxlanılaraq heç bir kənarlaşma olmamışdır. Maddi məişət şəraitinin yoxlanması məqsədi ilə nümayəndə gəlib ailəsinin maddi məişət vəziyyətini yoxlayıb. Maddi vəziyyətlərini görüb müsbət rəy yazıb. İddiaçıya ünvanlı sosial yardım düşür deyib ge diblər, onlardan 3-4 gün sonra ona ÜDSY-dan imtina veriblər. Ərizədə göstərilənlərdən heç bir kənarlaşma yoxdur. Buna baxmayaraq, iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina verilib. İddiaçı yenidən ərizə ilə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-yə ünvanlı dövlət sosial yardım almaq üçün elektron müraciət etmişdir. Beləliklə, 3 dəfə müraciət etmişdir, hər dəfə də imtina edilmişdir.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan xüsusatlara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarix li, 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1353-VQ Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. 2021-ci il üç ün isə bu məbləğ 170 manat təşkil edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuşdur. Həmin Qaydaların 3.3-cü maddəsində qeyd edilir ki, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edi lmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Yuxarıda qeyd olunan Qaydaların 3.4.2-ci maddəsində qeyd edilir ki, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğ u hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Ünvanlı dövlət sosial yardım” almaq üçün elektron qaydada X10 və X13 müraciət etmiş və onun həmin tarixli **********69004 nömrəli müraciətinə “aa82e0b01e5b4582a96186d942d803f5” nömrəli bildirişlə imtina edilmişdir. Sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilib: Abonent kodu barədə məlumatın gizlədilməsi, Maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması. Qaydaların məzmunundan da göründüyü kimi ünvanlı dövlət sosial yardımın təyin olunmasının 2 prosedur qaydası mövcuddur: 1) ərizəbəyannamə 2) maddi-məişət şəraitinin müayinəsi. Bu iki prosedur qaydalara uyğun tamamlandıqdan sonra vətən daşa ünvanlı dövlət sosial yardım təyin oluna bilər. Maddiməişətin müayinəsi mərhələsində vətəndaş müayinənin aparılması zamanı səlahiyyətli şəxsə öz vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə maneə olmamalı və zəruri hallarda yardım göstərməlidir. İmtina məktubunda qeyd olunduğu kimi iddiaçı abonent kodunu gizlətmiş və baxış keçirilməsinə şərait yaratmamışdır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli, 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə u yğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X10 və X14 (VEMTAS) yaradılmışdır. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta ay lıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda adıçəkilən Qaydaların 5-ci hissəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası göstərilmişdir. Həmin hissənin 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM. Burada: YM yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Yuxarıda sadalanan şərtlərin ödənilməməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsas olmuşdur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat m əbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1700-VQ saylı Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Qanunun 8.1-ci maddəsinə və Qaydaların 3.5-ci bəndinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

9. Birinci instansiya məhkəməsinin 2-1(112)-7718/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi barədə müraciətinə əsasən “Ərizə-bəyannamə”də qeyd olunan ünvanda ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 30 (otuz) gün müddətin təyin edilməsi və cavabdeh inzibati orqanın həmin müddət ərzində araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır.

10. Qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş ü zrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs - İddiaçı, yaşadığı ünvan - ünvan 3 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, işləyir; xx.xx.1980-ci il təvəllüdlü X7 - h/y., işləyir, sahibkar; xx.xx.2010-cu il təvəllüdlü X4 - qızı, şagird; xx.xx.2011-ci il təvəllüdlü X5 - qızı, şagird; xx.xx.2013-cü il təvəllüdlü X6 - oğlu, şagird. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi sənədsiz, ümumi sahəsi = 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik e nerjisindən istifadə: **********70001, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Maddi-məişət şəraitinin müayinəsi məqsədilə ərizə-bəyannamədə qeyd olunan ünvana baxış keçirildi. Evin ailəyə məxsus olduğu, evin sənədsiz olduğu bildirildi. Su abonent kodu doğrudur. Təmsilçi hal-hazırda qaz sayğacının olmadığını, əvvəl qayınatasıgilin qaz sayğacından istifadə olunduğu bildirildi. Ev 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbədə təmsilçinin qayınanası və qayınatasının yaşadığı qeyd olundu. Ailənin gəlirləri: təmsilçi və həyat yoldaşı son 1 ildə "xxxx" şirkətində usta kimi işləyiblər, təmsilçi 250 AZN, həyat yoldaşı isə 300 AZN əmək haqqı alıb. Əlavə gəlirlərinin olmadığı qeyd olundu. Təmsilçi bildirdi ki, evin 2-ci mərtəbəsi ilə təsərrüf atları ayrıdır.

11. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2-1(112)-7718/2022 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilərək iddiaçıya xx.xx.2021-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, maddi məişət şəraitinin yoxlanılması zamanı iddiaçının yaşadığı evin iddiaçının əri X3 babası Nurbala Söhrab oğluna məxsus olduğu, evin iki mərtəbədən ibarət olduğu, aşağı mərtəbədə iddiaçının öz ailəsi ilə, ikinci mərtəbədə isə iddiaçının ailə üzvü olmayan qayınanası X1 yaşadığı müəyyən olunmuşdur. Evin ikinci mərtəbəsində yaşayanların iddiaçının ailə üzvü olmadığı, onların birgə təsərrüfat aparmadıqları istər maddi-məiş ət şəraitinin yoxlanılması zamanı, istərsə də hər iki mərtəbədə quraşdırılmış işıq, su sayğaclarının, eləcə də telefon nömrələrinin ayrı olması ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının yaşadığı birinci mərtəbənin sudan istifadə ilə bağlı abunə kodu **********000 olmaqla müqavilə iddiaçının əri X7 ilə bağlanmışdır. İddiaçının ailəsi Nurbala Zöhrab oğlunun adına olan **********70001 nömrəli abunə kodu üzrə elektrik enerjisindən istifadə edir. İddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında ***-***-**-** telefon xidmətindən istifadə edir. Həmin ünvan üzrə qazdan istifadə ilə bağlı Nurbala Zöhrab oğlunun adına **********3000 abunə kodu müəyyən olunsa da, iddiaçının ailəsinin istifadəsində aktiv qaz sayğacının olduğu müəyyən olunmamış, bu hal maddi-məişət yoxl aması zamanı cavabdehin mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir.

13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə (əri, üç yetkinlik yaşına çatmayan övladı) ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya əsas gətirdiyi hallar-abunə kodunun gizlədilməsi halı öz təsdiqini tapmamış, maddi məişət şəraitinin yoxlanılması təmin edilmiş, yoxlama zamanı ünvanlı sosial yardımın təyininə imkan verməyən hal cavabdehin mütəxəssisləri tərəfindən qeyd edilməmiş, beləliklə, ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya əsas olacaq hər hansı hal hazırkı iş üzrə müəyyən edilməmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul ol unmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-1701/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2-1(112)-7718/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin iddiaçıya məxsus yaşayış evinə baxış keçirilən zaman qaz sayğacından istifadə olunmadığı, “VEMTAS” sisteminə bu barədə heç bir məlumat daxil edilməməsi barədə dəlillərinə qiymət verərək hesab etmişdir ki, qaz sayğacından istifadə olunmaması barə də məlumatın “VEMTAS” sisteminə daxil edilməməsi hazırki halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü, 6-cı maddələrinə, “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1-3-cü və 5-ci bəndlərinə istinad etmişdir.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti iddia ərizəsinə etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, “Ünvanlı dövlə t sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsində sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd ediləni nəzərə almamışdır.

19. İddiaçının ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı VEMTAS-a daxil etdiyi xx.xx.2021-ci İl tarixli müraciətindən real vaxt olaraq 1 ildən artıq müddət keçdiyi üçün VEMTAS üzərindən onun ailəsinə sosial yardımın təyin edilməsi mümkün deyildir. Odur ki, məhkəmə qərarının icra edilməsi mümkünsüz olacaqdır.

20. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməməklə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü, 6-cı maddələrinə, “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və ve rilməsindən imtina edilməsi Qaydaları”nın 1-3-cü bəndinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən it kin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2 və 6.3. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Maddə 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 23. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər K abinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir.

24. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-c i bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox e yni təyinatlı daşınmaz əmlak olduqda. (-). 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:.... 5.1. sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxs us əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2. ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3. ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4. ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5. muz dlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əmək haqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). 5.6. ailə üzvünü n muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8. qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. 5.11. natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. 25. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edi r. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri m əqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla belə məhkəmə tərkibi aşağıdakılar qeyd etməyi zəruri hesab edir.

33. Bu qərarın 36-cı bəndinə qeyd edilən qanuna əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

34. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayı ş minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

35. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır.

37. Beləliklə apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikay əti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

38. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1701/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar