Məhkəmə qərarları › İş №2-1(102)-1853/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1853/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1853/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy i yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-59/2022 nömrəli, 1 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər İcra Hakimiyyətinin 29 noyabr 1999-cu il tarixli, 832 saylı sərəncamına əsasən, “Qaraəhmədli” Cəmiyyətinə əhaliyə ticarət, məişət və iaşə xidməti sahəsi tikintisi məqsədilə 9-cu mikrorayon ərazisində 60 kv. metr torpaq sahəsi ayrılmışdır.

2. Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli, 11 saylı qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 60 kv.metr torpaq sahəsindən əlavə 40 kv.metr torpaq sahəsi də “Qaraəhmədli” Cəmiyyətinə ayrılmışdır.

3. Sumqayıt şəhər Bələdiyyə Şurasının 19 aprel 2001-ci il tarixli, 13 saylı qərarına əsasən, “Qaraəhmədli” Cəmiyyətinin xx.xx.2001-ci il 3 saylı protokolu nəzərə alınaraq, bələdiyyənin torpaq komissiyasının 07 saylı, xx.xx.2001-ci il tarixli protokoluna, memarlıq və tikinti şöbəsinin rəyinə əsaslanaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli, 11 saylı qərarı ilə 9-cu mikrorayon ərazisində cəmiyyətə ayr ılmış torpaq sahəsinin cəmiyyətin üzvü İddiaçı (iddiaçının) adına keçirilməsi qərara alınmışdır.

4. İddiaçı 15 fevral 2021-ci il tarixdə dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh 11 mart 2021ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, ərizəyə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli, 832 saylı sərəncamı ilə hüquqi şəxs olan “Qaraəhmədli” Cəmiyyətinə ayrılmış, dövlət mülkiyyətində olan torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyə Şurası xx.xx.2001-ci il tarixli, 13 nömrəli qərarı ilə ərizəçiyə aid edilməsi qanunvericiliyin aşkar surətdə pozulması olmaqla, ö zü-özlüyündə etibarsız aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.4-cü maddəsinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Bundan əlavə, qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilən razılaşdırılmış eskiz layihəsi, tikintiyə razılıq və istismara icazə sənədi ərizəyə əlavə olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyy ə Şurasının 11 saylı, xx.xx.2001-ci il tarixli və 13 saylı, xx.xx.2001-ci il tarixli qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri - yaşayış sahəsinin çıxarışının alınması və özəlləşdirilməsi üçün cavabdehə 13 fevral 2021-ci il tarixli müraciət ünvanlamış və cavabdeh müraciətə cavabında bildirmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı ilə hüquqi şəxs olan “Qaraəh mədli” cəmiyyətinə ayrılmışdır və dövlət mülkiyyətində olan torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2001-ci il tarixli, 13 nömrəli qərarı ilə ona aid edilməsi qanunvericiliyin tələblərinin aşkar surətdə pozulması olmaqla, özü-özlüyündə etibarsız aktdır. Cavabdehin qanunsuz və etibarsız hesab etdiyi və onun təqdim etdiyi dövlət sənədini (18 sentyabr 2002-ci il tarixli, № 003268 Texniki Pasport) elə həmin qurum özü ona vermişdir. Dövlət sənədi olan X2 Sahəsinin Təsnifat hissəsində o zaman tələb olunan və təqdim edilən orijinal sənədlərin siyahısı - Torpaq sahəsinin ayrılmasına dair sənədlər bölümündə qeyd edilməklə, birlikdə Texniki Pasportun hazırlanması üçün təqdim olunmuş sənədlərin siyahısı bölümündə cavabdehin qanunsuz və etibarsız hesab etdiyi Sumqayıt şəhər Bələdiyyə Şurasının torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarının xx.xx.2001-ci il tarixli, 13 saylı protokolu hüquqi və qanuni hesab edilərək qeydə alınmış, digər tələb olunmuş və təqdim edilmiş sənədlərlə birlikdə toplanmışdır. Bundan başqa, cavabdehin imtinasında “qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz layihəsi, istismara hazırlıq aktı və tikinti obyektinin istismara icazə verilməsi” sənədinin ərizəyə əlavə olunmaması qeyd edilmişdir. Bununla bağlı bildirir ki, mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri-yaşayış sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin icazəsi ilə 20 ildən artıq zamandır tikilmişdir və fəaliyyət göstərir.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın mümkün sayılmama sını xahiş etmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 6 iyul 2021-ci il tarixli, 2-1(118)-987/2021 nömrəli qərarı ilə (hakim L.E.Mirzəyevə) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tələb olunan sənədlər, yəni qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz layihəsi, istismara hazırlıq aktı və tikinti obyektinin istismara icazə verilməsi barədə qərarı təqdim edilməmişdir. Bundan əlavə, torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyə şurasının 13 saylı, 19 aprel 2001-ci il tarixli qərarı təqdim olunmuşdur ki, bələdiyyənin həmin qə rarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli, 11 saylı qərarı ilə 9-cu mikrorayon ərazisində cəmiyyətə ayrılmış torpaq sahəsinin cəmiyyətin üzvü İddiaçı adına keçirilməsi qərara alınmışdır. Qanunvericilikdə bələdiyyəyə hər hansı bir şəxsə ayrılmış torpaq sahəsini sonradan digər şəxsin adına keçirmək səlahiyyəti verilməmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli, 832 saylı sərəncamı ilə ayrılmışdır ki, həmin torpaq üzərində bələdiyyənin sərəncam vermək səlahiyyəti olmamışdır. Bundan əlavə, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin 2003-cü ildə qüvvədə olan redaksiya sına istinad edərək, 10 il ərzində əmlaka sahiblik etdiklərindən həmin əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasına dair dəlilinə münasibətdə qeyd edilmişdir ki, həmin norma 23 dekabr 2003cü il tarixli, 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə 179.1-ci maddə Mülki Məcəllədən çıxarılmışdır. Azərbayca n Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarında nəticə olaraq qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. İddiaçının sözügedən əmlaka 2000-ci ilin sentyabrın 1-dən sahiblik etdiyi müddət hesablandıqda belə, 2005-ci ildə əldə etmə müddətinin təsbit olunduğu norma qüvvədən düşmüş və həmin dövrdə sözügedən normanın tələblərinə uyğun olaraq iddiaçının əldə etmə müddəti ilə bağlı mülkiyyət hüququ yaranmamışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı çoxsaylı sorğular əsasında əldə edilən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi X1 Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində tanıtdığı torpaq sahəsi ümumi tikili ilə yüklü olmaqla 115 kv.metr təşkil edir. Bunun dövlət mülkiyyətində olan torpaq sahəsi 110 kv.metr, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi isə 5 kv.metr təşkil edir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-59/2022 nömrəli iş üzrə 1 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev- sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və Z.İ.Məmmə dov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 6 iyul 2021-ci il tarixli, 2-1(118)-987/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2022-ci il tarixli İstismara hazırlıq aktı məhkəmə kollegiyasına təqdim edilmişdir. İddiaçı tərəfə tikintinin istismara qəbul aktının təqdim edilməsi məqsədilə müəyyən vaxt verilsə də, iddiaçının nümayəndələrinin bildirmələrinə görə tikintinin istismara qəbuluna dair aktın verilməsinin mümkün olmaması bildirilmiş və bu onunla əsaslandırılmışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən yalnız tikintisi nəzərdə tutulan tikinti obyektinə tikintiyə icazə icraatının başlanılmasına yol verilir, mövcud və istifadə olunan tikiliyə dair isə tikintiyə icazə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə müəyyən hüquqları olsa da, hazırkı mərhələdə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin inşa olunduğu vaxt qüvvədə olan 11 iyun 1999-cu il tarixli "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda tikinti norma və qaydalarını müəyyən edən digər normativ hüquqi aktlarda, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən tələb olunan və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən də tələb edilməsi əsaslı hesab olunan istismara hazırlıq aktı və tikinti obyektinin istismarina icazə verilməsi haqqında qərar nəzərdə tutulmamışdır. Belə olan halda, hazırkı mübahisəyə mübahisəli əmlak inşa olunarkən qüvvədə olan qanunvericilik normaları tətbiq edilməli idi. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi yaşayış məntəqəsi tor paqlarında, mikrorayon ərazisində yerləşən, hər hansı bir strateji və ya digər dövlət əhəmiyyətli xarakter daşımayan kiçik (110 kv.m) torpaq sahəsinin cavabdeh inzibati orqan tərəfindən hansı əsasla dövlət torpaqlarına aid edilməsinə, mübahisəli qeyri-yaşayış sahəsinin ətrafında olan çoxsaylı müxtəlif təyinatlı qeyri-yaşayış sahələrinin altında olan torpaqların istisnasız olaraq bələdiyyə mülkiyyətinə aid olan torpaqlar olmasına, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfındən mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dövlət, bir hissəsinin isə bələdiyyə mülkiyyətində olmasına dair rəyinin nə dərəcədə obyektiv olub-olmamasına hüquqi qiymət verməmiş, bununla da ədalətli məhkəmə araşdırılması prinsipinin kobud pozuntusuna yol verməklə yanaşı, torpaq sahəl ərinin hüquqi statusunun, mülkiyyət növünün müəyyən edilməsini tənzimləyən torpaq qanunvericiliyinin bir sıra normalarının tələblərini pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödə mək şərti ilə yol verilə bilər. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;... Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən döv lət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılmas ı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdeh inzibati orqan tərəfındən mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dövlət, bir hissəsinin isə bələdiyyə mülkiyyətində olmasına dair rəyinin nə dərəcədə obyektiv olub-olmamasına hüquqi qiymət verilməməsi barədə dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İlk öncə, nəzərə alınmalıdır ki, mübahisələndirilən torpaq sahəsinin 60 kv.m hissəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin 29 noyabr 1999-cu il tarixli, 832 saylı sərəncamına əsasən “Qaraəhmədli” Cəmiyyətinə ayrılmış, sonradan Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli, 11 sayl ı qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 60 kv.m torpaq sahəsindən əlavə 40 kv.m torpaq sahəsi də “Qaraəhmədli” Cəmiyyətinə ayrılmışdır.

27. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd kimi “Qaraəhmədli” Cəmiyyətinə ayrılmış torpaq sahəsinin iddiaçının adına keçirilməsinə dair Sumqayıt şəhər Bələdiyyə Şurasının 19 aprel 2001-ci il tarixli, 13 saylı qərarını təqdim etsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının qeyd edilən dəlilinə müvafiq qiymət verilmiş, həmin qərar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli, 832 saylı sərəncamı ilə ayrılan torpaq üzərində bələdiyyənin sərəncam vermə k səlahiyyəti olmaması əsası ilə mötəbər hesab edilməmişdir.

28. İddiaçı kassasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin hansı əsasla dövlət mülkiyyətinə aid edilməsinin müəyyən edilmədiyini göstərsə də, torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması, habelə həmin torpaq sahəsinin onun qanuni icarəsinə və ya istifadəsinə verilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. İddiaçı mübahisəli torpaq sahəsi üzərində hüquqlarının Sumqayıt şəhər Bələdiyyə Şurasının 19 aprel 2001-ci il tarixli, 13 saylı qərarı əsasında yarandığını iddia etsə də, işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin qərarın qəbul edilməsində bələdiyyə orqanı müvafiq səlahiyyətə malik olmamışdır. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə görə, qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur.

30. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir.

31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Sumqayı t şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd mövcud olmamış, iddiaçı mübahisəli tikiliyə və torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı birini təqdim edə bilmədiyindən, iş üzrə mübahisələndirilən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslar müəyyən edilməmişdir.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2001-ci il tarixli, 11 saylı və xx.xx.2001-ci il tarixli, 13 saylı qərarları ilə S umqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-59/2022 nömrəli, 1 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar