Məhkəmə qərarları › İş №2-1(102)-1854/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1854/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1854/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2006-cı il 1 yanvar tarixədək təyin edilmiş yaşa görə əmək pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şə xsin Binəqədi rayon nümayəndəliyi) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 21(103)-1721/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1940-ci il 28 aprel tarixdə doğulmuş, 1962-ci il 8 yanvar tarixdən əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qan unun 26.3-1- 26.3-3-cü maddələrinə 2011-ci il 17 may tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq 2006-cı il 1 yanvar tarixədək olan 48 il 02 ay 22 gün iş stajına və 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 oktyabr tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın məbləği 2017-ci il 1 oktyabr tarixdən 435,74 manat təşkil etmişdir. Sonrakı artımlar nəzərə alınmaqla 2019-cu il 1 yanvar tarixdən ona 474,40 manat pensiya hesablanaraq ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 5 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1977-ci il 7 sentyabr tarixdən 1981-ci il 23 iyul tarixədək X2 Respublikasının Annaba şəhər Universitetində pr ofessor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 2008-ci il 1 yanvar tarixdən pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı SSRİ X3 Komitəsinin xətti və SSRİ Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə 1977-ci il 7 sentyabr tarixdən 1981-ci il 23 iyul tarixədək X1 Respublikasının Annaba şəhəri Universitetində professor vəzifəsində işləməyə ezam olunmuşdur. Orada işləyərkən daimi iş yerində əmək haqqının 60 faizi saxlanılmaqla əmək haqqı rubl ilə ayda 438 (dörd yüz otuz səkkiz) rubl olmuşdur. 2002-ci ildən ona pensiya təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» 2007- ci il 6 noyabr tarixli Qanunun 26.2-ci maddəsinə əsasən onun pensiyası 2008-ci il 1 yanvar tarixdən X2 Respublikasında işlədiyi müddətdə xarici valyuta ilə aldığı əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmalı olmuş, bu barədə olan zəruri sənədləri Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə təqdim edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, müraciətinə baxılmamış və pensiyası yenidən hesablanmamışdır. Halbuki, eyni əsaslarla müraciət etmiş bir çox həmkarının pensiyası yenidən hesablanaraq onlara ödənilmişdir. Sonuncu dəfə onun 2019-cu il 17 sentyabr tarixli müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 2019-cu il 17 oktyabr tarixli məktubu ilə müraciətinin mahiyyətinə aid olmayan formal cavab göndərmişdir. Beləliklə də, onun pensiya hüququ pozulmaqda davam etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 dekabr tarixli, 2-1(81)4756/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının 1977-ci il 7 sentyabr tarixdən 1981-ci il 23 iyul tarixədək X2 Respublikasının Annaba şəhəri Universitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 2008-ci il 1 yanvar tarixdən pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1962-ci il 8 yanvar tarixdən əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildə ona əm ək pensiyası təyin edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Rusiya Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2007-ci il 23 may tarixli, 17-a-332 saylı arxiv arayışından görünür ki, İddiaçı Babuş oğlu SSRİ Dövlət İqtisadi Əlaqələr Komitəsinin xətti ilə SSRİ Ali və Orta Təhsil Nazirliyinin göndərişinə əsasən 1977-ci il 7 sentyabr tarixdən 1981-ci il 23 iyul tarixə qədər X2 Respublikasının Annaba şəhəri Universitetində professor vəzifəsində işləmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının pensiyası 1977-ci il 7 sentyabr tarixdən 1981-ci il 23 iyul tarixədək X2 Respublikasının Annaba şəhəri Universitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmalıdır. Eyni zamanda, iddianın “yaranmış fər qin birdəfəlik olaraq ödənilməsi” hissəsində rədd olunmalıdır

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli, 2-1(103)-850/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 aprel tarixli, 2-1(102)-458/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının inzibati orqana verdiyi ərizədə xahişinin məzmunu və əsasları ilə, birinci instansiyası məhkəməsinin qərarı ilə cavabdehin üzərinə qoyulmuş vəzifə fərqlidir. Bu halda, məhkəmə iddiaçıya hüquqi yardım etməklə iddia tələbini dəqiqləşdirməli, iddiaçının pensiyanı məhz hansı əsaslarla yenidən hesablanmasını tələb etməsini müəyyən etməli idi. Birinci instansiya məhkəməsinin qərarından inzibati orqanın pensiyanı yenidən hesablayarkən məhz hansı əsasla - iddiaçının Əlcəzair XDR-də işlədiyi illərin staja daxil etməklə yaxud həmin dövrdə aldığı əmək haqqı məbləğini nəzərə almaqla hesablamalı olması müəyyən edilmir. İddiaçının 1977-1981-ci illərdə aldığı əmək haqqına dair arayışlar, ona pensiya təyin edildikdən sonra - 2007-ci ildə verilmişdir və bu arayışların cavabdehə nə vaxt təqdim olunması, həmin sənədlər əsas tutulmaqla pensiyanı yenidən hesablamaqdan nə vaxt imtina etməsi iş materiallarından aydın deyildir. Qanunvericilik yaşa görə pensiyanın məbləğinin hesablanması üçün əmək haqqının deyil, əmək pensiyasının sığorta hissəsinin və yaşa görə əmək pensiyasının yığım hissəsinin nəzərə alınmasını tələb edir. Bu halda məhkəmələr iddiaçı tərəfindən verilmiş iddia tələbində hüquqi marağının nədən ibarət olduğunu müəyyən etməli idi. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı iddia təl əbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/2019 saylı, 2019-cu il 3 dekabr tarixli qərarının qismən dəyişdirilməsi və İddiaçı 1977-ci il 7 sentyabr tarixdən 1981-ci il 23 iyul tarixədək X2 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövrdə aldığı aylıq əmək haqqının (qazancının) məbləği nəzərə alınmaqla hüququnun yarandığı 2008-ci il 1 yanvar tarixdən pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə iclas qərardadı ilə məhkəmə icraatına qəbul edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-1(103)-1721/2021 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati Məhkəməsinin 2019cu il 3 dekabr tarixli qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilik yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə şəxslərin işlədiyi müddəti sosial sığorta stajına daxil edilməsini nəzərdə tutur. İş materiallarından, o cümlədən də, iddiaçının apellyasiya baxışında təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən də göründüyü kimi iddiaçının verilmiş iddia tələbində hüquqi marağı 1977-ci il sentyabr ayından 1981-ci il iyul ayınadək X2 Respublikasında işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsində ifadə olunmuşdur.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

19. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassa siya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. İddiaçıya əmək pensiyasının təyin edildiyi 2002-ci ildə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə görə, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya 2002-ci ildə pensiya təyin olunarkən iddiaçı 2000-ci il 1 aprel tarixdən 2002-ci il 31 mart tarixədək əmək haqları barədə inzibati orqana arayış təqdim etmiş, inzibati orqan həmin arayış əsasında iddiaçıya pensiya təyin etmişdir. İddiaçı isə inzibati orqanın həmin məzmunda qərarını mübahisələndirməmiş, qərar hər hansı orqan tərəfindən ləğv edilməmişdir.

26. İddiaçının öz tələbində “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinə istinadına gəldikdə (iddiaçı pensiyasının 2008-ci il 1 yanvar tarixdən yenidən hesablanmasını tələb edi r), həmin normaya görə, bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.

27. Normanın məzmunundan göründüyü kimi, qanunun həmin məzmunda tələbi o şəxslərə münasibətdə tətbiq olunur ki, onların əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (2006-cı il 1 yanvar tarixədək) müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmışdır.

28. Normanın tələbi nəzərə alınmaqla, iddiaçıya əmək pensiyası təyin edilərkən (hesablanarkən) onun orta aylıq əməkhaqqına məhdudiyyətin tətbiq olunubolunmadığı, əgər məhdudiyyət tətbiq olunmuşdursa - “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinin tələblərinə əsasən, məhz məhdudiyyət tətbiq edilmiş həmin əməkhaqqının tam məbləği əsas götürülməklə əmək pensiyasının yenidən hesablanıb-hesablanmadığı, bu hesablamanın qanuna uyğun aparılıb-aparılmadığı yoxlanıla bilərdi. Lakin hazırkı halda, iddiaçı öz tələbində ona əmək pensiyası təyin olunarkən əsas götürülmüş 2000-2002-ci illərin deyil, 1977-1981-ci illərin nəzərə alınmasını iddia edir.

29. Beləliklə, əmək pensiyasının məhz 1977-1981-ci illərin orta aylıq əməkhaqqına görə hesablanmalı olduğuna dair tələbin təmin olunmasının hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinə o halda istinad oluna bilər ki, iddiaçıya əmək pensiyası əvvəlki Qanunla məhz 1977-1981-ci illərin orta aylıq əməkhaqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış olsun. Belə bir hal hazırkı işdə müəyyən edilməyib.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 21(103)-1721/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar