Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1854/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xx xxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(105)-422/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 oktyabr 2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən 26 oktyabr 2018-ci il tarixli, AN seriyalı 296837 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 21 noyabr 2018-ci il tarixli 02 nömrəli Sərəncamına əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında inşa ediləcək yanacaqdoldurma məntəqəsinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir.
3. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 3 dekabr 2018-ci il tarixli, 285 nömrəli sərəncamına əsasən iddiaçıya Sumqayıt şəhəri, Yaş ma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 3600 kv.m sahədə yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 3 yanvar 2019-cu il tarixli, 26531 nömrəli rəyinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti üzrə tikinti layihəsi bütün işlərin icrasının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərtilə razılaşdırılmışdır.
5. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 14 yanvar 2019-cu il tarixli, 13 saylı “Obyektin tikintisinə icazə” sənədinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında y erləşən yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinə icazə verilmişdir.
6. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 14 yanvar 2019-cu il tarixli, 13 saylı “Tikintiyə icazə barədə xüsusi nişan”a əsasən iddiaçının mülkiyyətində olan 0,36 ha torpaq sahəsində yanacaqdoldurma məntəqəsinə icazə barədə xüsusi nişan verilmişdir.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X3 29 aprel 2019-cu il tarixli, 984 nömrəli rəyinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında iddiaçıya məxsus yanacaqdoldurma və avtoservis xidmətinin istismara yararlı olması barədə qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X5 tərəfindən tərtib edilmiş 11 iyun 2019-cu il tarixli, Ö seriyalı 0 02909 nömrəli X4ndan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 3 dekabr 2018-ci il tarixli, 285 nömrəli sərəncamına əsasən, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin tikintisinə 14 yanvar 2019-cu il tarixində başlanılmış, 24 aprel 2019-cu il tarixdə yekunlaşdırılmışdır. Binanın ümumi sahəsi 120 kv.m, tikintinin həcmi 480 kub.m-dir.
9. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli, 13 saylı Tikinti obyektinin istismarına icazəyə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alınaraq tikinti obyektinin istismarına icazə verilmişdir.
10. İddiaçı Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehə müraciət etmişdir.
11. Cavabdeh 5 noyabr 2021-ci il tarixli, **********48 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, idarəyə təqdim edilən sənədlərin araşdırılması zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları (bağ sahəsi) kimi qeydiyyata alındığı və təyinatına uyğun istifadə edilmədiyi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edərək ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
12. İddiaçı 26 noyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0,36 ha torpaq sahəsində olan qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin oktyabr ayında Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0.36 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi xx.xx.2018-ci ildə cavabdeh tərəfindən **********48 seriya nömrəsi ilə çıxarışla qeydiyyata alınmışdır. Daha sonra müraciətinə əsasə n Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 285 nömrəli sərəncamına əsasən həmin torpaq sahəsinə yanacaq doldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Tikintini başa çatdırdıqdan sonra xx.xx.2021-ci il tarixdə qeyd edilən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması barədə cavabdehə müraciət etsə də, cavabdeh qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları (bağ sahəsi) kimi qeydiyyata alındığını və təyinata uyğun istifadə edilməməsini əsas gətirərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina etmişdir.
14. Cavabdeh iddia ərizəsinə dair təqdim etdiyi yazılı etirazın dəlilləri imtina məktubu ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması əsaslandırılmamışdır.
15. Sumqayıt İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(118)-547/2022 nömrəli qərarı (hakim L.E.Mirzəyeva) ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0,36 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında özbaşına tikilinin dövlət orqanları tərəfindən tikinti apa rılarkən qarşısının alınmaması və uzun müddət həmin tikilinin mövcudluğuna susması, tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməməsi, tikiliyə tikinti aparmış şəxsin hüququnun mülkiyyət hüququna bərabər kimi qiymətləndirmişdir. Hazırki iş üzrə inşa edilən tikili nəinki özbaşına tikili deyildir, torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla, aidiyyəti qurumlar tərəfindən də tikinti aparılmasına, layihələndirilməsinə və binanın istismarına icazə verilmişdir. Belə olan halda, inşa edilən qeyri-yaşayış binasının dövlət reyestrində mülkiyyət kimi qeydə alınması qanunsuz hesab edilə bilməz.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 2-1(105)-422/2022 nömrəli qərarı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(118)-547/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ iddiaçının adına qeydə alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 14 yanvar 2019-cu il tarixli, 1 3 saylı sözügedən ünvanda yerləşən yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinə icazə sənədi verilmişdir. Tikiləcək yanacaqdoldurma məntəqəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarişçinin, layihəçinin və podratçının nümayəndələrinin imzaları ilə təsdiq edilmiş 11 iyun 2019-cu il tarixli 002909 saylı X4 verilmişdir. Mağazanın inşası başa çatdırıldıqdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 13 saylı İcazəsinə əsasən 240.0 kv.m ümumi sahəsi olan mağazanın istismarına icazə verilmişdir. Beləliklə, iş materiallarında iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə barədə qərar və istismara qəbul aktı müəyyən edilmişdir. Cavabdeh təşkilatın imtina üçün gətirdiy i arqument – qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (bağ sahəsi) kimi qeydiyyata alınsa da təyinatına uyğun istifadə olunmamasıdır. Cavabdehin imtinasında göstərdiyi hal daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
20. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin qeyriyaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsinin yalnız Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin səlahiyyətlərinə aid olması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə ilə bağlı iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 3 dekabr 2018-ci il tarixli, 285 saylı sərəncamını təqdim etmişdir. Qeyd olunan sərəncamın məzmunundan görünür ki, iddiaçıya Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 3600 kv.m torpaq sahəsində yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27-ci maddəsinin 3-cü bəndinə istinad edərək göstərmişdir ki, iddiaçının hazırki mübahisə üzrə təqdim etdiyi sənədlər biri-birini tamamlayır, işin halları ilə uyğunluq təşkil edir.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh hesab edir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 3600 kv.m bağ torpaq sahəsində yanacaq doldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikilməsinin Torpaq Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə zidd olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası isə bu qanun pozuntusunu aradan qaldırmaq əvəzinə hesab etmişdir ki, Sumqay ıt Şəhər İcra Hakimiyyəti başçısının 3 dekabr 2018-ci il tarixli 285 saylı sərəncamı ilə müvafiq obyektin tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası bununla yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraci ət etmişdir. Məhkəmə kollegiyası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti” orqanının səlahiyyətlərinin yerli icra hakimiyyəti orqanları həyata keçirməsi ilə əsaslandıraraq nəticədə yanlış qərar çıxarmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Göstərilən halda tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəh ərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Deməli maddi hüquq norması pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.... 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqla rın dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.10. Azərbaycan R espublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən s ənəd;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquq a dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....
27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları... 75.5. Tikintiyə dair sənədlərin tam lığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini.... 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini....
28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.... Maddə
18. Yaşayış məntəqələrinin torpaqları və onl arın tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri;...
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəm ə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam o laraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov A zərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia ərizəsinə yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ iddiaçının adına qeydə alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 14 yanvar 2019-cu il tarixli, 13 saylı sözügedən ünvanda yerləşən yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinə icazə sənədi verilmişdir. Tikiləcək yanacaqdoldurma məntəqəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövl ət Tikinti Müfəttişliyinin, sifarişçinin, layihəçinin və podratçının nümayəndələrinin imzaları ilə təsdiq edilmiş 11 iyun 2019-cu il tarixli 002909 saylı X4 verilmişdir. Mağazanın inşası başa çatdırıldıqdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 13 saylı İcazəsinə əsasən 240.0 kv.m ümumi sahəsi olan mağazanın istismarına icazə verilmişdir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layi həsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
39. Göründüyü kimi iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydə alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsində göstərilən əsaslar cavabdeh inzibati orqana təqdim edilmişdir.
40. Cavabdehin imtinasının, eləcə də, kassasiya şikayətinin dəlillərinin əsasında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (bağ sahəsi) kimi qeydiyyat a alınsa da, təyinatına uyğun istifadə olunmaması təşkil edir.
41. Hazırkı qərarın 28-ci bəndində qeyd edilən normaya əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. İctimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri də yaşayış məntəqələrinin torpaqlarının tərkib hissəsinə daxildir.
42. İş üzrə mübahisələndirilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin Sumqayıt şəhərinin hüdudlarında yerləşməsi və həmin qeyri-yaşayış binasından istifadə təyinatının (yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti) məhz yaşayışla əlaqədar infrastruktura aid edilməsi işin mübahisəsiz halları ndandır.
43. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin torpağın təyinatına uyğun istifadə olunmaması ilə bağlı dəlili əsassızdır və daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz.
44. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 2-1(105)-422/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.