Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1854/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: orderə əsasən mənzilə hüququn qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəsi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(107)-133/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ağdaş rayon X5 İcraiyyə Komitəsinin (Ağdaş rayon XDS İK) 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə 1976-cı il tarixdən X6 İdarəsində mənzil növbəsində olan X4 ailə üzvləri ilə birlikdə (cəmi 5 nəfər) Ağdaş şəhəri, Kirov küçəsi 12A nömrəli binada 4 otaqdan ibarət 32 nömrəli mənzil (hazırda Ağdaş şəhəri, bina 1 6, mənzil 32) verilmişdir.
2. Həmin qərara əsasən idarə tərəfindən X1 adına 01 mart 1982-ci il tarixli 8 nömrəli order verilmişdir. Orderin verildiyi tarixdən etibarən iddiaçılar həmin mənzildə yaşamaqdadırlar.
3. Ağdaş rayon XDS İK 1985-ci ildə X4 və ailə üzvlərinə qarşı "X1 və ailə üzvlərinin Ağdaş şəhəri, Kirov küçəsi 12A nömrəli binanın 32 nömrəli mənzildən köçürülməsi və adına verilmiş 01 mart 1982-ci il tarixli 8 nömrəli orderin ləğv edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ucar Rayon Xalq Məhkəməsinin (Ucar Rayon Məhkəməsi) 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsi ilə Ağdaş rayon XDS İK-nin iddia tələbi rədd edilmişdir.
4. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 40 saylı 23 fevral 2006-cı il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən 1982-ci ild ə inşa olunmuş 36 mənzilli, ünvan 2 ünvanda yerləşən 1984-cü ildə inşa edilmiş 65 mənzilli və həmin ünvanda yerləşən 1988ci ildə inşa edilmiş 16 mənzilli binalar Ağdaş X6 İdarəsinin balansından çıxarılaraq Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir müəssisəsinin balansına keçirilmişdir.
5. İddiaçılar Ağdaş şəhəri, M.İsayev küçəsi 12A nömrəli binada 4 otaqdan ibarət 32 nömrəli mənzilin qeydiyyata alınması tələbilə cavabdehə müraciət etmiş, cavabdeh onların müraciətini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayon XDS İK-nin xx.xx.1982-ci il tarixli 4 saylı qərarı və xx.xx.1982-ci il tarixli 8 saylı order əsasında iddiaçıların və mərhum X2 qanuni istifadəsinə verilmiş Ağdaş şəhəri ev 16-da yerləşən 32 nömrəli mənzilin iddiaçıların adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə 1976-cı il tarixdən X6 İdarəsində mənzil növbəsində olan X4 ailə üzvləri ilə birlikdə (cəmi 5 nəfər) Ağdaş şəhəri, Kirov küçəsi 12A nömrəli binada 4 otaqdan ibarət 32 nömrəli mənzil (hazırda Ağdaş şəhəri, bina 16, mənzil 32) verilmiş və X1 adına İdarə tərəfindən 01 mart 1982-ci il tarixli 8 nömrəli order verilmişdir. İddiaçılar həmçinin Ucar Rayon Xalq Məhkəməsinin (Ucar Rayon Məhkəməsi) 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsinə istinad edərək bildirmişlər ki, "X1 və ailə üzvlərinin Ağdaş şəhəri, Kirov küçəsi 12A nömrəli binanın 32 nömrəli mənzildən köçürülməsi və adına verilmiş 01 mart 1982-ci il tarixli 8 nömrəli orderin ləğv edilməsinə dair” iddia tələbi rədd edilmişdir.
8. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, sənədlər (surətləri) toplusu ekspertiza oluna zaman Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən 16 nömrəli binanın 32 nömrəli mənzili X4 yerli şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 4 nömrəli qərarı əsasında verildiyi göstərilsə də, xx.xx.1982-ci il tarixli, 8 nömrəli order XDS İK tərəfindən tərtib olunmasına baxmayaraq order sədr tərəfindən imzalanmamış və möhürlə öz təsdiqini tapmamışdır.
9. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(116)-1323/2022 nömrəli qərarı (hakim F.İsmayıl zadə) ilə iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən sözügedən mənzilin iddiaçıya XDS-nin müvafiq qərarı və order əsasında verildiyi bildirilsə də, həmin mənzilin ayrılmasının əsaslandırıldığı order qanunla müəyyən edilməmiş tələblərə uyğun olmadığından, yəni o, nə imza, nə də möhürlə təsdiq edilmədiyindən, həmçinin orderin hazırlanmasına əsas olduğu göstərilən sənədlərin arxiv nüsxələri aşkar edilmədiyindən order daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin və qeydə alınmasının əsası kimi çıxış edə bilməz. Məhkəmə bildirmişdir ki, bu hal iş üzrə prosedur qaydalarına əməl edilməsi ilə bağlı digər tələblərin yoxlanılması zərurətini aradan qaldırır və məhkəmə iş üzrə cavabdehin hərəkətlərinə və imtinasına hüquqi qiymət verilməsinin üçüncü şəxslərin mübahi səli mənzilin iddiaçının adına qeydə alınmasına razılıqlarının olub-olmaması ilə bağlı olmadığı nəticəsinə gəlir.
11. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(107)-133/2023 nömrəli qərarı ilə (hakimlər V.Məlikov /sədrlik edən və məruzəçi/ R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(116)-1323/2022 nömrəli qərarı ləğv edilmiş və iddia təmin edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Ucar Rayon Xalq Məhkəməsinin (Ucar Rayon Məhkəməsi) 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsi ilə mübahisəli mənzilin Ağdaş rayon X5 İcraiyyə Komitəsinin 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə verilməsi, bu barədə iddiaçının adına order verilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyindən və həmin qətnamə ilə sözügedən orderin və qərarın mövcudluğuna məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyindən, həmçinin qətnamə bu gün də qüvvədə olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin təmin edilməməsinə işdə olan ‘imzalanmamış və möhürlə təsdiq edilməmiş” order əsas ola bilməz.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində işin hallarını, imtina məktubunun dəlillərini və iddia ərizəsinə göndərdiyi etirazı təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmələrin istinad etdiyi məhkəmə qətnaməsi iddiaçının adına verilmiş orderin ləğvi tələbi ilə bağlı olduğundan və iddiaçının hüquqlarının qeydə alınmasına dair heç bir məhkəmə qətnaməsi mövcud olmadığından bu istiqamətdə maddi hüquq normalarının hazırkı mübahisəyə tətbiqi yanlışdır. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçılar tərəfindən qanuna əsasən tələb olunan müvafiq icra hakimiyyətini orqanının sərəncamı, mənzil kirayə müqaviləsi təqdim edilməmişdir.
16. Cavabdeh qe yd etmişdir ki, onun hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən orqan olmasına baxmayaraq hazırkı mübahisədə iddiaçı məhkəməyə mövcud hüquqlarının müdafiəsi üçün deyil, onların məhkəmə tərəfindən yaradılması üçün məhkəməyə müraciət etmişdir.
17. Cavabdeh bildirmişdir ki, məhkəmənin istinad etdiyi qətnamədəki tərəflərlə hazırkı mübahisədəki tərəflər fərqli olduğundan həmin qətnamənin hazırkı işə tətbiqi yanlışdır.
18. Cavabdeh bildirmişdir ki, məhkəmə iddiaçının hazırkı tələbində nə dərəcədə haqlı olduğunu müəyyən etməmiş, yalnız cavabdehin imtinasının qanuni olub-olmadığına hüquqi qiymət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir.Etiraza əsasən iddiaçılar Şəki Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(107)133/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. TƏTBİQ EDİLƏN HÜQUQ 20. zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (nünüyülülküy) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı ol mayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 21. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
48. Yaşayış sahəsi orderi. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X5nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudl uğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardad ının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 25.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfind ən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. İddiaçılar Ağdaş rayon XDS İK-nin xx.xx.1982-ci il tarixli 4 saylı qərarı və xx.xx.1982-ci il tarixli 8 saylı order əsasında onların istifadəsinə verilmiş Ağdaş şəhəri ev 16-da yerləşən 32 nömrəli mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edirlər.
29. Faktiki əsas kimi Ağdaş rayon X5 İcraiyyə Komitəsinin 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı və həmin qərar əsasında verilmiş 1 mart 1982-ci il tarixli 8 nömrəli orderə istinad edirlər.
30. Cavabdehin şikayətinin dəlilinə görə işdə lazımi qaydada təsdiq edilmiş order mövcud deyil. Təqdim olunan order təsdiq olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.11-ci maddəsinin tələbləri təsdiq olunmadığından iddia əsaslı sayıla bilməz.
31. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçı tərəfindən həm Ağdaş rayon X5 İcraiyyə Komitəsinin (Ağdaş rayon XDS İK) 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı və həm də qərar əsasında verilmiş 1 mart 1982-ci il tarixli 8 nömrəli order işdə mövcud olmamışdır. Doğrudur, işdə təqdim olunan order müvafiq formaya və tərtibata uyğun gəlsə də, möhürlə təsdiq edilməmişdir.
32. Lakin məhkəmə kollegiyası işdə olan məhkəmə qətnaməsinə diqqət çəkməyi zəruri hesab edir.
33. Ucar Rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş Ucar rayon Xalq Məhkəməsinin 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsindən görünür ki, Ağdaş rayon XDS İK 1985-ci ildə X4 və İddiaçı1 qarşı “X1 və ailə üzvlərinin Ağdaş şəhəri, Kirov küçəsi 12A nömrəli binanın 32 nömrəli mənzildən köçürülməsi və adına verilmiş 01 mart 1982-ci tarixli 8 nömrəli orderin ləğv edilməsinə dair” iddia tələbi təmin edilməmişdir.
34. Həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, Ağdaş şəhəri, Kirov küçəsi 12A (hazırda 16) nömrəli binanın 32 nömrəli mənzili hazırkı İddiaçı1 və onun əri X4 (vəfat etmişdir) Ağdaş rayon X5 İcraiyyə Komitəsinin 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə verilmişdir. Həmin qərar əsasında 1 mart 1982-ci il tarixli 8 nömrəli order verilmişdir. Ağdaş rayon X5 İcraiyyə Komitəsi iddiasında məhkəmədən 1 mart 1982-ci il tarixli 8 nömrəli orderin ləğv edilməsini və onların mənzildən köçürülməsini xahiş etmiş, məhkəmə hər iki iddianı rədd e tmişdir.
35. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçıların yaşadıqları Ağdaş şəhəri, Kirov küçəsi 12A (hazırda 16) nömrəli binanın 32 nömrəli mənzilinin iddiaçılara Ağdaş rayon X5 İcraiyyə Komitəsinin 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı və 1 mart 1982-ci il tarixli 8 nömrəli orderi əsasında verilməsi təsdiq olunur.
36. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin iddiaçılara verilməsi barədə iş materiallarında ayrıca qərar və order olmasa da, Ucar rayon Xalq Məhkəməsinin 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsində adı çəkilən mənzilin onlara həmin qərar və order əsasında verilməsi şübhəsizdir.
37. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Xalq Məhkəməsinin 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsində qanunvericilikdə hüququn qeydə alınmasına əsa s olan orderin adı həmin işdə sadəcə bir sübut növü kimi çəkilməmiş, hüququn qeydə alınmasına əsas olan orderin ləğvi tələb olunmuş və orderin qanuniliyi məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Bu səbəbdən qətnamədə adı çəkilən mənzilin orderinə əsasən hüquq reyestrdə qeydə alınmaq üçün əsasdır.
38. İddiaçıların hazırda da həmin mənzildə yaşaması işdə olan sənədlərlə təsdiq olunur.
39. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddianı təmin etməkdə apelyasiya məhkəməsi haqlı olmuşdur.
40. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarix li, 21(107)-133/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.