Məhkəmə qərarları › İş №2-1(102)-1855/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1855/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1855/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı mənzil verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 21(103)-195/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə 06 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında bax araq, MÜƏYYƏN E T D İ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ona mənzil verilməsində köməklik göstərilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-345/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə rədd edilməsi qərara alınmışdır.

3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-345/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instans iyası məhkəməsi) 17.03.2021-ci il tarixli, 2-1(103)-195/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Rəşad Həsənov və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-345/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin 17.03.2021-ci il tarixli, 21(103)-195/2021 nömrəli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilmişdir.

6. İddiaçının kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir.

7. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessu al Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları 06 oktyabr 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kassasiya şikayətinin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu nöqsanlar aradan qaldırılmamışdır.

8. Buna görə də iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

12. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edi lmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

14. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayətinin verilmə müddəti buraxılmış və buraxılmış müddətin bərpası barədə ərizə verilməmişdir.

15. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

16. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə maddəsini rəhbər tutaraq əsasən və Azərbaycan QƏRARA Respublikası İPM-nin 96.3-cü A L D İ: İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021ci il tarixli, 2-1(103)-195/2021 nömrəli q ərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar