Məhkəmə qərarları › İş №2-1(102)-1855/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1855/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1855/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.10.2022 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1987-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası X2) “Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsi” tələbin ə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-368/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Quba rayon İcra Hakimiyyəti başçısının 6 fevral 2017-ci il tarixli 9 nömrəli əmri ilə həmin tarixdən Rayon İcra Hakimiyyəti başçısının Küpçal kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi vəzifəsinə təyin edilmişdir.

2. Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli, 71 nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 30 avqust 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.

3. Qeyd olunan 30 avqust 2021-ci il tarixli, 71 nömrəli əmr X1 Rayon İcra Hakimiyyətinə ünvanlamış olduğu 2 avqust 2021-ci il tarixli, 01/xx-xx/2019 saylı məktub əsasında verilmişdir.

4. Həmin məktubda qeyd edilmişdir ki, iddiaçının adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş “B” seriyalı, 450368 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən iddiaçı hər-hansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində qəbul əmri verilməmişdir.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin iş materiallarına əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli, 18-18-02/12 saylı məktubunda da qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən iddiaçının adına yazılmış B seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Belə k i, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinə əsasən təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi verir. Eyni zamanda B seriyalı 450368 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən heç bir ali təhsil müəssisəsinə verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı 27 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli, 71 nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayon İcra Hakimiyyəti Başçısının Kupçal kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsində işləmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.4cü maddəsi ilə işdən azad edilmişdir. Bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinin tələbinə əsasən qanunvericiliyin tələbinə uyğun qaydada işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır.

8. Bundan başqa, qeyd etmişdir ki, işə qəbul edilərkən, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli, 580506597/65 saylı məktubda göstərilmişdir ki, ona Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş ВN: 450368 diplom dövlət nümunəli sənədd ir və həmin sənədi cavabdehə təqdim etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, 30 avqust 2021ci il tarixli 71 nömrəli əmr ləğv edilməlidir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1950/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, X1 2 avqust 2021-ci il tarixli 01/xx-xx/2019 saylı məktubuna istinad edilərək iddiaçı barəsində müvafiq əmr verilmişdir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci və 33.1.4-cü maddələrinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Üçüncü şəxs Azərbaycan Respublikası X2 iddia ərizəsinə qarş ı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.28-ci yarımbəndinə əsasən Mərkəz dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir və bu barədə hesabat hazırlayır, 2.1.29-cu yarımbəndinə əsasən dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər verir, 2.1.34-cü yarımbəndinə uyğun olaraq isə dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. Mərkəz dövlət qulluğuna dair qanunve riciliyin icra vəziyyətini, həmçinin Dövlət Qulluqçularının Reyestri vasitəsi ilə öyrənir. Dövlət Qulluqçularının Reyestrinə dövlət qulluqçuları barəsində daxil edilən məlumatların yoxlanılması məqsədilə Mərkəzin elektron arxiv məlumatları araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 2004-2005-ci tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, test imtahanı nəticəsində 166 bal toplayaraq heç bir ali təhsil müəssisəsinə qəbul olmamışdır. Belə ki, həmin il üzrə müsabiqədə iştirak balı 200 bal olaraq müəyyən edilmişdir. Bundan əlavə, Mərkəzin elektron arxiv məlumatlarında X2 (ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən iddiaçının hər hansı təhsil müəss isəsinə qəbul əmrinin verilməsi aşkar edilməmişdir. Həmçinin, diplom məlumatlarının həqiqiliyinin yoxlanılması məqsədilə bir sıra şəxsin, o cümlədən iddiaçının malik olduğu diplomun dövlət nümunəli olub-olmamasına dair rəy verilməsi məqsədilə Mərkəz tərəfindən Təhsil Nazirliyinə xx.xx.2020- ci il tarixli 01/xxxx/1313 nömrəli məktubla müvafiq sorğu göndərilmişdir. Nazirliyin xx.xx.2020-ci il tarixli 01-31-955/16 nömrəli məktubunda iddiaçıya aid В seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə uyğun olaraq inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. "Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.34-cü yarımbəndinə uyğun olaraq (dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir) müvafiq məsələ ilə bağlı xx.xx.2020-ci il tarixli 01/xx-xx/2013 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna (surəti Quba Rayon İcra Hakimiyyətinə) müraciət edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilən 30 dekabr 2020ci il tarixli 02\2-2229çıx-20 nömrəli cavab məktubunda Azərbaycan Beynəlxalq Universitetinin adından diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı toplanmış materialların Baş İdarənin İstintaq idarəsində hazırda isti ntaqı aparılan ********* saylı cinayət işinə əlavə edildiyi bildirilmişdir. Müvafiq məsələ haqqında, həmçinin xx.xx.2021-ci il tarixli 01/xx-xx/2016 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilmiş, xx.xx.2021-ci il tarixli 01/xx-xx/2019 nömrəli məktubla Quba Rayon İcra Hakimiyyətinə təkrar müraciət edilmişdir. Reyestr vasitəsi ilə müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

12. Sumqayıt İnzibati Məhkəməsinin -1(118)-297/2022 nömrəli, 27 yanvar 2021ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia rədd edilmiş dir.

13. Birinci instansiya məhkəməsi işin hallarına və işə əlavə edilmiş sənədlərə istinad edərək hesab etmişdir ki, iddia əsassızdır.

14. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)368/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, işin yuxarıda qeyd edilən halla rı ilə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu iddiaçıya məxsus diplom blankının hüquqi əsasının olmamasını X1 xx.xx.2021-ci il tarixli 01/xx-xx/2019 saylı məktubu ilə sübut etmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da bu fakt öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2012-ci il tarixli, 58-0506597/65 saylı məktub istisna olmaqla ona məxus Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş “B” seriyalı, 450368 nömrəli diplom blankının hüquqi əsası barədə hər hansı mötəbər sübutu, habelə müvafiq ali məktəbə hansı qaydada qəbul olunması barədə sübutları nə cavabdeh inzibati orqana, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə, iddiaçının 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitet ini bitirməsinə dair “B” seriyalı, 450368 nömrəli diplomun hüquqi əsası müəyyən edilmədiyindən, həmin diplom iddiaçının müvafiq əmək fəaliyyətinə başlamaq və inzibati vəzifə tutmaq üçün əsas kimi çıxış edə bilməz. Çünki, məhkəmə araşdırması zamanı həmin diplom blankının Təhsil Nazirliyi tərəfindən heç bir ali təhsil müəssisəsinə verilmədiyi müəyyən edilmiş, bu səbəbdən cavabdeh inzibati orqan “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 33.1.4-ci (qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə) maddəsinə istinad etməklə iddiaçının dövlət qulluğuna xitam verməkdə haqlı olmuşdur. Belə ki, istinad edilən qanunun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır.

17. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv e dilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 2004-cü tədris ilində Rusiya Federasiyasının Dağıstan Universitetinə qəbul olmuşdur. 2005-ci ildə köçürmə əsasında Azərbaycan Beynalxalq Universitetinə köçürülmüş və bu barədə iddiaçı ilə Universitet arasında xx.xx.2005-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin vaxtda qüvvədə olan qanunvericiliyə əsasən universitetlər arasında köçürmə əsasında tələbələrin qəbulu hər bir universitetin öz daxili əsasnaməsi əsasında həyata keçirilirdi. Ona görə o zaman universitetlər arasında tələbələrin köçürülməsinə X2 tərəfindən əmr veril mirdi.

19. Bundan başqa qeyd edilmişdir ki, iddiaçı ilə Azərbaycan Beynalxalq Universiteti arasında bağlanmış müqaviləyə əsasən o, təhsil haqqı ödəmiş (kassa mədaxil orderi Seriya BU N: 51009855 - xx.xx.2005-ci il, Seriya BU N: 74000082 - xx.xx.2007-ci il, Seriya BU N: ********) və ona 05/517 nömrəli tələbə bileti verilmişdir. Həmçinin təhsil müddətində təhsilin davamlılığını müəyyən edən qiymət kitabçası verilmişdir.

20. Təhsilini başa vurduqdan sonra iddiaçıya univesitet tərəfindən Qeyd Vərəqəsi verilmiş və həmin qeyd vərəqəsini universitetin bütün məsul şəxsləri imza etmişdir. İddiaçı 2010-cu ildə universitetin buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş, universitetin diplomunun alınması üçün rüsum (Qəbz xx.xx.2010-cu il ) ödəmiş və həmin vaxtı ona 102 nömrə ilə qeydiyyatdan keçən B N:450368 saylı diplom verilmişdir.

21. Qeyd edilmişdir ki, 2012-ci ildə iddiaçı işə qəbul olunmaq üçün müxtəlif orqanlara müraciət etmiş və o zaman həmin orqanlar ona verilmiş diplomum Təhsil Nazirliyindən qeydiyyatdan keçməsi barədə məktubun alınmasının zəruri olduğunu bildirmişlər. İddiaçı Təhsil Nazirliyinə müraciət etmiş və Nazirliyin Aparatının rəhbəri İ.Pirməmmədovun imzası ilə xx-xx-6597/65 saylı xx.xx.2013-cü il tarixli cavab məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “araşdırma nəticəsində aşağıda adı göstərilənlərin diplomu Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynalxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. İddiaçı B N:450368 (qeydiyyat nömrəsi N: 102)”.

22. Bundan başqa, qeyd edilmişdir ki, iddiaçıya verilmiş diplom blankının hüquqi əsası olmaması bildirilsə də, həmin sənədin o zaman onunla birlikdə ali təhsil müəssisəsində təhsil alan digər tələbələrə verilən diplom blanklarından nə ilə fərqləndiyi müəyyən edilməmişdir.

23. Kassasiyaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4.1, 68, 69, 70, 73, 74, 75 və 76-cı maddələrinə və İPM-nin 90, 90.2, 94.1 və 95-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yenidən baxıması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu: -2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədl ərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə

9. Dövlət qulluğu vəzifəsinin anlayışı Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. -13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. -14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu v əzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır -33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: -33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 26. 7 oktyabr 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanunu (19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) Maddə

8. Təhsil haqqında sənəd

1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsi ni hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.

27. Ali təhsilin bakalavr pilləsi üçün təhsil sənədlərinin nümunələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 1997-ci il tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 6 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir) Azərbaycan Respublikası Təhsil Qanununun 8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş nümunələri təsdiq edilsin (əlavə olunur).

28. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılar ının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qər ar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Əlavə olaraq Ali Məhkəmənin kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsinin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı 2004-2005-ci tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, test imtahanı nəti cəsində 166 bal toplayaraq heç bir ali təhsil müəssisəsinə qəbul olmamışdır. Belə ki, həmin il üzrə müsabiqədə iştirak balı 200 bal olaraq müəyyən edilmişdir. Bundan əlavə, Mərkəzin elektron arxiv məlumatlarında X2 (ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən iddiaçının hər hansı təhsil müəssisəsinə qəbul əmrinin verilməsi aşkar edilməmişdir. Göstərilən hala münasibətdə iddiaçı kassasiyanın dəlillərində qeyd etmişdir ki, o, 2004-cü tədris ilində Rusiya Federasiyasının Dağıstan ərazisində yerləşən Universitetinə daxil olmuş və 2005-ci il tarixdə köçürmə əsasında Azərbaycan Beynəlxalq Universitetinə keçirilmiş və bu barədə onunla Azərbaycan Beynəlxalq Universiteti arasında xx.xx.2005-ci il tarixdə müqavilə bağlanmışdır. Lakin bu halı təsdiq edən hər hansı bir sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir.

36. Göstərilənlərə əsasən, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının barəsində olan Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli, 71 nömrəli əmrinin ləğv edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə b ağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-368/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar