Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1856/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: işlədiyi dövrdə aldığı mükafatların pensiya təyini zamana nəzərə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil3, cavabdehin vəkili Vəkil2 iştirakı i lə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-985/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. İddiaçının adına açılmış əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, 28.10.1978-ci ildən 22.12.1980-ci ilədək Kirov rayon İcraiyyə Komitəsində təşkilatı şöbənin təlimatçısı, 21.09.19 82-ci ildən 01.04.1991-ci ilə qədər Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbənin təlimatçısı, 04.01.1991-ci ildən 17.04.1991-ci ilə qədər orada partiyanın rayon şöbəsinin partiya təşkilatçısı vəzifələrində işləmişdir.
3. İddiaçiya 01.04.2017-ci il tarixdən pensiya təyin olunmuşdur.
4. İddiaçı cavabdehə müraciət edərək, pensiya hesablanan zaman vəzifə maaşının üzərinə gəlməli olan mükafatlar, müavinətlər və 15% əlavələr də nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
5. Cavabdeh 03.10.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, pensiya hesablanan zaman vəzifə maaşının üzərinə gəlməli olan mükafatlar, müavinətlər və 15% əlavələr ona şamil edilə bilməz. Belə ki, iddiaçı işlədiyi dövrə uyğun olaraq aldığı mükafatları təsdiq edən sənəd təqdim etdikdən sonra qeyd edilən əlavələr pensiyasının üzərinə hesablana bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsində icraat
6. İddiaçı 09.10.2018-ci ildə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ixtisas dərəcəsinə görə əlavə haqqın, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın, dövlət qulluqçularına hər il verilən aylıq əmək haqqının 3 misli məbləğində mükafatın və növbəti məzuniyyətə çıxdıqda ödənilən bir aylıq vəzifə maaşı həcmində mükafat nəzərə alınmaqla əmək pensiyasının məbləğinin 01.04.2017-ci il tarixdən yenidən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1 972-ci ildən müxtəlif müəssisələrdə və vəzifələrdə işləmişdir, həmçinin dövlət qulluqçusu kimi hakimiyyət səlahiyyətlərini icra etmişdir. 01.04.2017-ci ildən pensiyaya çıxmışdır. Lakin ona təyin olunan pensiya düzgün hesablanmamışdır. Belə ki, pensiya hesablanan zaman hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, ixtisas dərəcəsinə görə əlavə haqq, vəzifə maaşının 3 misli müqabilində mükafat və vəzifə maaşının 1 misli həcmində ildə bir dəfə ödənilən maddi yardım nəzərə alınmamışdır.
8. İddiaçı 03.12.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasından əvvəl iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, ixtisas dərəcəsinə görə əlavə haqqın, vəzifə maaşının 3 misli məbləğində mükafat və vəzifə maaşının 1 misli həcmində ildə bir dəfə maddi yardım nəzərə alınmaqla əmək pensiyası məbləğinin 01.04.2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, dəqiqləşmə barədə ərizə Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.12.2018-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.
9. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı qazılı etiraz və mülahizə təqdim etməmişdir.
10. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-1(81)-313/2019 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya ixtisas dərəcəsinə görə əlavə haqq, vəzifə maaşının 3 misli müqabilində mükafat və vəzifə maaşının 1 misli həcmində ildə bir dəfə maddi yardım nəzərə alınmaqla əmək pensiyasının məbləğinin 01.04.2017-ci il tarixdən yenidən hesabla nmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya pensiya təyini zamanı tələb etdiyi mükafat, müavinət və əlavələr nəzərə alınmamış, bununla da onun Konstitusiyada təsbit olunmuş sosial təminat hüququ pozulmuşdur.
12. Cavabdeh Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 21(81)-313/2019 saylı qərarından apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2-1(103)-1030/2019 saylı qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) apel yasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş və iddia tələbi təmin edilməmişdir.
14. Apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında iddiaçının sözügedən əlavələri (ixtisas dərəcəsinə görə əlavə haqq, dövlət qulluqçularına hər il verilən aylıq əmək haqqının 3 misli məbləğində mükafat, növbəti məzuniyyətə çıxdıqda ödənilən bir aylıq vəzifə maaşı həcmində mükafat) alması halını təsdiqləyən sübut kimi istinad etdiyi hər hansı arayış və ya əmr məhkəməyə təqdim edilməmişdir. Həmçinin, apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi sənədlər Arxivi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan da görünür ki, iddiaçının 1982-1991-ci illərdə aldığı əmək haqları və mükafatlar qeyd edilmişdir. Lakin qeyd edilmiş cədvəllərdə iddiaçının iddia tələbində nəzərdə tutduğu əlavələri alması öz əksini tapmamışdır.
15. Cavabdehin nümayəndəsi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. c) kassasiya instansiyasında birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3137/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar apelyasiya baxışına göndərilmişdir.
17. Məhkəmə kollegiyası bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsinin özünün də 06 avqust 2019-cu il tarixli qərarınd a qeyd etdiklərindən göründüyü kimi, iddiaçının mükafatlar alması fakti işin təkzibolunmaz halıdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 13 iyun 2019-cu il tarixli, 146 saylı arayışında da qeyd edilir ki, İddiaçı 1982-1986-cı illərdə 9 dəfə, 1987-1990-cı illərdə isə 8 dəfə mükafat almışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin “iddiaçının sözügedən əlavələri alması halını təsdiqləyən sübut kimi istinad etdiyi hər hansı arayış və ya əmrin məhkəməyə təqdim edilməməsi” barədə hüquqi mövqeyi yanlış olmaqla yanaşı, İPM-in 12.1, 58.7-ci maddələrinin pozulması kimi qiymətləndirilir. d) apellyasiya instansiya məhkəməsində ikinci icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2-1(103)-243/2020 saylı qərarı ilə (sədrlik edən: M.N.Tagızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, İddiaçı bir vəzifə maaşı həcmində müavinətin və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınması, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə dövlət qulluqçusu pensiyaya çıx anadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Bununla yanaşı, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin təhlilindən müəyyən olunur ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizə sindən asılı olaraq verildiyi halda, bir qrup əlavələr isə dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilməlidir. Göstərilənlərə əsasən, məzuniyyətə çıxarkən verilən 1 vəzifə maaşı həcmində müavinət və hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavədir. Ona görə də, iddiaçıya bir aylıq vəzifə maaşı həcmində müavinət və ha kimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın dövlət qulluğu üzrə pensiya təyin edildiyi tarixdən pensiyanın tərkibində nəzərə alınmaqla hesablanılması qanunun tələblərinə uyğundur. İddianın mükafata görə əlavə haqqın nəzərə alınması tələbinə münasibətdə, məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 13 iyun 2019-cu il tarixli, 146 saylı arayışına əsasən İddiaçı 1982-1986-cı illərdə 9 dəfə, 1987-1990-cı illərdə isə 8 dəfə mükafat almışdır. İşin hallarından müəyyən olunur ki, adı çəkilən mükafatlar cavabdehin pensiya təyini zamanı nəzərə alınmadığı və hazırki halda iddiaçının mübahisələndirdiyi mükafatlar deyil. İddiaçı hazırki dövrdə qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunla dövlət qulluqçusuna verilən mükafatların nəz ərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Qanunvericiliyə görə dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən qanunvericilikdə birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığından və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə yeni qanunvericiliklə nəzərdə tutulmuş üç vəzifə maaşı mislində mükafatın nəzərə alınmasını xahiş etmişdir ki, həmin mükafatlar iddiaçıya aid edilə bilməz. Bundan əlavə, qanunvericiliyə əsasən dövlət qulluqçusuna hansı ixtisas dərəcəsinin verilməsi müvafiq dövlət orqanının rəhbəri tərəfindən onun mülahizəsinə əsasən həll edilir. Bundan başqa, ixtisas dərəcəsinə görə əlavələr həmin ixtisas dərəcəsinə uyğun olaraq yalnız ixtisas dərəcəsinin verildiyi gündən başlayaraq ödənilə bilər. İş materiallarından isə iddiaçıya qulluq etdiyi dövrdə ixtisas dərəcəsinin verildiyi görünmür. Buna görə də iddia 3 vəzifə maaşı mislində mükafat və ixtisas dərəcəsinə görə əlavə haqqın pensiya hesablanarkən nəzərə alınması hissəsində əsaslı olmadığından təmin edilə bilməz.
20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2-1(103)-243/2020 saylı qərarından iddiaçı şikayət verərək qərarın “dövlət qulluqçularına hər il verilən aylıq əmək haqqının 3 misli məbləğ ində mükafatın nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” tələbinin rədd olunması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir.
21. Eyni zamanda cavabdeh Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2-1(103)-243/2020 saylı qərarından kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. e) kassasiya instansiyasında ikinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1-(102)1192/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.Ə.Şəfiyev, hakimlər: Z.M.Quliyev və R.S.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanva r 2020-ci il tarixli 2- 1(103)-243/2020 saylı qərarı “İddiaçı bir vəzifə maaşı həcmində müavinətin və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınması, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi” hissəsində və “3 vəzifə maaşı mislində mükafatın nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilişdir.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pensiyanın yenidən hesablanması tələbinə dair bütün işlərdə pensiya işi tələb edilməli, tədqiq olunub təsdiqlənmiş surəti işə əlavə olunmalıdır. Çünki, bu iddialar üzrə məhkəmə tədqiqatının tərkib hissəsinə həm də inzibati orqanın apardığı inzibati icraat daxildir. Ona görə də iddiaçıya nə vaxt, hansı əsaslarla pensiya təyin olunması, pensiyanın məbləğinin hesablanması zamanı hansı əlavələrin nəzərə alınması yalnız pensiya işində olan sənədlər əsasında müəyyən oluna bilər. Lakin pensiya işinin araşdırılması iş materiallarından müəyyən olunmur. Bundan əlavə, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya iddia tələbini dəqiqləşdirməkdə yardım etməli və hansı mükafatların nəzərə alınmaqla pensiyasının yenidən hesablamasını tələb etdiyini aydınlaşdırmalıdır. İddiaçının tələb etdiyi əlav ələrin pensiya hesablanması zamanı nəzərə alınması ilə bağlı tələbinə Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla və işin halları hərtərəfli araşdırılmaqla baxılmalıdır. f) apellyasiya instansiyasında üçüncü icraat
24. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28.10.197822.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində təşkilati şöbənin təlimatçı vəzifəsini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.17-ci bəndində nəzərdə tutulmuş rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna ol maqla) aparatında böyük məsləhətçisi vəzifəsinə; 21.09.1982-01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsinin təşkilati şöbəsinin instruktor vəzifəsini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.6-ci bəndində nəzərdə tutulmuş Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdıraraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın, bir vəzifə maaşı həcmində müavinətin, vəzifə maaşının 3 misli müqabilində mükafatın nəzərə alınması, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-985/2021 saylı, 10 iyun 2021-ci il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-985/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: A.Ə.Hüseyn və S.İ.Bəktaşi) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.01.2019-cu il tarixli, 2-1(81)- 313/2019 saylı qərarı dəyişdirilmiş, iddia tələbinə dəqiqləşmə barədə ərizə nəzərə alınmaqla, İddiaçı 28.10.1978 - 22.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində işlədiyi təşkilati şöbənin təlimatçı; 21.09.1982 - 01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbənin instruktoru vəzifələrini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının müvafiq olaraq 1.17-ci və 1.6-cı bəndlərində nəzərdə tutulmuş rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzif əsinə uyğunlaşdıraraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, bir vəzifə maaşı həcmində müavinət, vəzifə maaşının 3 misli müqabilində mükafat nəzərə alınaraq, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən - 30.03.2017-ci il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 22.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində təşkilati şöbənin təlimatçı vəzifəsi AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dö vlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1.17-ci bəndində nəzərdə tutulmuş Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə; 21.09.1982 - 01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbənin instruktor vəzifəsi AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısının 1.6-ci bəndində nəzərdə tutulmuş Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyə ti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmalıdır. Bundan əlavə, pensiya işində olan məlumatlardan görünür ki, iddiaçıya qanunvericiliyin tələblərinə zidd olaraq 30.03.2017-ci il tarixdən pensiya dövlət qulluqçusu kimi 270 manat əmək haqqı nəzərə alınmaqla hesablanmışdır. Pensiya işində olan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 09.2019-cu il tarixli sərəncamından görünür ki, İddiaçı 01.09.2019-cu il tarixdən dövlət qulluqçusu kimi pensiya 239,70 manat məbləğində müəyyən edilsə də, hansı vəzifə maaşından hesablanması göstərilməmişdir. Həmçinin, pensiya işindən yuxarıda adı çəkilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının qu lluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi görünmür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qaydaların 10-cu bəndinə əsasən, qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyası təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. Məhkəmə hesab edir ki, dövlət qulluqçularına hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən 15 faiz əlavə, habelə dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda ödənilən 1 aylıq vəzifə maaşı həcmində müavinət iddiaçının uyğunlaşdırılmış dövlət qulluğu vəzifəsi üzrə onun əmək haqqında baş verən artımlar kimi qiymətləndirilməlidir. İşin araşdırılmış halları ilə cavabdeh tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilərkən qanunvericiliyin tələbləri pozulmaqla hesablandığı müəyyən edilir.
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-985/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
29. Kassasiya şikayətində cavabdeh qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının dövlət qulluqçusu vəzifələrində işlədiyi müddətdə ümumiyyətlə hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% miqdarında pul təminatı ödənilməmişdir.
30. Daha sonra qeyd edilir ki apelyasiya instansiyası məhkəməsi tərəfindən hesab edilmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmalıdır. Halbuki, həmin müavinətin verilməsinə Azərbaycan Respublikası Prezidentinin 23.10.2003-cü il tarixli, 948 saylı Fərmanına əsasən, 01 yanvar 2003-cü il tarixindən başlanılm ışdır, yəni iddiaçı həmin müavinəti heç vaxt almamış, həmin müavinətdən sığorta ödənişi həyata keçirməmişdir.
31. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 774 nömrəli, 22 avqust 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndi ilə hər il üçün dövlət qulluqçularına müəyyən olunmuş aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulduğu qeyd olunmuşdur. Bu isə həmin vəsaitlərin mütləq qaydada verilməli olması anlamına gəlmir. Belə olan halda, mükafat fərdi xarakterli olduğuna görə, yalnız müvafiq qaydada şəxsən alındığı və bunu təsdiq edən arayış təqdim edildiyi halda əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilər. İddiaçı isə həmin mükafatları almış olsa belə, həmin mükafat və əlavələrdən məcburi dövlət sosial sığorta haqqı tutulmadığı açıq-aşkardır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
33. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
34. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ 1.Hər kəsin sosial təminat hüququ vardır.... 3.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 36. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
22. Dövlət məvacibi: 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq satjına və s. görə verilən əlavələr) ibarətdir. Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövl ət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Maddə
24. Dövlət qulluqçularının mükafatlandırılması 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericil iklə müəyyənləşdirilir.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə tam riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
41. Hazırkı iş üzrə iddiaçının təmin olunan tələbi aşağıdakılardan ibarətdir: - hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın; - bir vəzifə maaşı həcmində müavinətin; - vəzifə maaşının 3 misli müqabilində mükafatın pensiyanın hesablanması zamanı nəzərə alınması. 42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir... pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.
43. Məhkəmə kollegiyası iddiaçının “hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləği ndə əlavə haqqın və bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınması ilə pensiyanın yenidən hesablanması” tələbi ilə bağlı apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Qanunvericilik əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Bununla yanaşı, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində ver ilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında da qeyd edildiyi kimi, o əlavələr (mükafatlar, müavinətlər) pensiyanın hesablanmasında nəzərə alına bilər ki, həmin əlavələr vaxtilə şəxsin dövlət məvacibinin tərkibinə daxil olsun və həmin əlavələrdən məcburi sosial sığorta haqqı ödənilmiş olsun.
44. Bu baxımdan, iddiaçının işlədiyi dövrdə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq və bir vəzifə maaşı həcmində müavinəti alması iş materialları ilə öz təsdiqini tapmadığından, qeyd edilən əlavələrin (hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq və bir vəzifə maaşı həcmində müavinət) pensiya məbləğinin yenidən hesablanması zamanı nəzərə alınması qanunsuzdur və bununla bağlı apellyasiya instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. Cavabdehin həmin əlavələri pensiyanın hesablanması zamanı nəzərə almaqdan imtinası isə qanuni olmuşdur.
45. Məhkəmə kollegiyası iddiaçının “vəzifə maaşının 3 misli müqabilində mükafatın pensiyanın hesablanması zamanı nəzərə alınması” tələbi ilə bağlı isə qeyd edir ki, iş materiallarında AR Prezidentinin İşlər İdarəsinin X1 məhkəməyə ünvanlandığı 13.06.2019cu il tarixli, 146 nömrəli arayışda arxivdə saxlanılan maliyyə sənədlərinə əsasən, H.X. Talıbovun 09.1982-04.1991-ci ilə kimi Kirov rayon partiya komitəsinin təlimatçısı və partiya təşkilatçısı vəzifələrində çalışdığı, cədvəl üzrə əmək haqqı (rubl ilə) aldığı, 1982-1990-cu illərdə m ükafat (1982-ci ilin noyabr - 45, 1982-ci ilin aprel - 85, noyabr - 90, 1984-cü ilin iyun - 130, oktyabr - 132, 1985-ci ilin aprel -200, oktyabr - 200, 1986-cı ilin iyul – 310, dekabr – 310, 1987-ci aprel -200, noyabr - 200, 1988-ci ilin iyun200, noyabr – 200, 1989-cu ilin iyun200, dekabr -30, 1990-cu ilin iyun – 305, dekabr - 305 ) aldığı müəyyən edilir.
46. Göründüyü kimi, iddiaçının işlədiyi dövrdə mükafat alması iş materialları ilə təsdiqlənir. Belə olan halda isə, cavabdehin iddiaçının pensiyasını hesablayarkən aldığı mükafatları nəzərə almaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının pensiyası yenidən hesablanarkən onun işlədiyi müddətdə aldığı mükafatların nəzərə alınmalı olması barədə nəticə ilə razılaşır.
47. Məhkəmə kollegiyası ape llyasiya instansiya məhkəməsinin “28.10.197822.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində işlədiyi təşkilati şöbənin təlimatçı; 21.09.1982-01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbəsinin instruktor vəzifələrini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” S iyahısının müvafiq olaraq 1.17-ci və 1.6-cı bəndlərində nəzərdə tutulmuş rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçisi vəzifəsinə uyğunlaşdırılmalı olmasına dair hüquqi nəticəsi ilə bağlı kollegiya hesab edir ki, bu məsələ ilə bağlı apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab etməklə, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən - hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% məbləğində əlavə haqq və bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-985/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarı qismən- hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% məbləğində əlavə haqq və bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınması hissəsində ləğv edilsin və eyni hissələrdə iddia rədd edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.