Məhkəmə qərarları › İş №2-1(102)-1856/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1856/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1856/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-331/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixə qədər Azərbaycan Respublikası Cavabdehndə xidmət etmişdir.

2. İddiaçı barəsində Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş intizam tənbehinin tətbiq edilməsi haqqında 1036/ş saylı 10 sentyabr 2020-ci il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, iddiaçı- Nazirliyin 1-ci ərazi X15 İdarəsinin X15 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı, xidməti vəzifələrini kobud şəkildə pozaraq təhkim olunmuş ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət-baxış qovluqlarına əlavə etməmiş, yanğın-texniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxm ayaraq, əksəriyyətində onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməmiş, bəzi obyektlər dislokasiya üzrə qeydiyyata almamış, nəzarət-baxış qovluqlarını tərtib etməmiş, həmin idarənin rəisi, daxili xidmət polkovnik-leytenantı X7, X15 şöbəsinin rəisi, daxili xidmət mayoru X1 və şöbə rəisinin müavini, daxili xidmət polkovnik-leytenantı X4 tabeliklərindəki əməkdaşın fəaliyyətinə lazımi qaydada nəzarət etməmiş, bununla da onlar “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsinin tələblərini pozmuşlar. Qeyd olunanlar nəzərə alınaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.2, 31.1.8, 31.1.4, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və “Azərbaycan Respublikasının Cavabdeh haqq ında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq Nazirliyin 1-ci ərazi X15 İdarəsinin X15 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə fövqəladə hallar orqanlarından xaric edilmişdir.

3. Sözügedən əmrin verilməsi üçün əsas olan, cavabdeh orqanın əməkdaşları X15 Xidmətinin Xüsusi Nəzarət Şöbəsinin rəis müavini X18, həmin Şöbənin böyük inspektoru X5, 1-ci ərazi X15 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəisi X3, həmin Şöbənin rəis müavini X6, 1-ci ərazi X15 İdarənin Dəftərxana rəisi X8 tərəfindən imzalanmış yoxlama aktında isə iddiaçının fəaliyyətində aşağıdakı nöqsanların aşkar olunduğu qeyd olunur: - “... nazirliyin 1-ci ərazi X15 İdarəsinin X15 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı xidməti yoxlanılmışdır. İddiaçı təhkim olunmuş xidməti ərazisində (18-19-20-ci sahələrdə) 162 obyekt, onlardan 15 dövlət, 3 bələdiyyə, 144 özəl obyekt mövcuddur. Yoxlama zamanı yanğın-texniki müayinə keçmiş obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına baxmayaraq bir neçəsinin VÖEN-i olduğu halda, həmin məlumatları Ədliyyə Nazirliyinin Vahid Məlumat Reyestrinə daxil etməmiş, təhkim olunmuş obyektlərin bir neçəsinin VÖEN-i toplanmamış, VÖEN-siz fəaliyyət göstərilən obyektlər barədə idarə rəhbərliyinə təqrirlə məruzə etməmiş, əksəriyyət obyektlərin qovluqlarına lazımi sənədlər toplanmamış və obyektin qovluğunu nümunəvi yanğın-nəzarət müşahidə qovluğunun tələblərinə uyğun tərtib etməmişdir. Təhkim olunduğu xidməti ərazisində (18- 19-20-ci sahələr) inspektorların iş fəaliyy ətinə nəzarəti zəif apararaq vəzifəsini tam icra etməmişdir.

4. İddiaçıdə xidməti iş fəaliyyətinin yoxlanması barədə tərtib edilmiş 01 sentyabr 2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, 1-ci ərazi X15 İdarəsinin X15 Şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyəti Xüsusi Nəzarət Şöbəsi tərəfindən yoxlanılmış, daxili xidmət mayoru İddiaçı 2019-cu il tarixdən 18, 19 və 20-ci sahələrə böyük inspektor kimi təhkim olunmuşdur. Təhkim olunduğu xidməti sahələrdə 162 obyekt mövcuddur. Bunlardan 15 ədədi dövlət, 3 ədədi bələdiyyə, 144 ədədi isə sahibkarlıq subyektlərinə məxsusdur. İddiaçı xidməti fəaliyyətinin yoxlanılması zamanı təhkim olunduğu ərazidə yerləşən obyektlərin əksəriyyəti barəsində lazımi sənədləri qovluqlara əlavə etmədiyi, qovluqları nümunəvi “yanğın nəzarət müşahidə” qovluğunun tələblərinə uyğun tərtib etmədiyi, yanğın-texniki müayinə keçirdiyi obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarını aşkar etməsinə baxmayaraq ancaq bir neçəsi barədə inzibati xəta haqqında protokol tərtib etdiyi, sahibkarlıq subyektlərinin əksəriyyətinə tövsiyə məktublarını təqdim etmədiyi, obyektlərin bir neçəsinin (siyahı arayışa əlavə olunur) VÖEN-İ olduğu halda, həmin obyekt haqqında məlumatları Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri”nə daxil etmədiyi, obyektlərin bir neçəsinin VÖEN-lərini toplamadığı, VÖEN olmayan obyektlər barədə İdarə rəhbərliyinə təqrirlə məruzə etmədiyi məlum olmuşdur. Böyük inspektor kimi təhkim olunduğu (18, 19 və 20-ci sahələr) xidməti sahəsində 23 ə dəd yanğın su hovuzundan 9-da yoxlamalar aparmamışdır. İddiaçı təhkim olunduğu xidməti ərazisinə baxış keçirilən zaman bir neçə obyektin dislokasiyada qeydiyyata alınmadığı, obyektlərin bir neçəsinin isə dislokasiyada qeydiyyata alınmasına baxmayaraq “yanğın-nəzarət müşahidə" qovluqlarının tərtib edilmədiyi məlum olmuşdur. Yoxlamanın nəticəsi ilə əlaqədar İddiaçı izahatı alınmış və aktlaşdırılmışdır, izahatında o, İdarə rəhbərliyi tərəfindən ona verilmiş tapşırıqların çox olmasını əsas gətirərək 2019-cu ildə obyektlər haqqında məlumatları Reyestr sisteminə daxil edə bilmədiyini bildirmişdir. Xidməti ərazisində obyektlərin sahibləri yerlərində olmadığına görə tövsiyə məktublarını təqdim edə bilmədiyini, obyektlərin bəzilərinin VÖEN olmadan fəaliyyət göstərməsi barədə təqrirlərin yazılmasını tabeçiliyində olan inspektorlara tapşırdığını, qovluqların nümunəvi yanğın-nəzarət müşahidə qovluğuna uyğun tərtib edə bilmədiyini isə Xidməti tapşırıqların çox olması ilə əlaqələndirmişdir İddiaçı xidməti fəaliyyətinin yoxlanılmasının nəticəsinə əsasən 1- ci ərazi DYNİ- DYNŞ-nin rəisi daxili xidmət mayoru Elmar Məmmədovun və həmin şöbənin rəis müavini daxili xidmət polkovnik-leytenantı Rauf Ələsgərovun da izahatları alınmışdır. Hər ikisi işlərin müvafiq qanunvericiliyə uyğun görülməsi barədə tələbləri mütəmadi olaraq şöbənin əməkdaşlarının nəzərlərinə çatdırdıqlarına baxmayaraq, işlərində dönüş yaratmadıqlarını bildirmişlər. Həmçinin İddiaçı xidməti fəaliyyətinin şöbə tərəfindən yoxlanılmadığını da izahatlarında bildirmişlər. 1-ci ərazi DYNİ-nin rəisi daxili xidmət polkovnik-leytenantı İ smayıl Həşimovun izahatı alınmışdır. İzahatda o, İdarə əməkdaşlarının xidməti fəaliyyətlərinin yoxlanılması barədə, xidməti ərazidə yerləşən obyektlərin sayının dislokasiya üzrə uyğunluğunun yoxlanılması barədə, xidməti ərazisinin dislokasiyasında olmayan obyektlərin aşkar olunaraq dislokasiyaya qeydiyyata alınması barədə, xidməti ərazidə VÖEN olmadan fəaliyyət göstərən obyektlər barədə tərəfindən “Əmr”lər imzalamadığını bildirmişdir (izahat arayışa əlavə olunur). Bildirilmişdir ki, 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə Xidmət rəisinin xx.xx.2017-ci il tarixli, 0183/ş nömrəli əmri ilə “Xəbərdarlıq” elan edilmiş, toplanmış materiallara əsasən belə qənaətə gəlmək olur ki, daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmamış, tabeçiliyində olan inspektorların işlərinə nəzarəti zəif həyata keçirərək öz funksional vəzifəsini icra etməmişdir. Bununla da o, “X15 orqanların X20 Təlimat’ın, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsinin, İnzibati Xətalar Məcəlləsinin və Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur.

5. Azərbaycan Respublikasının Cavabdeh 1036/ş saylı xx.xx.2020-ci il tarixli əmri ilə fövqəladə hallar orqanlarından xaric olunmuşdur İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bаkı İnzibаti Məhk əməsinə iddiа ərizəsi ilə mürаciət еdərək, cavabdeh Аzərbаycаn Rеspublikаsı Cavabdeh xx.xx.2020-ci il tarixli,1036/ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa olunması və buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını хаhiş еtmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdən yanğından mühafizə orqanlarında işə qəbul olunmuşdur. xx.xx.2020-ci ilədək daxili xidmət mayoru xüsusi rütbəsində Cavabdeh X15 Xidmətinin 1-ci Ərazi X15 İdarəsinin X15 şöbəsinin böyük inspektoru vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixli,1036/ş nömrəli əmrlə fövqəladə hallar orqanından xaric edilmişdir. Hesab edir ki, həmin əmr (inzibati akt) qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əmrdə normativ əsaslandırma kimi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.2, 31.1.8, 31.4, 31.5 və 33.1.12-ci maddələrinə istinad olunsa da, iddiaçının hərəkətlərində həmin halların mövcudluğuna dair hər hansı fakt mövcud olmamışdır. İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, inzibati orqanın qanunsuz əmri nəticəsində iş buraxdığına görə, ona xidmətdən xaric olunduğu gündən xidmətə bərpa olunacağı günədək əmək haqqı ödənilməlidir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının xidməti fəaliyyəti yoxlanılmış, yoxlamanın nəticəsi ilə əlaqədar akt tərtib edilmiş və bu barədə ondan izahat alınmış, həmin izahatda iddiaçı kobud pozuntulara yol verməsinin səbəbi kimi tutarlı bir əsas göstərməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2 -1(112)-1919/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakim M. Hacıbəyova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət-baxış qovluqlarına əlavə etməmiş, yanğın-texniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, əksəriyyət hallarda onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməmiş və bəzi obyektləri dislokasiya üzrə qeydiyyata almamışdır, həmçinin nəzarət-baxış qovluqları tərtib etməmişdir. İddiaçı həmin nöqsanları cavabdehin adına verdiyi izahatında da etiraf etmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunma sını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-214/2022 nömrəli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), H.Həmidov və E.Nağıyeva) Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, 1036/ş №-li əmri iddiaçının xidmətdən xaric edilməsi hissəsində ləğv edilmiş, İddiaçı xidmətə bərpa olunması və buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsi cavabdehə həvalə edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının fəaliyyəti ilə bağlı tərtib olunmuş yoxlama aktına, mübahisələndirilən əmrin məzmununa, işdə iş tirak edən şəxslərin izahatlarına və şahid ifadələrinə, tədqiq olunan digər sübutlara əsasən müəyyən olunmuşdur ki, iddiaçı barəsində inzibati icraat cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarına uyğun aparılmamış, onun xidmətdən xaric edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(102)-885/2022 nömrəli qərarı ilə (hakimlər: Səyyad Kərimov (sədrlik edən və məruzəçi), Zakir Quliyev və Rahib Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 y anvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına münasibətdə qeyri-müəyyən (hazırkı mübahisədə “kobud”) anlayışlardan istifadə olunduğu hallarda, məhkəmə qiymətləndirmə azadlığından istifadə zamanı inzibati orqanın hansı obyektiv meyarlara əsaslandığını, həmin meyarların yolverilənliyini və yararlığını, inzibati orqanın inzibati praktikasına uyğunluğunu yoxlamağa və bunun üzərindən qiymətləndirmənin düzgünlüyünü müəyyən etməyə haqlıdır. Apellyasiya məhkəməsi tərəfindən mübahisəyə dair iş üzrə araşdırma istinad olunan pozuntuların iddiaçının xidməti vəzifələrinə bağlı və onun məsuliyyət sferasına aid olduğunun müəyyən edilməsi, habelə həmi n pozuntuların kobud pozuntu kimi qiymətləndirilməsi əsaslarının və kriteriyalarının müəyyən olunması istiqamətində aparılmalı idi. Bu məqsədlə apellyasiya məhkəməsi pozulması iddia edilən xidməti vəzifələrin iddiaçının funksional vəzifələrinə aid olduğunu təsbit edən müvafiq normativ sənədləri, o cümlədən iddiaçının xidmət keçdiyi şöbə üzrə vəzifəli şəxslərin vəzifə bölgüsü haqqında təlimatı, əmri və ya hər hansı digər sənədi tələb edərək araşdırmağa, bunun üzərindən həmin sənədlərə əsasən iddiaçının xidməti vəzifələrinin dairəsini (məsələn, yoxlamanın reyestrdə qeydiyyatdan keçirilməsinin, eyni zamanda müayinənin keçirildiyi obyektlərdə aşkar olunmuş pozuntu faktları üzrə müvafiq qərarların, o cümlədən məsuliyyətə cəlb olunma barədə qərarın qəbul edilməsinin iddiaçının funksional vəzifəs inə aid olub-olmamasını) müəyyən etməyə və yalnız bundan sonra iddiaçı tərəfindən onun xidməti vəzifələrinə aid hansı vəzifələri hansı şəkildə pozulduğunu yoxlamağa borcludur. Bundan əlavə, iddiaçının xidməti vəzifələrinin cavabdeh tərəfindən iddia olunan pozuntusunun baş verib-vermədiyi və həmin pozuntuların kobud pozuntu kimi qiymətləndirilməsi üçün cavabdehin əsaslandığı meyarlar, eləcə də cavabdehin qiymətləndirməsinin həmin kriteriyalara uyğunluğu da apellyasiya məhkəməsi tərəfindən qeyd edilən ardıcıllıqla araşdırılmalıdır. İddiaçı tərəfindən ona təhkim edilmiş hansı obyektə münasibətdə hansı pozuntuya yol verildiyi, pozuntunun yol verildiyinin müəyyən olunduğu halda onun xarakteri və məzmunu ümumi şəkildə deyil, konkret şəkildə müəyyən olunmalı, pozuntunun nədən ibarət olduğu, konkr et nədə ifadə olunduğu, hansı normativ əsasları pozduğu aydın göstərilməlidir. Nəzərə alınmalıdır ki, qeyd edilən xüsusatların araşdırılması iş üzrə obyektiv qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-331/2023 nömrəli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X11) Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin 1036/ş saylı 10 sentyabr 2020-ci il tarixli əmri ləğv edilmiş, iddiaçının Azərbaycan Respublikasının Cavabdeh X15 Xidmətinin 1-ci Ərazi X15 idarəsinin X15 şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə ona əmək haqqı ö dənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tədqiq olunan yoxlama aktında iddiaçı tərəfindən nəzarət-baxış qovluqlarının tərtib edilmədiyi qeyd olunsa da, hələ birinci apellyasiya baxışında verilmiş şahid ifadələrindən də müəyyən olunmuşdur ki, qovluqlar mövcud olmuşdur. Belə ki, məhkəmənin tələbi ilə cavabdehin nümayəndəsi tərəfindən qovluqlardan nümunələr təqdim olunmuşdur ki, həmin qovluqlarda da obyektlər barədə müvafiq məlumatların mövcud olduğu müəyyən edilmişdir. Yoxlama aktında, konkret olaraq hansı obyektlərə dair qovluqların tərtib olunmadığı isə sadalanmamışdır. Digər tərəfdən, mübahisələndirilən əmrdə bəzi obyektlərin dislokasiya üzrə qeydiyyata alınmadığı “kobud pozuntular” sırasında adı hallansa da, tədqiq olu nan xx.xx.2020-ci il tarixli yoxlama aktında bu barədə faktlar qeyd olunmamışdır. Qeyd olunan əməkdaşların şahid ifadələrindən isə görünür ki, iddiaçıya təhkim olunmuş, lakin qeyd edilməyən dislokasiyadan kənar obyektlər aşkar edildiyi təsdiq olunmur. Eyni zamanda, məhkəməyə təqdim olunmuş 1-ci ərazi X15 İdarəsinin rəisi İsmayıl Haşımova ünvanlanmış yoxlamadan əvvəlki dövrə (xx.xx.2020, xx.xx.2020 və s.) təqrirlərdən görünür ki, sahədə dislokasiyadan kənar obyektlərin mövcud olmadığı məruzə olunmuşdur. İddiaçı barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli arayışda sadalanan nöqsanın hər hansı biri onun fəaliyyətinin yoxlanmasından təxminən 10 gün əvvəl- 17-20 avqust 2020-ci il tarixdə keçirilmiş kompleks yoxlama zamanı aşkarlanmamışdır, belə ki, İddiaçı aşkarlanan nöqsanlarından hər ha nsı biri kompleks yoxlama nəticəsində tərtib olunmuş arayışda sadalanan 24 adda nöqsan sırasında öz əksini tapmamışdır. Bununla yanaşı, məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi özü də kompleks yoxlama ilə bağlı tərtib edilmiş arayışda sadalanan 24 adda nöqsanın hər hansı birinin iddiaçı barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışda qeyd olunan nöqsanlarla bağlı olmadığını, həmçinin kompleks yoxlama zamanı aşkarlanan 24 adda nöqsandan istənilən birinin İddiaçı təqsirliliyi ucbatından baş vermədiyini təsdiqləmişdir. Həmin araşdırma çərçivəsində pozulması iddia edilən xidməti vəzifələrin iddiaçının funksional vəzifələrinə aid olduğunu təsbit edən müvafiq normativ sənədlər, o cümlədən iddiaçının xidmət keçdiyi şöbə üzrə vəzifəli şəxslərin vəzifə bölgüsü haqqında təli mat, əmr və ya hər hansı digər sənəd, iddiaçının xidməti vəzifələrinin dairəsini (məsələn, yoxlamanın reyestrdə qeydiyyatdan keçirilməsinin, eyni zamanda müayinənin keçirildiyi obyektlərdə aşkar olunmuş pozuntu faktları üzrə müvafiq qərarların, o cümlədən məsuliyyətə cəlb olunma barədə qərarın qəbul edilməsinin iddiaçının funksional vəzifəsinə aid olubolmamasını) müəyyən edən sənədlər cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sözügedən sənədlərin təqdim olunmaması səbəbindən cavabdeh orqan iddiaçının xidməti vəzifələrinin iddia olunan pozuntunun baş verdiyinə və həmin pozuntuların da “kobud pozuntu” kimi qiymətləndirilməsi üçün əsaslandığı meyarlar, eləcə də inzibati orqanın qiymətləndirməsinin həmin kriteriyalara uyğunluğunu əsaslandıra bilməmişdir. Bundan başqa, i ddiaçı tərəfindən ona təhkim edilmiş hansı obyektə münasibətdə hansı pozuntuya yol verildiyi, pozuntunun yol verildiyinin müəyyən olunduğu halda onun xarakteri və məzmunu ümumi şəkildə deyil, konkret şəkildə göstərilməmiş, pozuntunun nədən ibarət olduğu, konkret nədə ifadə olunduğu, hansı normativ əsasları pozduğu aydın göstərilməmişdir. İddiaçının fəaliyyəti dövründə onun tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından hər hansı birinə yol verilməmişdir, belə ki, məhkəmə icraatlarında bu barədə cavabdeh inzibati orqanın da hər hansı arqumenti olmamışdır. İddiaçının valideynləri - atası X13 və anası X12 İİ qrup əlildirlər. İddiaçı işdən azad olunarkən işin bu halı da cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Halbu ki Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu zaman kollegiya nəzərə alır ki, iddiaçı barəsində tətbiq edilmiş intizam tənbehi (fövqəladə hallar orqanlarından xaric edilmə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində və 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan müddəalarla eynilik təşkil etmişdir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri, apellyasiya və kassasiya instansiya məhkəməsinin əsaslandırmalarını sadalanmış, Azərbaycan Respublikasında Dövlət X2 X20 Təlimatın normalarını qeyd etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi pozuntuların kobud pozuntu olubolmamasına inzibati orqanın mövqeyindən qiymətləndirməli idi. Əmrdə göstərilən hallar ilk növbədə insanların həyatını, sağlamlığını və onların mülkiyyətini yanğın təhlükəsizliyindən qorumağa yönəlmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən İPM-in 14.1-ci maddəsinin tələbləri araşdırılmamışdır. Belə ki, mübahisələndirilən inzibati aktı qəbul edilməsi ilə əlaqədar cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən kifay ət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31-ci, İnzibati-Prosessual Məcəllənin 14-cü, Mülki Prosessual Məcəllənin 420-ci maddələrinin tələblərini pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbay can Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzi fəyə təyin edilir); 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. 31.2. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.3. Xidməti intizamı pozduğuna görə fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsi (daxili xidmət sıravisi, tibb xidməti sıravisi, daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. 31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi v ə ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə fövqəladə hallar orqanları işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər.

23. Əmək Məcəlləsi Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənaf eyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

24. İnzibati Prosessual Məcəllə: a) Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmə lərinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi əmrinin ləğv edilməsinin, xidmətə bərpa olunmas ının və buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmrə əsas olan yoxlama aktını imzalayan əməkdaşların şahid ifadələri ilə müəyyən olunmuşdur ki, Elmar Məmməd ov, Rauf Ələsgərov və İbrahim Hacıyev yoxlamada iştirak etməmiş, sadəcə yoxlama barədə 28 avqust 2020-ci il tarixli aktı sonradan imzalamışlar. Hacı Hacıyev isə yoxlamada iştirak etdiyini bildirsə də, onun tərəfindən nələr yoxlandığını, nəyi və hansı konkret faktların aşkar edildiyi detalları ilə açıqlaya bilməmiş, sadəcə olaraq tapşırıq əsasında yoxlama aparıldığını bildirmiş, Cabir İsgəndərov isə yoxlamada nöqsanların aşkarlanmasında iştirak etdiyini bildirsə də, iddiaçıya təhkim olunmuş 162 obyektin hamısının qovluğunun olub-olmadığını bilmədiyini qeyd etmişdir. Ümumiyyətlə, hər iki şahid yoxlamada konkret nəyi yoxladıqlarını, yoxlamanın detallarını açıqlaya bilməmişdir.

33. Göründüyü kimi, tədqiq olunan yoxlama aktında iddiaçı tərəfindən nəzarətbaxış qovluqlarının tərtib edilmədiyi qey d olunsa da, hələ birinci apellyasiya baxışında verilmiş şahid ifadələrindən də müəyyən olunmuşdur ki, qovluqlar mövcud olmuşdur. Belə ki, məhkəmənin tələbi ilə cavabdehin nümayəndəsi tərəfindən qovluqlardan nümunələr təqdim olunmuşdur ki, həmin qovluqlarda da obyektlər barədə müvafiq məlumatların mövcud olduğu müəyyən edilmişdir. Yoxlama aktında, konkret olaraq hansı obyektlərə dair qovluqların tərtib olunmadığı isə sadalanmamışdır.

34. Bundan əlavə, xx.xx.2020-ci il tarixli yoxlama aktında obyektlərin dislokasiya üzrə qeydiyyata alınmadığına dair faktlar qeyd olunmamışdır. Qeyd olunan əməkdaşların şahid ifadələrindən isə görünür ki, iddiaçıya təhkim olunmuş, lakin qeyd edilməyən dislokasiyadan kənar obyektlər aşkar edildiyi təsdiq olunmamışdır. Eyni zamanda, məhkəməyə təqdim olunmuş 1-ci ərazi X15 İdarəsinin rəis İsmayıl Haşımova ünvanlanmış yoxlamadan əvvəlki dövrə (xx.xx.2020, xx.xx.2020 və s.) təqrirlərdən müəyyən olunur ki, sahədə dislokasiyadan kənar obyektlərin mövcud olmadığı məruzə olunmuşdur.

35. Beləliklə, işin tədqiq olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, iddiaçı barəsində cavabdehin keçirdiyini bildirdiyi yoxlama faktiki olaraq həyata keçirilməmiş, sadəcə olaraq formal şəkildə 28 avqust 2020-ci il tarixində yoxlama barədə akt tərtib olunaraq, adıçəkilən əməkdaşlar tərəfindən imzalanmışdır. Həmçinin yoxlama aktında iddiaçının yoxlamada iştirakının təmin olunması barədə məlumatın və onun həmin aktla tanış edilməsi ilə bağlı imzasının mövcudluğu da müəyyən olunmur.

36. Cavabdehin kassasiya şikayətinin Ali Məhkəmə tərəfindən verilən gös tərişlərin araşdırılmaması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almış və göstərişlərini yerinə yetirmiş, bunun nəticəsində də iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi pozuntuların iddiaçının xidməti vəzifələrinə bağlı və onun məsuliyyət sferasına aid olduğunun müəyyən edilməsi, habelə həmin pozuntuların “kobud pozuntu” kimi qiymətləndirilməsi əsaslarının müəyyən olunması istiqamətində araşdırma aparaq müəyyən edilir ki, pozulması iddia edilən xidməti vəzifələrin iddiaçının funksional vəzifələ rinə aid olduğunu təsbit edən müvafiq normativ sənədlər, o cümlədən iddiaçının xidmət keçdiyi şöbə üzrə vəzifəli şəxslərin vəzifə bölgüsü haqqında təlimat, əmr və ya hər hansı digər sənəd, iddiaçının xidməti vəzifələrinin dairəsini (məsələn, yoxlamanın reyestrdə qeydiyyatdan keçirilməsinin, eyni zamanda müayinənin keçirildiyi obyektlərdə aşkar olunmuş pozuntu faktları üzrə müvafiq qərarların, o cümlədən məsuliyyətə cəlb olunma barədə qərarın qəbul edilməsinin iddiaçının funksional vəzifəsinə aid olub-olmamasını) müəyyən edən sənədlər cavabdeh inzibati orqan tərəfindən məhkəmə tərəfindən tələb olunsa da məhkəməyə təqdim olunmamışdır.

38. Belə ki, iş materialları ilə Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların təhlili nəticə sində müəyyən olunur ki, iddiaçının fəaliyyəti dövründə onun tərəfindən qanunda göstərilən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından hər hansı birinə yol verilməmiş, hətta iddiaçının əmək vəzifələrinin pozulması faktı müəyyən edilməmiş, həmçinin inzibati icraat materiallarında bu hallardan hər hansı biri müəyyən olunmamış və cavabdeh bunun əksini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

39. İPM-in 14.1-ci maddəsində göstərilənlərə əsasən mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Nəticə etibarı ilə də cavabdehin İPM-in 14-cü maddəsinin tələblərinin pozu lması ilə bağlı kassasiya şikayətin dəlilləri də əsassız olması müəyyən olunur.

40. Ali Məhkəmə tərəfindən İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, hüquqi qərar qəbul edilmişdir. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-331/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar