Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1856/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təsisçilərin yekdil iştirakı olmadan MMC-nin ləğvi barədə qəbul edilmiş qərarın qanunsuzluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2-1(106)125/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran Bölgə şöbəsi tərəfindən verilmiş kommersiya təşkilatlarının dövlət reyestrindən xx.xx.2004-cü il tarixli çıxarışa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti reyestrdə qeydə alınmış, təsisçilər kimi X4, X1 və Vəlibəyov Elşən İdris oğlu qeyd edilmişdir. 2. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli təsisçilərinin ümumi yığıncaq protokoluna və qərarına əsasən, MMC-nin təsisçiləri X4 və X1 müraciət edərə k, müəsisənin fəaliyyəti ilə əlaqədar ümumi yığıncağın çağırılmasını xahiş etmişlər. İştirak edən təsisçilər iclasda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi, müəssisənin ləğvetmə prosesinin başlanması, müvafiq məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsinə dair qərar qəbul etmişlər.
3. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********287800 nömrəli qərarı ilə "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar təqdim edilmiş ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, qurumun ləğv prosesində olması barədə qeydin dövlət reyestrinə daxil edilməsindən imtina olunmuşdur. Cavabdeh qeyd etmişdir ki, Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. "xxxx" MMC-nin ləğvi onun iştirakçılarının yekdil qərarı ilə olmamış, həmçinin qərar möhürlə təsdiq olunmamış, təsviyəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********287800 nömrəli kommersiya qurumunun ləğvetmə ərizəs inin qəbul edilməsindən imtina haqqında qərarın ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının ləğv prosesi ilə bağlı qərarının qanuni hesab edilməsi və hüquqi şəxsin ləğv prosesinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, müəssisənin təsisçilərinin ümumi yığıncağı 21 noyabr 2022-ci il tarixə təyin edilmiş və təsisçilər (X4; X1; X6) iclasa dəvət edilmişlər. Ümumi yığıncaqda X4 və X1 iştirak etmiş, Vəlibəyov Elşən İdris oğlu iclasın yeri və tarixi barədə məlumatlandırılsa da, yığıncaqda iştirak etməmiş və bu barədə, hər hansı bir məlumat verməmişdir. Keçirilmiş ümumi yığıncağında iştirak edən şəxslərin paylarının həcmi toplamda 66,7% həcmində olduğu üçün ümumi yığıncaq tərəfindən qəb ul edilmiş qərar qanuni hesab edilməlidir. Ümumi yığıncaqda təsisçilər razılığa gələrək MMC-nin ləğv olunma prosesinin başlanılması barədə qərar qəbul etmişlər. Həmin qərarda direktor X2 direktor vəzifəsindən azad edilərək təsviyəçi olaraq təyin edilməsi də qeyd edilmişdir. Həmin sözügedən qərar ümumi yığıncaqda iştirak edənlər tərəfindən imzalanmış və təsdiq edilmiş, daha sonra isə bu barədə vergi orqanına müraciətlər edilmişdir. Lakin vergi orqanı tərəfindən müraciətin icrasından imtina edilmiş və müvafiq sənədlər və möhür geri qaytarılmışdır.
6. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Eləcə də, müəssisənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış nizamnaməsinin 8.2-ci bəndində “cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçilir” göstərilmişdir. Həmçinin, vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 təsisçisinin olması barədə məlumatlar mövcuddur. Lakin daxil olmuş ləğvedilmə barədə müraciətə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolunda və qərarda 2 təsisçini n iştirakı və imza etmələri barədə məlumat mövcuddur. Qeyd olunanlara əsasən, cəmiyyətin ləğvi barədə qərar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə, habelə cəmiyyətin nizamnaməsinin 8.2-ci bəndinə uyğunluq təşkil etmədiyindən ərizənin icrasından imtina edilmişdir.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 14 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2548/2023 nömrəli qərardadı ilə Vəlibəyov Elşən İdris oğlu zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
8. Üçüncü şəxs Vəlibəyov Elşən İdris oğlunun iddiaya qarşı etiraz mülahizələri ondan ibarət olmuşdur ki, MMC-nin ləğvi barədə internetdə verilmiş elanlardan xəbər tutmuşdur. Dəfələrlə müraciət edərək hesabatlarda yoxa çıxarılmış hesabatın xərc hissəsində qeyd edilmə yən, bölüşdürülməmiş sərbəst mənfəətin ümumi yığıncaqda müzakirəsini, araşdırılmasını tələb etmişdir, lakin digər təsisçilər bundan yayınmışlar. 2016-cı ildə vergi orqanına müraciət edərək, "xxxx" MMC-nin 2011-2015-ci il fəaliyyət dövrünü əhatə edən bütün sənədləri əldə etmiş, orada vergidən yayınma və mənimsəmə faktlarını müəyyən etmişdir. Əldə etdiyi 2011-2015-cil illər üzrə sənədlərdən, bölüşdürülməmiş sərbəst mənfəəti illər üzrə, toplama yolu ilə müəyyən etmişdir ki, məzənnə fərqi çıxıldıqdan sonra (5 ildə) ümumi gəlir 31.250.353,19 manat olmuş, ümumi gəlirdən çıxılan xərc isə 27.203.276,36 manat olmuşdur. Mənfəət vergisinə cəlb edilən məbləğ 4.047.046,85 manat, mənfəət vergisi (20%) 809.409,37 manat olmuş, yekun olaraq bölüşdürülməmiş sərbəst mənfəət: 3.237.637,48 manat hesablanmışdır. Lakin bu mənfəətlər Mənfəət vergi bəyannaməsinin, Əlavə-1, hesabatında illər üzrə silinmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 25 oktyabr 2024-cü il tarixli, 2-1(120)-651/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, "xxxx" MMC təşkil edildikdə təsisçilərin nizamnamə kapitalındakı payları aşağıdakı kimi bölünmüşdür: Vəlibəyov Elşən İdris oğlu 230.000.000 manat-nizamnamə kapitalının 33,3%-i, X3 230.690.690 manat nizamnamə kapitalının 33,4%-i, X4 230.000.000 manatnizamnamə kapitalının 33,3%-i. Kommersiya təşkilatlarının dövlət reyestrindən xx.xx.2004-cü il tarixli çıxarışa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri X4, X1 və Vəlibəyov Elşən İdris oğlu qeyd edilmişdir. "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli təsisçilərinin ümumi yığıncağında təsisçilərdən X4 və X1 iştirak etmiş, lakin Vəlibəyov Elşən İdris oğlu iştirak etməmişdir. Adı çəkilən şəxslərin iştirakı ilə keçirilən ümumi yığıncaqda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi, ləğv prosesində olması və digər məsələlər barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsi qərara almışdır. Cəmiyyət tərəfindən təsisçilərdən biri Vəlibəyov Elşən İdris oğluna ümumi yığıncağın keçirilməsi və ümumi yığıncağın gündəliyi barədə rəsmi məlumat təqdim edilməmişdir. “A.İ.M” Vəkil Bürosunun vəkili X5 “Whatsapp” proqramı vasitəsi ilə məktub göndərilmiş və “A.İ.M” Vəki l Bürosunun vəkili X7 tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu elan edilmiş və yekun qərar qəbul edilmişdir. Həmçinin, "xxxx" MMC-nin Nizamnaməsinin 8.2-ci maddəsində Cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilməsi qeyd edilmiş və 8.3-cü maddəsində göstərilmişdir ki, müəyyən olunmuş qaydada borclar ödəndikdən sonra qalan vəsait nizamnamə fonduna qoyduqları paya mütənasib olaraq iştirakçılara verilir, (hesablarına köçürülür), yaxud onların müəyyən etdiyi fiziki və ya hüquqi şəxslərin sərəncamına verilir. Halbuki, "xxxx" MMC ümumi yığıncaq təşkil edərək, qanunvericilik tərəfindən müəyyən edilmiş normalara və öz Nizamnaməsinin müvafiq maddəsinə zidd olaraq, iki təsisçi tərəfi ndən verilmiş səs çoxluğu əsasında MMC-nin ləğvi barədə qərar qəbul edilmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və Q.V.Əliyev) 26 fevral 2025-ci il tarixli, 2-1(106)-125/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianı n təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətinin əsasını iddia ərizəsində və apelyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Üçüncü şəxs Vəlibəyov Elşən İdris oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin icraata götürülməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları... 34.4. Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.... 18. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
16. Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının reyestrdən çıxarılması 16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün lə ğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:ləğvetmə qərarı; ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür....
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
59. Hüquqi şəxsin ləğvi... 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının q ərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallar da məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayəthüquqi tədbir tətbiq edildikdə; Maddə
60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.... Maddə
87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.... Maddə
91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-4. Cəmiyyətin iştirakçılarını n ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir 91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Maddə
92. Məhdud məsuliyyətli cəmiyyətin yenidən təşkili və ləğvi 92.1. Məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkə mə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya m ümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyas iya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkə məsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından və tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı ləğvetmənin hüquqi proseduru və qaydalarını tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərinə riayət etmədən, xüsusilə də, təsisçilərin yekdil iştirakı olmadan qərar qəbul etmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli təsisçilərinin ümumi yığıncağında t əsisçilərdən X4 və X1 iştirak etmiş, lakin Vəlibəyov Elşən İdris oğlu iştirak etməmişdir. Bu isə qanunvericiliyin tələblərinin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsi) aşkar şəkildə pozulmasıdır.
29. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2-1(106)-125/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.