Məhkəmə qərarları › İş №2-1(102)-1857/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1857/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1857/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi Şəhriyar Mustafayevin və vəkili Dərgah Mehdiyevin iştirakı ilə, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyini n cavabdeh Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinə qarşı qərarın ləğv edilməsi və həmin qərarlar əsasında iddiaçının hesablaşma və depozit hesablarından tutulmuş vəsaitin geri qaytarılması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(107)198/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı cavabdehin xx xxx 2018-ci il tarixli, **********150745 saylı qərarının ləğv edilməsi barədə iddia əri zəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 3043,45 manat vəsaitin (işsizlik müavinəti üçün 359,11 azn, həmkarlara 279,83 azn, əmək haqqı kartlarına 926 azn, YAP-a 18,54 azn, SQYFyə 53,17 azn, kredit ödənişlərinə 378, İcra vərəqəsinə əsasən ödənişə 162 azn, alimentə 50 azn, Azərcell-ə 11.37 azn, poliqrafiyaya 10 azn, bank xidmətinə 250 azn, materiala 545.43 azn) X3 ASC-dəki AZ34AİİB**********2900256129 saylı hesablaşma hesabına bərpası, 28.321,81 manat və buna hesablanmış faizlərin və digər tutulmaların vergi şəxsi hesab vərəqəsinə bərpası və 2018-ci ildə yaranmış vergi borcu və 2019-cu ildə yarana biləcək vergi borclarına istifa də olunması, cavabdehin xx xxx 2018-ci il tarixli, **********150745 saylı qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, həmin qərara əsasən mübahisəyə baxılıb qutaranadək iddiaçının hesablaşma və depozit hesablarından cavabdeh tərəfindən silinmiş vəsaitlərin müvafiq olaraq onun hesablarına geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müəssisədə növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi qanunvericiliyinin bir sıra müddəaları pozulmuşdur. Qanunvericiliyin tələblərinə görə səyyar vergi yoxlaması 30 gün ərzində keçirilməli olduğu halda, cavabdeh tərəfindən səyyar vergi yoxlaması 9 ay ərzində keçirilmiş, yoxlamanın müəssisənin rəhbərinin xəstə olması səbəbindən dayandırıması qeyd olunsa da, göstərilən hal öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən yoxlamanın xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək keçirilməsinə dair vahid məlumat reyestrində qeyd aparılsa da, yoxlama xx xxxxx 2018-ci il tarixədək aparılmış və bu barədə reyestrə hər-hansı məlumat daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(84)-21/2019 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il tarixli **********150745 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"nın ləğv edilməsi, həmin qərar əsasında iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bankda olan hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlər geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərarı ilə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gələrkən vergi qanunvericiliyinin tələblərinə əsasən, cavabdeh tərəfindən səyyar vergi yoxlaması 30 təqvim günü ərzində aparılmalı olduğu halda, xx xxxxxxxx 2017-ci il tarixli qərarla başlanılmış yoxlama xx xxxxxx 2018-ci il tarixədək davam etmişdir. Bundan başqa, qanunvericilik vergi ödəyicisinin aktın imzalanmasından imtina etdiyi və ya ona etiraz etd iyi tarixdən 30 iş günündən az olmayan müddət keçdikdən sonra müvafiq sansksiyanın tətbiq olunmasını nəzərdə tutmuş, hazırkı halda iddiaçı yoxlama aktını imzalamaqdan xx xxxxx 2018-ci il tarixdə imtina etmiş, cavabdeh tərəfindən isə məsuliyyət qərarı qanunvericiliklə nəzərdə tutulmuş müddət pozulmaqla xx xxx 2018-ci il tarixdə qəbul olunmuşdur. Cavabdeh əsassız olaraq Vergi Məcəlləsinin ayrı-ayrı maddələrində nəzərdə tutulmuş “30 gün” ifadəsinin bir halda təqvim günləri, digər halda isə iş günləri kimi təfsir etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilik vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkarın əmək qabiliyyətini itirdiyi halda yoxlamanın vergi orqanının əsaslandırılmış qərarı ilə vergi ödəyicisinin əmək qabiliyyəti bərpa olunanadək, lakin 9 aydan çox olmamaqla dayan dırılmasını nəzərdə tutmuşdur. İddiaçının rəhbərinin əmək qabiliyyətinin itirilməsinə dair hər-hansı sübut olmadan, cavabdeh iddiaçının ərizəsi əsasında səyyar vergi yoxlamasını onun əmək qabiliyyətinin bərpa olunduğu tarixədək deyil, konkret olaraq xx xxxxxx 2018-ci il tarixədək dayandırmışdır. Qanunvericilik yoxlamanın dayandırılması əsası kimi əmək qabiliyyətinin itirilməsini müəyyən etdiyindən, vergi ödəyicisinin xəstələnməsi və ya ərizəsi yoxlamanın dayandırılması üçün əsas ola bilməzdi. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsibarədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası mə hkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 21(107)-352/19nömrəli (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Mübariz Hüseynov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, cavabdeh vergi orqanı yoxlama müddətinin artırılması zamanı qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti 2 aydan artıq ötürmüş, habelə müddətin artırılmasına dair qərarını əldə edilmiş məlum atların və sənədlərin əlavə araşdırılması ilə əsaslandırmağa çalışsa da, göstərilən halların müstəsnalığının nədən ibarət olmasını göstərməmiş və artırılmış müddət ərzində yoxlamaya dair hər-hansı tədbir görməmişdir. Gəldiyi nəticəni apelyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1, 38.2, 38.2, 37.2, 3.11, 39.5, 39.6, 38.7.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1, 67.2, 67.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın mümkünsüz hesab edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Ali M əhkəmənin İnzibati-İqtisadi Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 21(102)-6/20 nömrəli (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Vüsal Məmmədov tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(107)-352/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmə qərar qəbul edərkən qeyd etmişdir ki, səyyar vergi yoxlamasının aparılmasına dair müddətlər müəyyən edilən zaman yalnız səyyar vergi yoxlamasının keçirilməsi müddətinin iş günü ilə müəyyən edilmə si Vergi Məcəlləsinin tələbinə uyğundur. Ona görə ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının yalnız iş günlərində keçirilməsi şərtləndirilmişdir. Digər müddətlər işə təqvim günü ilə nəzərə alınmalıdır. Cavabdeh tərəfindən səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üzrə Vergi Məcəlləsinin 39.5 və 39.6-cı maddələrində göstərilən müddətlərin isə təqvim günü kimi nəzərə alınması qanunvericiliyin tələbinə uyğundur. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)198/2020 nömrəli (hakimlər Akif Eyvazov - sədrlik edən və məruzəçi, Rafail Əliyev və İmanverdi Şükürov) qərarı ilə 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-21/2019 nömrəli qərarının iddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyininin xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərar əsasında bankda olan hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması tələbinə aid hissəsində ləğv edilməsi, işin üzrə birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərar qəbul edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını əsaslandırdığı konkret hallara münasibətdə isə Ali Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Şəki Apelyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(107)-198/2020 nömrəli qərarı qəbul edərkən hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-60/20 nömrəli qərarındakı tövsiyələri tam nəzərə almamış və bununla da İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəinin tələblərini pozmuşdur. Şəki Apelyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, işin hallarından görünür ki, iddiaçının yoxlama aktını imzalamaqdan imtina etdiyi tarix xx.xx.2018-ci il, vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın tarixi isə xx.xx.2018- ci ildir. Cavabdehin iddia etdiyi kimi, müddətləri iş günləri ilə hesablasaq, xx.xx.2018-ci ildən başlayan 30 iş günü xx.xx.2018-ci ildə başa çatır və vergi orqanının qərarı həmin tarixdən sonra çıxarılmalı idi. Lakin göründüyü kimi, cavabdeh həmin 30 günlük müddəti iş günləri ilə deyil, məhz təqvim günləri ilə hesablamış və qərarı xx.xx.2018-ci ildə çıxarmışdır. Belə olan halda, VM-nin ayrı-ayrı maddələrində nəzərdə tutulmuş “30 gün” ifadəsinin cavabdeh tərəfindən bir halda “təqvim günləri”, digər halda isə “iş günləri” kimi təfsir edilməsi yolverilməzdir və məntiqli görünmür. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli qərarla başlanmış yoxlama xx.xx.2017-ci ildə başa çatdırılmalı olduğu halda, başa çatdırılmamış və qanunsuz olaraq xx.xx.2018-ci ilədək davam etdirilmişdir. Bundan başqa Şəki Apelyasiya Məhkəməsi yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılmasını da qanunsuz hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, səyyar vergi yoxlaması yoxlama üçün nəzərdə tutulmuş 30 günlük müddətin başa çatdığı xx.xx.2017-ci il tarixdən gec olmayaraq artırılmalı olduğu halda, bundan təxminən 2 ay sonra artırıldığından səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması qanuni deyildir. Bundan başqa, məhkəmə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2018-ci il tarixli qərarda yoxlamanın müddətin artırılmasına səbəb olan halların müstəsnalığının nədən ibarət olmasının qərarda göstərilməməsini qeyd etmişdir. Həmçinin məhkəmə yoxlamanın artırılmış müddəti ərzində vergi orqanının heç bir yoxlama tədb iri icra etməməsi və bu səbəbdən də yoxlama müddətinin artırılmasına zərurətin olmamasını müəyyən etdiyini göstərmişdir. Məhkəmənin səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında yuxarı vergi orqanının xx.xx.2018-ci il tarixli **********140719 nömrəli qərarında müddətin artırılması üçün yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsi, əldə edilmiş məlumatların, qarşılıqlı əməliyyatlarını, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxtın tələb olunmasının müstəsnalığının göstərilməməsinə istinad etmişdir. Məhkəmə səyyar vergi yoxlaması üzrə inzibati aktın (qərarın) qəbul edilməsi üçün səbəbləri yetərli hesab etmirsə onda hansı səbəblərin yetərli və həmin halların müstəsnalığının n ədən ibarət olmasını göstərməmişdir. Bununla bağlı diqqət edilməli bir hal da məhkəmənin səyyar vergi yoxlamasının artırılmış müddəti ərzində vergi orqanı tərəfindən heç bir yoxlama tədbirinin icra edilmədiyini müəyyən etdiyini göstərməsi və bununla bağlı heç bir sənədə istinad etməməsidir. Məhkəmənin bu mövqeyindən belə çıxır ki, məhkəmə səyyar vergi yoxlaması ilə bağlı yoxlayıcı müfəttiş tərəfindən aparılan bütün prosessual hərəkətlərdə və hesablamaların aparılmasında iştirak etmiş və buna görə belə qənaətə gəlmişdir. Məhkəmənin bu cür mülahizələrlə hər hansı sübuta əsaslanmadan qərar verməsi və birtərəfli mövqe nümayiş etdirərək güya vergi orqanının qəbul etdiyi qərarların, həmçinin həyata keçirdiyi prosessual hərəkətlərin düzgün olmaması görüntüsü yaratması yuxarıda göstərdiyimiz faktl ara əsasən Şəki Apelyasiya Məhkəməsinin qərarının qeyri-obyektiv olmasını sübüta yetirir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)-198/2020 nömrəliqərarının ləğv edilməsini, iddia tələbinin “11 saylı ƏVD-nin xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərarının ləğv edilməsi” hissəsində rədd edilməsi, “həmin qərar əsasında iddiaçının hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması” hissəsində mümkünsüz hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili D.Mehdiyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, ape lyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Mustafayev də vəkili D.Mehdiyevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Samir Əhmədov m əhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsi olaraq xx.xx.2020-ci il tarixli, 21(102)-6/20 nömrəliqərar qəbul edilmişdir ki, həmin qərarla cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(107)-352/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sözügedən qərarın «Əsaslandırma hissəsi»ndə göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi prosessual qanunverciliyin tələblərinə uyğun olaraq iddia tələbinin mümkünlük məsələsi üzrə, habelə mübahisələndirilən qərar üzrə maddi hüquq normalarının tətbiqi üçün faktiki hallara dair araşdırma aparmaqla, tələblərə qiymət verməlidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apely asiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə baxarkən Ali Məhkəmənin qərarında yazılmış məcburi xarakter daşıyan sözügedən göstərişləri əsasən yerinə yetirmiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 11 saylı Ərazi Vergilər Departamentinin xx xxxxxx 2017-ci il tarixli **********127445 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ı ilə Mingəçevir Mənzil Kommunal X1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015ci il – sentyabr 2017-ci il vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyə n edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 11 saylı Ərazi Vergilər Departamentinin xx xxxxxx 2018-ci il tarixli **********101600 nömrəli "Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ı ilə həmin səyyar vergi yoxlaması xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək olan müddətə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin xx xxxxxx 2018-ci il tarixli, **********140719 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərar"ı ilə həmin səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Yoxlamanın nəticəsinə dair xx xxxxx 2018-ci il tarixli, **********131397 nömrəli "Səyyar vergi yoxlaması aktı" tərtib edilmişdir. 11 saylı Ərazi Vergilər Departamentinin xx xxx 2018-ci il tarixli, **********150745 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə Mingəçevir Mənzil Kommunal X2 mənfəət vergisi üzrə 2015-ci il üçün 3270,29 manat, 2016-cı il üzrə 6477,87 manat azaldılmış vergi, həmin məbləğlərə müvafiq olaraq 1635,15 manat və 3238,94 manat maliyyə sanksiyası, bundan başqa, əlavə dəyər vergisi üzrə 2015-ci il üçün 246,55 manat, 2016-cı il üçün 13732,35 manat, 2017-ci il üçün 2764,11 manat maliyyə sanksiyası, ümumilikdə 31365,26 manat hesablanmışdır. Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsas ən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyas ının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********011400 saylı Qərarı (X4 Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3-cü, 37.2-ci, 37.4-cü, 42.1 -ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7-ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4-cü və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. İş materiallarına əsasən 11 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2017-ci il tarixli **********127445 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və bu barədə xx.xx.2017-ci il tarixli **********956100 saylı “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Bildiriş təqdim etmişdir. Həmin qərarda yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununlada Vergi Məcə lləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Sözü gedən xx.xx.2017-ci il tarixli **********127445 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar isə “Sahibkarlıq sahəsin aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2017-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2018ci il göstərilmişdir. Yoxlama xx.xx.2017-ci il tarixdə başlamışdır (səyyar vergi yoxlaması aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2018-ci ildə başa çatmışdır (xx.xx.2018-ci il qeyri-iş gününə təsadüf etdiyi üçün). Lakin yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qeyri-qanuni olaraq davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi k imi səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Bundan sonra vergi orqanının qərarına əsasən yoxlama müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 31 gün müddətinə dayandırılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********140719 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” Qərarına əsasən yoxlamanın müddəti 30 iş günü artırılmışdır. Beləliklə faktiki olaraq səyyar vergi yoxlaması 43 gün (xx.xx.2017-xx.xx.2018-ci il tarixi aralığında) və 54 gün (xx.xx.2018-xx.xx.2018-ci il tarixi aralığında) olmaqla ümumilikdə 97 gün müddətində aparılmışdır ki, bu da Vergi Məcəlləsinin 38.2-ci maddəsinə ziddir. Eyni zamanda, səyyar vergi yoxlaması müddətinin artırılması yalnız müstəsna hallarda həyata k eçirildiyindən, belə müstəsna halın zəruriliyini özündə əks etdirən sübut iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəb ul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə cavabdeh tərəfindən yoxlama Şəki Apelyasiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi xx.xx.2017-ci ildə deyil, xx.xx.2018-ci ildə başa çatdırılmalı olduğu halda başa çatdırılmamış və qanunsuz olaraq xx.xx.2018-ci ilədək davam etdirilmişdir. Bundan başqa Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, V ergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəlləyə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkil atına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir (maddə 65.2). Başqa sözlə desək vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə (maddə 65.2.1.1) və vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən et diyi orqana (quruma) şikayət verilmədikdə (maddə 65.2.1.2) vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Lakin iş materiallarında (1-ci cild 146-cı səhifə) olan şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixə, səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergi və tətbiq edilmiş maliyyə sanksiyası şəxsi hesab vərəqəsinə işlənilmədən öncə iddiaçının büdcədə 6.916,69 manat artıq ödəməsi olmuşdur. Yoxlama nəticəsində hesablanmış vergilər şəxsi hesab vərəqəsində əks olunduqdan sonra iddiaçının büdcəyə 24.448,57 manat vergi borcu yaranmışdır. Həm in borcun bank hesabından silinməsi üçün qanunvericiliklə müəyyən olunan əsaslar mövcud olmadığı halda, xx.xx.2018-ci il tarixdə 230,45 və 1.584,79 manat olmaqla iki halda və xx.xx.2018-ci il tarixdə 235,67 manat olmaqla bir halda bank hesabına sərəncam qoyulmaqla pul vəsaiti cavabdeh tərəfindən qeyri-qanuni olaraq silinmişdir. Başqa sözlə desək yoxlama materiallarına əsasən hesablanmış vergilər hesablamanın aparıldığı andan 16 gün sonra bank hesabına cavabdeh tərəfindən icra sənədi olan sərəncam qoyulmaqla pul vəsaiti cavabdehin bank hesabından qanunsuz olaraq silinmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sözügedən məsələ Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 48 nömrəli qə rarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 87.1, 87.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməs ini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin e dən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Ca vabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-198/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar