Məhkəmə qərarları › İş №2-1(102)-1857/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1857/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1857/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR İ Açar sözlər: iddianın mümkünsüzlüyü, etibarsızlığı tələb edilən texniki pasportun inzibati akt olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzil üzrə sonuncu (2017-ci il) texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1425/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil üzrə sonuncu (2017-ci il) texniki pasportun etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-2267/2021 saylı qərardadı ilə (hakim: M.T. Hacıbəyova) iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə məhkəməyə qədər cavabdehə müraciət etmədiyindən iddia mümkün sayıla bilməz.

4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv ediməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1425/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-2267/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr iddianın mümkün sayılmaması barədə nəticəyə gələrkən iddiaçının ilkin olaraq cavabdeh inzibat orqana müraciət etməməsinə əsaslanmışlar. Halbuki, iddiaçı hazırkı tələblə bağlı əvvəlcə cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin olunmasından imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh kassasiya şikayətinə etiraz təqd im etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;...

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onu n hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barəd ə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edil məməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

15. İş materiallarından görünür ki, iddiaçı texniki pasportun etibarsız hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddiaçının məhkəmədə iddia qaldırılmamışdan əvvəl cavabdeh inzibati orqana müvafiq tələblə müraciət etmədiyini əsas gətirərək iddianı mümkünsüz hesab etmişdir.

16. İddiaçının kassasiya şikayətinə əlavə etdiyi 30.06.2021-ci il tarixli məktubdan görünür ki, o, məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdehə müraciət etmiş, ona imtina cavabı verilmişdir. Lakin iş materiallarında görünür ki, həmin cavab məktubu aşağı instansiya məhkəmələrində icraat zamanı məhkəməyə təqdim olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iddianın mümkünsüz hesab edilməsi barədə səhv nəticəyə gəlməsi barədə fikir irəli sürmək düzgün olmazdı.

17. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia başqa əsasa görə də mümkün sayıla bilməz.

18. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №- li qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük iddiaya ma hiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

19. Qeyd olunmalıdr ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı olmasıdır. Başqa sözlə, inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır. İPM-in 35-ci maddəsinin məzmunundan da göründüyü kimi, inzibati orqanın mübahisə edilən qərarı mütləq “İnzibati icraat ha qqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

20. Lakin texniki pasport “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir və bu mənada, inzibati akt kimi qiymətləndirilə və onun etibarsızlığı barədə iddia mümkün hesab edilə bilməz.

21. Məhkəmə tərkibi qeyd edir ki, apelyasi ya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı düzgün nəticəyə gəldiyindən kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1425/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar