Məhkəmə qərarları › İş №2-1(102)-1857/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1857/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1857/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü, xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy i yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-1506/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5043 nömrəli qərar ilə Bakı şəhəri, Binəqədi rayonu, Xəzər rayonu, Mərdəkan ŞTQ 28 May 25 (yeni qaydalarla 88) ünvanında yerləşən İddiaçı (VÖEN: **********) məxsus mağazada Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin h ər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarix daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur. 3. xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002575 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10 -cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, 28 May 25, yeni qaydalarla 88 ünvanda yerləşən mağazada operativ vergi yoxlaması zamanı 4 nəfər fiziki şəxsdən 3 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X4, X8, X7 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. 4. xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 008070 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, 28 May 25 (yeni qaydalarla 88) ünvanında mağazada operativ vergi yoxlaması zamanı müştəri tərəfindən alınmış “Vinçestr” markalı siqaretə görə 2,5 AZN (iki manat, əlli qəpik) pulun ödənildiyi və müştəriyə kassir tərəfindən NKA çeki verilmədiyi və həmin mağazada NKA-nın olmadığı və quraşdırılmadığı müəyyən edilmişdir. 5. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7815 nömrəli qərarı ilə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, 008070 nömrəli akta əsasən İddiaçı (V ÖEN: **********) Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. 6. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8858 nömrəli qərarı ilə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, 002575 nömrəli akta əsasən İddiaçı (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğin də maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7815 nömrəli və xx.xx.2021-ci il tarixli **********8858 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsi ilə birlikdə iddia verilməsi üçün müəyyən edilmiş iddia müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, iddianın predmeti olan qərarları müraciətinə əsasən xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə əldə etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin **********8858 nömrəli qərarına əsasən iddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin **********7815 nömrəli qərarına əsasən iddiaçı Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna görə 1000 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Hər iki qərar 19 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən obyektdə keçirilmiş yoxlamanın nəticələrinə dair qəbul edilmişdir. Fəaliyyətə başlamamışdan əvvəl obyektin vergidə qeydiyyatını aparmış və oraya nəzarət kassa aparatı sifariş etmişdir. Bu barədə rəsmi müraciət etmişdir. Nəzarət kassa aparatını “Azərtürkbank”dan almalı idi. Bankdan isə ona bildirilmişdir ki, nəzarət kassa aparatı bankda qurtarıb və həmin aparatın ona təqdim olunması üçün bir müddət gözləməli olacaqdır. Göründüyü kimi, nəzarət kassa aparatının al ınması ilə əlaqədar o, öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin ondan asılı olmayan səbəbdən həmin aparat obyektə təqdim edilməmişdir. Nəzarət kassa aparatının sifariş verilməsilə əlaqədar xx.xx.2021-ci il tarixdə banka müvafiq ödənişlər də etmişdir. Bu barədə sözügedən yoxlama zamanı o, vergi əməkdaşlarına da bildirmiş və aidiyyəti sənədləri onlara təqdim etmişdir. **********7815 nömrəli qərarda isə qeyd edilmişdir ki, o, guya qanunda nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etmiş və buna görə ona 6000 manat maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş DVX seriyalı 002575 nömrəli aktda “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvə yə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş” aşağıdakı şəxslər qeyd edilmişdir:

1. X4, 2.X8, 3.X7. Qeyd edilən şəxslərdən heç biri 19 oktyabr 2021-ci il tarixdə və ya həmin günədək qeyd edilən obyektdə işlərin icrasına cəlb edilməmişlər. X4 yoxlama zamanı verdiyi izahatında da qeyd etmişdir ki, o, həmin obyektdə işləmir, heç bir əmək haqqı almır. Cavanşir onun qohumudur və Mərdəkan qəsəbəsində yaşayır. Yoxlama zamanı onun sözügedən obyektdə olmasına səbəb bu olmuşdur ki, o, kompüter mütəxəssisidir. Eyni zamanda, bu sahədə mütəxəssis olduğundan o, mağazada iddiaçının hansı kompüter nəzarət sistemi quraşdırdığını soruşmuşdur və kompüterin arxasında oturaraq bu sistem ilə maraqlanırdı. O, bu xidmət üçün ondan heç bir ödəniş almamışdır. Həmin zaman Cavanşir rəsmi olaraq "xxxx" QSC-də mühasib vəzifəsində işləmişdir və hazırda da orada işləyir. Belə ki, yoxlama zamanı X2 qeyd edilən obyektdə işləməsi faktı nə faktiki olaraq, nə də ki, C.Muradovun izahatı ilə müəyyən edilməmişdir. Digər iki nəfər X8 və X7 ilə əlaqədar bildirir ki, yoxlamanın nəticələrinə dair qəbul edilmiş qərarla həmin 2 nəfərin əmək müqaviləsi olmadan faktiki işləməsi yoxlanılan təsərrüfat subyektində birbaşa aşkar olunmamış, yalnız sonradan verilən izahatlarda əks olunmuşdur. Yuxarıda da qeyd etdiyi kimi, yoxlama keçirilən zaman o, fəaliyyətə yeni başlamış və işçi axtarırmış və qapıya da bu barədə elan vurmuşdur. Həcər Əsədova və Fərid Babayev həmin saatda işə düzəlmək üçün obyektə gəlmişlər və onları işin şərtləri ilə tanış edirdi. Onlar işin icrasına başlamamışlar və onlara heç bir əmək haqqı ödən ilməmişdir. Belə olan halda, həmin 2 nəfər şəxsə münasibətdə də ona “maliyyə sanksiyasının tətbiq edilməsi” tamamilə qanunaziddir və qərarın qəbulu vergi ödəyicisi kimi onun hüquqlarının pozulmasına səbəb olan haldır. Yoxlama bitdikdən sonra X8 və X7 ona bildirmişlər ki, onlar qanunun tələblərini bilmirlər. Yoxlama zamanı izahatı vergi orqanının əməkdaşının diktəsi ilə yazmışlar. Onlar əvvəllər heç vaxt izahat yazmamışlar və yazdıqları izahatın mahiyyətini də dərk etməmişlər. Nəticə etibarı ilə cavabdeh orqan qərar qəbul edərkən yalnız həmin 2 nəfər şəxsin izahatına əsaslanaraq ona maliyyə sanksiyası tətbiq etmişdir. Sözügedən qərarda qeyd edilən 3 nəfər şəxsin heç birinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilmələri, onların faktiki ol araq ona məxsus obyektdə işləmələri və onların bunun müqabilində haqq almaları sübuta yetməmişdir və qərarda əsaslandırılmamışdır.

11. Cavabdeh xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********5043 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ 28 may 25 yeni qaydalarla 88 ünvanında yerləşən təsərrüfat subyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələlərini əhatə edən ope rativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti nəticəsində 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002575 nömrəli “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10- cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqq ında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8858 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Operativ vergi nəzarəti zamanı izahatları alınmış hər 3 şəxs (X8, X4, X7) iddiaçıya məxsus obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini və onlarla əmək müqaviləsinin bağlan madığını bildirmişdirlər. Həmçinin İddiaçı da izahat verərək qeyd edilən faktı təsdiq edərək, 3 nəfər şəxsi əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Operativ vergi nəzarəti nəticəsində həmçinin iddiaçıya məxsus mağazada nəzarət kassa aparatının quraşdırılmadığı, müştəri tərəfindən alınmış “Vinçestr” markalı siqaretə görə 2.5 AZN (iki manat əlli qəpik) pulun ödənildiyi və NKA çekinin verilmədiyi müəyyən edildi. Qeyd edilən faktlar xx.xx.2021-ci il tarixli, DVX seriyalı 008070 nömrəli aktla rəsmiləşdirilərək, akt əsasında xx.xx.2021-ci il tarixli, **********7815 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı v erdiyi izahatında da qeyd edilən faktları təsdiq etmiş, müvafiq düzəlişlərin ediləcəyini bildirmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2022 tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbin faktiki əsası kimi sözügedən 3 nəfər şəxsin onun işç isi olmadığını bildirsə də, məhkəmə iclasında izahat verərək 2 nəfər şəxsin (X8 və X7) əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsini etiraf etmişdir. X2 isə işə cəlb edilmədiyini, onun işçisi olmadığını və başqa müəssisədə işlədiyini bildirmişdir. İnzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxsdən 2-sindən (X8 və X7) alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Məhkəmə izahatı alınan digər şəxsə münasibətdə isə qeyd edir ki, həmin şəxs (X4) əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə min mədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən fərqli izahat verərək, operativ vergi yoxlaması zamanı kompyuter düzəltdiyini və göstərdiyi xidmətə görə ödəniş almadığını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş elektron bildirişlə müəyyən olunur ki, X4 başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır. Cavabdeh X3 münasibətdə xüsusi yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərardadının ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın tam edilməməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdehin nümayəndəsi iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 aprel 2023-cü il tarixli iclasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın tam edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 18 aprel 2023-cü il tarixli, 2-1(103)-1506/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarı (cavabdehin apelyasiya şikayətinə münasibətdə) dəyişdirilmə dən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində məhkəmənin iddia müddətinin bərpa olunması barədə xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması xahiş edilsə də, cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması üçün əsaslar mövcud deyildir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tari xli, 2-1(112)-9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsi isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsinin ləğv edilməsi ilə bağlıdır. Beləliklə, cavabdeh dolayısı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının mübahisələndirilməsi üçün iddia müddətinin keçmədiyini də qəbul edir. Çünki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının mübahisələndirilməsi üçün iddia müddəti qərarın bir hissəsinə deyil, həmin qərara münasibətdə bütövlükdə tətbiq olunmalıdır

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, X2 mağazada olarkən yoxlama zamanı iddiaçı ilə əmək müqaviləsi bağlamadığını bildirməsi iddiaçıya məxsus olan mağazada X2 müxtəlif işlərin görülməsinə cəlb edilməsi kimi qiymətləndirilə bilməz, çünki bunun üçün sübutlar mövcud deyildir. İddiaçının yoxlama zamanı izahat verərək 3 nəfər şəxsi əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etməsi barədə cavabdehin dəlilinə münasibətdə iddiaçı apellyasiya baxışı zamanı yoxlamanın qəflətən gəldiyindən çaşqınlıq içində olmuş olduğunu, fikrini aydın izah edə bilmədiyini, X4 onun işçisi olmadığından, onunla əmək müqaviləsi də bağlamadığını bildirmişdir. Cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iz ahatda və məhkəmə iclasında X4 orada işə cəlb edilmədiyini bildirmişdir. Cavabdeh tərəfindən həmin şəxsə münasibətdə sübutetmə vəzifəsi yerinə yetirilməmişdir.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən ötürü lmüş prosessual müddət bərpa edilmişdir. Cavabdehin apelyasiya şikayətində həmin qərardadın ləğv edilməsi, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ətraflı qeyd edilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən hallara heç bir münasibət bildirilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Konstitusiyası:... Maddə

73. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

23. Vergi Məcəlləsi:... Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqət i dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə

32. Vergi nəzarəti və onun formaları 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanun vericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.... Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.... Maddə

53. Verg i qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək m üqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifari şçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31 may 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”:... 1.4 Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:... Maddə

15. Formal tələblərdən sui -istifadənin qadağan olunması... 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.... Maddə

23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün ə həmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə

32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması... 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər s ənəd və ya məlumat tələb edə bilməz.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsi... Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alın ıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.... Maddə

7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi...

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.... 2-3. Aşağıdakı hallarda tə rəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə t utulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.... Maddə

44. Əmək müqaviləsinin forması

1. Əmək müqaviləsi yazılı formada bağlanır.

2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.... Maddə

49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiy a sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.... Maddə

58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

27. Azərba ycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında pr oses iştirakçılarına yardım etməyə borcludur.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. İlk öncə məhkəmə kollegiyası kasasiya şikayətinin iddia müddətinin ötürülməsi dəlili ilə bağlı vurğulayır ki, iddiaçının mübahisə açdığı qərarın ləğvi ilə bağlı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini buraxması işdə olan sənədlərlə təsdiq olunmadığından şikayətin bu dəlili əsaslı deyildir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi iddianın mahiyyəti ilə bağlı mübahisə olunan hissədə maddi v ə prosessual hüquq normalarının tələblərinə əməl etmədiyindən qəbul edilən qərar ləğv olunmalıdır.

32. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb etmişdir.

33. İddiaçı həmin qərarın ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, iddiaçının 2 nəfər fiziki şəxsə görə vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdehin qərarı qanuni hesab edilərək onlara münasibətdə iddia təmin edilməmiş, iddianın təmin edilməyən hissəsi ndən iddiaçı apelyasiya və kasasiya şikayəti verməmişdir.

34. Kasasiya icraatının predmeti bir nəfər, X3 münasibətdə iddianın təmin edilməsi barədə apelyasiya məhkəməsinin qərarının qanuniliyinin yoxlanılmasıdır.

35. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxsləri n və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

36. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsb it etmişdir.

37. İşin faktiki hallarına əsasən iddiaçı V.X1 ilə əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən özünə məxsus mağazada C.Muradovu müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

38. İddiaçı operativ vergi nəzarəti zamanı verdiyi 19 oktyabr 2021-ci il tarixli izahatında bildirmişdir ki, “Keçirilmiş operativ vergi nəzarəti zamanı 3 nəfər fziki şəxslə əmək müqaviləsi bağlamadan işləri yerinə yetirilməsinə cəlb etmişəm. Həmin şəxslər aşağıdakılardır:

1. X5...Qısa zaman ərzində əmək müqaviləsi bağlayacağam. İzahat verdi: İddiaçı (imza var)...İzahatı özüm yazdım. Heç bir əlav əm yoxdur. Düzgünlüyünü imzamla təsdiq edirəm.”

39. X5 yoxlama zamanı verdiyi izahatında bildirmişdir ki, vergi orqanı tərəfindən keçirilən yoxlama zamanı mən kompüter düzəldirdim. Göstərdiyim xidmətə görə pul almıram.

40. Məhkəmə kollegiyası qeyd edir ki, C.Muradovun operativ vergi nəzarəti zamanı əmək müqaviləsi bağlamadan iddiaçıda işləməsi iddiaçının izahatı ilə təsdiq olunur. İddiaçı yazılı izahatında bu faktı təsdiq etdiyindən, C.Muradovun başqa iş yeri olması önəmli deyil və əmək qanunvericiliyində bir şəxsin bir neçə yerdə işləməsi qadağan edilməmişdir.

41. Əksinə olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvə zçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

42. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən C.Muradovun işlərin yerinə yetirilməsinə cəlb edilməsi iddiaçının özünün etirafedici izahatı ilə əsaslı formada sübuta yetirilir.

43. İddiaçı fiziki şəxs C.Muradovu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən özünə məxsus olan mağazada C.Muradovu müxtəlif işlərin görülməsinə cəlb etdiyindən, bununla da Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən haqlı olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq etdiyindən cavabdehin qərarının ləğv e dilmnəsi hissəsində məhkəmə səhv nəticəyə gəlmişdir.

44. Odur ki, cavabdehin kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mübahisə olunan hissədə təmin edilməməlidir.

45. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 21(103)-1506/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə 1 noyabr 2021-ci il tarixli **********8858 nömrəli qərarının ləğv edilməsinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar