Məhkəmə qərarları › İş №2-1(102)-1858/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1858/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1858/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” təl əbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(107)-240/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx xxxx 2015-ci il tarixdə yaşa görə əmək pensiyası, xx xxxxx 2017-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli məktubla müraciətini təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı xx xxxx 2017-ci il tarixində işdən azad olunduğuna görə 2017-ci ilin aprel ayında 5.190,68 manat məbləğində ödənilmiş son haqq-hesabın əmək fəaliyyətinin son 24 ayının və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinə daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx xxxxxx 2019-cu il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əmək pensiyasını 5.190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx xxxxx 2017-ci il tarixindən) yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qu lluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. İddiaçıya hesablanan son haqq-hesab məbləği dövlət sığortasına cəlb edildiyindən cavabdehin imtinası əsassızdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, etirazda qeyd edilmişdir ki, iddiaçı pensiya yaşının çatması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə şöbəyə ərizə ilə müraciət etmiş və ona xx.xx.2015-ci il tarixdən yaşa görə 200,93 manat əmək pensiyası təyin olunaraq ödənilmişdir. Azərbay can Respublikasının Vergilər nazirinin xx.xx.2017-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar İddiaçı xx.xx.2017ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmişdir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın xx.xx.2017-ci il tarixdə keçirilən iclasında Qanunun 20.11-ci maddəsinin şərtinə əsasən əmək fəaliyyətinin son 24 ayının (xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) orta aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən ona dövlət qulluqçusu kimi 685,24 manat pensiya təyin olunmuş, Azərbaycan Respublikası Prezidentinin növbəti fərmanlarına uyğun olaraq pensiya məbləği artırılaraq xx.xx.2018-ci i l tarixdən 784,76 manata, xx.xx.2019-cu il tarixdən isə 1101,25 manata çatdırılmışdır. Ərizəyə əlavə olunmuş xx.xx.2017-ci il tarixli **********446000 nömrəli əmək haqqı barədə arayışda 2017-ci ilin aprel ayında 5190,68 manat son haqq-hesab ödənilməsi qeyd olunmasına baxmayaraq əmək fəaliyyətinin son 24 ayının əhatə olunduğu dövrə təsadüf etmədiyi üçün həmin məbləğ orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin tələbinə ziddir.

7. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-514/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək pensiyasının 5.190,68 manat son haqqhesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci tarixdən) yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, son haqq-hesabın aprel 2017ci ildə aparılması iddiaçının günahı səbəbindən olmamış, beləliklə də onun ilə xx xxxx 2017-ci il tarixində əmək müqaviləsinə xitam verildiyi halda, ondan sonrakı ayda ona ödənilmiş son haqq-hesabın pensiya təyinatı zamanı nəzərə alınmaması qanunsuz olmuşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(107)-240/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışd ır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə etirazda qeyd edilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1 və 58.7-ci maddələrinin tələblərinə əməl etməmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol vermiş, bununla da əsassız qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir.

15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Dövlət qulluğu haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən, dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır... Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 34-cü maddəsinə əsasən, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

18. Əmək Məcəlləsi: Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası (...)

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”: 2.Əmək pensiyasının təyin ed ilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 312-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3.Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. 9.Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.

20. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı pensiyaya çıxarkən onun sonradan son haqq-hesaba görə aldığı 5.190,68 manat nəzərə alınmamışdır. İnzibati orqan buna səbəb kimi 5.190,68 manatın iddiaçı işdən çıxdıqdan sonrakı dövrə aid olduğundan həmin məbləğin pensiya hesablanmaq üçün əsas götürülən orta aylıq əmək haqqına daxil edilməsinin mümkün olmadığını göstərmişdir.

25. Cavabdehin həmin məbləği nəzərə almaması əsaslı olmamışdır. Belə ki, yuxarıda istinad edilən normaların məzmunundan da göründüyü kimi, məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri dövlət qulluqçusunun dövlət məvacibi müəyyən edilərkən nəzərə alınmalıdır. Son haqq-hesab məbləği də məcburi dövlət sosial sığortaya cəlb edildiyindən, həmin məbləğ pensiy a hesablanmasında nəzərə alınmalı idi.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, son haqq-hesabın iddiaçıya sonuncu iş günü deyil, sonradan ödənilməsi onun pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz.

27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(107)-240/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar